Vali: Qonşu ölkələrdəki münaqişələrin zərərini Qərbi Azərbaycan da çəkir

Qərbi Azərbaycanın valisi Qurbanəli SəadətQərbi Azərbaycanın valisi Qurbanəli Səadət.

Vali: Qonşu ölkələrdəki münaqişələrin zərərini Qərbi Azərbaycan da çəkir

Qərbi Azərbaycanın valisi Qurbanəli Səadət vilayətdə adambaşına düşən gəlirin çox aşağı olduğunu bildirib

Qərbi Azərbaycan valisi Qurbanəli Səadət qonşu ölkələrdə cərəyan edən daxili müharibələrin vilayətə zərər verdiyini ifadə edib.

“Fars” xəbər agenliyinə istinadən, Urmiyə Universitetində keçirilən bir mərasimdə danışan vali vilayətdəki inflyasiya və ağır iqtisadi durum haqda danışıb.

Qərbi Azərbaycanın İranda əhalisinin gəlirinə görə ən aşağı və inflyasiyaya görə ən yüksək səviyyədə olan vilayətlər arasında olduğunu vurğulayan valinin söylədiklərinə görə, vilayət İran-İraq müharibəsi zamanı investisiya imkanlarını itirmişdir. O deyib ki, bu gün də qonşu ölkələrdə gedən münaqişələr  Qərbi Azərbaycana təsir göstərir, investiya imkanlarının qarşısı alınır.

Vilayətin keçən illərdə qarşılaşdığı problemlərə diqqət çəkən Qurbanəli Səadət həmçinin Səddam rejimi dönəmində 580 min İraq vətəndaşının Qərbi Azərbaycan vilayətinə köç etməsindən söz açıb.

Cənab Səadət Qərbi Azərbaycanda adambaşına düşən gəlirin İranda orta səviyyədən çox aşağı olduğunu və bunun yarısını təşkil etdiyini bildirib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER