Məsud Barış: Rokla haqq səsimizi ucaldırıq

Təbrizin “Barış” rok qrupu təkcə İran Azərbaycani deyil, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində populyarlıq qazanıb.

Qrup keçən il Kazan şəhərində türkdilli ölkələrin musiqi festivalında iştirak edib. Bu günlər Birləşmiş Ştatlarda səfərdə olan rok qrupun solisti Məsud Barış Amerikanın Səsinin qonağı olub və “Amerika icmalı” proqramında müsahibəsində ABŞ-a səfəri, rok musiqisi və gələcək planlarından danışıb.

“Klassik musiqimiz çox zəngindir, muğam musiqisi olduqca zəngindir, amma rok janrı istər Bakıda, istərsə də Təbrizdə çox inkişaf etməyib.” Məsud Barış

Tatarıstanda konsertlərdən sonra Türkiyəyə də turnedə olduq. Türkdilli və azərbaycanlı, eləcə də dünyanın hər yerində olan  dostlarımızla musiqimizi paylaşa bilməyimizə çox sevinirik, onlarla görüşüb, konsertlər verməyi sevirik. Bu ölkələrdən biri də Amerikadır, çünki burada çox sayda İran azərbaycanlı həmyerlilərimiz, türkdilli qardaşlarımız var. Onlara konsertlər vermək istəyirik. Burada da üç konsertimiz olacaq, ona görə Amerikaya səfər etmişəm”-deyə Məsud Barış bildirib.

Təbrizli musiqiçi Bakıda Azərbaycan Dövlət konservatoriyasında klassik vokal sənəti üzrə təhsili alıb. O, rok musiqisinə üz tutmasını Azərbaycanda bu janrın daha az yayılması və rok vasitəsilə ictimai mövzulara diqqət çəkmək istəyi ilə izah edib. “Klassik musiqimiz çox zəngindir, muğam musiqisi olduqca zəngindir, amma rok janrı istər Bakıda, istərsə də Təbrizdə çox inkişaf etməyib. Rok ciddi musiqidir, etiraz musiqisidir. Bu musiqi vasitəsilə dövrümüzdə insanlara, insaniyyətə olan haqsızlara qarşı çıxmaq, azadlıqlardan danışmaq daha yaxşı mümkün olur.”

Rok ciddi musiqidir, etiraz musiqisidir. Bu musiqi vasitəsilə dövrümüzdə insanlara, insaniyyətə olan haqsızlara qarşı çıxmaq, azadlıqlardan danışmaq daha yaxşı mümkün olur.”-Məsud Barış

Məsud Barış İran Azərbaycanında gənclərin, yeni nəslin nümayəndələrinin rok musiqisini böyük rəğbətlə qarşıladığını deyib: ”Bir tərəfdən bu janra elə buna görə üz tuturuq. Muğamatımız, klassik musiqisimiz həqitətən də çox zəngindir. Amma bir gerçəkliyi də qəbul etməliyik ki, yeni nəsillə yaxşı əlaqə yarada bilmirik.”

Məsud Barış Amerikanın bir sıra ştat və şəhərində, o cümlədən, San-Fransisko şəhərində və Vaşinqton yaxınlığında Virciniya ştatında konsert proqramı ilə çıxış edəcək. O, bədii rəhbəri olduğu rok qrupu ilə yaxın zamanlarda Türkiyədə və Bakıda konsertlər verməyi planlaşdırdığını deyib.

Dilşad Əliyarlı

daliyarl@voanews.com

Jurnalist və yazar Dilşad Əliyarlı 16 ildir “Amerikanın səsi”ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramlarının ilk aparıcısı olub.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER