Dağıstan prezidenti azərbaycanlıları Dərbənddən köçürür – Fotolar

 

“Azərbaycan Dünyası” jurnalının təşkilatçılığı ilə “Qafqazda və Dağıstanda yaşayan azərbaycanlıların son aylarda yaranmış problemləri” mövzusunda mətbuat konfransı keçirilib.

 

 

Tədbirdə çıxış edən Qafqaz Araşdırmalar Mərkəzinin təmsilçisi Ənvər Börüsoy bildirib ki, hər zaman Qafqaz xalqları arasında normal münasibətlər mövcud olub. 

 

Onun sözlərinə görə, son aylar xüsusən Dağıstanda azərbaycanlılara qarşı diskriminasiya başlayıb: “Belə bir təhlükə azərbaycanlılar adından yaradılan “Milyarderlər İttifaqı”dır. Bu təşkilatda heç də adı hallanan insanlar yoxdur və sadəcə Abbas Abbasovun təşkilatıdır. Bu qurumda yer alanlardan digəri isə hazırda Dağıstanın prezidenti olan Ramazan Abdullatipovdur. Təsəvvür edin ki, bu adam hakimiyyətə gəldiyi müddətdə hökuməti 3 dəfə istefaya göndərib. Məqsədi də ölkədə xalqın istəyini yerinə yetirən məmurları uzaqlaşdırmaqdır. Eləcə də, onu azərbaycanlılara qarşı apardığı kampaniya burada yaşayan soydaşlarımızın tarixi Vətənlərindən didərgin düşməsinə səbəb ola bilər”. 

 

“Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İbrahimov bildirib ki, hazırda Dağıstanda olan vəziyyət vaxtilə Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrıseçkilikdən fərqlənmir. Onun sözlərinə görə, bir neçə il əvvəl Dərbənd şəhərini rayondan ayırmışdılar və bu prosesin davamı olaraq indi də azərbaycalılar sıxışdırılmağa başlanılıb: “Rusiya və Dağıstan qanunvericiliyinə görə, orada rayon icra başçıları səsvermə yolu ilə seçilir və istisna hallardan başqa həmin şəxsi prezident işdən azad edə bilməz. Dərbənd rayonunun rəhbəri və hakimiyyətdə olan yeganə azərbaycanlı Qurban Qurbanov faktiki olaraq təzyiqlərlə üz-üzə qalıb. Prezident Ramazan Abdullatipov onu işdən çıxarmaq istəsə də, əhalinin keçirdiyi mitinqlərdən sonra vəziyyət olduğu kimi qalıb”. 

 

 

E.İbrahimov bildirib ki, Dağıstan prezidenti azərbaycanlılara qarşı çirkin addımlar atmaqla, Rusiya və Azərbaycanın dostluğuna zərbə vurmağa çalışır. Onun sözlərinə görə, prezident R.Abdullatipov bu əməlləri ilə elə bir Azərbaycana mesaj göndərir: “Siyasi anlamda azərbaycanlılara qarşı təzyiqlər olduğu kimi digər sahələrdə bu cür əməllər özünü göstərir. Belə ki, Dərbənddə Azərbaycan hökuməti hesabına salınan Nizami adına park darmadağın edilib və onun parkda olan heykəlinin qolu sındırılıb. Əldə etdiyimiz məlumata görə, park ləğv olunaraq yerində Olimpiya Bazasının yaradılmasını istəyirlər. Biz eyni zamanda öyrənmişik ki, bütün baş verən hadisələrin əsas mərkəzində azərbaycanlılara məxsus 100 min hektarlarla torpağı onların əlindən almaqdır. Hələ ki bu vəziyyətə dözürlər, amma Azərbaycanın müvafiq dövlət qurumları məsələyə diqqət yetirməsə, Dağıstandakı azərbaycanlılar oranı tərk etmək məcburiyyətində qalacaq. Məsələ ilə bağlı Prezidentə müraciət etmişik. Əminəm ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq”.

 

 

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER