“Millətimizi parçalayanlar tarixi torpaqlarımızı təkrar parçalayırlar”

Rusiya və İran Qarabağı bölür?Rusiya və İran Qarabağı bölür?

Bu həftənin sonuna yaxın dünya siyasətində yeni canlama baş verəcək.

İran və Rusiya prezidentləri görüşür (FOTO)
(Həsən Ruhani və Vladimir Putin) Rusiyanın Ufa şəhərində iyulun 9-10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüşün nəzərdə tutulması beynəlxalq miqyasda diqqətlə izlənilən mühüm siyasi hadisə olacaq.
Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan bu təşkilatın üzvləridir. Tutduğu coğrafi mövqeyi və apardığı tərəfsiz siyasətlə dünyada özünəməxsus imic yaradan İran bu təşkilata müşahidəçi statusu ilə dəvət olunub və İran prezidenti burada rusiyalı həmkarı ilə təkbətək söhbət etmək şansı qazanacaq.

İndi həm Moskvanın, həm də Tehranın bir sıra mühüm regional və beynəlxalq məsələlərlə bağlı mövqeyi maraq doğurur. Qərbə qarşı ən yaxşı müttəfiq hesab olunan bu iki ölkə lideri narahatlıq doğuran siyasi-iqtisadi məsələlərin həllinə fayda verə biləcəklərmi, ümumiyyətlə, Putin-Ruhani görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıla bilərmi?

İndi gündəmdə olan İŞİD-in Suriyada və İraqdakı fəaliyyəti, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar, Ukraynanın şərqində yaranmış vəziyyət, Rusiya-Avropa, ABŞ-İran qarşıdurması ilə bağlı mühüm məsələlər əsas müzakirə mövzusu olacaq. Həmçinin həm İranın. həm də Rusiyanın sərhədi daxilində qaynar nöqtələr və münaqişəılər, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı da ciddi müzakirə gözlənilir.

Rusiya və İran Qarabağı bölür?

İşğal altında olan Azərbaycan rayonları

Politoloq Qabil Hüseynli hər iki liderin Qarabağ məsələsi ilə bağlı aparılacaq müzakirələrdə müsbət nəticələrin əldə olunacağı ilə bağlı fikir söyləməkdə çətinlik çəkdiyini söylədi. Onun fikrincə, İran tərəfi indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe Azərbaycan üçün qaneedici olmayıb. İran daim Ermənistana iqtisadi yardım pəncərəsi, yolu açıb və bununla bir növ onu xilas edir, yaşadır.

O deyib: “Hətta İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan bizim üçün tolerant, dost ölkədir. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin İranla Rusiya arasında müsakirəsindən müsbət nəsə gözləmək inandırıcı görünmür. Hər iki ölkə Ermənistana daha yaxın münasibət göstərir. Ona görə də Azərbaycanın xeyrinə addımlar atılacağı qənaətində deyiləm.

Q.Hüseynli son vaxtlar Qarabağın həlli ilə bağlı Rusiya tərəfindən qəti addımların atılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiyanın şərtləri və tələbləri müzakirə mərhələsindədir. Son siyasi qərar yoxdur və bunların hamısı söz-söhbətlərdir. Ona görə konkret nəsə demək olmur.

Politoloq sülh danışıqları müsbət nəticələnməyəcəyi təqdirdə nə baş verə bilər” sualına isə belə cavab verib ki, təbii, yeganə çıxış yolu hərb yoludur. Azərbaycan öz üzərinə düşən sülhpərvər missiyasını yerinə yetirir. Amma hər şeyin sonu olmalıdır. Milli Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman qəti addımlar atmağa qadirdir.

Rusiya və İran Qarabağı bölür?Qabil Hüseynli: Azərbaycanın xeyrinə addımlar atılacağı qənaətində deyiləm.

Ümumiyyətlə, İran-Rusiya əlaqələri təhlil edilərkən adətən iki ölkə arasındakı mövcud maraqlarla bağlı ziddiyyətlər nəzərə alınmır.

Əslində, İran və Rusiya arasında maraqlar baxımından ciddi fərqliliklər mövcuddur. İranın dini mənsubiyyəti, Rusiya ətrafındakı dövlətlərin inqilab ixrac siyasəti, Xəzər dənizinin statusu məsələsində Rusiya və İranın fərqli mövqeyi kimi bir sıra amillər həmişə bu iki dövlətin bir-birinə qarşı münasibətdə şübhəli yanaşması üçün əsas olub. Rusiyanın İranın nüvə proqramı ilə bağlı mövqeyi də bir qədər ziddiyyətli xarakter daşıyır. Belə ki, nüvə silahına sahib İran Rusiya üçün potensial təhlükə olsa da, o, ABŞ-ın İrana nüvə proqramı ilə əlaqədar hər hansı bir müdaxiləsini və ya təzyiqini də yolverilməz hesab edir. Nüvə silahına sahib İran Rusiya üçün təhlükədir, çünki bu Rusiyanın Mərkəzi Asiya, Qafqaz və Xəzər hövzəsindəki mövqelərinə təsir edə bilər.

Bundan başqa, həm isbatlanmış qaz ehtiyatlarına, həm də neft ehtiyatları baxımından ikinci sırada olması da İranın Rusiya üçün önəmini ortaya qoyur. İranın dünya enerji ehtiyatlarının təxminən % 70-75-nin yerlədiyi Yaxın Şərq və Xəzər bölgəsinin ikisinə də aid dövlət olması onun strateji önəmini Rusiya üçün daha da artırır.

İran üçün Rusiyanın önəmini şərtləndirən amilləri isə rəsmi Tehranın mövcud beynəlxalq sistemdəki vəziyyəti ortaya qoymasıdır. Belə ki, İran hazırda dünyadakı tək fövqəldövlət olan ABŞ-a düşmənçilik mövqeyindədir və mövcud şərtlər baxımından da yaxın gələcəkdə vəziyyətin dəyişməsi ehtimalı zəifdir. Bu baxımdan mövcud beynəlxalq sistemdə İranın güclü strateji münasibətlər qurabiləcəği ölkələrə ehtiyacı var. Rusiya isə bunun üçün ən önəmli ölkələrdən biridir.

Əvvala, Rusiya BMT Təhlükəsizlik Şurasının veto hüququna malik ölkəsi kimi İran üçün çox vacibdir.

İkincisi, İran rejiminin öz strateji təhlükəsizliyinin təmini üçün vacib saydığı nüvə proqramını davam etdirmə siyasətində Rusiya əvəzedilməz tərəfdaşdır.

Üçüncüsü, İrana qarşı bir Xristian təmərküzləşməsinin qarşısının alınması baxımından pravoslav Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir.

Dördüncüsü, İran üçün elə enerji amili baxımından da böyük enerji ehtiyatlarına malik olan və Putinlə bərabər bir enerji süper gücü olmağa başlayan Rusiya ilə ümumi strateji xətt ABŞ-ın hegemonyasına qarşı vacib şərtdir.

Rusiya və İran Qarabağı bölür?

Serj Sarkisyan və İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın sevgisi

İki ölkə arasında ikitərəfli strateji münasibələrin ən vacib sahələrindən biri olan hərbi sahədəki əməkdaşlıq əsasən Rusiyanın İrana silah satmasından ibarətdir. Rusiya silah sataraq həm İranın hərbi baxımdan güclənməsinə təkan verməkdə, həm də böyük iqtisadi qazanc əldə edir. Təxminlərə görə, İran Rusiyanın Çin və Hindistandan sonra üçüncü önəmli silah alıcısıdır. İran üçün isə Rusiya ən vacib silah satıcısı hesab edilir.

Rusiya və İranın dünya enerji bazarındaki yerləri tərəflərin bu sahədəki əməkdaşlığına strateji önəm qazandırmaqdadır. Belə ki, ümumilikdə dünya qaz ehtiyatlarının təxminən 46, neft ehtiyatlarının isə təxminən 20 faizi Rusiya və İran ərazisindədir. Rusiya dünya təbii qaz bazarında təxminən 30 faizlə (müxtəlif sənədlərdə bu rəqəm 25-32 faiz arasında dəyişməkdədir) birinci, İran isə 16 faizlə ikinci yerdədir. Bundan başqa, Rusiyanın dünyada bilinən qaz ehtiyatlarının 1,5 faizinə malik Türkmənistanla imzaladığı uzunmüddətli enerji müqavilələri və eləcə də Türkmən qazının Avropa bazarlarına tranzit keçiş üçün Rusiya və İranın strateji önəmi nəzərə alınsa, bu ikilinin qaz sektorundaki önəminin əvəz ediməz olduğu ortaya çıxır.

İndi Rusiyanın İranda kürt və türk (azərbaycanlı) amillərindən hələlik istifadə etmədiyi müşahidə olunur. Rusiyanın tarixən İranda strateji tərəfdaş kimi Fars (və qismən də kürd) amilinə üstünlük verdiği müşahidə edilir. Digər tərəfdən, İŞİD-in Rusiaynın və İranın maraqlarının çox olduğu İraqda və Suriyadakı fəaliyyəti bu iki ölkəni təbii ki, narahat etməyə bilməz.

Rusiya və İran Qarabağı bölür?

İran və rusiya prezidentlərinin dünyanı dəyişmək istəyi //ans//

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER