Səid Mətinpurun aclıq aksiyası davam edir (VIDEO REPORTAJ)


Tanınmış güneyli siyasi məhbus Səid Mətinpur bu yaxınlarda Tehranin Evin həbsxanasında təkadamlıq kameraya köçürülüb. Tehran universitetinin fəlsəfə fakültəsinin məzunu, yazar, jurnalist və hüquq müdafiəçisi olan Səid Mətinpur 2007-ci ildə həbs edildikdən sonra 8 il həbs cəzasına məhkum edilib. O, yeddi ilə yaxındır Evin həbsxanasında saxlanılır. Səid Mətinpurun xanımı Ətiyə Tahiri həyat yoldaşının Evin həbsxanasında məhbuslara qarşı zorakılığa etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Amerikanin Səsinin Vankuverdəki müxbiri Əlirza Quluncu “Amerika icmalı” proqramında Səid Mətinpurun durumu ilə bağlı son məlumatları şərh edib.
 
Əlirza Quluncu Səid Mətinpurla birlikdə 21 məhbusun aclıq aksiyasına davam etdiyi haqda məlumatların verildiyini bildirir. Onun sözlərinə əsasən, Evin həbsxanasında məhbusların hücuma məruz qalması və orada baş verən qanunsuzluqlara etiraz olaraq keçirilən aclıq aksiyası İran Azərbaycanı haqda məlumatları açıqlayan veb səhifələrin diqqət mərkəzindədir.  Əlirza Quluncu bildirib ki, verilən məlumatlara əsasən, Evin həbsxanasında Səid Mətinpur da daxil olmaqla, aclıq aksiyası keçirən bir neçə başqa məhbus təkadamlıq kamerada saxlanılır.
 
Səid Mətinpurun xanımı Ətiyə Tahiri ilə Amerikanın Səsinə müsahibədə Evin həbsxanasında həyat yoldaşının və digər məhbusların fiziki təzyiqə məruz qaldığını deyib. Ətiyə Tahiri həyat yoldaşı ilə qısa görüşdə onun fiziki cəhətdən zəif göründüyü bildirib. O, görüşü belə bir təsvir edib: “Vaxt çox deyildi, amma o 5-6 dəqiqədə mənə dedi ki, bu işi heç bir dəlil olmadan görüblər, bu, əslində qanunsuzluqdur. Heç bir dəlil olmadan gəlib bizi vurublar, mən heç bir iş görməmişəm, burada zindandan heç kəs bir iş görməyib, gəlib tökülüşüb vurublar, axırda da aparıblar infradiya (təkadamlıq kameraya). Onlar buna etiraz ediblər və Səid də buna etiraz olaraq yemək yemir, dil-dodağı qurumuşdu, rəngi ağarmışdı, bir az arıqlamışdı, saçlarını qırxmışdılar.”
 
Əlirza Quluncunun sözlərinə görə, Ətiyə Tahiri də həyat yoldaşının zorakılığa məruz qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb, lakin sonradan aclığı dayandırıb. Ətiyə Tahiri müsahibə zamanı prezident Həsən Ruhaninin hakimiyyəti dövrü insan haqları sahəsində vəziyyətdə dəyişikliyin olmadığını qeyd edib.
 
Beynəlxalq insan haqları qrupları, o cümlədən “Amnesty International” İranda siyasi məhbuslar, o cümlədən, Səid Mətinpurun durumu ilə bağlı narahatlıqların ifadə ediblər. Əlirza Quluncu İran hökumətinin insan haqlarının durumu ilə bağlı beynəlxalq təşkilatların bəyanatları və çağırışlarına əhəmiyyətsiz qoyduğunu bildirib. Onun sözlərinə əsasən, İran hökuməti BMT-nin İnsan Hüquqları Şurasının İran üzrə məruzəçisi Əhməd Şahidin ölkədə insan haqlarının sistematik şəkildə pozulmasına son qoyaraq, islahatlar keçirilməsi haqda tövsiyələri ilə bağlı indiyə kimi addımlar atmayıb.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER