Həbib Azərsina: Tehranın özündə də şah rejiminin qalacağına inanmırdılar, firqə hökumətinin qələbə çalacağını düşünürdülər(VIDEO)


12 dekabrda İran Azərbaycanında 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulmasının 69-cu ildönümü qeyd olunub.

Milli Hökumətin yaradılmasına ilk təşəbbüs hesab edilən 21 Azər hərəkatı güney azərbaycanlıların milli-mədəni müstəqilliyi və hüquqları uğrunda mübarizəsində xüsusi yer tutur. ABŞ-da yaşayan güneyli fəal Həbib Azərsina Amerikanın Səsinə müsahibədə 21 Azər hadisələrinin təsirləri və nəticələri, Seyid Cəfər Pişəvəri hökumətinin irsi və güney azərbaycanlıların gənc nəslinin 69 il bundan əvvəl baş vermiş hadisələrə münasibətindən danışır.

Həbib Azərsina 21 Azər hərəkatından 69 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının istəkləri və arzularının hələ də gerçəkləşmədiyini deyib.  “Şahın anası xatirələrində yazıb ki, oğlum məndən istədi ki, Pişəvəri gəlir sən də öz həmşəhrinnən, çünki şahın anası da azərbaycanlı idi, öz dilində danış, bəlkə sən onu yoluna gətirəsən, bəlkə sən onu yumşaldasan. Şahın anası yazır ki, bizim Pişəvəri ilə görüşmüz çox səmimi idi, o mənimlə çox hörmətlə rəftar edirdi. Mən onunla danışdım, çalışdım ki, onu fikrindən döndərəm, amma buna nail ola bilmədim. Pişəvəri mənimlə çox hörmətlə danışdı, amma öz istəklərindən geri çəkilmədi”-deyə Həbib Azərsina bildirib.

Həbib Azərsinanın sözlərinə görə, insanlarda Pişəvıri hökumətinin uğuruna inam mövcud idi. “O zaman Tehran hökuməti dövlət işçilərinin maaşlarını vermirdi, ona görə Pişəvəri hökuməti məcbur qaldı özü pul çap eləsin. O pulun dəyəri şah hökumətinin pulundan daha yüksək idi. Məsələn, 50 tümənliklər çap eləmişdilər, Pişəvəri hökumətinin 50 tümənliyi Tehran bazarında 55 tümənə alınırdı. Yəni onun dəyəri İran pulundan yüksək idi. Bunun bir səbəbi o idi ki, Tehranın özündə də inanmırdılar ki, şah hökuməti, şah rejimi qalacaq. Onlar elə bilirdi ki, o rejim yıxılacaq, firqə hökuməti qələbə çalacaq və pulların dəyəri daha da yüksək olacaq”-deyə o bildirib

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER