Güney Azərbaycanlı aktiv siyasətçi Səid Mətinpur azadlıqda

Səid MətinpurSəid Mətinpur.

Təcili: Səid Mətinpur azadlığa çıxdı

Güneyli fəal 7 ildən artıqdır ki, Tehrandakı Evin həbsxanasında saxlanılırdı

8 il müddətinə azadlıqdan məhrum edilmiş güneyli fəal Səid Mətinpurun İran vaxtı ilə gecə saat 10-00 radələrində saxlandığı Evin həbsxanasında azadlığa buraxıldığı bildirilir. Cənab Mətinpurun yaxınlarından biri Amerikanın Səsinə bildirib ki, o, təxminən 30 dəqiqə əvvəl Tehrandakı Evin həbsxanasını tərk edərək yaşadığı Zəncan şəhərinə yola düşüb. Səid Mətinpurun özü ilə telefonda danışan yaxını onun azadlığa çıxdığını təsdiq edib. Ancaq hələlik rəsmilər güneyli fəalın sərbəst buraxılması barədə heç bir məlumat vermir.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib. O, 7 ildən artıqdır ki, Tehran şəhərindəki Evin həbsxanasında saxlanılırdı. Bu həbsxana İranın ən ağır şəraitli məhbəsi hesab olunur. Beynəlxalq insan haqları təşkilatları isə Səid Mətinpuru vicdan məhbusu elan edərək, dəfələrlə onun sərbəst buraxılmasına çağırmışdı.

Emil QuliyevBabək Çələbiyanlı


Emil Quliyev

eguliyev@voanews.com

Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. “Amerikana” proqramının təsisçisi və aparıcısı, “Amerika İcmalı” həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER