Müsavat Divanı İran rejiminin Güney Azərbaycanda törətdiyi zorakılıqları pislədi. (VİDEO)

emblemMüsavat Divanı İran rejiminin törətdiyi zorakılıqları pislədi

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalla görüşü barədə məlumat verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirib ki, namizədliyi qeydə alınmayan müsavatçıların Azərbaycan məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb.

12239613_860273617424721_1330346735934537515_n 12219459_860273667424716_2467669060725817157_n 10456014_860273650758051_1384023467973374451_nBütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsassız qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələri hazırlanıb.

Müsavat Partiyasının seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qanunsuz qərarlarından verilən şikayətlər Apellyasiya və Ali Məhkəmə instansiyalarında davam edir.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsinin qanunsuz olması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərar barədə Divan üzvləri məlumatlandırılıb. Ədalətin tanınması yönündə qəbul edilən bu qərar təqdir olunub. Bu şikayətin məhkəmə instansiyalarını uğurla keçməsi üçün vəkil Nemət Kərimlinin fəaliyyəti yüksək qiymətləndirilib.

Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Divan Sabuncu rayon Polis İdarəsinin qarşısına toplaşmış inanclı şəxslərə qarşı güc tətbiq etməsini və yol verilən zorakılıqları qətiyyətlə pisləyib. Aksiyada iştirak edənlərin həbs olunmasını fundamental insan haqlarına qarşı atılmış addım kimi qiymətləndirib. Hakimiyyəti ölkədə dini zəmində qarşıdurma yarada biləcək addımlardan çəkinməyə çağırıb.

Divan son günlər İranın dövlət televiziyalarından birində soydaşlarımızın ünvanına səslənən təhqiramiz ifadələrdən sonra baslayan etiraz aksiyalarını dəstəklədiyini, aksiya iştirakçılarına qarşı İran rejiminin törətdiyi zorakılıqları qətiyyətlə pislədiyini bildirib.

Müsavat Partiyası Cənubi Azərbaycanın bir çox şəhərlərində baş tutan aksiyalarda həbs olunana vətənpərvər fəalların dərhal azadlığa buraxılmasını tələb edib.

Sonda cari məsələlərə baxılıb.

 bastainfo.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER