Sinan Oğan: “Türkiyə sərhədlərini türkmənlərə bağlayıb”


Sinan Oğan: “Türkiyə sərhədlərini türkmənlərə bağlayıb”
MHP millət vəkili 2 milyon suriyalını sənədsiz ölkəyə buraxan AKP-nin İŞİD terrorundan Türkiyəyə sığınaq istəyən 20 min türkməndən sənəd tələb etməsini insanlıq suçu adlandırıb
Türkiyə İraq türkmənlərinə sərhədlərini qapadıb. Belə bir iddia ilə MHP-nin İqdır millət vəkili Sinan Oğan Türkiyə Böyük Millət Məclisində çıxış edib. Oğanın “niyə Türkiyə iqtidarı türkə bu qədər düşməndir”, –  sualı parlamentdə yumruq davasına qədər uzanıb.

MHP millət vəkili Türkiyəni terrorçu qrupları dəstəkləməkdə də suçlayıb: “Siz necə iqtidarsınız? Orada türkmən qadınlar zorlanır, heç bu hadisələri qınamırsınız da. Türkmənlərə Türkiyə qapısını bağlamısınız. Türkmənlərin ac, susuz qalmasına sizin bu qədər laqeyd qalmanızın hesabını Allah sizdən tələb edəcək. Türkmənlərlə danışıram, deyirlər ki, Türkiyə bizə yardım etmir. 
Orada aclıqdan susuzluqdan ölən uşaqlar var. Buna üsyan etməyib, nəyə üsyan edək? AKP-nin prezidentliyə namizədi meydanlardan Qəzzaya salamlar göndərir. O salamlardan niyə Təlafərə yollanmır? Türk olduqları üçünmü? Çində – Doğu Türküstanda iki kənd yerlə bir edilib. Səbəbləri oruc tutmaları, müsəlman, türk olmaları. Türkiyə buna da səssiz qaldı. Təlafərdə milli qibləgah olaraq gördükləri Türkiyədən dəstək gözləyən minlərlə türk var. 

“Türk milləti 1,5 milyon ərəbə baxır, 20 min qardaşımıza da baxarıq. Açın sərhədləri, türkmənlər gəlsin, ya da gedin orada türkmənin haqqını müdafiə edin”

Bu zülmün durması üçün Türkiyə nə edib? Xarici işlər nazirimiz niyə görünmür, niyə məclisə hesabat vermir? Türkiyənin xarici siyasətilə bağlı suallarımızı kənd təsərrüfatı nazirinə verməliyik? Türkmənlər türkiyəyə gəlmək istəyir, sərhəd qapısında insanlar bizi qurtarın deyib yalvarır. Dünyadakı məzlum, kimsəsiz türkün arxası, dayağı Türkiyə dövləti olmamalıdırmı? Türkmən türkəm, müsəlmanam deyir, ona sərhədi niyə bağlayırsınız? Nə haqqınız var buna? Onların günahı türk olmalarıdır? Onlar ərəb olsaydı sərhədi o dəqiqə açardınız. Niyə türkməndən pasport istəyirsiz? AKP sərhədi keçən neçə ərəbdən, neçə suriyalıdan pasport istəyib? 50 min türkmən bizə yük olmaz. Türk milləti 1,5 milyon ərəbə baxır, 20 min qardaşımıza da baxarıq. Açın sərhədləri, türkmənlər gəlsin, ya da gedin orada türkmənin haqqını müdafiə edin. Siz türk millətini hökumətisinizsə dünyanın harasında bir türkün burnu qanasa məsuliyyətinin bir hissəsi sizin üzərinizdədir”

AKP-lilər Sinan Oğanın bu sözlərini etirazlarla qarşılayıb. Onların cavabını MHP millət vəkili tarixçi professor Yusuf Halaçoğlu verib: “3 gün Qəzza üçün yas elan edirsiniz, niyə türkmənlər üçün yas elan etmirsiniz?”

Bunun ardınca parlamentdə MHP və CHP millət vəkilləri arasında əlbəyaxa dava olub. 60-ya yaxın AKP-li millət vəkili Sinan Oğanı əhatəyə alaraq yumruqlamağa başlayıb.

Parlamentin intizam komissiyası olayı pisləyən bəyanat yayıb.

Aygün Muradxanlı

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER