Politoloq Hikmət Hacızadə 1937.az-a müsahibəsində Səməd Vurğunla bağlı səsləndirdiyi fikirlərə gələn reaksiyalara münasibət bildirib. Onun açıqlamasını təqdim edirik:
Üç gündür internetim yox idi, indi görürəm mediada əməlli-başlı Stalinsayağı kampaniya başlayıb. Səmədi və Sovet poeziyasını məndən müdafiə edirlər. Xalqın beynini Sovet vaxtından elə yuyublar ki, indiyə qədər Stalin-Səməd-Nərimanov deyə-dəyə qalıb.
“Hikmət Hacızadənin məqsədi var!”. Bəli, məqsədim var! Məqsədim odur ki, Azərbaycanda Səməd kimi adamlar yetişməsin. Səməd gənclərimiz üçün nümunə olmasın. Heç kim məddahlıqla, satqınlıqla məşğul olmasın. Kəpəzə çıxıb, Göy-gölə baxıb kabab yeməkdənsə, bəxtsiz ana vətənimizə baxıb düşünsün. Deyirlər, Səmədin “Azərbaycan” şerini oxu. Mənim “Azərbaycan” şerim budur:
Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “lay-lay balam” çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..
***
Xəbər alsam, Muğanımdan, Milimdən
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..
***
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.
***
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım-tacım, oy.
Oyanmazmı, kor olası baxtım oy!
Yorum bırakın
Henüz yorum yapılmamış.
Bir Cevap Yazın