Bu gün tanınmış türkoloq alim, Aydın Məmədovun doğum günüdür….(FOTOLAR)

…Bu gün xalqımızın cənnətlik oğullarından biri, zamanı qabaqlayan insan, tanınmış türkoloq alim, milli azadlıq hərəkatının fəallarından olan Aydın Məmədovun doğum günüdür….
Onu yalnız və yalnız bu xalqın taleyi maraqlandırırdı. Onun üçün ailə də yoxuydu, övlad da yoxuydu, elm də yoxuydu, ömrünü sərf elədiyi türkologiya vardı, türkçülük vardı və bu millət vardı….
…Və bu millət Aydın Məmmədovu qoruya bilmədi….


Aydın Məmmədov bu torpaqda dik,şax yeriməyə haqqı olan bir oğlan idi….İctimai xadim idi …Xədim yox … Bağışla, Aydın Məmmədov, biz sənin bizə sevginin yüzdə birini qaytara bilməmişik. Eybi yox, əsas odur ki, cənnətdəsən və əsas odur ki, səni sevməyənlərin və səni öldürənlərin heç vaxt üzünü görməyəcəksən. ..
….Dərdə bax, bir donuz balası çıxır yola, sürücü (hansısa bir rayonun 1-ci katibinin sürücüsü – Qaxıydı, Qəbələydi, Zaqatalaydı, yadımdan çıxıb) donuz balasına qıymır, maşını yoldan çıxarır və Azərbaycanın iki böyük övladını – Aydın Məmmədovu və Dilarə Əliyevanı öldürür. Və bu cinayət işi də basdırılır, sürücü də salamat qalır… Öldürməyin forması çox önəmli deyil, «öldürülmək» təhlükəsinin məmləkətin başının üstündən heç vaxt əskik olmaması acı bir durumdur. Aydın Məmmədov və Dilara Əliyevanın avtomobil qəzasında həyatla vidalaşmalarını 1937-ci ildən bəri gerçəkləşən o ölümlərdən biri kimi dəyərləndirirəm.
Onun və Dilarə xanımın ölümünü, məncə, İsa Hüseynov daha əvvəl «İdeal» romanında Mədəd Əmirlinin «avariyaya salınaraq» öldürülməsi motivində yazıb. Ölümün səbəbini araşdırmaq üçün Ankaradan 2 nəfərin gəldiyini xatırlayıram. Şəkiyə getdilər, ancaq qəzanın izləri tamamilə silinmişdi…
.Allah Rəhmət Eləsin …!

Baba Allahnezerov

 

 

 

 

 

——————————————————————————————————————

Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər “Sovetskaya turkologiya” jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.

1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).

Öz doğma Kiş kəndində dəfn olunmuşdur.

https://az.wikipedia.org/wiki/Ayd%C4%B1n_M%C9%99mm%C9%99dov_(filoloq)

…………………………………………………………………………………………………………………………………….

16.01.2014. - Məşhur türkoloq-alim Aydın Məmmədovun bu gün 70 yaşı tamam olurBu gün yanvar ayının 16-da görkəmli türkoloq, alim, publisist Aydın Məmmədovun 74 yaşı tamam olur.
Zəkasına, düşüncə tərzinə, elmi və ictimai mühakimə üslubuna görə fərqli olan bu insan yaddaşlarda iz salaraq gedib.

AzerTaym.az “Turan”-a istinadən xatırladır ki, A.Məmmədov cəmi 47 il yaşadı. Adi həyat olmadı, düşüncələrinə görə sovet rejimi tərəfindən “küncə” sıxışdırıldı, elmi ictimaiyyətdən təcrid olundu. Amma XX əsrin 80-ci illərinin sonlarında ölkənin azadlığı uğrunda mübarizə başlayanda A.Məmmədov bir ziyalı olaraq öz yerini tutdu. 
Onun başçılıq etdiyi Tərcümə Mərkəzi təkcə ədəbiyyatın tərcüməsi ilə məşğul olmadı. Bu bina ölkənin yeni dövr düşüncə tərzinin ifadəçiləri olan gənc nəslin təmsilçilərinin toplaşma, müzakirə məkanı oldu. A.Məmmədov həmin binada bir çox mətbu oqranlara yer verməklə, onların cəmiyyətə çıxmasını təmin etdi.
Yaratdığı və rəhbəri olduğu “Ana Dili” qurumu dilin saflığı uğrunda mübarizə aparmaqla yanaşı, gənclərdə ictimai düşüncəni, milli hissləri formalaşdırırdı.
A.Məmmədovun həyatı bir ictimai-siyasi şəxsin həyatıdır. O, ömrünün sonuna kimi bu həyati mahiyyətdən uzaq olmadı. Cəmi 47 il yaşadı. Amma bu 47 il bir ömrün yaddaşlarda qalması üçün kifayət etdi.
Qarabağ səmasında ermənilər tərəfindən vurulan vertolyot qəzasından A.Məmmədov sağ çıxdı. 1991-ci ildə deputat olduqdan sonra parlamentin binasından Şəhidlər Xiyabanına baxan A.Məmmədov “əgər o zaman ölsəydim, indi onlarla yatırdım”, – deyə qəzadan sağ çıxmasını anladırdı. “Amma yox, atam qoymazdı, hökmən Şəkiyə aparardı”,- deyə valideynlərinin hansı addımı atacaqlarını təxmin edirdi. A.Məmmədov vertolyot qəzasından sağ çıxdı, amma 1991-ci ilin aprelində adi yol qəzasında alim həmkarı Dilarə Əliyeva ilə birgə həyatını itirdi.
O zaman Aydının nəşi Şəkiyə, daha doğrusu anadan olduğu Kiş kəndinə aparılmışdı. Bakıdan nümayəndə heyəti getmişdi Şəkiyə. Bu tərkibdə alimlər də vardı, parlament rəhbəri də. Məqsəd A.Məmmədovu atası Mirsadiq kişini Aydının nəşini dəfn üçün Bakıya gətirməyə razı salmaq idi. Aydının valideynləri onun nəşinin Bakıya gətirilməsinə qəti şəkildə razılıq vermədilər. Görünür, A.Məmmədov valideynlərini hamıdan yaxşı tanıyırmış. Cəmi bir neçə ay qabaq ona münasibətdə valideynlərinin hansı addmları ata biləcklərini təxminən deyən Aydın bu uzaqgörənlikdə səhv etməmişdi.

Tanınımış vəkil Fuad Ağayev Aydını belə tanıdır: “İti zəkalı, dərin məntiqli, istər elmi, istərsə də siyasi sahədə perspektivli insan. Təəssüf ki, hər iki sahədə ideya və əsərlərini istədiyimiz sayda görə bilmədik. İndinin özündə belə məqalələrini oxuduqda, Milli Məclisdəki çıxışlarını dinlədikdə sıralarımızı tez tərk etməsi yanğısı yaşanır. Onun ictimai-siyasi fəaliyyəti effektli idi. 1990-cı ilin martında Gürcüstan Demokrati Partiyasının sədri Çanturiya ilə görüş təşkil etmişdi. Ermənilərin təbliğatı nəticəsində azərbaycanlılar dünyaya intellektdən uzaq zorakılığa meylli insanlar kimi tanıdılırdı. Tbilisi Kino Evində keçirilən həmin görüşdə A.Məmmədovun çıxışı istər yerli, istərsə də beynəlxalq təmsilçilərdən ibarət auditoriyaya kifayət qədər təsir etmiş, münasibətləri belə dəyişə bilmişdi. Xüsusilə onun “imperiya tərkbindəki dövlətləri üz-üzə qoymaqla, bir-birilə vuruşdurmaqla bu ölkələri daha çox əsarətdə saxlamaq istəyir”, – deyə A.Məmmədov milli zəmindəki münaqişələrə münasibət ifadə etmişdi.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER