187 il əvvəl İrəvan qalası rus hərbçiləri işqal edibdir. Bu tarixi Azərbaycan torpaqları idi..

Prezident Administrasiyasının rəsmisi İrəvan qalasından danışdı

Oktyabrın 1-də (Yuliyan təqvimi ilə) Ermənistanda İrəvan qalasının 187 il əvvəl rus hərbçilərindən azad edilməsi günü kimi qeyd olunur. Əslində, bu təqvim adıçəkilən qədim Azərbaycan şəhərinin, bu tarixi mərkəzin tamamilə məhvinə gətirib çıxaran erməniləşdirmə siyasətinin başlanğıcı deməkdir. 

Avropa.info xəbər verir ki, belə bəyanatla Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov çıxış edib.

“Ermənistanda deyirlər ki, bu tarix İrəvan qalasının azad edilməsi günüdür, lakin əslində bu azadlığı qısaca olaraq belə ifadə etmək olar: şəhərin azərbaycanlı əhalidən təmizlənməsi və onların ermənilərlə əvəz olunması; şəhərin Azərbaycan toponimlərindən azad edilməsi və erməni toponimləri ilə əvəzlənməsi; şəhərin Azərbaycana məxsus memarlıq abidələrindən azad edilərək erməni və Sovet memarlığı ilə əvəz olunması; şəhərin Alban kilsəsindən azad edilərək “erməni kilsələri” ilə əvəz edilməsi”, – deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

F.Axundov tarixdə baş vermiş analoji hadisələri paralelləşdirərək bildirib ki, Kremlin 1612-ci ildə Minin və Pojarski tərəfindən polşalı işğalçılardan azad edilməsi bu gün də çox gözəl qorunub saxlanılan Qızıl Meydandakı Kreml qalasında qeyd edilir. Kreml qalası bundan sonra da Moskvanın tarixi mərkəzinin bir hissəsi, rus memarlığının rəmzi kimi bundan 1 əsr sonra da qorunacaq. “İrəvanda isə İrəvan qalasının azad edilməsini qala divarlarında deyil, ənənəvi olaraq Paskeviç təpəsində qeyd edirlər. Sual doğur: bəs qalanın özü hanı?”, – deyə o vurğulayıb.

“Moskvada təsəvvür edilməsi mümkün olmayan hadisə İrəvanda baş verdi, çünki şəhərin tarixi mərkəzi – İrəvan qalası heç bir zaman Ermənistanın mədəni-tarixi və memarlıq irsinə aid olmayıb. Və bu məqam növbəti dəfə dünya birliyinin diqqətini vəhşiliklə məhv edilmiş İrəvan qalasına və İrəvandakı, eləcə də bütün Ermənistandakı orta əsrlərə aid Azərbaycan və müsəlman tikililərinə çəkməyə imkan verir”, – deyə o qeyd edib.

F.Axundov xatırladıb ki, İrəvan qalası 1504-1511-ci illərdə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin əmri ilə sərkərdə Rəvanqulu xan tərəfindən inşa edilib. Qala Rəvanqulu xanın şərəfinə Rəvan qalası, daha sonra isə İrəvan qalası adlandırılıb.

Onun sözlərinə görə, 1919-cu ildə Paris sülh konfransına təqdim edilmiş statistik məlumatlara əsasən, Ararat Respublikasında əhalinin 65%-ni azərbaycanlılar, 37%-ni ermənilər təşkil edib. “Ancaq hazırda bu torpaqlarda azərbaycanlı əhali qalmayıb və Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran kimi polietnik dövlətlərin əhatəsində olan, əhalisinin 99%-ni etnik ermənilərin təşkil etdiyi monoetnik dövlətdir. Bu regionda hətta qonşu kəndlər müxtəlif dillərdə danışırlar. Ermənilərə aid olmayan hər şeydən azad olmanın gətirdiyi son nəticə budur”,- deyə F.Axundov bildirib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER