İtirilmiş tarixin yaşı: Dərbənd

Noyabr ayının 14-15-də Dərbənddə “Qafqaz Albaniyası və Dərbənddə xristianlığın 1700 illiyi” haqqında beynəlxalq elmi konfrans keçiriləcək. Bu konfrans Dərbənddə bu istiqamətdə keçirilən tədbirlərin ilki deyil.  Bir neçə ay öncə də Rusiya prezidenti Vladimir Putinin əmri ilə Dərbəndin 2000 illiyinin qeyd olunması barədə fərman imzalanmışdı. Bu fərman başda Dərbənd şəhərinin meri İmam Yarəliyev olmaqla dərbəndlilərin xoşuna gəlməsə də tarixi əhəmiyyəti var . Dərbəndlilər şəhərlərinin ən azı 5000 yaşı olduğuna inanırlar.

Rusiya Elmlər Akademiyasının (REA) rəyi ilə prezident Putinin Dərbəndin yaşını 5000 ildən 2000 ilə çəkməsinin səbəbi, belə düşünürəm ki, noyabrda keçirilməsi konfransla birbaşa bağlıdır. Rusiya bu mənada Dərbəndin yaşını Albaniyada xristianlığın yaşı ilə yaxınlaşdıraraq özünün strateji maraqlarına sadiq qalıb.Dərbənd 1804-1813-cü illər arasında baş verən Rus-Qacar savaşlarına qədər Azərbaycanın bir parçası idi. Bu vaxt Dərbənd Azərbaycanın şimal xanlıqlarından biri sayılırdı. Ruslara qarşı ən sərt müqavimət göstərən xanlıqlardan olan Dərbənd 1806-cı ildə işğal olundu və bu tarixdən etibarən Azərbaycandan alınıb Rusiyanın, daha sonra isə Dağıstanın bir parçası elan edildi. Dərbənd ruslarin əliylə Azərbaycandan qoparılan ilk ərazi sayılır.

Tarixi Dərbənd

İndiki Dağıstan Respublikasının cənubunda, Azərbaycanla sərhəddə yerləşən tarixi Dərbənd ərazisi Şirvanın şimal əyalətini, ərəb müəlliflərinə görə isə Azərbaycanın şimal sərhəddini təşkil edirdi. “Dəmir qapı” və ya “Dərbənd” adlanan bu bölgə Şimali Qafqazın Cənubi Qafqaza açılan qapısı sayılırdı. Bizim eranın əvvəllərində Dərbəndin də içində yer aldığı bölgə Bazkun adlanırdı. Hunlarla əlaqəli olan bu bölgə haqqında 555-ci ildə vəfat edən süryani müəllif Miletli Zəkəriyya belə yazıb: “Bu şimal məmləkətlərində 24 din adamı olan beş inanclı xalq yaşayır. Gurzan da (Gürcüstan ― Ə.N.) dilləri yunan dilinə oxşayan bir yerdir. Bunların İran şahına (Sasanilərə ― Ə.N.) tabe olan xristian hakimi var. Aran da öz dili olan, xristian xalqı olan bir ölkədir. Onların da hökmdarı İran şahına tabedir. Bazkun (Bazqun) öz dili olub, Xəzər ölkəsi sərhədlərində yerləşən Xəzər qapısına (Dərbənd – Ə.N.) qədər uzanan ərazidir”.Bu məlumat eramızın əvvəllərində Şirvanın şimal-şərq istiqamətində uzanan torpaqlarının hunlara aid bir ölkə olub, Bazkun adlandığını deməyə əsas verir.Müsəlman-ərəb xilafətləri dövründə Dərbənd haqqında verilən məlumatları toplayan akademik Ziya Bünyadov bu barədə yazır:“Dərbənd şəhəri Xilafətlə şimal ölkələri arasında ticarət mallarının dəyişdirilməsində müstəsna rol oynayırdı. Xəlifələr Dərbəndin strateji və ticarət baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq burada sərbəst səhər idarəçiliyi şəklində xüsusi bir idarə sistemi yaratmışdılar. Bu idarəyə əmirlər və ya rəislər şurası rəhbərlik edirdi. 736-cı ildə Əsəd ibn Zafir əmirliyində Xəlifə Hişam tərəfindən Dərbəndə göndərilən 400 əmir şəhərdə həmin üsuli-idarənin əsasını qoydular. Şəhər hakiminin səlahiyyətləri nizamnamə və ya dəsturul-aməl qanunu ilə məhdudlaşdırılmışdı. Şəhərin belə bir idarəyə sahib olmasının bir başqa səbəbi Dərbənd qarnizonu ilə ona sərhəd qalaların mühafizəçilərinin xəzinədən maaş almayıb, yerli idarələrdən gələn gəlir hesabına ehtiyaclarını ödəmək fikri idi. Buna görə də bəzi vilayətlərlə Abşeronun neft və duz mədənlərinin gəlirləri xəlifənin əmrinə əsasən  vəqf yoluyla həmin qalaların mühafizəçilərinə paylanırdı”.

Dəmir qapı

Dərbənd tarixi boyu müxtəlif adlar alıb. Ayrıca, Dərbənd adı toponim kimi Orta Asiyadan Balkanlara qədər geniş əraziyə yayılıb.Dərbəndin ilk adı Çola olub. Mənbələrdə bu ad Çola, Çoqa, Çol və Sul olaraq keçir və Albaniya dövlətinin ən böyük əyaləti sayılırdı. Adını Sul türklərindən aldığı məlum olan bölgənin sərhədləri Dərbənddən Qəbələyə qədər ərazini əhatə edirdi. Sullar qədim türk tayfası olub, Orta Asiyadan Azərbaycana qədər geniş torpaqlara yayılmışdılar. Bu xalq Ağhun dövlətinin yaranmasında böyük rol oynamışdı. Bu xalqın bir qolu indiki Türkmənistanın Balxan dağları ətəklərində yerləşmiş, ərəblərin Dehistan adını verdikləri ərazidə müsəlmanların fəthinə qədər bir dövlətləri olmuşdur. İslamı qəbul edən ilk türk ölkəsi də Sul sayılır. Ərəb qaynaqlarında Sul türklərindən olan çox sayda alimdən, sərkərdədən bəhs edilir.Eramızın III-V əsrləri arasında Dərbənd adı qayanaqlarda “Hun qapısı”, “Türk qapsı” və “Xəzər qapısı” şəklində çəkilir. Xəzərlər isə buraya Kayvan deyirdilər. Həmin ad mənbələrdə “Qayşui-Qoyşui” olaraq da keçib. Əhməd Tusinin yazdığına görə bu şəhər Saksin əyalətində bir şəhər idi. Belə məlum olur ki, türklərin Kayvan adını verdikləri Dərbənd Xəzər dövlətinin bir parçası sayılırdı.Dərbənd adı Xəzər-Sasani savaşları zamanı ortaya çıxıb. Sasanilər buraya Dərbənd adını veriblər. Dərbənd adı farsça “dər” və “bənd” sözlərindən yaranıb, “istehkam” mənasına gəlir.Sasani hökmdarı I Qubad (479-531) xəzərlərin hücumuna son qoymaq üçün Albaniya torpaqlarını işğal etdi. Müdafiə məqsədi ilə Dərbənd qalasını tikdirdi. Buna görə bəzi mənbələr Dərbənd istehkamının I Qubad tərəfindən tikildiyini qeyd edirlər. İslam tarixçisi Bəlazuri belə yazır: “O (Qubad ― Ə.N.) Arran ölkəsinə soxuldu və ər-Ras (Araz ― Ə.N.) adıyla məşhur çayla Şirvan arasındakı torpaqları ələ keçirdi”. Həmin müəllif I Qubadın “Şirvanda Bablan adlanan yerdə kərpic divarlardan istehkam hördürdüyünü və bu işin onun oğlu Ənuşirvan zamanında (I Xosrov 531-579 ― Ə.N.) tamamlandığını” qeyd edir.Bizans tarixçisi Sebosun yazdıqlarına görə, “I Xosrov gələcəkdə şimaldakı qorxusuz igidlərin hücumlarından qorunmaq üçün burada bir qala tikdirdi”. Tanınmış İslam tarixçisi Təbəriyə görə, bu qalaya və şəhərə Bab əl-Əvbab adını verdilər.Dərbənd Sasani-Xəzər və Xəzər-Ərəb savaşlarında tez-tez gah bunun, gah da digərinin əlinə keçmişdi. IX-XIII yüzillər arasında isə şəhər Süləmilər sülaləsi tərəfindən idarə olunan yarımüstəqil bir əmirlik idi. Bu dövrdə Dərbənd Şirvanşahların təsiri altında olmuşdur. Orta yüzillərdə Dərbənd “Temir qapı” və ya “Dəmir qapı” adlanırdı.XIII-XVIII əsrlər arasında Dərbənd Azərbaycanın şimaldakı sərhəd məntəqəsi olaraq mənbələrdə göstərilirb. Ərəb coğrafiyaçıları Azərbaycanı tərif edərkən bu ölkənin quzeydə Dərbənddən, güneydə Zəncan və Həmədana, qərbdə isə Dinivə (indiki Türkiyənin Qars bölgəsində Ani) qədər uzandığını yazırlar.

Dərbəndin yaşı

Dərbənd şəhərinin tarixi mübahisəlidir. Sovet dövrü tarixçisi və Xəzər tarixi mütəxəssisi İ. Artamonovun apardığı arxeoloji qazıntılar zamanı Dərbənddə bizim eradan əvvələ aid torpaq qala divarları aşkar edilmişdi. Axtarışlar zamanı burada b.e.ə. VII-VI yüzillərə aid yaşayış yeri ortaya çıxarıldı.Tarixdə Dərbənd haqqında ilk yazılı məlumatlar skiflərlə bağlıdır. B.e.ə. VIII yüzildə skiflərin Dərbəndi keçərək Azərbaycana gəldikləri bildirilir. B.e.ə. V yüzildə yaşamış Herodot da Dərbənd barəsində məlumat verir. Ehtimal ki, Dərbənddə ilk şəhər tipli məskunlaşmaların bünövrəsi b.e.ə. X yüzildə atılmışdır. Bu da şəhərin 3 min illik tarixi olduğunu deməyə əsas verir.Sovet tarixçiləri Dərbənddəki araşdırmaları zamanı qalanın quzey divarlarının üzərində pəhləvicə yazılmış bir kitabə aşkarlayıblar. Həmin kitabə Atropatena (Azərbaycan) hakimi Barzinşinə aiddir.Savaşlar zamanı qalanın ilk tarixinə dair əsərlərin çoxu itmişdir.Osmanlı səyyahı Övliya Çələbi Azərbaycana səyahəti zamanı Dərbəndi də ziyarət etmiş və qalanın dənizə açılan liman qapısı üzərində “Xəzər şahı”na aid kitabənin olduğunu qeyd etmişdir. Hazırda bu kitabənin varlığı bilinmir. Məlum olduğu kimi, Dağıstanda və Dərbənd ətrafında çox sayda runik hərflərlə yazılmış kitabə tapılıb. Bunların Göytürk dönəminə aid kitabələr olduğu və türkcə yazıldıqları məlumdur.1971-ci ildə Sovet arxeoloqu Aleksandr Kudryavtsevin apardığı arxeoloji araşdırmalar zamanı Dərbənddə b.e.ə. IV-III minilliyə aid yaşayış yerləri aşkar edildi. Bu alimin məlumatlarını əsas alan YUNESKO da Dərbəndi Mədəni İrsi Qoruma siyahısına salmışdır. Amma həmin siyahıda Dərbəndin yaşı 2500 il göstərilib.

Dərbənd haqqında əfsanə

Dərbəndlə bağlı  yaranmış xeyli əfsanə vardır. Bunlardan ən mühümü Böyük İskəndərin (b.e.ə. 336-323) şimalda yaşayan Yəcuc-Məcuc xalqından qorunmaq üçün Dərbənd qalasını tikdirdiyi haqqındakı əfsanədir. İbrani və Süryani müəlliflər müqəddəs kitablarda keçən Yəcuc-Məcuclar haqqındakı məlumatı təfsir edərkən bu xalqın türklər olduğunu, İskəndərin tikdirdiyi qalanın da Qafqaz Dərbəndi olduğunu iddia etmişlər.Amma bu əfsanənin heç bir elmi əsası yoxdur. Məlum olduğu kimi, İskəndər Azərbaycanda olmayıb. İskəndərin tarixini yazan yunan müəlliflər də bu faktı təsdiq edirlər. “İskəndər və Dərbənd” əfsanəsi Azərbaycanla yox, Orta Asiyadaki Dərbəndlə əlaqədardır. İskəndər Orta Asiyada skiflərlə bir neçə qanlı savaşlar aparmışdı. Orta Asiyanın Mavəraünnəhr bölgəsində yerləşən Dərbənd ehtimal ki, onun dövründə tikilmişdir. Çünki İskəndər ələ keçirdiyi ölkələrdə öz adı ilə şəhərlər saldırır və bu şəhərlərə İskəndəriyyə adı verirdi. İskəndərin onlarla belə şəhər saldırdığı məlumdur.

t.e.ü.f.d ƏKBƏR NƏCƏF

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER