Xaqani Qayıblı: “Azərbaycan türkləri İran deyilən məmləkətdə mütləq öz haqlarını alacaqlar”- Müsahibə

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Estoniyadan Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri, tanınmış yazar Xaqani Qayıblıdır.

– Xaqani bəy, İranın “Səhər” kanalı yenidən Azərbaycan əleyhinə verilişlər yayımlamağa başlayıb. Azərbaycan hakimiyyəti də sərt tənqid olunur. Bu barədə nə deyə bilərsiniz?

– Təbii ki İran cənab Prezident İlham Əliyevin haqlı və cəsarətli davranışından təşvişə düşüb. Çünki artıq dövlət başçısı səviyyəsində və mötəbər bir kürsüdən bu cür davranış çox ciddi həmrəylikdən xəbər verir. 

Dolayısıyla, Azərbaycan və Türkiyə arasındakı hər cür tərəfdaşlıq İranın canına birə salıb… Beynəlxalq aləmdə, xüsusən dövlət və hökümət başçılarının iştirakı ilə həyata keçən görüşlərdə uzun-uzadı danışmaq o qədər də məqbul görülmür. Bunun əksinə, iki-üç cümlə ilə dəyanətli mövqe sərgiləməklə lazım olan yerlərə öz məsajını çatdırırsan. Bu anlamda, Azərbaycan prezidenti cənab prezidenti İlham Əliyevin mövqeyi səriştəli və hazırlıqlı bir siyasətçi və dövlət başçısının mövqeyini ortaya qoydu. Və təbii ki, bundan da İran deyilən ölkənin siyasi arenasında bir çaxnaşma başlaması normaldır. Buna görə də öz zurnaçıları, məsələn SƏHƏR TV kimi, vasitəsilə hər cür yalan və iftira yaymağa başlayırlar.

– Televiziyanın saytında Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı təxribatçı fikirlər gedib. Hərəkatı başqa ölkələrə bağlamaq cəhdləri var…

– Mən məqaləni oxuduqdan sonra bircə söz deyə bilərəm ki, bu cəfənfiyyatdan başqa bir şey deyil. Dediyim kimi, İran hər zaman öz yalanları və iftiraları ilə özünün şovinist sifətini gizləməyə çalışır. Bu məqaləni də o masklalardan biri kimi qəbul etmək olar. Amma onların bu və bənzəri cəfəngiyyatlarına baxmayaraq, Azərbaycan türkləri İran deyilən məmləkətdə mütləq öz haqlarını alacaqlar. Bunu onların özləri də çox gözəl bilirlər. Bildikləri üçün də, əl-ayağa düşüblər. Sadəcə tək bu cümlə (“İranda azəridillilərin yatırdılması iddiası”) İran rejiminin necə acınacaqlı bir gündə olduğunu bəlli edir. Təbii ki, bu kimi cəfəng deyimlərlə, artıq dünya ictimaiyyətini aldatmaq mümkün deyil.

– Hədəflərdən biri də, Güney Azərbaycan Televiziyasıdır (GÜNAZ TV). Sizcə, rejim niyə bu qədər televiziyanın fəaliyyətindən ehtiyat edir?

– Hər kəsə məlumdur ki, GÜNAZ TV heç bir ölkəyə və hər hansı bir xəfiyyə təşkilatına bağlı deyil. Bir şey gün kimi aydındır ki, biz nə qədər həqiqətə yaxınlaşacağıqsa, bir o qədər də İran rejimi çabalamağa başlayacaq. Bu “məqalə” də son nəfəsini alan bir rejimin son ürək döyüntülərinə bənzəyir.

Elnur Eltürk

N.S

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER