Ermənilər İrəvanı bu il qaytarmalıdırlar (FOTOLAR)

Azərbaycan ordusunun yeni silahı - "Solntsepek"lər

Ermənilər İrəvanı bu il qaytarmalıdırlar!

Qaytarılması təəssüflər olsun ki, hələlik mümkün deyil. XX-ci və XXI-ci əsirlər ərzində, Dövlət səviyyəli nə siyasətçilər, nə tarixçilər, beynəlxalq tərkibdə buna da, təəssüflər olsun ki, heç bir uğurlu çalışmalar əldə etməmişlər.

Azərbaycan ordusunun yeni silahı – “Solntsepek”lər

Bakı atacağı addımları beynəlxalq səviyyədə izah etməyə məcburdur

Rusiyada yaşayan erməni təbliğatçısı Stanislav Tarasov birdən-birə İrəvanın Azərbaycana qaytarılması məsələsini gündəmə gətirib.

İstiPress-in məlumatına görə, Gəncədə anadan olmuş və Bakı Dövlət Universitetini bitirmiş Tarasov hər gün ermənilərin xeyrinə nəsə bir cızma-qara yazmaq naminə Azərbaycan mətbuatını ələk-vələk edir.

Bu dəfə tarixçi alim Nəsiman Yaqublunun iyulun 3-də Azərbaycan mətbuatına verdiyi bir müsahibəni ortaya çıxarıb.  Tarixçi alim Nəsiman Yaqublu İrəvanın ermənilərə paytaxt kimi 99 illiyə icarəyə verilməsinin müddətinin bitməsini xatırladaraq Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli 3 saylı protokolunu təqdim edib.

“16 nəfər qərarın lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb – Azərbaycan İrəvanı 99 illiyə Ermənistana icarəyə verib”

Protokoldan aydın olur ki, Azərbaycan Milli Şurasının 28 üzvündən 20-nin iştirak etdiyi iclasda Fətəli xan Xoyski çıxış edərək erməni dövlətinin yaranması üçün ona siyasi mərkəzin lazım olduğunu bildirib. Həmin vaxt Gümrü Türkiyənin nəzarətində idi, Xoyski çıxışında bu məqamı xatırladıb və İrəvanın Ermənistana paytaxt kimi verilməsinin tarixi zərurət olduğunu bildirib. Daha sonra Milli Şuranın üzvləri – Xasməmmədov, Cəfərov, Şeyxülislamov, Məhərrəmov çıxış edərək bunu tarixi zərurət və qaçılmaz şər adlandırıblar. Səsvermə zamanı 16 nəfər qərarın lehinə, bir nəfər əleyhinə səs verib, üç nəfər isə bitərəf qalıb. Beləliklə, Azərbaycan İrəvanı 99 illiyə Ermənistana icarəyə verib. Sənəddə bunun müvəqqəti olduğu vurğulanıb.

İrəvan qalası, 1796-cı il, rəssam Q.Serqeviç

İrəvan qalası, 1796-cı il, rəssam Q.Serqeviç

Stanislav Tarasov bu faktı qabartmaqla Azərbaycan Milli Şuranın legitim orqan olmadığını iddia edir. Onun sözlərindən belə çıxır ki, bu sənəd Müəssislər Məclisi tərəfindən qəbul edilsəydi, legitim olardı. Amma o unudur ki, Milli Şura məhz Müəssislər Məclisinin azərbaycanlı deputatlarından təşkil edilib və anlaşma Azərbaycan və Ermənistan milli şuraları arasında bağlanıb. Sonradan hər iki milli şuranın fəaliyyətini parlamentlər davam etdirib. Yəni bu  sənəd  tamamilə legitim bir sənəddir.

 

 

Buna görə də keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu məsələni unutmamağa çağırıb:

“Düzdür, hələ ki, Azərbaycan İrəvanı geri qaytarmaq iqtidarında deyil. Amma zaman gələcək və biz bunu bacaracağıq. Hələliksə, Azərbaycan bu məsələni mütəmadi olaraq qabartmalıdır və beynəlxalq səviyyəyə  çıxarmaladır. Dünya İrəvanın ermənilərə məhz müvvəqqəti olaraq paytaxt kimi verildiyini və erməni dövlətinin Qərbi Azərbaycan torpaqlarında yarandığını bilməlidir”.

Təbii ki, heç kim Azərbaycan ordusunu İrəvana girməyə və Ermənistan respublikasının hüquqi ərazisini işğal etməyə çağırmır. Amma bir şey unudulmamalıdır ki, Ermənistan Azərbaycanın hüquqi sərhədlərini tanımaq istəmir və işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir, hətta daha çox ərazilər ələ keçirmək barədə planlar qurur. Buna görə ermənilərə Ermənistanın həqiqi sərhədlərini hərbi yolla başa salmağın vaxtı çatıb.

Qız qalasından özünü atan “erməni” qızı

Bu, Qarabağ münaqişəsinin həlli baxımından da vacibdir. Erməniləri ən azından tarixi Azərbaycan torpaqlarından – Zəngəzurdan, Göyçədən, Vedibasardan və Zəngibasardan, yəni həm də İrəvandan uzaqlaşdırmaq lazımdır ki, Qarabağ barədə xam xəyallar qura bilməsinlər. Hər halda, 1918-ci ildə Gümrü Ermənistanın paytaxtı olsaydı, İrəvan Azərbaycanda qalacaqdı.

Düzdür, arxeoloji qazıntılar Gümrünün təkcə azərbaycanlıların deyil, bütün türklərin vətəni olduğunu ortaya çıxarır. Bu şəhərin yaxınlığında 3-4 min il əvvəl at əti yemiş və canvarı totem saymış köçərilərin, yəni türklərin yaşadığı ortaya çıxıb. Həmin türklərin qışı indiki Azərbaycan ərazisində keçirdiyini Strabon və Herodot da qeyd edib. Amma bu ayrı söhbətin mövzusudur.

Çingiz Rüstəmov / İstiPress

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER