Şah İsmayıl Xətainin məzarı – Ərdəbildən Xüsusi Reportaj və Çıldıran döyüşü haqqında(VIDEO)

Çaldıran Savaşı – Tarix boyu düşmən qabağında yenilməyən türklər həmişə daxili çəkişmələrin qurbanları olublar. Necə deyərlər, türkü düşmən deyil, türkün özü yenib və bu da sonda günümüzdə yaşanan faciələrimizə gətirib çıxarıb.


Çaldıran Savaşı – Tarix boyu düşmən qabağında yenilməyən türklər həmişə daxili çəkişmələrin qurbanları olublar. Necə deyərlər, türkü düşmən deyil, türkün özü yenib və bu da sonda günümüzdə yaşanan faciələrimizə gətirib çıxarıb. Çox təəssüflər olsun ki, bu gün türkün başına gələn və ya gətirilən bütün bəlaların əsasında məhz onun öz qılıncının özünü kəsməsi dayanır. Əlbəttə, bütün hallarda türkün özünün özünə qılınc qaldırması, şübhəsiz ki, tarixi faciə idi. Bu faciələrdən ən böyük ikisini türk milləti orta əsrlərdə yaşadı. Onlardan biri, Türküstanın (Orta Asiya) ən böyük sərkərdələrindən biri olan və özünü fəxrlə türk adlandıran Teymurləngin Osmanlının ən böyük hökmdarı və Avropanı öz hakimiyyəti altında birləşdirmək istəyən İldırım Bəyazidə qarşı açdığı savaş və onu məğlub etməsi idi. Digər bir faciə isə qardaş qırğını baxımından türkün tarixində qara ləkə kimi qalan Çaldıran döyüşüdür. Teymurləngin İldırım Bəyazidi yenməsi sonuncuya Atillanın Avropadakı zəfər yürüşünü təkrar etməyə imkan vermədi. Çaldıran döyüşündə isə iki məğlubedilməz türk sərkərdəsi və dövlət xadimindən birinin digərinə yenilməsi günümüzdə baş verən faciələrimizin əsasını qoydu. Çaldıran Osmanlının əsaslarını laxlatdı. Türk Səfəvilər dövləti də bu döyüşdən sonra zəifləyərək bir neçə əsrdən sonra köklərindən uzaqlaşdı və fars dövlətinə çevrildi. Necə deyərlər, Səfəvilər dövləti daxilində türk düşmənçiliyi üzərində köklənən farslar Çaldıranda baş verənlərdən məharətlə istifadə etdilər. Belə demək mümkünsə, Osmanlıya yenilmək saray daxilində qardaş düşmənçiliyinin artmasına və bu da son nəticədə Səfəvilərin milli faciəsinə gətirib çıxardı. Halbuki Çaldıran döyüşündən əvvəl Sefeviler Hindistana qədər səfərlər edərək, 1,5-1,8 milyon kvadratkilometrlik bir ərazini öz hakimiyyəti altında birləşdirən yenilməz bir güc idi. Yeri gəlmişkən, məsələ ilə bağlı bir məqamı da xatırlatmaq istəyirəm: Çaldıran döyüşü ərəfəsində Sultan Səlim Şah İsmayıla göndərdiyi məktubu farsca yazmışdı. Amma Şah İsmayıl Sultan Səlimə cavab məktubunu türk dilində göndərmişdi. Şah İsmail’ın Sultan Səlimə cavabı türkcə yazmasının arxasında əslində onun özünün əsil-nəcabətinin türk olmasına vurulan bir işarə var idi. Bəlkə də, başqa bir məqam olsaydı, türkcə yazılan cavab məktubu Çaldıran döyüşünün baş verməsinin qarşısını ala bilərdi… Amma artıq çox gec idi. Çaldıran döyüşünün baş verməsində Osmanlıya düşmən Avropa güclərinin də az rolu olmadı. Avropanın Səfəvilər və Osmanlı sarayına yol tapan bəzi gizli nümayəndələri türkün iki böyük hökmdarını qardaş qanı axıtmağa sövq etdilər. Sultan Səlimin 200 min nəfərlik ordu ilə Çaldırana səfəri hələ müharibə başlamamışdan əvvəl Anadoluda Səfəvilərə rəğbət bəsləyən minlərlə insanın qətlinə yol açdı.

Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində özünü əsl türk kimi apardı. O, tərəfdarlarının qarşı tərəfə yolda ikən qəfildən hücum etmək təkliflərini rədd etdi və özünün karvanbasan quldur olmadığını söylədi. Bu döyüş tarixdə ən qanlı döyüş oldu. Əgər o dövrdə Osmanlı ordusunda toplar olmasaydı, onda Çaldıranda, yenilən Şah İsmayıl olmayacaqdı…
Əslində bu döyüşdə hər iki tərəf yenildi: Osmanlı və Səfəvilər hər biri bir orduya bərabər məşhur sərkərdələrini – Hasan Paşa, Süleyman Paşa, Ali bəy Malkoçoğlu, Üveys bəyi, Məhəmməd xan Ustaclı, Saru Pirə Ustaclı, Hüseyn bəy lələ Åžamlı, Xadum bəy Xülafəni itirdilər. Çaldıran döyüşündə qələbə çalan olmadı, yenilən isə hər iki tərəf oldu. Çaldıran döyüşü türkün qanla yazılan ən qara dastanı oldu.
Çaldıran Döyüşü Çaldıran Savaşı caldiran doyusu
Чалдыранская битва Chaldiran Battle
Şah İsmayıl Xətai – Yavuz Sultan Səlim
Şah İsmail Hatayi – Yavuz Sultan Selim

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER