“45 notariusdan 4-nün sahibi azərbaycanlı, qalanlar yəhudi, rus və ermənilər idi”

notarius“45 notariusdan 4-nün sahibi azərbaycanlı, qalanlar yəhudi, rus və ermənilər idi”

Dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da mövcud qeydiyyat prosedurları nə qədər inkişaf etsə də, bu sahədə keçmişin zəngin ən­ənə­lərinin də qaldığı müşahidə edilir. Bu ənənələr, heç şüb­həsiz ki, inkişaf etdirilir, hüquqi və texnoloji cəhətdən təkmilləşdirilir. Tarixdən, Azərbaycan xalqının soykö­kündən gələn ədalətlilik, vicdanlılıq hissi isə əmlaka mü­nasibətdə də hər zaman özünü mühafizə edir və müasir inkişaf  proseslərinin heç bir mənfi təsirinə güzəştə get­mir. Belə mühafizəkarlıq mütərəqqi mühafizəkarlıqdır.

Araşdırmamızın əsas məqsədi keçmişlə bu gün, bu günlə gələcək arasında körpü yaratmaqdır. Çünki əmlak məsələləri və onun məxsusluğu həm qədim keçmişdə, həm də bugün öz aktuallığını itirməmişdir. Araşdırma zamanı tarixi faktların üzə çıxarılmasına nə dərəcədə nail olduğumuz da oxucular və ya mütəxəssislər tərəfindən qiymətləndirilə bilər. Lakin bir şeyi qeyd etmək lazımdır ki, bu olduqca vacib bir məsələdir, araşdırmasına xüsusi ehtiyac duyulur, bir və ya bir neçə elmi əsərin mövzusu ola bilər.

Əmlakın qeydiyyatı tarixi Azərbaycanın mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Təkcə bir məqamı nə­zərinizə çatdırım ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisində 150 mindən çox ev və mənzil və maddi mədəniyyət abi­dələri talan edilmişdir. Əmlakın qeydiyyatı tarixinin araş­dırılması bizə Azərbaycan həqiqətlərinin dünyaya daha əhatəli şəkildə, faktların və rəqəmlərin dili ilə çat­dı­rıl­ması baxımından da lazımdır.

Ümid edirik ki, belə mühüm tarixi-ideoloji əhə­miy­yət kəsb edən bir məsələnin gələcəkdə daha dərindən və ətraflı araşdırılmasında dəyərli alimlərimiz öz səylərini əsirgəməyəcəklər.

Bir məqamı xüsusi qeyd etmək istərdim ki, Prezident İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirib ölkəmizi gə­lə­cəyə apardığı kimi, tariximizin bütün səhifələrinin araş­dırılıb tədqiq edilməsi məsələlərinə də böyük önəm verir.
Hər bir xalq öz tarixini, öz mədəniyyətini öyrənməli və onu təbliğ etməlidir. Xalqın öz tarixi keçmişini öyrən­məsi, onun köklərini araşdırması olduqca təqdirəlayiq bir hadisədir. Mövqeyindən, vəzifə və peşəsindən asılı olma­ya­raq hər kəs bu işə dəstək verməyə çalışmalıdır.

Tarix müxtəlif istiqamətlərdə araşdırıla bilər: mədə­niyyət tarixi, hüquq tarixi, fəlsəfə tarixi… Bu siyahını cəmiyyətin hər bir sahəsinin sayı qədər genişləndirmək olar. Lakin məqsəd heç də bu deyil. Bütün sahələr üzrə aparılan araşdırmalar bir-biri ilə üzvi şəkildə bağlıdır və onların hər birinin diqqətlə, sistemli şəkildə araşdırılması ölkənin bütün tarixinin araşdırılması deməkdir.

Bildiyimiz kimi, lap qədim zamanlardan bu günə kimi mülk sahibi olmaq, həmin mülkün nəsildən-nəslə keçməsinin etibarlılığının qorunmasını təmin etmək in­sanlara xas ən ülvi hisslərdən biri olmuşdur. Ona görə də tarixin lap qədim dövrlərindən bu günə kimi daşınmaz əmlakın, xüsusilə torpaq mülkiyyətçiliyinin bu və ya digər formada qeydiyyatı aparılmışdır.

Osmanlı imperiyası dövründə dəftərxana üsulu fəaliyyət göstərir, bu üsula əsasən, Osmanlı imperiyası tərəfindən fəth edilmiş hər bir ərazinin, şəhərin, kəndin kameral uçotu gedir, həm əhalinin, həm də onlara məx­sus daşınmaz əmlakın siyahısı son dərəcə dəqiqliklə gös­tərilir, eyni formatlı dəftərlərdə onların müfəssəl qey­diyyatı aparılırdı.

Arxiv sənədlərindən belə məlum olur ki, Azər­bay­can ərazisində də əhalinin kameral uçotu hələ XVIII əs­rin əvvəllərindən Azərbaycanın müəyyən əraziləri Os­man­lı imperiyasının hakimiyyəti altında olduğu dövrdən aparılmışdır.

Osmanlı imperiyası dönəmində tərtib edilmiş ka­me­ral uçot dəftərlərinin orijinalları bu gün də İstanbuldakı Başbakanlıq arxivində qorunmaqdadır. Mərhum aka­de­mik Ziya Bünyadovun səyi nəticəsində həmin dəftər­lər­dən ikisinin, 1727-si il tarixində tərtib edilmiş «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» və «Naxçıvan san­ca­ğının müfəs­səl dəftəri»nin mikrofilmi Azərbaycana gətirilmiş və kitab halında çap edilmişdir.

Elmira Seyidbəli Gövhər ağa Cavanşirin sənədləri əsa­sın­da «Qarabağ torpaq mülkiyyətinə aid arxeoloji materiallar» kitabını nəşr etdirmişdir

XIX əsrin əvvəllərindən eti­barən Şimali Azərbaycan torpaq­larının Rusiya imperi­yasına bir­ləşdirilməsinə paralel olaraq bu ərazilərdə Rusiya imperiyası tə­rəfindən də kameral uçot işləri davam etdirilmiş, tərtib edilən kameral-uçot kitablarında Azər­baycandakı şəhər və kəndlərdə yaşayan əhalinin həm özünün, həm də onlara məxsus daşınar və daşınmaz əmlakın dəqiq uçotu aparılmış, hər ailənin kişi cinsindən olan bütün üzvlərinin siyahısı və onlara məxsus əmlaklar kitabda göstərilmiş, qadınların isə ümumi sayı qeyd edilmişdir. Həmin dəftərlər bu gün də Azərbaycan Respublikasının Milli  Arxiv İdarəsində mühafizə olunur.

Bütün dövrlərdə mülkiyyət hüququ, mülki mü­na­si­bətlərin tənzimlənməsi məsələləri insanları düşündürmüş, cəmiyyətin əsas, aparıcı funksiyalarından biri olmuş, xa­rakterindən asılı olmayaraq bütün ictimai-siyasi for­ma­si­yalarda dominant rol oynamışdır. Feodal üsul-idarəsinin, şahların, dünyanı fəth edən hökmdarların qılıncları bö­lün­müş dünyanı yenidən bölmüş, torpaqlar, sərhədlər də­yiş­di­rilmiş, qanlı və talançı müharibələr bir mal-mülk sa­hi­bini var-yoxdan çıxarmış, digərini isə  varlandırmış, şan-şöhrət sahibi etmişdir.Zaman-zaman Azərbaycan da qon­şu dövlətlərin təcavü­zünə mə­­ruz qalmış, torpaq­larımız yad­la­rın əlinə keç­miş və­tənimiz bölünmüşdür.

XIX əsrin əv­vəl­lə­rində Azərbaycanın əra­zi­sində 19-dan çox xan­lıq mövcud ol­muş­dur.

1804-1828-ci illər ər­­­zin­də Rusiya im­pe­ri­yası təd­ricən Azərbaycan əra­zi­lərini zəbt etmişdir.

1804-1813-cü və 1826-1828-ci illər ər­zin­də iki Rus-İran müharibəsinin nəticəsi olaraq 1828-ci ildə bu iki döv­lət arasında bağlanmış Türk­mənçay mü­qaviləsinə görə Azərbaycan iki yerə bö­lün­müş, Şimali Azərbaycan Ru­siya, Cənubi Azərbaycan isə İra­nın müstəmləkəsi al­tın­da keçmişdir.

İstər şahlıq üsul – idarəsi dönəmində, istərsə də xan­lıq­lar zamanında torpaq sahələri, bəzən bütöv kəndlər şahın və ya xanın fərmanı ilə müxtəlif insanlara hədiyyə kimi bağışlanılır və buna aid fərmanlar divanxanalarda qorunub saxlanılırdı. Yəni mülkiyyət hüquqları mütləq sənədlə təsdiq olunur, sərhədləri isə təbii – coğrafi işarələrlə 4 coğrafi qütbə münasibətdə işarələnirdi.

1804-cü ildə rus ordusu tərəfindən Gəncə qalası alındıqdan sonra Gəncə xanlığı ləğv edilərək Gəncə şəhəriYelizavetpol adlandırıldı. Gəncə xanlığının ərazisi isə Yelizavetpol dairə rəisinə tabe edildi. 1806-cı ildə Bakı xanı Hüseynqulu xan qaçdıqdan sonra Bakı komen­dantlığı, 1810-cu ildə Quba xanlığı ləğv edilərək Quba komendantlığı, 1820-ci ildə Şamaxı şəhərində Şirvan komen­dantlığı, 1822-ci ildə Suşa şəhərində Qarabağ komen­dantlığı, 1826-ci ildə Lənkəran şəhərində yerləşən Talış müvəqqəti idarəsi yaradıldı. Bütün bu komen­dant­lıq və idarələr rus çarının Tiflisdə yerləşən baş idarəsinə tabe edildi. Yerli əhalinin daşınar və dışınmaz əmlakları ilə bağlı bütün məsələlər bui darə və komendantlıqlarda həll olunmağa başladı.
İlk dəfə olaraq Bakı və onun ətraf ərazilərində yaşayan əhalinin daşınar və daşınmaz əmlakları  vergiyə cəlb olunmaq məqsədilə 22 dekabr 1816-cı ildə siyahıya alınmağa (kameralğnıe opisaniə) başlanmışdır. Bu siyahıyaalma Ümumrusiya imperiyasının uçot-yoxlama işlərinin tərkib hissəsi kimi aparılmışdır. Növbəti siyahıyaalma 1832-ci ilə təsadüf edir ki, bu zaman Bakı və  onun ətrafı ilə yanaşı, o vaxtkı Şimali Azərbaycanın da bütün ərazisi bu siyahıyalmadan keçmişdir.

1814-cü ildə rus çarının Cürcüstanda yerləşən səlahiyyətli nümayəndəsinin (canişin) sərəncamı əsa­sın­da Yelizavetpol müvəqqəti dairə məhkəməsi, 1823-cü ildə Şamaxı şəhərində yerləşən Cinayət və mülki məhkəmələrin Xəzər palatası (1859-cu ildə quberniyanın mərkəzinin Şamaxıdan Bakıya köçməsi ilə əlaqədar Bakı palatası adlandırılmışdır), 1868-ci ildə Bakı və Ye­li­za­vet­pol dairə məhkəmələri yaradılmışdır.

Dairə məhkəmələri quberniya ərazisində ali məh­kəmə instansiyaları hesab edilərək ardıcıllıqla Tiflis məh­kəmə palatasının, senatın kassasiya departamentinin və Əd­liyyə Nazirliyinin tabeliyində olmuşdur. Məhkəmə Əd­liyyə Nazirliyinin təqdimatı ilə yerli hakim zümrə və iri məmurların sırasından olan sədr və 5 üzvdən olmaqla çar tərəfindən təyin edilirdi. Dairə məhkəmələrinin tərki­bin­də məhkəmə pristavları, böyük notarius və notariuslar fəaliyyət göstərmişlər.

Dairə məhkəmələrinin tərkibində torpaq mübahisə­lə­rini araşdırmaq üçün mərz işlərini yerinə yetirən mütəxəsislər də fəaliyyət göstərirdi.

1868-1918-ci illərdə Ba­kı quberniyasında Bakı dairə məhkəməsinin tər­ki­bində 19 notarius, Lənkə­randa 11 no­tarius, Şa­ma­xıda 3 notarius fəaliyyət göstər­miş­dir. Yeli­za­vetpol quber­ni­yasının Yeliza­vetpol dairə məhkəməsinin tər­kibində Yeli­zavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliy­yət göstərmişdir. Nota­riuslar olmayan yerlərdə bu vəzifə­ləri barışdırıcı hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri ye­rinə yetirildi. Qeyd etmək lazımdır ki, Notariuslar dairə məhkəmələrinin tərkibində olsa da onlar özəl idi.

1868-1918-ci illərdə Bakıda, Qabada, Lənkəranda, Şamaxıda, Elezavetpolda, Şuşada fəaliyyət göstərən 45 notariusdan yalnız 4-nün sahibi azərbaycanlılar idi. Əksər notariuslar yəhudilər, ruslar və ermənilər idi.

Qarabağ əyalət məhkəməsi 1840-cı ildə, Bakı dairə məhkəməsi 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə, Yelizavetpol dairə məhkəməsi isə  Azərbaycan İnqilab Komitəsinin 25 may 1920-ci il tarixli dekteri ilə ləğv edilmişdir. Onlar  tərəfindən veril­miş sə­nəd­lərin qeydiyyat kitabları Azərbaycan Respub­lika­sı­nın Milli Arxivinin fondlarında saxlanılır.

Rusiya imperatorunun 1870-ci il «Zaqafqaziyada şə­hərlərin əsasnamələri haqqında» Qanununun tətbiqi ilə  əlaqədar 1874-cü il 28 oktyabrda Yelizavetpol, 1877-ci ildə Bakı şəhər idarələri yaradılmışdır. Şəhər idarəsinin tərkibi şəhər Duma üzvlərinin tərkibindən seçilirdi və o, şəhər təsərrüfatına rəhbərlik edirdi. İdarənin sədri şəhərin başçısı (qorodskaə qlava) hesab edilirdi. Şəhər ərazi­sin­də tikintilərə icazəni şəhərbaşı verirdi.

1892-ci ildə ilk dəfə olaraq Bakı şəhər idarəsi tərə­findən Bakı şəhərinin baş planına baxılaraq təsdiq edil­mişdir.

Şəhər idarəsinin nəzdində statistika şöbəsi fəaliyyət göstərmişdir. Şöbənin inventar bürosu tərəfindən Bakı şə­hə­rinin inventar planı tərtib edilmiş, şəhər evləri qiy­mət­ləndirilmişdir. 1910-1914-cü illərdə yeni tikilən evlər qiymətləndirilmişdir.

Şəhər idarəsinin tərkibində həmçinin torpaq şöbəsi fəaliyyət göstərmişdir. Yaşayış və ya tikililər üçün torpaq sahələri bu şöbə tərəfindən ayrılırdı.

Ayrılmış torpaq sahələrində inşa ediləcək tikililərin planları şəhər idarəsinin tərkibində fəaliyyət göstərən tikinti şöbəsi tərəfindən təsdiq edilirdi.

Yelizavetpol və Bakı şəhər idarələrində şəhər mülk sahiblərinin daşınar və daşınmaz əmlaklarının qeydiyyat kitabları aparılmışdır.

Bakı şəhər idarəsi 1918-ci ildə Bakı Xalq Komis­sarları Sovetinin dekreti ilə, Yelizavetpol şəhər idarəsi isə 1920-ci ildə Azərbaycanda Sovet ha­kimiy­yətinin qurulması nəticəsində ləğv edilmişdir.
1813-cü ildən, yəni Şimali Azərbaycanın ək­sər əraziləri Ru­siyanın ida­­rəçiliyinə keçdik­dən sonra dairə məhkə­mə­lə­rində ci­na­yət məsələlə­ri ilə yanaşı mülki işlərə, o cümlə­dən, əmlak mü­ba­hi­sələrinin ay­dın­laşdırıl­ma­sı, torpaq sahələ­ri­nin  mərz­lənməsi, bölün­məsi, sərhədlərin dəqiqləşdi­ril­mə­si, əm­lakın yaranması və alqı-sat­qısının qeydiy­yatının aparılma­sı kimi məsələlərə da baxıl­ma­ğa baş­landı. Yelizavetpol məh­kə­mə palatasının yaran­masından sonra baş tutan ilk belə qeyd 1814-cü ilə təsadüf edir. Bu işin daha sistemli və təkmil qaydada aparılması üçün bir müddətdən sonra məhkəmələrin tərkibində mülk işləri stolu yaradıldı və bu bölmə tədricən notarius funksiyasını yerinə yetirməyə başladı. Lakin bütün bunlar epizodik xarakter daşımaqla daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiy­yatının müfəssəl, sistematik şəkildə bir orqan daxilində və reyestr kitabları əsasında aparılmasına imkan vermirdi.

Bu baxımdan 1867-ci ilin 9 dekabrında müasir dövr üçün xüsusi əhəmiyyət kəsb edən mühüm  bir  hadisə baş verdi. Xatırlatmalıyıq ki, hələ bu tarixdən üç il əvvəl, 1864-cü ilin 20 noyabrında Rusiya imperatoru, tarixdə islahatçı çar kimi xatırlanan II Aleksandr tərəfindən «Məhkəmələrin təşkil olunması və məhkəmə nizam­na­mə­ləri  haqqında» qanun imzalanmışdı, lakin bu qanun Za­qafqaziyada tətbiq edilmirdi. 1867-ci il 9 dekabr tari­xin­də isə imzalanan yeni  bir sənəd əsasında bu qanunun 1868-ci il 1 yanvar tarixindən etibarən Zaqafqa­ziyanın Bakı, İrəvan və Yelizavetpol quberniyalarında da tətbiqi qə­rara alındı.

Beləliklə, Azərbaycanda mülkiyyət sahiblərinin vergiyə cəlb edilməsi məqsədilə daşınmaz əmlak  üzərində hüquqların ilk dəfə sistemli şəkildə müvafiq bölmələr üzrə qeydiyyata alınması prosesinə 1868-ci il 1 yanvar tari­xin­dən başlandı və ilk reyestr kitabları da dairə məhkəmələri nəzdində yaradılmış notariuslar tərəfindən 1868-ci il 1 yanvar tarixindən tərtib edildi.

O dövrdə dairə məhkəmələri tərkibində fəaliyyət göstərən notariuslarda daşınmaz əmlaka dair iki qeydiyyat kitabı mövcud idi ki, bunlardan biri «Mülk işləri kitabı», digəri «Mülk işlərinin reyestri kitabı» adlanırdı. «Mülk işləri kitabı» adlanan birinci kitabda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına, «Mülk işlərinin reyestri kitabı» adlı ikinci kitabda isə əmlakın alqı-satqısı, bağışlanması, girov qoyulması və s. əmə­liy­yatlara dair qeydlər aparılırdı. Əvvəldə də qeyd etdiyimiz kimi notariusların mövcud olmadığı ərazilərdə bu vəzifələr münsiflər məhkəməsinin hakimləri, onlar olmadıqda isə hakimlərin köməkçiləri tərəfindən yerinə yetirilirdi.

«Mülk işləri kitabı»nda qeydlərin başlanma və tamam­lanma ili göstərilir, kitabın səhifəsi və qeydə verilən nömrə həm mülk kağızında, həm də notariusda aparılan «Mülk işlərinin reyestri kitabı»nda əks olunurdu. «Mülk işlərinin reyestri» kitabında vətəndaşa verilən «Kupçi»nin  “Mülk işləri kitabı”nda  hansı reyestr nömrəsi ilə, hansı səhifədə və neçənci ildə qeydə alındığı göstərilirdi. Böyük notariuslar hər bir mülkiyyətçinin daşınmaz əmlakını həmin kitablarda hüquqi qeydiyyata alır, bunun əsasında isə onlara mülkə sahiblik hüququnu təsdiq edən “Qəbalə” kağızı – «Kupçiy krepostey» verilirdi. Həm qəbalə kağı­zını, həm də «Mülk işləri kitabı”nda və «Mülk işlərinin reyestr kitabı»nda aparılan müvafiq qeydləri böyük notariuslar imzaları ilə təsdiq edirdilər. Hər iki kitab dairə məhkəməsinin üzvü tərəfindən imzalanır, kitablar tikilir, surğuclanır və müvafiq dairə məhkəməsinin möhürləri ilə möhürlənirdi.

XX əsrin əvvəllərində Rusiya imperiyasında  baş verən siyasi-iqtisadi və hərbi böhranın  təsiri ilə Azər­baycanın ictimai-siyasi həyatında da dəyişikliklər baş ver­məkdə idi. İnsanların şüurunda tərəqqi, demokratiya və azadlıq ideyaları formalaşırdı. Bu prosesin məntiqi nəticəsi kimi, Azərbaycan 1918-ci ilin 28 mayında öz müstə­qil­li­yi­ni elan edərək, Şərqdə ilk demokratik respublikanı yaratdı.

Azərbaycan Demokratik Respublikası təşəkkül tap­dığı ilk günlərdən ölkədə mülkiyyət hüquqlarının demok­ratik prinsiplər əsasında qorunması məsələsinə mühüm önəm verilirdi. Azərbaycan Demokratik Respublikasının ədliyyə naziri Xəlilbəy Xasməmmədovun “Məhkəmə ida­rələrinin bərpa olunması haqqında” etdiyi məruzə əsasında Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edildi, Bakı dairə məhkəməsinin və onun tabeliyində olan idarələrin fəaliyyəti bərpa olundu və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində 1868-ci ildən əldə olunan ənənələr Azərbaycan Demokratik Res­pub­li­kasının 23 aylıq hakimiyyəti dövründə də milli prinsiplərə uyğun davam etdirildi.

Azərbaycan Xalq Cümhiriyyəti  dövründə icarə tor­paqdan istifadənin əsas forması idi. AXC-nin qanun­vericiliyində mülkiyyət münasibətləri, iqtisadi və sosial məsələlər geniş yer tuturdu. Mülkiyyətin dövlət, xüsusi, bələdiyyə və kollektiv formaları mövcud idi. Qanun­ve­ricilikdə bir sıra əmlak növlərinə, əsasən də neft sahələri və müəssisələrinə, gəmiçiliklə bağlı əmlaka mülkiyyət hüququnun əldə edilməsinin xüsusi qaydaları müəyyən edilmişdi. Həmin əmlak növlərinə notarial qaydada təs­diq edilmiş xüsusi icazə əsasında mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulurdu. Alqı-satqı münasi­bət­lərinin asanlaşdırılması məqsədilə hökumət tərəfindən 1918-ci il avqustun 27-də “Azad ticarətin tətbiqi haq­qında” qərar qəbul edilmişdi.

Bu dövrdə qəbul edilmiş qanunlardan «Dövlət ödə­mələri üzrə daşınar və daşınmaz əmlakın siyahıya alın­ması və hərraclardan satılması qaydasının dəyişdirilməsi haqqında» 27 sentyabr 1919-cu il tarixli qanunu, «İrsi əmlakın  məcburi satın alınması hüququnun ləğv edil­məsi haqqında» qanunu, «Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Cüm­huriyyəti əhalisinin torpaqla təmin olunması haqqında» (mart 1920-ci il) qanununu və s. göstərmək olar.
1918-ci il iyunun 22-də Azərbaycan hökumətinin aqrar sahə ilə bağlı qəbul etdiyi qərarda Zaqafqaziya Seymi tərəfindən torpaq islahatına dair qəbul edilmiş qanunun icrasının Müəssislər Məclisi çağırılanadək tə­xi­rə salınması nəzərdə tutulmuşdu. Həmin vaxta qədər istər xüsusi şəxslərin, istərsə də dövlətə məxsus olan zəbt edil­miş torpaqların geri qaytarılmasını, torpaq məsələsinə dair tezliklə lazımi məlumatların toplanmasını, bədəl (vı­kup) tədiyələri haqqında məruzələrin təqdim edil­mə­sini, yaxın müddətdə torpaq komissiyalarının yenidən qu­rul­ması və ləğv edilməsi haqqında məru­zə­lərin təqdim olun­masını nəzərdə tutan bu qərar torpaq münasi­bət­lə­ri­nin çözülməsində tələskənliyə yol verilməməsi ilə bağlı idi.

Torpaq komissiyalarının vəzifələrinə torpaq sahəsi əldə etmək istəyən hər bir kənd icmasının, yoldaşlığın, ayrı-ayrı şəxslərin torpaqlarının olub-olmamasının yox­lanması, torpaqla təmin ediləcək şəxslərin sayının, hər bir kənd icması üçün tələbatına uyğun torpaq normasının müəyyənləşdirilməsi, dövlət və xüsusi sahibkar torpaq­larının hesabatının aparılması daxil idi.

Lakin Azərbaycan Demokratik Respublikasının çox qısa ömür sürməsi, mülkiyyət hüquqlarının qeydiyyatı sa­həsində geniş islahatların həyata keçirilməsinə imkan vermədi. 1920-ci il aprelin 28-də Azərbaycanda haki­miy­yəti ələ keçirən bolşeviklər və Azərbaycan Hərbi İnqilab Komitəsi tərəfindən ölkə müstəqil sovet sosialist res­publikası elan edildi. Bununla əlaqədar məhkəmə sis­te­mində əvvəllər mövcud olmuş məhkəmə aparatının fəaliy­yətinə də xitam verildi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə ölkədə milliləşmə siyasəti həyata keçirilməyə başladı. Sahibkarlara məxsus olan mal-mülklər 1921-ci ilin iyun ayına qədər Azərbaycan İnqilab Komitəsinin, daha sonra Azərbaycan SSR Xalq Ko­mis­sarları Soveti və Azərbaycan  Mərkəzi İcraiyyə Komi­təsinin qərarları ilə dövlət mülkiyyəti elan edilərək milliləşdirildi. Bu zaman vətəndaşların mülkiyyətində müəyyən normalar daxilində yalnız bir yaşayış evinin olmasına, ailənin minimal ehtiyaclarını ödəyə biləcək məhdud sayda ev heyvanları və quşların saxlanmasına, həmçinin onların müəyyən çərçivədə fərdi təsərrüfatla məşğul olmasına razılıq verilirdi. 1928-ci ildə isə xüsusi mülkiyyəti, ələlxüsus kənd yerlərində yaşayan əhalinin evlərini qeydiyyata almaq, eyni zamanda dövlət müəssisə və təşkilatlarına məxsus daşınmaz əmlakın uçotunu apar­maq, onları qiymətləndirmək, inventar dəyərini müəyyən etmək məqsədi ilə respublikada inventar büroların yaradıl­ması zərurəti ortaya çıxdı.

Beləliklə, dövlətə məxsus daşınmaz əmlakın qey­diy­yatı və uçotunun yerli icraiyyə orqanlarında – «Bələdiy­yə­ləşdirilmiş tikililərin reyestr kitabları»nda, vətəndaşlara məxsus tikili və qurğuların qeydiyyatı və uçotunun isə 1928-ci ildən etibarən mülkiyyət formasından asılı ol­ma­yaraq yerli kommunal təsərrüfatı orqanlarında aparıl­ma­sına başlandı. Texniki inventarlaşdırma işlərinin icrası yerli kommunal təsərrüfatı orqanlarının tərkibində fəaliy­yət göstərən və bu işə məsul olan texnik, yaxud mühəndisə həvalə edilmişdi.

1940-cı il 28 may tarixdə respublikanın şəhər və qəsəbələrindəki tikililərin, qurğuların texniki inventarlaş­dırılmasının, qiymətləndirilməsinin aparılması məqsədilə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissar­lığı nəzdində respublikasının rayonlarında tikintilərin inventarlaşdırılması və yenidən qiymətləndirilməsi üzrə kontor, Bakı şəhər İcraiyyə Komitəsi nəzdində isə Bakı şəhərindəki tikintilərin inventarlaşdırılması və yenidən qiymətləndirilməsi üzrə kontor yaradıldı. Bu addımın davamı kimi, Xalq Komissarları Sovetinin 1941-ci il 31 may tarixli daha bir qərarı ilə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Xankəndi şəhərləri də daxil olmaqla res­publikanın 31 şəhərində şəhər təsərrüfatının operativ tex­niki uçotu bürolarının təşkili nəzərdə tutulmuşdu. Hətta Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komis­sarlığı nəzdində bütün şəhər bürolarına rəhbərlik edəcək mərkəzi operativ-texniki uçot bürosu da formalaş­dı­rıl­mışdı. Bu bürolara şəhər hüdudları daxilində yerləşən bütün yaşayış, mədəni-məişət, elmi-tədris, müalicə-sa­nator, mədəni-maarif, ticari-anbar, inzibati-ictimai bina­ların inventarlaşdırılması, qiymətləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı və istifadəsi işləri həvalə edil­mişdi. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Xankəndi şəhərlərində belə bürolar yaradılsa da, Böyük Vətən Mü­haribəsinin başlanması digər şəhərlərdə bu tipli qurum­ların təşkilinə mane oldu. Belə büroların yaradılması mümkün olmayan şəhərlərdə bu işlər kommunal təsər­rüfatı orqanları tərkibində fəaliyyət göstərən mühəndis və ya texniklərin gücü ilə davam etdirildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkədə baş verən davamlı inkişaf, bütün respublika ərazisində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbir­ləri tikililərin texniki inventarlaşdırılmasını aparan büro­ların da iş həcmini artırır, bu sahənin günün tələblərinə uyğun təkmilləşdirməsini zərurətə çevirirdi. Bu zərurət­dən irəli gələrək Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrü­fatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə xidmətin yaxşılaşdırılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 28 aprel tarixli qərarına əsasən Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yer­ləşən təşkilatları – o cümlədən  Bakı Şəhər Texniki İn­ventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verildi. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrü­fa­tı orqanlarının tərkibində toplanmış arxiv material­larının bazasında rayonlararası texniki inventarlaşdırma bürolarının yara­dılmasına başlandı.

1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə nail olaraq demokratik inkişaf yolu tutan Azərbaycan dövlətinin o dövrdə üzləşdiyi ağır sosial-iqtisadi böhran­dan qurtuluşu, bazar iqtisadiyyatı şəraitində qarşıya qoyduğu məqsədlərə yetişməsi üçün dövlət mülkiyyə­ti­nin özəlləşdirilməsi, vətəndaşların xüsusi mülkiyyət  hüququnun tanınması və bu hüququn etibarlı şəkildə müdafiəsi kimi məsələlərin həlli zəruri idi. Lakin müstəqilliyin ilk illərində bu istiqamətdə ciddi addımlar atılmadı. Plansız və sistemsiz şəkildə həyata keçirilən bəzi tədbirlər isə iqtisadiyyatın digər sahələrində olduğu kimi bu sahədə də heç bir səmərə vermədi. O dövrdə ölkədə mövcud olan anarxiya, özbaşınalıq ayrı-ayrı vətəndaşlara məxsus əmlakların heç bir əsas olmadan başqaları tərəfindən mənimsənilməsi, vətəndaşların mülkiyyət hüquqlarının pozulması kimi xoşagəlməz hallara şərait yaradırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm qayıdışı cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahədə də vəziyyəti müsbətə doğru dəyişdi. Ulu öndərin siyasi iradəsi ilə özəlləşdirmə, mülkiyyət münasibət­lərinin tənzimlənməsinin yeni yaranmış situasiyada həlli sahəsində real imkanlara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görüldü.

1993-cü il 26 yanvar tarixdə qəbul olunmuş «Azər­bay­can Respublikasında mənzil fondunun özəlləş­diril­məsi haqqında» qanun təkmilləşdirildi. Qanundakı boş­luq­lar aradan qaldırıldı. Mənzil fondunun özəlləş­diril­məsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadə­ləş­dirilərək vətəndaşların maraqlarına uyğunlaş­dırıldı. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olundu.

1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və  xüsusi mülkiy­yətə verilməsi prosesi məhz Azərbaycanda başlandı.  Kolxoz və sovxozlara məxsus torpaqların əvəzsiz olaraq vətəndaşlara paylanması nəticəsində ötən illər 860 minə yaxın ailə, o cümlədən 3 milyondan çox insan torpağa mülkiyyət hüququna dair Dövlət aktı aldı. Dövlətə məxsus 33000-dən çox əmlak fiziki və hüquqi şəxslərin mülkiyyətinə verildi. 2001-ci ildən bələdiyyələrin mül­kiyyətinə verilən torpaq sahələrinin sərhədləri müəy­yən­ləşdirildi və beləliklə, yeni bir mülkiyyət növünün, bə­lədiyyə mülkiyyətinin əsası qoyuldu. Torpaq sahələrinin kənd sakinlərinə bərabər ölçüdə və keyfiyyəti nəzərə alınmaqla pulsuz paylanması ölkədə azad sahibkarlığın inkişafı baxımından misilsiz uğurlarla müşayiət olunan inqilabi bir proses idi. Milyonlarla Azərbaycan vətəndaşı onlara xüsusi mülkiyyət sahibi olmaq imkanı yaratmış ümummilli liderimizə minnətdardır.

Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər ölkə­mizin daşınmaz əmlak bazarına da müsbət mənada böyük təsir göstərir. Daşınmaz əmlak bazarı ildən-ilə aktivləşir. Daşınmaz əmlakdan sahibkarlıq məqsədilə istifadəyə yaradılmış əlverişli şərait cəmiyyət həyatında mülkiyyətin rolunu artırır. Əmlakın daşıdığı funksiyaların sırası geniş­lənir, konkret layihələrin icrası üçün kredit götürən  sahibkarlarla kredit təşkilatları arasında qarşılıqlı eti­madın təmin olunmasından ötrü daşınmaz əmlak önəmli bir vasitə kimi çıxış edir. Bütün bunlar isə digər sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak üzərində hüquqların etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin qurulması zərurətini aktuallaşdırırdı.

Bu birdən birə olmadı, bir neçə mərhələdən keçdi. Dövlət əmlakının özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsi yaradıldı. Komitə dövlət əmlakını özəlləşdirir və mülkiyyət hüququ haqqında şəhadətnamə verirdi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aqrar islahatı nəticəsində vətəndaşlara verilən pay torpaqlarının və şəhər və rayon icra hakimiyyətləri orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evi və digər məqsədlər üçün ayrılan torpaq sahələrinin sənədlərinin texniki tərtibatını aparır və mülkiyyət hüququ haqqında sənədlər verirdi. Hüquqmüəyyənedici sənədlərin əsasında mənzillərin və fərdi yaşayış evlərinin uçotunun aparılması, texniki inventarlaşdırılması və mülkiyyət hüquqları haqqında şəhadətnamələrin verilməsi respublika üzrə şəhər və rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarələrinə həvalə edilmişdi. Mülkiyyət hü­ququnun qeydiyyatının və hüquqların tanınmasının bir orqanda birləşdirilməsi məqsədilə Azərbaycan Res­pub­likası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 188 nömrəli Fərmanı ilə Azərbaycan Respub­likasının Nazirlər Ka­bi­neti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradıldı. Bu qurumun fəaliyyətini daha da yax­şı­laş­dır­maq və əmlak qeydiyyatı sahəsində bir-pəncərə sistemini tətbiq etmək məqsədilə bir müddət sonra, yəni 2009-cu il may ayının 19-da yeni bir qurum Əlmak Məsələləri üzrə Dövlət Komitəsi yaradıldı. Bugün komitə yanında fəaliy­yət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın qeydiyyatını rayon və şəhər ərazi idarələri va­si­tə­silə həyata keçirir və dövlət tərəfindən mülkiyyət hü­qu­qunun tanınmasına dair dövlət reyestrindən çıxarış verir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER