Hüseynqulu xan Qacar soyundan olan Fatma xanım Akdaşdan müsahibə..(FOTOLAR)

Avropaya Azərbaycanı sevdirən Qacar qızı: "Anlamırdılar ki, türk qadınına bunları etmək olmaz"Avropaya Azərbaycanı sevdirən Qacar qızı: “Anlamırdılar ki, türk qadınına bunları etmək olmaz”

Hollandiyada yaşayıb, fəaliyyət göstərən siyasi xadim, Hüseynqulu xan Qacarın soyundan olan Fatma Aktaşı tanımayanlar da tanısın.

– Fatma xanım, sizi sosial şəbəkələrdən tanımışam. Son vaxtlar bütün yerli səhifələr sizin şəkilinizi paylaşaraq, şəninizə gözəl sözlər söyləyirlər. Təlikifimi qəbul edib, müsahibəyə razı olduğunuz üçün minnətdaram.

– Buyurun, əzizəm.

– Qacarlar soyundansınız. Elə buradan başlayaqmı?

– Əlbəttə. Anamın anası Əslixan nənəm İrəvan xanı Hüseynqulu xan Qacarın nəticəsi olub. 7 yaşımdan 9 yaşımadək onun yanında Türkiyədə qalmışam. Nənəmi çox sevirdim, hər gecə onun yanında yatardım. Bizə Azərbaycanın xalq nağıllarını, laylalarını söyləyərdi. “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı hələ də hafizəmdədir. Nənəm yaşlı qadın idi, amma onun geyimindən, jestlərindən, danışığından belə hiss olunurdu ki, əsilzadədir.

– Əslixan nənəniz ailəsindən danışardımı sizə?

– Çox gözəl, xoşbəxt ailədə doğulub, böyüdüyündən danışardı. Anası, bacıları ilə gözəl həyat sürdüklərini deyərdi. Sonra nənəm ailə qurur, bir oğlu dünyaya gəlir. Elə bu vaxt İrəvanda savaş başlayır. Nənəm də 8 aylıq körpəsi Aydın dayımla Arazı keçib, Taşburun köyünə gəlir. Bu qarğaşada həyat yoldaşı ilə bir-birindən ayrı düşürlər. Gəldiyi köydə türk gənclə ailə qurur. Sonra isə anamgil dünyaya gəlirlər. Nənəmin anlatdığı hekayələr hafizəmdə gözəl qalıb. Çox varlı ailədən imişlər. Çoxlu qızılları, var-dövlətləri olub. Bununla yanaşı, acı xatirələri də vardı. Qaçhaqaç zamanı ailəsinin ümümiyyətlə, millətimizin başına gətirilən müsibətlərdən də iztirabla danışardı. Savaş zamanı onları talan ediblər. Ermənilər qadın, uşaq demədən əhalini qətlə yetirib, süngülərə taxırmışlar. Qız uşaqlarına təcavüz edirmişlər. Bu vəhşətin çoxunu nənəm öz gözü ilə görüb. Özü də min bir zülmlə Türkiyənin ərazisinə keçə bilib, yolda bacılarını da itirib. Yadımdadır, biz uşaq idik. Nənəm bu xatirələrini bizə nağıl kimi söyləyərdi. Çox vaxt da özünü tuta bilməyib, ağlayırdı. İrəvana, doğma torpaqlarına bircə dəfə də olsun, getmək istəyirdi. “Vətənimə həsrətəm” deyirdi. Nənəm babamla evlənəndən sonra Naxçıvana köçürlər. Öz atası isə qarabağlı idi. Nənəmin bu hekayələri hələ də qəlbimdədir.

Fatma Aktas adlı şəxsin şəkli.

– Demək olar ki, gözünüzü açan gündən Hollandiyada yaşamısınız. Belə desək, bu ölkə ikinci vətəninizdir.

– 1 yaş yarımından Hollandiyanın Haaqa şəhərində yaşayırıq. Öncə atam işləməyə gəldi. Sonra biz də onunla birgə buraya köçdük. Biz Hollandiyaya qayıdanda cəmi 9 yaşım vardı, 3 il sonra nənəm dünyasını dəyişdi. Bu bizim üçün çox böyük itki idi. Onun vətən həsrətli hələ də ürəyimizdədir. İndi övladlarımla da nənəmin danışdıqlarını bölüşürəm. İstəyirəm, onlar bilsin ki, biz kimik, kökümüz haradan gəlir. Bu bizim üçün böyük nemətdir. Bu gün xalqımıza, məmləkətimizə, dövlətimizə xidmət etməkdən qürur duyuram. Çünki nənəm bizi bu ruhda böyüdüb. Və heç vaxt vətənimə verdiyim xeyir müqabilində pul istəmərəm. Mən Azərbaycan və türk torpağına aidəm. Kökümüzün İrəvandan gəldiyini hiss edirəm. Bu gün erməni daşnaklarının əlindən doğma torpaqlarımıza, İrəvana gedə bilmirik. Ömrümün sonuna bir gün qalsa da, yurduma gedib, nənəmin addımladığı torpaqlarda gəzmək istəyirəm.

– Fatma xanım, sizin kimi xanımlarımızla qürur duyuram. Uzun müddətdir ki, Hollandiyada çoxşaxəli siyasi fəaliyyətlə məşğulsunuz. Çox vaxt düşünürlər ki, qadın siyasətçilər vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Amma sizin timsalınızda peşəsinin haqqından gələn əsl türk qadını görürəm.

– Siyasətə marağım yeniyetməliyimdən baş qaldırıb. 17 yaşımdan Xristian Demokrat Partiyasının gənc könüllüsü kimi fəaliyyətə başlamışam. Buna görə təhsilimi də siyasi yöndə davam etdirdim. 17 yaşımdan bugünədək Xristian Demokratik Partiyasının üzvüyəm. 2004-cü ildə partiyamızın siyasi elmlər institutunda xristian siyasəti üzrə tədrislərinə rəhbərlik etmişəm. Sonra isə partiyamızın Haaqa Qadın Cəmiyyətinə başçılıq etmişəm. 2004-cü ildə Hollandiyada üçüncü parlament quruldu. 1 il o parlamentin deputatı vəzifəsində çalışdım. Əsasən, insan haqları, kasıb dövlətlərdəki savaşların dayandırılması ilə bağlı işlər apardım. 3-cü dərəcəli ölkələrdə yaşayan qadınların hüquqlarının tapdanmaması, onlara azadlıq verilməsi yolunda bir sıra işlər həyata keçirdim. 2006-cı ildə isə Hollandiya parlamentinə üzərində uzun illər çalışdığım Dünya türklərinin, eləcə də azərbaycanlıların başına gətirilən müsibətlər haqda geniş layihə təqdim etmişəm. Holland mediasında bununla bağlı bir çox məlumat var. Avrasiya Türk Qadınlar Birliyi olaraq Qarabağda törədilən terrorla, qətliamla bağlı dəfələrlə Parlamentə müraciətlər etmişik. Bildiyiniz kimi Haaqa millətlər arası dəhliz rolunu oynayan, siyasi əhəmiyyətli şəhərdir. Burada insan haqlarının qorunması yolunda təşkil olunan konfranslar, görüşlər keçirilir. Bu tədbirlərin hər birində, hətta Ədalət Sarayında Qarabağ qətliamı haqda çıxışlarım olub.

Fatma Aktas adlı şəxsin şəkli.

– Su həyatdır, su nəfəsdir. Bu gün milyonlarla insan su qıtlığından əziyyət çəkir. Haaqada yaradılmış Dünya Su forumunda önəmli vəzifəsahibisiniz. Bu haqda da məluatlanmaq istərdim.

– Leyla xanım, bildiyiniz kimi artıq dünya neft, enerji üzərində deyil su üzərində müharibənin başlanması ilə üz-üzə durub. Savaş bölgələrində su qıtlığı günbəgün artır. hər gün minlərlə körpə susuzluqdan dünyasını dəyişir. Susuz həyat yoxdur. Haaqada Dünya Su Forumu yaradılıb. Bu forumda mən də yer alıram. Hörmətli ombudsmanımız Elmira Süleymanovanı da dəvət etmişdik, o da qatılmışdı. Ümid edirik ki, su uğrunda dünya savaşı çıxmadan problem qlobal şəkildə çözüləcək.

– Bəs Avrasiya Türk Qadınlar Birliyini nə vaxt qurdunuz?

– 25 il əvvəl Azərbaycan-Türk Kültür Birliyi vardı, qardaşım da idarə heyətində idi. Uzun müddət həmin birliyin qadın bölməsinə başçılıq etdim. Lakin idarə heyətindəki bəzi şəxslər fəaliyyətimizə əngəl törədirdilər. Türk qadınına da bunları etmək olmaz, xüsusən də İrəvan xanı nəslindən olan bir qadına qarşı bu yanlış addım əsla atılmamalıdır. Buna görə də bütün qadınları toplayıb, çıxdım, sağ olsunlar, xanımlar da mənimlə birgə gəldilər. Gələn il 20 illiyimizi qeyd edəcəyik.

– Dünyanın 4 yanından türk qadınlarını ərtafınıza toplayıb, tariximizi, dəyərlərimizi yaşadırsınız. Çox təqdirəlayiq addımdır.

– Avrasiya Türk Qadınlar Birliyi çox geniş miqyaslı fəaliyyət göstərir. Bütün əhəmiyyətli bayramlarımızı qeyd edirik. Bura yalnız azərbaycanlı xanımlar aid deyil. Qafqazdan, Asiyadan, türk dünyasından, balkanlardan gələn qadınlarla fəaliyyətimizi sürdürürük. Azərbaycanın da bir çox qadın təşkilatları ilə əməkdaşlıq edirik. Bütün sənət nümunələrimizi, folklor növlərimizi ev xanımlarından tutmuş, iş qadınlarınadək hər kəsə aşılayırıq. Rəqslərimizi, ədəbi nümunələrimizi tək-tək ailələrə, balalarımıza öyrədirik ki, unudulmasın. Bayramlarımızı, faciələrimizi qeyd edib, hollandlara da məlumat ötürürük. Xanımlarımızla birgə tamaşalar səhnələşdiririk. Hətta bu yaxınlarda “Dağlar qızı Reyhan”ı səhnələşdirdik. Güneyli, quzeyli vətənimizin klassik musiqisini, aşıq havalarını yayırıq. Məmləkətimizi unutdurmuruq. Hətta uşaqlarımıza, tələbələrimizə tapşırıram ki, Azərbaycanın müsibətləri haqda yazılar yazıb, siniflərində, dostları arasında vətənimizi tanıtsınlar. Çox vaxt birliyimizin xanımları ilə birgə Azərbaycana gəlirdik. Ölkəmizin görməli yerlərini tanıdırıq. Hər həftə şeir gecələri keçirdirik. Azərbaycanın milli qəhrəman qadınları üçün xatirə mərasimləri təşkil edirik. Şəfiqə Qaspıralıdan tutmuş, Xüşidbanu Natavanadək bütün mərd, qəhrəman xanımlarımızı xatırlayırıq.

Fatma Aktas adlı şəxsin şəkli.

– Sizin kimi ananın övladı dünyanın ən uzaq nöqtəsində doğulub, böyüsə də, damarlarında vətən eşqi axacaq.

– Təşəkkür edirəm, Leyla xanım, mənim oğlum piano dərsi alır, onun öyrəndiyi ilk musiqi “Cücələrim” və himnimiz olub. Nənəmin canıma hopdurduğu azərbaycançılıq, türkçülük eşqini övladlarıma, ətrafıma, hətta əcnəbilərə ötürməyə çalışıram.

– Fatma xanım, müsahibə üçün sizə təşəkkür edirəm, tez bir zamanda doğma yurdumuzda görüşənədək.

– Görüşənədək, əzizəm!

Leyla Sarabi

Müsahibə alan Publika.az saytıdır

BİRLİYİMİZ.WORDPRESS.COM

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER