Məhsa Mehdili: Milli hərəkat güneyli qadınların etimadını qazanmalıdır [Audio]

Məhsa Mehdili

“Bir qadın fəalının milli məsələni inkar etməsi doğru olmadığı kimi, milli fəalların da qadın məsələsini inkar etməsi yanlışdır,” deyə Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə “Güney Azərbaycan Milli Hərəkatının” qadınların etimadını qazanmaq üçün qadın haqlarına önəm verməsinin gərəkli olduğunu vurğulayır. 

Türkiyədə mühacirətdə yaşayan güneyli fəal həmçinin qadın haqları söyləminin ictimai hərəkatların demokratikləşməsində oynadığı rolu dəyərləndirir.

Məhsa Mehdili qadın hüquqlarının hərəkatdakı mühümlüyünü vurğulayır
Güney Azərbaycan hərəkatı qadın haqlarını müdafiə edərək toplumda bir öncül cərəyan halına gəlməklə yanaşı, öz bazasını da genişləndirə bilər. Ayrıca, qadınların fəallığı hərəkat içi demokratiyanı gücləndirib, şiddət meyilllərini zəiflədər.

Mehdilinin fikrincə, qadın haqlarını müdafiə edən qrupların bəziləri qlobal dəyərləri müdafiə edirlər, ancaq, onların bir bölümü də öz toplumlarında mövcüd olan problemləri aradan qaldırmaq üçün mübarizə aparmaqdadır.Onun dediklərinə görə, qadın haqları fəalları toplumda qadına qarşı problemləri ortadan qaldırmaq üçün bir tərəfdən hakimiyyət gücünə qarşı hərəkət etməli, digər tərəfdənsə toplumun içərisində uyğun bir zəmin yaratmağa çalışmalıdırlar.“Özəlliklə qadın haqlarının uzun illər boyu ciddi şəkildə pozulduğu Yaxın Şərq ölkələrində cərəyan edən milli hərəkatlar qadın məsələsinə diqqət yetirməlidirlər,” deyə Məhsa Mehdili toplumun əsas problemlərinə diqqət göstərməyən ictimai hərəkatların uğur qazanmayacaqlarını vurğulayır.“Bir ictimai hərəkat müdafiə etdiyi toplumu tanımalı, onun sorunlarını bilməlidir. Toplumda insan haqlarının pozulması alışıq hala gəlmiş isə ona diqqət göstərməlidir. Türklərin tarixində qəhrəman qadınlar olub ya Azərbaycan qadınlara səsvermə haqqı tanıyan ilk toplumlardandır deməklə olmur. Bəs indi necə?” deyə Urmiyə Universitetinin məzunu güney hərəkatının qadın haqları ilə bağlı ciddi fəaliyyət göstərmədiyini ifadə edir.

Türklərin tarixində qəhrəman qadınlar olub ya Azərbaycan qadınlara səsvermə haqqı tanıyan ilk toplumlardandır deməklə olmur. Bəs indi necə?

Onun fikrincə, “Güney Azərbaycan hərəkatı qadın haqlarını müdafiə edərək toplumda bir öncül cərəyan halına gəlməklə yanaşı, öz bazasını da genişləndirə bilər. Ayrıca, qadınların fəallığı hərəkat içi demokratiyanı gücləndirib, şiddət meyllərini zəiflədər.”Mehdilinin dediklərinə görə, bir qrup fəallar qadın məsələsinə milli sahələrdə uğur qazandıqdan sonra diqqət göstərəcəklərini irəli sürürlər. O, bu qrupların düşüncəsini tənqid edir.“Qadınların problemləri nədən elə bu gün gündəmə gəlməsin? Bunun zərəri yoxdur, bəlkə xeyri vardır. Milli hərəkat qadınların sorunlarını gündəmə gətirərək onların güvənini qazanmalıdır,” deyə güneyli mədəni fəal əlavə edir.Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə həmçinin milli məsələ məhvərində fəaliyyət göstərən Türkiyədəki kürd hərəkatının qadın haqları sahəsində əldə etdiyi uğurları önə çəkir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER