İŞİD ilə bağlı İlham Әliyevə müraciət

1407414001ilham

Yenicag.az olaraq həmin müraciəti təqdim edirik:

«Cənab prezident. Siz çıxışlarınızda dəfələrlə bəyan etmisiniz ki, təkcə bu gün sayı 10 milyona yaxınlaşan Azərbaycan dövləti vətəndaşlarının yox, bütün dünyada yaşayan azərbaycanlıların — 50 milyonluq Azərbaycan xalqının prezidentisiniz.

Bu gün məlumunuzdur ki, Şimali İraqın bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır və həmin ərazilərdə 3 milyona yaxın Azərbaycan türkü yaşayır. Bu gün həmin tarixi torpaqlarımızda yaşanılanlar bizim ürəyimizi ağrıdır. 3 milyon azərbaycanlının həyatı təhlükədədir. Artıq İŞİD terrorçuları tərəfindən 4 minə yaxın azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Yazıqlar olsun ki, həmin bölgəyə daha yaxın olan və qardaş adlandırdığımız Türkiyə dövləti Qəzzaya göstərdiyi həssaslığı Kərkükə, Mosula, Ərbilə nümayiş etdirmir.

Həmin tarixi Azərbaycan şəhərləri bu gün ən ağrılı günlərini yaşayır. Həmin şəhərlərimizdəki insanlarımıza sahib çıxmalıyıq.

Cənab prezident. Sizi biz həqiqətən də 50 milyonluq Azərbaycan xalqının prezidenti kimi görürük və qəbul edirik. Türkiyədən qardaş kimi umsaq da, Azərbaycanın şərəf borcudur ki, Kərkükdəki soydaşlarımıza sahiblənsin.

Cənab prezident. Yazıqlar olsun ki, məhz Azərbaycandakı biznes fəaliyyəti ilə böyük sərvət sahibi olan Abdolbari Goozal kimi iş adamı öz millətindən olan yezidi kürdlərə sahiblənir, onlara yardım göndərir, amma əvəzində milyonlarla Azərbaycan türkü taleyin ümidinə buraxılır, kimsəsiz buraxılır.

Cənab prezident. Sizdən xahiş edirik ki, ordakı soydaşlarımıza münasibətdə prezidentləri kimi davranasınız, onların taleyinə diqqət ayırasınız.

Bu gün Azərbaycan dövləti Kərkükdəki soydaşlarımıza ən azından humanitar yardım yollamaqla, onlara öz dövlətlərinin qayğısını hiss etdirmiş olacaq. Belə bir yardımın edilməsinin mənəvi dəyəri daha böyükdür».

Hörmətlə,

AzərbaycanMilli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi,
«Əski Boz Qurd» Veteranlar Təşkilatı,

«Alp Ər Tonqa» Gənc Türkçülər Təşkilatı,
Millətçi Gənclər Hərəkatı,
«Zəngəzur» Təşkilatı,

Qərbi Azərbaycan Seyid Ocaqları Təşkilatı

adından keçmiş Boz Qurd Batalyonunun komandiri, 2-ci qrup Qarabağ əlili Nurəddin Xoca.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER