Şah İsmayıl Xətai, sən kimsən ?

 Şah İsmayil və Sultan Selim62993Sərdar Cəlaloğlu

Bu günlərdə Rəsul Quliyevin Şah İsmayil Xətai ilə bagli fikirləri Azərbaycan mətbuatında geniş sensasiya yaradıb. Jurnalistlər R.Quliyevlə uzun müddət əməkdaşlıq etməyimi bəhanə gətirərək onun fikirlərinə şəhr verməyi xahiş edirlər. Bir neçə dəfə bu məsələ ilə bağlı fikir bildirsəm də, yenidən eyni suallarla jurnalistlərin mənə müraciət etməsini nəzərə alıb bu polemikada iştirakımı bu məqalə ilə bitirmək istəyirəm.

Hər şeydən əvvəl Şah İsmayil Xətai və ondan sonrakı həmin xanədən mənsublarının dilimizin, mədəniyyətimizin və siyasi kimliyimizin-yəni dövlətçiliyimizin tarixində müstəsna rol oynamalarına baxmayaraq Azərbaycan tarixində Şah Abbas, Şah Təhmasib, Nadir şah, Qacar kimi həm fateh, həm hökmdar, həm yaradıcı şəxsiyyətlər olmasına baxmayaraq düzgün təbliğ olunmadıqlarına görə İranda bu tarixi şəxsiyyətlərin unudulmasına, Azərbaycanda isə onların ətrafında şübhə pərdəsi yaratmağa cəhd edirlər. Bu gün iqtidarın dövlətçilik ideyalogiyasının özündə də bu qüsur qabarıq şəkildə görünməkdədir.

Müasir Azərbaycan dövlətinin tarixi xələfləri hansı dövlət və imperiyalar olmuşdur?  Əgər, dövlətçiliyimizin  tarixi kökləri olmamışdırsa, onda bizim qədim və köklü xalq olduğumuz dünya sivilizasiyasına töhvə verdiyimizi və bu gün də dünyada etiraf edilməmizi tələb etməyimizin heç bir əsası yoxdur.

Bir il bundan qabaq,  R.Mehdiyev Şah İsmayil Xətaiyəyə hücüm edən “öz alimlərimizlə” baglı kəskin polemik bir məqalə yazmışdır. Düşünmək olardı ki, bu məqalədən sonra hakimiyyət bu məqalədəki motivi Azərbaycan dövlətçiliyinin ideoloji platformasına keçirəcək və nəhayət Azərbaycan türkü öz siyasi kimliyinə qovuşacaqdır. Təəssüf ki, bu baş vermədi, nəticədə Şah İsmayıl və digər Azərbaycan böyüklərinə qarşı səlib yürüşü gah xaricdən, gah daxildən davam etməkdədir.

Şah İsmayıla qarşı irəli sürülən əsas ittihan onun şiə təriqətini dövlət ideyologiyası səviyyəsinə qaldırması, bunula türk dünyasını parçalaması və Osmanlılarla konfliktlə girməsidir. Haşiyə çıxım ki, səfəvi xanədanı Osmanlı və teymuri türklərinin ərazisindən bir qarış da olsun torpaq götürmədən yaradılıb ona görə də guya türkləri parçalamasi ilə bağlı iddia yanlışdır. Əslində Şah İsmayıl da Babur kimi boş yerdə nəhəng bir imperiya yaratmaqla Moğolların Hindistanda  oldugu kimi, özü yaxın şərqdə türk kimliyini göylərə qaldırmışdır. Heç təsadüfi deyil ki, moğollar uzun illər səvəfilərin və onun sələflərinin himayəsindən istifadə etmişlər.

Fəxrlə qeyd etmək istəyirəm ki, Şah İsmayıla, bizdən fərqli olaraq, daha obyektiv qiymət verən və bizim coğrafiyanin xalqlarından olmayan kifayət qədər nəhəng insanlar olmuşdur. Məsələn,  Karl Marks  Şah İsmayılı tarixin  ən böyük qüdrətli hökmdarı kimi müqayisədə  dəyərləndirmiş onu İsgəndən Makedonski və Çingiz xanla müqayisə etmiş, üstünlüyü Şah İsmayıla vermişdir. Nədənsə Marksın nəhəngliyini gördüyü və dəyərləndirdiyi Şah İsmayıl öz millətimizin nümayəndələrinə cox yad, qüsurlu və kicik görünür.

Burada Şah İsmayıla qarşı irəli sürülən bir ittihama – onun şiəliyi  dövlət ideyalogiyası səviyyəsinə qaldırması səbəblərinə aydınlıq gətirmək istərdik.

Bunun üçün Şah İsmayılın əsasını  qoydugu türk imperiyasının teymurilər və osmanlılardan fərqliliyin ayırd etmək lazımdır. Şah İsmayıl hakimiyyətə gəldiyi dövrdə qərbdə möhtəşəm Osmanlı imperiyası şərqdə türk-monqolların imperiyası öz çiçəklənmə dövrünü yaşayırdı. Üçüncü, bir türk imperiyasını yaratmaq bu iki şərti nəzərə almağı tələb edirdi. Yəni Şah İsmayil elə bir yol seçməli idi ki, nə Osmanlı, nə Teymuri türklərinin dövlətcilik prinsiplərini təkrarlamasın. Əks halda  öz ideyalarını dəstəkləmək üçün ideoloji bazadan məhrum olduğundan heç bir iş görə bilməzdi.

Həm Şərq, həm Qərb türk hakimiyyətləri sünnilik təriqətləri əsasında dövlətçiliyi həyata keçirdiklərindən Şah İsmayıl mütləq bu təriqətdən fərqli bir təriqətə əsaslanmalı idi ki, üçüncü alternativi-üçüncü türk sülaləsini tarixin səhnəsinə çıxara bilsin.

İkinci, fərq həm osmanlıların, həm teymurilərin imperiyalarının müxtəlif mədəniyyətlər üzərində hökmranlıq etməsi idi .Məhz buna görə din bu iki imperiyada aparıcı yer tutmurdu və dövlət ideologiyasi səviyyəsinə qaldırılmırdı. Şah İsmayılın qurmaq istədiyi imperiya isə yalnız islam xalqlarının məskunlaşdğı coğrafiyada yaradılacağından dinin ideologiyalaşdırılması olduqca əlverişli və düzgün idi.

Bu zaman sual meydana cıxır? Şiəlik təriqətini seçməkdə Şah İsmayıl düzmü etmişdi? Hansi təriqəti seçmək daha effektli olardı? Sünni təriqətindən başqa islamda coxlu başqa təriqətlər də vardı və şiəlik Şah İsmayıla qədər ən çox təqib olunan, yarım gizli və ən zəif, azlıq təşkil edən  təriqətlərdən biri idi.

Onda nə üçün Şah İsmayıl bu təriqəti seçmişdir?

Bunun iki başlıca səbəbi var idi. Birincisi şiəliyin mistifikasiyaya meyl etməsi idi. Məlumdur ki, islam təriqətləri içərisində yeganə təriqət şiəlikdir ki , dini ideallari(imamlari) mistifikasiyaya-ilahiləşdirməyə, bu təriqətin başçılarını, alimlərini  mifikləşdirməyə meyl edir. Bu da şiyəliyin öz dövründə ən sərt təqib olunması ilə bağlı idi. Əks halda insanları  belə təhlükə altında şiyəliyə dəvət etmək çətin olardı.

Həzrət Əli, İmam Hüseyn və On ikinci İmamla bagli şiə təsəvvürləri məhz belə mistifikasiyanin bariz nümunəsidir.  Şah İsmayıl yoxdan bir imperiya yaratmaq istiyirdisə, mütləq özünün şəxsiyyətini mistifikasiya etməyə məcbur idi. Yalnız bu halda müsəlmanları yeni bir imperiya yaratmaq ətrafında birləşdirə bilərdi. Bunun üçün, Şah İsmayıl hətta bütün yaradıcılığını şiə motivi üzərində qurmuşdur. Beləliklə, o özünə kimi mistifikasiya olunmuş insanları göylərə qaldırdıqca özü də göylərə qalxırdı. Necə ki, Peyğəmbərlər Allahı təbliğ  edə-edə özləri də ilahi qüvvələr kimi qəbul edilirdi. Bu çox sadə, amma çox effektli bir pryomdur hansı ki, istənilən şəxs bu priyomla adi mövqeden fövqəlbəşər səviyyəsinə qalxa bilər. Bu gün əleyhinə geniş cəbhə boyu hücüm  edilən nurçuların ideya rəhbəri Səid Nursi məhz bu priyomla özünə milyonlarla tərəfdar toplamışdır. Eləcə də, Lenin aristokrat ola ola, fəhlələrin maraqlarını elə qabarıq müdafiə etmişdir ki, həmin fəhlələr bir qrup aristokratın rəhbərliyi altinda rus aristokratiyasına qarşı inqilab etmişdir. Belə misalları çox çəkmək olar.

Hər bir insanın  bu pryomla mistifikasiya olunması mümkün deyil. Burada ikinci mühüm bir şərt mistifikasiya olunanla mistifikasiya edənin  uyğunluğu zahiri oxşarlığı olmalıdır.

Leninin cox mütəvazi həyat keçirməsi ilə bağlı yayılan miflər onun iflas etmiş aristokratiyanı təmsil etməsi, aristokratlığını elə pərdələmişdir ki fəhlələr onu mənşəcə  özlərindən biri  kimi qəbul edirdilər. Eləcə də Səid Nürsi nurçuluğu elan edənədək elə bir həyat yaşamışdır ki(rusiyada əsirlik Avropadaki məşəqqətlər,türkiyədə həbslər və təhdidlər) onun həyatını mistifikasiya üçün yaxşi material verirdi. Bəzən bir şəxsin taleyində mistifikasiya edilməyə imkan verən şərtlər olmadiqda onun bioqrafiyasina yalan məlumarlar daxil edilir ki, mistifakasiya mümkün olsun . Belə hallar sosial kodlaşdırmada idealların yaradılmasında istifadə olunmuşdur. Məs.Koroğlu tarixi bir şəxsiyyət olub, o, Səfəvilərə qarşi üsyan edən hülakulərdən cəlarilər tayfasından olub və müstəsna qəhrəmanlıqları olmayıb. Bu şəxsin mistifikasiya edilməsi onu uydurma mili qəhrəmana çevirməyə imkan verdiyindən SSRİ dönəmində Misri qilinc, Qir at və Koroğlunun əbədi həyat suyundan içməsi ilə bağlı üç epizod Koroğlunun həyatına implikasiya edilib və indi tanıdığımız yalançı xalq qəhrəmanı meydana gəlib.

Şah İsmayil Xəıtayinin həyati bu baxımdan şiələrin onu mistifikasiya etməsinə imkan verirdi. Atasi Şeyx Cüneyd döyüşdə öldürülmüşdü (Həzrət Əli məsciddə terror edilmişdi) onun övladlari Həsən və Hüseyn  müxtəlif üsullarla məhv edilmişdir, Şah İsmaylin qardaşları Sultanəli və İbrahim Şah İsmayildan qabaq əleyhdarlari tərəfindən müxtəlif üsullarla öldürülmüşdür. Şiələrin sonuncu imamı kiçik qeybdə olmuşdu-sağlığında insanlara görünməsi yasaq edilmişdir. Şah İsmayil da  4 yaşından şahlığa gələnə kimi gizli həyat yaşamışdır. İmam Cəfər elm fədaisi olmuşdu. Şah İsmayil böyük şairlik məharəti olmuşdur. Əgər, şiə imamlarının hər birinin taleyi ilə Şah İsmayılın şəxsi bioqrafiyasını tutuşdursaq görərik ki, bu adam sanki bütün imamların tərcümeyi-halını tək bir öz tərcümeyi halında əks etdirmişdir. Ona görə də , Xətainin Həzrət Əlidən tutmuş on ikinci imama dək oxşatmaq və bunun əsasında mistifikasiya etmək mümkün idi və Şah İsmayil və onun strateqləri bu  fürsəti düzgün yaxalamış, bundan düzgün istifadə edərək “on dörd ilik hakimiyyəti dövründə on dörd dövləti öz imperiyasina biləşdirmiş”bir mistik hökmdar obrazı yaratmışlar.  Marksın təbirincə desək, bəşər tarixinda eyni dövrdə eyni inteqrasiyanı həyata keçirən ikinci bir şəxs olmamışdır.  Buradan aydın görünür ki, Şah İsmayıl şiələyə yox şiəlik Şah İsmayıla xidmət etmişdir.

Şah İsmayil seçimdə  səhv etmişdimi? Burada hər şey nəticə ilə ölçülməlidir. Təqib olunan, hər an ölüm təhlükəsi ilə üzə- üz qalan, siyasi səhnəyə gələrkən nəhəng imperiyalarin mövcudluğu şərtində Şah İsmayıl Azərbaycan türklərinin  beş əsirdən artıq ayaq üstə duran nəhəng imperiyasını yaratmış, bu coğrafiyada bir- birini əvəz edən mədəniyyət laylari yaratmış, Azərbaycan türkcəsinin böyük bir məkanda siyasi dilə çevirmişdir. Bu gün İranda milliyyətcə Azərı türklərinin  yüksək dövlət postları tutmasının səbəbi də Şah İsmayılın

 strategiyasının düz olduğunu, onun yüz illər qabağı görmək imkanı olduğunu göstərir.

Şah İsmayılın milli mənsubiyyətinə də əl atanlar az deyil. Şah İsmayilin xalis türk olduğu və bu bölgədə xalis türk imperiyasi yaratmasını sübut edən əsas fakt Osmanlıların  Səfəvilərə münasibəti olmuşdur. Beş yüz illik qonşuluq şəraitində bəzi məzhəb münaqişləri üzündən baş verən toqquşmalar istisna olmaqla, bu iki imperiyanin yan yana mövcud olması hər iki imperyanin türk imperiyasi olmasının qeyri- şərtsiz   sübutudur. Hətta Sultan Səlimin Şah İsmayıla yazdığı məktublar da göstərir ki ,Onlar ikisinin də eyni bir millət olduğunu əsas gətirərə vuruşmaqdan çəkinməyə çalışmışlar. Buna görə, “sən şərqi mən qərbi idarə edim” kimi mesaj göndərilmişdir. Ola bilsin ki, kimsə bu arqumenti əsassız hesab etsin və bu imperiyaların məhz eyni millətə məxsus olmasının bu faktla izah etməyi düzgün hesab etməsin. Belələrinə sübut kimi  Əmir Teymurla İldırım Bəyazidin toqquşmasını nümunə kimi göstərə bilərəm, hansi ki,İldırım Bəyazidi məğlub edən Teymur Bəyazidi cəzalandırsa da Osmanlı imperiyasının bir qarış torpağına belə göz dikməmişdi. Çünkü həm osmanlı, həm teymurilər, həm səfəvilər eyni bir törəyə əməl edirdilər. Bu törənin mahiyyəti “özününkünə dəymə ,düşmənə aman vermə” olmuşdur.Sultan Səlim Təbrizi tutarkən Şah İsmayil Təbrizdə qalmışdır. Sultan Səlim Şah İsmayıla qarşı heç bir zorakılıq etməmiş, səfəvilərə aid bir qarış torpağı öz hakimiyyəti altina almamışdır. Sadəcə məzhəb münaqişələri olan ərazilərdə mövqe üstünlüyü təmin edən bəzi qalaları öz tabeçiliyə keçirməklə kifayətlənmişdir. Bu qısa yazıda tariximizə ədalətli yanaşmağın vacibliyini, özümüz özümüzlə vuruşmağımızın  çox  da ağıllı iş olmadığını  çatdırmaq istərdim.

Nəhayət, keçmişdə öz millətinin tarixində rol almış və bu gün dünyada olmayanlar haqqında danışan və yazanlara ən azında məşhur bir müdrikin sözlərini xatırlamaq istəyirəm:”Ölülər haqqinda yaxşı danış, ya sus”!!

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER