“Ev görüşü” və yaxud Fikir Evi

fikir ocafi“Ev görüşü” və yaxud Fikir Evi

Ocağa gəldiyim ilk günlərdən İnamın xalqa verilməsinin yollarını düşünürdüm. Təbii ki, Ocağın xalqlaşma ölçüsü, üsulu Atanın özü tərəfindən müəyyən edilib və illərlə bu əməl həyata keçirilir.

Mən də öz tərəfimdən yeni ruhani təşəbbüslərdə bulunmaq üçün yollar axtararaq əməllər həyata keçirməyə çalışmışam. Özüm üçün bu təşəbbüslərdən ən optimal olanı Ocaq Yükümlüsü Soylu Atalı ilə evimizdə görüş təşkil eləmək idi. Yaxın qonşular, qohumlar, dostlar məni yeni səviyyədə tanımalı və əlaqələrimiz genişlənməlidir.

Onlar mənim Asif Atanın davamçısı olduğumu eşidiblər, ancaq bu Yolun nə demək olduğunu da bilməlidirlər. Hər bir Ocaqçı kimi mən də Ocaqçılığa öz yörəmdən başlayaraq, xalqın içinə yeriməyi planlaşdırdım və bu əmələ başladım da. Onu da vurğulamaq yerinə düşər ki, bu görüş qəfil alınmadı. Zaman-zaman evimdə, ailəmdə hal və yön yarada bildim. Hətta cismani atam da mənim bu təşəbbüsümə qoşuldu. Onun da içində xəlqi pozuntuların yaratdığı narahatlıqlar var.

Beləliklə, biz birlikdə qərarlaşdırdıq, 15-17 nəfərə qədər tanıdığımız qohum, qonşu olan adamları bir araya gətirdik. Bu adamlarda millətə, vətənə yönəlik müsbət meyillər olsa da, bu yöndən düşüncələri tam aydın deyil. Hətta bəziləri Azərbaycanla bağlı nicatı qıraqdan gözləyirlər. Atamın da bu cür mövqelərdən birinə hiddətlənməsi məhz belə bir görüşün başa gəlməsini sürətləndirdi. Yalnız Ocaq aydın, doğru mövqe öyrədə bilər. Bunu da Soylu Atalıdan eşitməyimiz gərək idi. Eşitdik də. Dörd saat davam edən görüş çox dolğun, məzmunlu keçdi. İştirakçılarda ciddi maraq və heyrət vardı. Bu qədər vaxtda heç kim saatlarla oturmağın ağırlığını hiss eləmədi.

Ocağın ideya-fikir zənginliyi insanlara ruh verir və onlara gələcəyə ümidlə baxmağı aydınladır. Görüş iştirakçıları maraqlı suallar verir və bəzi məsələlərlə bağlı mövqe də sərgiləyirdilər. Onu da deyək ki, bu görüşdə hər kəs tərəfindən çox yüksək mədəniyyət nümayiş etdirildi. Onlara bağışladığımız Ocaq ədəbiyyatları da məmnunluq hissi yaratmışdı.

Nəzərdə tutduğumuz “Ev görüşü” ilə bağlı bu, bizim ilk addımımız idi. Bundan sonra həmin insanlarla, eyni zamanda o gün iştirak etməyən yeni insanlarla davamlı şəkildə görüşlər təşkil eləməyi qət elədim. Ancaq bundan sonra işimiz görüşdən daha çox Ocağın “Fikir Evi” ideyasının gerçəkləşməsindən ibarət olacaqdır.

Evimizdə Asif Atanı soydaşlarımıza ideya-ideya, kəlam-kəlam vermək böyük arzularımızın bir hissəsini təşkil edir. Əgər başqa bölgədən olan insanlar da bizim bu arzumuzun gerçəkləşməsinə qatılmaq istəyərlərsə, biz onları da evimizdə, daha doğrusu, “Fikir Evi” məclisimizdə görməkdən məmnunluq duyarıq. Bağlantı üçün telefon nömrəmizi təqdim edirik – 055 875-95-35. Buyurun, gəlin, siz də qatılın, birlikdə Atamızı öyrənək, qəbul edək və gələcəyimizi yaradaq…

Atamız Var olsun!

Güntay Atalı

Qürub Ayı, 36-cı il. Atakənd. (avqust, 2014. Bakı).

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER