„O zaman niyə birləşmirsiniz?“ olsaydı, nə cavab verərdim?

AYANAxı dünya dəyişib…

 İnsanlarla ünsiyyətdə olmağı çox sevirəm. Yəqin ki, bu kiçik yaşlarımdan fərqli insanların arasında olmağımla bağlıdır. İlk dəfə Araz Elsəsin konsertində xalamın tikdiyi Azərbaycan bayrağı libasını geyinəndə heç 3 yaşım yox idi. Elə o gündən bayrağımızın üstündəki üç rəngi çox sevdim. Doğru xatırlayıramsa 2002-ci ildə futbol üzrə dünya çempionatında Türkiyə 3-cü olmuşdu. Onda da gözəl bayraq libasımda, başımda da Türk bayrağı Türkiyə səfirliyinin önündəki bayram coşqusuna qatılmışdıq.

Şəkillərimi qəzetlərdə görəndə çox sevinmişdim. Bağçada müəllimlərim, qonşularımız, qohumlarımız məni daha çox sevmişdilər o libasıma görə. Elə bayraq libasımla, bayrağımıza olan sevgimlə bağlı sualları cavablandıra-cavablandıra ünsiyyət dairəm genişlənmişdi. Hiss edirdim ki, mənə sual verilməyəndə darıxıram…

…Almaniyaya gəldiyimiz gündən də almanlarla ünsiyyətdə olmağa çalışıram. Burda diqqətimi ən çox çəkən güllü-çiçəkli eyvanlardakı bayraqlar oldu. Xüsusi bayramlarda, şənliklərdə də Almaniyanın üçrəngli ( qara, qırmızı, sarı) bayrağı saç tokasından tutmuş, papaq, libas və s. şəkillərdə almanların əsas bəzək tərzi olur. Almanların gündəlik həyat tərzi, yaşam fəlsəfələri, mədəniyyətləri mənə ilk aylar çox qəribə gəlirdi. Məsələn, yaşadığımız məhəllədə axşam saat səkkiz və ya doqquzdan sonra həyat sanki „ölür“. Məktəbdə dərs vaxtı müəllimin masanın üzərində oturması, şagirdlərin alabəzək geyimləri, tənəffüsdə məktəbin həyətində asfaltın üstünə „döşənib“ günəşlənmələri mənə çox qəribə gəlirdi. Mən və qardaşım açıqca seçilirdik onlardan. Bax burda da ünsiyyətçillik çox çatdı köməyimə. Sinif yoldaşlarımla, hətta müəllimlərimlə tez bir zamanda dostlaşdıq. Hə, ciddi deyirəm, Almaniyada müəllimlərlə şagirdlər çox səmimi dostdurlar həm də. Əvvəllər dil problemim məni hərdən ruhdan salırdı. Amma yeni dostlarımın və qayğıkeş müəllimlərimin dəstəyi ilə bu çətinliyi aşdım.

Yetər ki, bir almana kömək üçün müraciət et, sual ver. Sualını tam cavablandırmayana qədər səndən əl çəkməz. Tanımadığın hər kəs səni salamlayır burda, həm də gülərüzlə. Bu çox maraqlıdı.

Mən və qardaşım Eifel Gymnasium-KOLLEG”də təhsil alırıq. Burda müxtəlif millətlərdən uşaqlar var. Qardaşıma ilk həftədən məktəbin direktoru „intellektual“ şagird deyir. Bircə həftənin içində direktor da, bütün müəllimlər hamımızı adımızla çağırırdı. Bu məni çox təəccübləndirmişdi. Biz hər fürsətdə Azərbaycan haqqında danışırıq. Kollecin ən savadlı şagirdi olan Timo artıq bizi azərbaycanca salamlayır. Timo iki kitab müəllifidi.

Azərbaycana marağı çox böyükdür. Bu yay tətilini Azərbaycanda keçirmək istəyir. Hər gün bizdən ona ana dilimizi öyrətməyi xahiş edir. O da, biz də çox həyəcanlıyıq. Bəlkə elə Timonun üçüncü kitabı Azərbaycana həsr olundu? Bunu çox istəyirik.

Həftə sonu qatarda  maraqlı bir hadisə oldu. O gün futbol üzrə dünya çempionatında Almaniya oynayırdı. Bir qrup alman xüsusi əhval-ruhiyyə ilə qızğın şəkildə oyunun nəticələrini müzakirə edirdi. Mənim və qardaşımın onlara diqqətlə qulaq asdğımızın fərqində olan biri yerini dəyişib, yanımıza oturdu.  Adı Michael idi.  Bizim hansı ölkədən gəldiyimizi öyrəndikdə, „Aha… Bakı, Avrovizion, petrol…“ deyib gülümsədi. „Başqa, başqa nə bilirsiniz?“ dedim. Başqa heç nə bilmirdi. Milli kimliyimizi soruşdu. Türk,- dedim. Həmən tarixçi „alim“ qardaşım söhbətimizə qarışdı: „Azərbaycan nüfüzunun əsas hissəsi türkdü. Azərbaycanın bir hissəsi də İranın müstəmləkəsidi. Bir vaxtlar Almaniya necə bölünmüşdüsə, bax bizim millət də indi o vəziyyətdədi…“

Michaelin futbol əhvalını dəyişmişdik deyəsən. „İndi dünya dəyişib. Parçalanmış bir millətin istədiyi zaman birləşmək haqqı var. Bunu təbii ki, xalq istəməlidir. Sizin xalq bunu istəyirmi?“ deyə sual verdi bizə. İkimiz də, hətta üçümüz də (anam bizi sadəcə müşahidə edirdi) bir-birimizə baxdıq… Əlbəttə istəyir, demək istədim. Amma cavab verməyə macal olmadı. Başımız söhbətə qarışdığından az qala enəcəyimiz dayanacağı qaçıracaqdıq. Tələsik sağollaşıb qatardan endik. İndiyə qədər bir şeyi düşünürəm. Biz Michaelə „Əlbəttə birləşmək istəyirik“ desəydik və  onun  da bizə növbəti sualı „O zaman niyə birləşmirsiniz?“ olsaydı, nə cavab verərdim? Doğrudan da, Michael demiş, axı dünya dəyişib. Biz niyə birləşmirik???

Ayan Ağa

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER