Məmməd Ənsari: Milli fəallar Azərbaycan Respublikasında güney gerçəklərini olduğu kimi təsvir etmirlər (Audio)

Məmməd ƏnsariMəmməd Ənsari.

Məmməd Ənsari: Milli fəallar Azərbaycan Respublikasında güney gerçəklərini olduğu kimi təsvir etmirlər (Audio)

“Güney və Quzey Azərbaycan aydınları birbirlərinin yaşadığı toplumu yaxşı tanımır, birbirini yaxşı anlamırlar,” deyə Azərbaycan Respublikasında ali təhsil almış təbrizli bəstəkar Məmməd Ənsari 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə Amerikanın Səsinə verdiyi müsahibədə söyləyir. 1998-ci ildən etibarən 7 il Azərbaycan Respublikasında yaşamış Ənsari müsahibədə iki toplum arasındakı bənzərliklər və fərqlər haqda öz düşüncələrini ifad edir.

Məmməd Ənsari

Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər…

Quzeydə rus dili və kültürünün buraxdığı təsirin sənət və siyasət sahələrində də əks ediliyini önə çəkən təbrizli sənətçi güney toplumunda da fars kültürünün bənzər rol oynadığını söyləyir.

“Rus və fars kültürləri iki toplumda dərin təsir buraxmış və bu toplumlar siyasət və sənət açısından dünyaya o pəncərədən baxırlar,” Ənsari bildirir.

Məmməd Ənsarinin sözlərinə görə, iki toplumun aydınları və sənətçiləri arasında mövcud olan anlaşılmazlıq Arazın hər iki tayı haqda həqiqətlərin oduğu kimi əks edilmədiyindən qaynaqlanır.

“Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər, onlar bir çox türkün yaxşı yaşadığını görür… o cümlədən, ticarət sahələrində müvəffəqiyyətli olduqlarını görürlər,” deyə Məmməd Ənsari Türk dilini önə çəkməyənlərin güney toplumunda uğurlu ola biləcəyini vurğulayır.

Goldsmiths – London Universitetində musiqi üzrə doktorluq dərəcəsi üzərində çalışan güneyli sənətçi güney və quzey sənətçilərinin birgə iştirakı ilə həyata keçirilmiş hər hansı ciddi bir fəaliyyət, əsər ya layihəni müşahidə etmədiyini deyir.

Azərbaycan Respublikasında güney məsələsini səsləndirənlər, bəzi istisnalar xaricində, adətən demokratik çərçivələrdə fəaliyyət edən insanlar olmurlar.

Ənsarinin sözlərinə görə, “Azərbaycan Respublikasında güney məsələsini səsləndirənlər, bəsi istisnalar xaricində, adətən demokratik çərçivələrdə fəaliyyət edən insanlar olmurlar.”

O, istisnalar arasından hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın adını çəkir.

Məmməd Ənsari güney və quzey aydınları arasında birgə fəaliyyətlərin həyata keçirilməsi üçün şüar və şişirtmələrdən ibarət olan yanlış təsvirlər yerinə gerçəklər üzərində durmağın gərəkli oluduğunu vurğulayır.

 
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER