Dərbənddə ziyarətgah dağıdıldı – Əhali ayağa qalxdı

Dərbənddə ziyarətgah dağıdıldı – Əhali ayağa qalxdı.

Dərbənd şəhərinin Şıxsalah qəbiristanlığında ziyarətgah olan Seyid Mirqafar ağanın qəbrinin bu gecə dağıdılması azərbaycanlılar arasında kəskin etiraza səbəb olub.

Bu haqda “Turan”-a məlumatlı mənbələr xəbər veriblər. Ziyarətgahın dağıdılmasını Dağıstandakı heç bir qruplaşma öz üzərinə götürməyib. Dərbənd əhalisi bu vandalizmdə vəhhabiləri günahkar kimi görürlər. Amma bəziləri məsələnin arxasında siyasi çaların da olduğunu deyirlər. Onların fikrincə, bəziləri ziyarətgahı dağıtmaqla Dərbənddə milli qarşıdurma yaratmağa can atırlar. Belə ki, azərbaycanlıların kompakt yaşadığı Dərbənd şəhərinin milliyyətcə ləzgi olan meri İmam Yarəliyev Moskvada yaşayan dərbəndli oliqarxları onu devirməyə çalışmaqda ittiham edib. Bundan sonra Dərbənddə azərbaycanlılara qarşı aqressiya daha da güclənib. Faktiki olaraq Dərbənd meri ziyarətgahın dağıdılmasında azərbaycanlıların özlərini ittihama məruz qoyub. Mənbənin dediklərinə görə, azərbaycanlıların inanc yerlərindən olan ziyarətgahı dağıdan qüvvələr xalqın etiraz edəcəyini bilirdilər. Elə bu dağıntı ilə bağlı baş verə biləcək etiraz azərbaycanlıların sıxışdırılmasına hesablanıb. Amma Dərbənddə söz sahibi olan azərbaycanlı liderlər son anda ola biləcək kütləvi aksiyaların qarşısını alıblar. İ.Yarəliyev 2010-cu ildən Dərbənd şəhərinin meridir. Dərbənd rayonunun meri isə seçki yolu ilə seçilmiş əslən azərbaycanlı Qurban Qurbanov idi. Rəhbərlik müddəti 2015-ci ilin ortalarında başa çatmasına baxmayaraq, Dağıstan prezidenti Abdullatib Ramazanov 2014-cü ildə Q.Qurbanovu vəzifədən kənarlaşdırıb. Q.Qurbanovun vəzifədən kənarlaşdırılmasına səbəb kimi azərbaycanlıların Azərbaycanla güclü əlaqələrinin olması, Bakıdan hərtərəfli dəstək alması göstərilir. Mənbə qeyd edir ki, R.Abdullatipov bu addımı ilə azərbaycanlıarın mövqeyini zəiflətmək, Dərbənd rayonunun təbii resurslarını qeyri-azərbaycanlılara paylamaq kimi qara niyyətini həyata keçirmək istəyir.


Daha ətraflı:http://atvxeber.az/news/event/10891-derbendde-ziyaretgah-daidildi
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER