Aslan İsabəyli: Güney azərbaycanlılar sistemlə “səssiz müharibə” aparır [Video-müsahibə]


Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Həsən Ruhani azərbaycanlılarla bağlı vədlərini yerinə yetirmir. Bunun səbəbləri var. Molla rejiminin məntəqədə apardığı siyasi strategiyanın istiqaməti irançılığı və dinçiliyi bölgədə yaymaqdır. İran ölkədə yaşayan bütün millətlərin də fəaliyyətini o istiqamətə yönəltmək istəyir. Dünyada bu rejimə qarşı böyük təzyiqlər var. Ona görə də rejim bir dəfə Əhmədinejat, digər dəfə Ruhani kimi insanları hakimiyyətə gətirir ki, dünyada müəyyən siyasi manevrlər etsin”.Onun fikrincə Həsən Ruhani artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlayıb. “Bu səbəbdən də daxildəki müxalif qüvvələrin səsini kəsmək istəyirlər. Bu ümumilikdə İranın apardığı siyasətin tərkib hissəsidir. Bir tərəfdən dünya dövlətləri ilə  əlaqəyə girir, digər tərəfdən ölkə daxilində ona mane olacaq siyasi qüvvələrin səsini kəsir”.İsabəylinin fikrincə Güney azərbaycanlılar 3-4 molla ilə deyil bir sistemlə “səssiz müharibə” aparır.  “Bu “səssiz müharibə”də rejimin kəşfiyyat orqanları sakit deyil. Kəşfiyyat orqanları çalışır ki, nəinki Güney Azərbaycanda zorla, həm də müxtəlif yollarla, – insanları ələ almaqla, xarici dövlətlərə, orada yaşayan insanlara nüfuz edərək onların vasitəsi ilə daxildə azərbaycanlıların fəaliyyətinin qarşısını alsın və Güney Azərbaycanlılar arasında pərakəndəliyi daha da inkişaf etdirsin ki, Güney Azərbaycan məsələsi İranın daxilində inkişaf etməsin. Daha doğrusu rejimi qorxuya salacaq səviyyəyə gəlib çıxmasın”, deyə o “Həsən Ruhani hakimiyyətə gəldikdən sonra azərbaycanlıların rejimə qarşı mübarizəsi sanki zəifləyib”,  sualının cavabında bildirib.  O hesab edir ki, Güney Azərbaycan parlamentinin yaradılması çox zəruridir və vacibdir. Bu xalqın azadlığına kömək edəcək. Parlament Güney Azərbaycan mübarizlərinin yaxından iştirakı ilə fəaliyyət göstərməlidir. “Bununla yanaşı Güney Azərbaycan parlamentinin yaradılmasında bir neçə dövlətin marağı var. Onlardan biri də İrandır. İran istəyər ki, Güney Azərbaycan parlamenti yaradılsın, ancaq nəzarət öz əlində qalsın. Ona görə də parlamentin yaradılması məsələsində çox ehtiyatlı olmağı bacarmalıyıq” .İsabəylinin fikrincə Güney Azərbaycan mübarizlərinin daha elmli, bölgədə gedən prosesləri nəzərə almaqla mübarizə aparması vacibdir. “Biz kollektiv mübarizəyə üstünlük verməliyik”, o qeyd edib.    Pərvanə BayramovaTapdıq Fərhadoğlu

Müvafiq məqalələr

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER