Nadir İSRAFİLOV : “Bu gün Qarabağ, sabah Şərur Dərələyəz…”

Nadir-Israfilov021-241x300Bu gün Qarabağ, sabah Şərur Dərələyəz…

Tələm-tələsik qərarlar çıxarmaqdan usanmadıqmı?

Yeni tədris ilindən “Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris olunmasının proqrama salınması barədə xəbəri eşidəndə, hamımızın ümumi dərdi olan Qarabağ dərdindən əlavə, mənim çoxdanki başqa bir dərdim də təzələndi: Kimlərinsə, özünü böyük hərflərlə qarabağlı, naxçıvanlı, qərbi azərbaycanlı qismində təqdim etməsi və bununla ,sanki ayrıca status sahibiymiş kimi qürurlanması…

Bir tərəfdən də “yeraz”, “qraz” ifadələrinin leksikonumuzda özünə öncül yerlərdən birini tutması, adamın əsəblərini bir az da tarıma çəkir.Bəzən, ağlıma cürbəcür ağlasığmaz fikirlər gəlirdi.
Bəlkə, mən də əslimi modernləşdirib, özümü mövcud duruma rəğmən, nisbətən cılız təəssürat yaradan “qubalı” kimi deyil, daha ciddi və məğrur səslənən “şimali azərbaycanlı” kimi təqdim edim.
Lakin, heç cür alınmırdı. Ehtiyat edirdim, birdən son dərəcə diqqətli və obyektiv düşüncəli tarixçilərimizdən biri Gülüstan və Türkmənçay müqavilələrini qaldırıb, məni elə hamımızın “şimallı” olması faktı qarşısında qoya bilər. Digər tərəfdən, bu kimi ifadələr bir çox başqa fəsadlara da yol aça bilərdi. Nə bilmək olar, birdən hansısa lənkaranlı, astaralı və ya lerikli ehtiyatsızlıq edib, özünün “cənubi azərbaycanlı” olması fikrinə düşdü.
Nəticədə, İranda yaşayan cənublu qardaşlarımız bizdən incyəcək, ”Bütöv Azərbaycan” ideyası ərafında diskusiyalar səngimək bilməyəcəkdi. Nə isə, çox dərinə getməyək…Bəlkə, absurd fikirlərdən əl çəkib, mənsubiyyətimizi dəqiqləşdirmək vaxtı gəlib çatıb. Azərbaycanlı olmağımızla həmişə fəxr etməyimizin tövsiyyə olunduğu, azərbaycançılıq ideyasına sadiq qalmağın hər birimizin vətəndaşlıq borcuna çevrildiyi bir dövrdə, “Qarabağlı” əvəzinə Azərbaycanımızın Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, “Naxçıvanlı” əvəzınə Ordubad, Şahbuz, Culfa, Sədərək, Babək rayonlarının adını çəksək, yəni nüfuzumuz aşağılanmış olacaq?
Bəlkə “Qərbi Azərbaycanlı” olmağımızı əzəlı torpaqlarımız olan İrəvan, Göycə, Zəngəzur adlarına istinad etməklə əbədiləşdirək. Ola bilsin ki, elə məhz belə təqdimat bizi oz tarixi köklərimizə daha sıx bağlayar.Regionçuluq heç də, bütün halarda və vəziyyətlərdə fayda gətirən ənənə rolunu oynaya bilməz.Yəqin ki, məni qınayanlar və sorğuya çəkənlər də olacaq. Yarı zarafat, yarı gerçək bu xatırlatmalarımın mətləbə dəxli varmı? Elə isə keçək əsas mətləbə. Yənı, görək ki, istər fakultativ məşğələ formasında aparılsa, istər 8-11-ci siniflərdə keçilsə, istərsə də bu məqsədlə 1saat deyil, 3 saat ayrılsa belə “Qarabağ tarixi”nin ayrıca fənn kimi tədrisi bizə nə verəcək?Bu sualın cavabı üzərində dayanmağa lüzum görmürəm. Çünki Respublika Təhsil Şurasının sədri, tanınmış pedaqoqumuz, professor Əjdər Ağayev öz sərrast ifadəsi ilə, məsələyə dərhal sərt təpki göstərib: “Bu tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər.”
Məncə şərhə və hər hansı bir əlavəyə ehtiyac qalmir.
Narahat edici hal odur ki, Təhsil Nazirliyinin bu qərarını “ən humanist”, “çox yüksək”, “təqdirəlayiq” addım kimi qiymətləndirənlər də tapılıb. Belə “növbətçı havadarların” fikirlərinə bir az da rəvac verilsə, kim təminat verə bilər ki, sabah “Sərur Dərələyəz”, altdakı gün, “Borçalı” tarixinin ayrıca fənn kimi tədris olunması barədə yeni ideyalar ortalığa atılmayacaq?Bəlkə, tələm-tələsik qərarlar çıxarmaqda bir az interval yaradaq. Axı, lap elə bu günlərdə bir qərarımızın təxirə salnmasının təəssüratlarından hələ ayrılmamışıq…Təhsilə dair Dövlət Strategiyasını əsas gətirib, onun işlək mexanizmi sayılacaq Fəaliyyət Planının layihəsi belə hazir olmadan, təhsil şöbələrini ləğv edib, əvəzində Regional Təhsil İdarələrinin yaradılması barədə qərarı ertələməyə nə ehtiyac var idi. Yaxud, icra müddətinin artıq yaxınlaşmasını gordükdə tələskənliyimizi dərk edib, heç də inandırıcı olmayan səbəb bəhanə gətirməklə kimi və nəyə inandırmağa çalışırıq?
Bəlkə bu qərarımızı da ölçüb-biçib təxirə salaq. Ən yaxşı halda isə, bu fikirdən tamam vaz keçək .
Güman etmirəm ki, bu fikirlərim hamı tərəfindən arzu edildiyi kimi anlaşılacaq və qəbul edilərək, müsbət qarşılanacaq. Başqa nəticə gözləmək də sadəlöhvlük olardı. Çünki haçansa, hansısa əski xristian mənbələrinin birində (səhv etmirəmsə Bibliyada) diqqətimi çəkən bir deyimlə rastlaşmışam: “Həqiqətı anlatmaq mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var”.Xoşbəxtlikdən bizim hamımızın bir həqiqəti var – Qarabağ həqiqəti. Gəlin Qarabağ tarixini Azərbaycan tarixindən ayırmaqla, bu həqiqəti cılızlaşdırıb, ucuzlaşdırmayaq .Nadir Israfilov02(1)

Təhsilimiz : Etmədiklərimiz və “etdiklərimiz”

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER