İranda türklərə qarşı həbs dalğası genişlənməkdədir

həbs edilən güneyli fəallarHəbs edilən güneyli fəallar- Nəzarət altına alınan 130 nəfərin siyahısı yayılıb. Noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başlatdığı kütləvi aksiyalar davam edərkən aksiyalara qatılan vətəndaşlar, eləcə də sosial şəbəkələrdə əhalini etirazlara qatılmağa çağıran fəallara qarşı həbs dalğasının genişləndiyi bildirilir.

İran Azərbaycanı habelə Tehran, Gilan və Fars (Şiraz) kimi vilayətlərdə baş verən kütləvi aksiyalar noyabrın 6-da dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanmasına qarşı ortaya çıxan təpkilərin davamında həyata keçirilib.

AZOH veb səhifəsi kütləvi etirazların başlandığından bəri həbs edilən 130 nəfərin bir siyahısını dərc edib.

Etirazçılara qarşı polis müdaxiləsi və həbs dalğaları sadəcə Azərbaycan vilayətləri ilə məhdudlaşmayıb. İran xəbər agentliklərinin Sepah məsullarına istinadən yaydığı məlumata görə, Sepah qüvvələri Gilan vilayəti türklərini mitinq təşkil etməyə çağıran bir qrup internet fəalını nəzarət altına alıb.

Urmiyə, İran Azərbaycanı - 9 noyabr 2015Urmiyə, İran Azərbaycanı – 9 noyabr 2015

“Gilan Qüds Sepahına məxsus təhlükəsizlik qurumunun adsız əsgərləri müntəzəm bir hərəkatda toplumda böhran və qarışıqlıq yaratmaq, həmçinin Gilan türklərini təhrik etmək məqsədi ilə internet məkanında çağırış yayan şəxslər və amilləri təqib edib və nəzarət altına alıblar,” deyə Gilan Sepahının Kiber (siber) bölməsi Tasnim xəbər agentliyinə bildirib.

Gilanda tutulanların kimliyi ilə bağlı məlumat verilməyib.

Son bir ildə onlar türk dil haqları fəalının həbs və mühakimə edildiyi Şərqi Azərbaycanın Əhər şəhərində də həbslər mitinqin baş tutmasından öncə həyata keçirilib.

Güney Azərbaycan TeleviziyasıOyan News veb səhifəsinə istinadən, mili fəallar Saleh Molla-Abbasi, Əkbər Əbulzadə, İbrahim Nuri, Məcid Nağızadə, Süleyman Kazımi, Arəş Cəfəri, Murtaza Səfəri, Mehdi Zincir-Bulağı, Əkbər Cahangirzadə, Hamid Allahverdi, Cəlal Drugəri və İsrayil Fətullahzadə noyabrın 12-də Əhərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Əhərdə baş verən həbslərdən öncə, Mehr xəbər agentliyinə istinadən, Şəhərin qubernatoru “hər hansı qeyri-qanuni mitinqin” keçirilməsini önləmək üçün lazımi ölçülərin götürüləcəyinə dair xəbərdarlıq etmişdi.

Əhərdə tutulanların məmurlar tərəfindən ağır şəkildə döyüldüyünə dair məlumat yayılıb. Həmçinin sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Saleh Molla-Abbasinin qızları Günəş və Pınar Molla-Abbasi də bir neçə saat nəzarət altında saxlanılıblar.

İnternet qəzetləri eləcə də noyabrın 9-da Ərdəbil vilayətinin Xiyav (Meşginşəhr) şəhərində başlanan həbs dalğasının ötən günlərdə də davam etdiyini yazırlar.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bir qrup fəal da Şərqi Azərbaycan vilayətinin Culfa Məlikan (Məlikəndi) şəhərlərində nəzarət altına alınıb. Onların bir neçəsinin Təbrizdəki Ettelaat həbsxanasına göndərildiyi, digərlərinin isə sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı bildirilir.

İnsan haqları qrupları Tehran universitetlərində təhsil alan onlarla tələbənin saxlanılıb Ettelaat həbsxanasına göndərildiyini yazırlar.

Ərdəbil, Urmiyə, Sulduz Xoy kimi şəhərlərdə də yeni həbslər həyata keçirilib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER