Sabir Rüstəmxanlının İran səfirinə cavabı: Bu, necə qardaşlıqdır?! – millətin dilini əlindən alır

Sabir Rüstəmxanlı                                Sabir Rüstəmxanl.

İranın Azərbaycan səfirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) bu günlərdə keçirdiyi tədbirlə bağlı etiraz bəyanatı yayıb.Səfirlik DAK-ın İranda yaşayan azərbaycanlıların durumu ilə bağlı keçirdiyi tədbiri “separatçılıq” adlandırıb.

Bundan əlavə, səfirlik DAK-ı xalqa söykənməyən, siyasi yeri olmayan, dövlət himayəsindən məhrum “kiçik dəstə” hesab edir.Səfirliyə görə, qurum İranda yaşayan azərbaycanlılarla bağlı tədbirləri gündəmdə qalmaq üçün keçirir. Müəlliflər DAK-ı “İran və Azərbaycan xalqları”nın düşmənlərinə xidmət etməkdə, sionizm mediası ilə birgə indiki əlaqələri zəiflətməkdə ittiham edib.Bəyanatda hər iki ölkənin xalq və rəhbərliyinin ayıqlığı və diqqətli olması nəticəsində belə “təxribat”ların baş tutmadığı nəzərə çatdırılır. Səfirlik DAK-ın tədbirini “separatçı dəstənin” İrana hörmətsizliyi sayaraq, buna “dözməyəcəyi”, “İrana olan təhqirə hüquqi qiymət veriləcəyi” ilə hədələyir.Daha sonra müəlliflər İranda Azərbaycan əleyhinə belə toplantılara yol verilmədiyini nəzərə çatdırır. Rəsmi Bakıdan İranın ərazi bütövlüyünü sual altına alan bu kiçik separatçı dəstə ilə qanun çərçivəsində davranmaq kimi tələb irəli sürür.Sentyabrın 8-də DAK Bakıda “Yaxın Şərqdə baş verən proseslər: Güney Azərbaycandakı son durum” mövzusunda dinləmələr keçirib.Dinləmələr zamanı İranda yaşayan azərbaycanlıların problemləri barədə danışılıb. Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Azərbaycan dövlətinin İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməsinin vacibliyi irəli sürülüb.DAK həmsədri, Milli Məclisin (parlament) deputatı Sabir Rüstəmxanlı Turan agentliyinə İran səfirliyinin belə bir bəyanatla çıxış etmək haqqı olmadığını deyib. Bu sənədi insan haqlarını pozmaq kimi dəyərləndirib.DAK-ın ictimai qurum olduğunu deyən S.Rüsətmxanlı Güney Azərbaycan türklərinin insani haqları barədə danışmağı qurumun birbaşa vəzifəsi adlandırıb. Eyni zamanda, İran tərəfin, bəzi beynəlxalq qurumların İranda Güney Azərbaycan türklərinin sayının reallıqda olduğundan az göstərilməsi kimi “proses”ə diqqət çəkib.Daxili işlərə qarışmağa gəlincə, S.Rüstəmxanlı İranın “Səhər” telekanalının Azərbaycan dövlət müstəqilliyini, dövlət atributlarını daim təhqirə məruz qoymaqda ittiham edib.“Hətta Azərbaycanı dövlət olaraq öz adı ilə deyil, başqa adlarla adlandırmağa cəsarət edir. İran Azərbaycanla “qardaş dövlət” olduğunu deyir. Bu, necə qardaşqlıqdır ki, millətin dilini əlindən alırlar. Özünü dini dövlət sayan İran tərəf bilir ki, dili verən Allahdır. Allahın verdiyini isə insanın əlindən almaq Allaha qarşı üsyandır. Özünü Azərbaycana dost sayan İran Ermənistanla əməkdaşlıq edir. Urmu gölü qurudulur, İŞİD Güney Azərbaycan torpaqlarını tutacağı hədə qorxusu gəlir, İran tərəf isə buna hər-hansı mövqe ifadə etmir.Odur ki, İran tərəfin belə bəyanatla çıxış etməyə, səfirin əsəb nümayiş etdirməsinə əsası yoxdur. Belə əsəbləri də çox görmüşük, belə səfirləri də, hər kəs öz işilə məşğul olsun və başqasının nə edəcəyi ilə bağlı hökm verməsin”, S.Rüstəmxanlı İran səfirinin bəyanatına münasibət bildirib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER