Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi – hüquq müdafiəçilərinin şərhi

Rəşid Hacılı                                Rəşid Hacılı

İspaniyalı deputat Pedro Aqramunt AŞPA-ya Azərbaycanda siyasi məhbuslar üzrə məruzə hazırlayacaq.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin kimliyindən asılı olmayaraq bu məsələnin assambleyanın müzakirəsinə çıxarılması faktı və xüsusi məruzənin hazırlanmasına dair qərar mühüm əhəmiyyət daşıyır. 

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı ispaniyalı deputat Pedro Aqramuntun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasını Amerikanmın Səsinə şərh edərkən bildirib.

“Məruzəçinin kimliyindən asılı olmayaraq, Azərbaycanda insan haqlarının pozulmasını gizlətmək mümkün deyil. Məruzəçi ilə işləmək, ona bütün faktları vermək, onu səhv hesabat təqdim etməyə qoymamaq və müzakirələrin effektiv keçməsinə çalışmaq lazımdır”, R.Hacılı bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinin fəalları çətin vəziyyətə düşüblər. “Bizim AŞPA-da bir müxalifətçi deputatımız da yoxdur ki, ondan vaxtlı-vaxtında xəbər və məsləhət ala bilək. Amma məruzəçinin təyinatı ilə açılan imkanlardan istifadə edəcəyik”, o vurğulayıb.

R.Hacılının sözlərinə görə, bu ilin sentyabrında məruzəçi hesabatı təqdim etməlidir. Bu səbəbdən də indidən təkliflərin ona verilməsi vacibdir.

“Biz hamının dəstəklədiyi vahid siyasi məhbus siyahısı ilə çıxış etməliyik”, o qeyd edib.

“Hüquq müdafiəçiləri Aqramuntla işləyəcəklərmi?” sualının cavabında R.Hacılı deyib ki, AŞPA-nın təyin etdiyi məruzəçi ilə işləmək lazımdır, boykot etmək yox.

Digər hüquq müdafiəçisi, “Demokratik monitor” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov Aqramuntun məruzəçi təyin olunmasını tənqidi qiymətləndirir.

“İndiyədək Aqramunt Monitorinq komitəsində hansı obyektiv işi görüb ki, siyasi məhbuslar məsələsi üzrə də obyektiv fəaliyyət göstərsin?”, – o sual edib. F.Həsənov Aqramuntun məruzəçi təyin edilməsində “kürü diplomatiyası” amilinin rol oynadığını istisna etmir.

“Nazirlər Komitəsinin sədri olan Azərbaycan diqqət mərkəzindədir və siyasi məhbuslar məsələsi kardinal həll tələb edir. Çətin ki, Aqramunt bu kəskin mövzunu yumşalda bilsin”, F.Həsənov qeyd edib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER