Bir millət iki dövlət: Türkiyə, yoxsa İran? – 2 – Dr. Faiq Ələkbərov

Faiq ElekberovBir millət iki dövlət: Türkiyə, yoxsa İran? – 2 – Dr. Faiq Ələkbərov 

 Hazırda «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»nə paralel olan, ilk baxışda ona daha yaxın və inandırıcı olan «azərbaycanlı»-«azəri»,

«Azərbaycan dili»-«azəri dili» yeni bir statusa çevrilməyə başlamışdır. Bu mənada istisna etmirik ki, müəyyən bir dövrdən sonra «azəri» kimliyi və «azəri dili» istər parlament səviyyəsində, istərsə də dövlət səviyyəsində müəyyən status əldə etsin. Hətta, yaxın gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə çevrilməsinin də şahidləri ola bilərik. Bu mənada, hazırda bəzi telekanalların və kütləvi informasiya vasitələrinin (qəzetlərin, portalların və s.) «azəri» anlayışının təbliğində fəallıq göstərməsi də təsadüfi deyildir.

eyniArtıq bəzi alimlərin əsərləri ilə yanaşı, dövlətin rəsmi nəşrlərində «azəri» kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir. Məsələn, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan – 20 il» kitabında dövlət  dili həm «azərbaycan», həm də «azəri» adlandırılmışdı.

Bizcə, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda tələbələrin milliyyəti kimi «azəri» adından istifadə olunması da məsələnin ciddiliyindən xəbər verir. Hər halda dünənə qədər bəzi istisnaları nəzərə almasaq (nadir hallarda da olsa, bəzi tələbələr etnik kimliyini ləzgi, kürd və s. göstərirdilər), tələbələrin milliyyət qrafasının qarşısında «azəri» deyil, «azərbaycanlı» yazılırdı. Bu isə, SSRİ dövründən qalma ənənə kimi hamı tərəfindən «başa düşülürdü». 

Görünür, «azəri» kimliyi və «azəri dili» artıq sovet dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin milli mənlik şüuruna hesablanmış bir nəzəriyyədir. Yəni «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» SSRİ dövründə yaşamış insanların şüurları üçün hesablandığı kimi, «azəri» kimliyi və «azəri dili» müstəqil Azərbaycanın vətəndaşlarına yönəlmişdir. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının növbəti mərhələlərində tarixə, etnoqrafiyaya, dilçiliyə və başqa sahələrə də «səyahət» ediləcəkdir və edilir də.

Doğrudur, biz də hesab edirik ki, milli mənlik şüurunun qorunub yaşaması üçün vətəndaşlığı, yurddaşlığı bildirən «azərbaycanlı» kimliyində və «Azərbaycan dili»ndə müəyyən korrektələr edilməlidir. Amma bu korrektələr türklüklə uzlaşmayan «azəri» kimliyi və «azəri dili» adı altında deyil, türk kimliyi və türk adı altında baş verməli,  xüsusilə milli dilin adına münasibətdə Azərbaycan türklərinin mühüm mövqeyi nəzərə alınmalıdır. Fikrimizcə, yalnız bu halda türkçülükdən yaranmış azərbaycançılıq öz varisliyini ləyaqətlə davam etdirə bilər. Əks halda sələfinin başlıca ideyalarını yaşada bilməyən xələf üçün yalnız bir neçə formal, hüquqi məsələlər baxımından varislikdən çıxış etməsi, üstəlik türk kimliyi və türk dili əvəzinə «azəri» kimliyi və «azəri dili»nə meyil etməsi milli ideologiyanın həllinə deyil, daha da mürəkkəbləşməsinə səbəb olacaqdır. 

Sovet dövründə bəzi yerli və əcnəbi tarixçilər, alimlər tərəfindən «türk» və «Azərbaycan» sözlərilə, bu anlayışlarla az və ya çox dərəcədə əlaqəli olan «az», «qafqaz», «aran-alban», «xəzər», «azəri» və s. kimi məfhumlarla bağlı elə dola-şıqlıqlar, düyünlər salınıb ki, bu məsələlər indiyə qədər də həllini tapmamış kimi görünür. Əslində bu dolaşıqlıqların, ziddiyyətlərin yaranmasında vaxtilə, xüsusilə SSRİ dövründə marağı olan xarici və bəzi daxili qüvvələr mövcud olmuş və indi də mövcuddur. Onlar bu gün də Azərbaycan Respublikasında çoxluq təşkil edən türk millətini danmaq yolu tutublar. Bunun da nəticəsində bu gün yetişməkdə olan türk gəncliyi (fikrimizcə, bu gün azsaylı etnik qruplar etnik mənşələrini dərk etməkdə Azərbaycan türkləri qədər əziyyət çəkmirlər) müəyyən mənada millətinin «türk», «azərbaycanlı», «azəri», «alban», «qafqazlı», hətta «müsəlman» olub-olmaması ilə bağlı dəqiq bir fikrə gələ bilmirlər. Daha doğrusu, böyüdüyü ailədən, yetişdiyi və düşdüyü mühitdən, təhsil aldığı müəllimlərindən və başqa təsirlərdən asılı olaraq, bu məsələni sanki həll edirlər: bəziləri özünü türk, yaxud «müsəlman», digərləri «azərbaycanlı» və yaxud «azəri» və s. hesab edirlər. Beləliklə, bu problem həll edilməmiş qalır.

 

Özəlliklə «türk», «Azərbaycan» anlayışları milli mənəvi dəyər kimi yalnız tarixi baxımdan yeni yetişən nəsilə quru faktlarla çatdırılmamalıdır, həmçinin bu anlayışların elmi, fəlsəfi, siyasi, etnik və ideoloji mənaları izah olunmalıdır. Burada məqsəd hansısa şəxsi, qrup, partiya və hakimiyyət maraqlarına görə, yeri gələndə türk, azərbaycanlı, azəri, alban və yaxud da müsəlman olmaq deyil, Azərbaycan adlı məmləkətdə yaşayan əsas millətin soykökü, dili, mədə-niyyəti, tarixi və s. məsələsini birdəfəlik həll edib, onu yalnız öz adı ilə adlandırmaq olmalıdır. Fikrimizcə, bu gün dilimizin – Azərbaycan dili, türkdilli azərbaycan dili, türk dili, Azərbaycan (türk) dili, türk (Azərbaycan) dili, azəri dili, Azərbaycan türkcəsi, eləcə də millətimizin – türk, azərbaycanlı, azəri, müsəlman, qafqazdilli alban, Azərbaycan türkü, Azərbaycan milləti, farsdilli midiyalı (guya indi türk dillərindən birində danışan azərbaycanlı), türkdilli azərbaycanlı (bu zaman məlum olmur ki, ümumiyyətlə etnik baxımdan hansı millət – türkdilli türklərmi?!, qafqazdilli albanlarmı, farsdilli midiyalılar-farslarmı və b. nəzərdə tutulur?) və s. müxtəlif adlarla öz əksini tapması insanların şüurunda qarmaqarşıqlıq, xaos yaradır. 

 

Hər bir Azərbaycan vətəndaşı öz milli mənşəyini, danışdığı dilin adını dəqiq bilməli və məxsus olduğu millətin keçmişinə aid olan nə varsa ona sahib çıxmalı, gələcəyə inamla baxmalıdır. Hər bir Azərbaycan vətəndaşı, ailəsi, dəqiq və konkret şəkildə bilməlidir ki, onun ailəsində böyüyən uşaqlara hansı milli ruh, mədəniyyət, tarix, adət-ənənələr və s. öyrədilməlidir. 

 

Bu gün, milli mənsubiyyət məsələsində Konstitusiyaya əsasən əsas vurğu «Azərbaycan» üzərində qoyulur: Azərbaycan milləti, Azərbaycan xalqı, Azərbaycan dili, Dünya Azərbycanlıları və s. Konstitusiya baxımından bu məsələ qəti şəkildə həll edilmiş kimi göstərilir və bu sahədə yeni-yeni kitablar işıq üzü görür, kütləvi elektron və informasiya vasitələrində yüzlərlə fikirlər səslənir, məqalələr yazılır. Ancaq maraqlıdır ki, «Azərbaycan xalqı», «Azərbaycanlı», «Azərbaycan dili» və s. bu kimi anlayışları təbliğ edənlər bir çox məsələlərin həllində çətinlik çəkərkən «türk» amilinə üz tutur və bundan da istifadə edirlər. Əlbəttə, azərbaycanlı olaraq da türk olmaq mümkündür. Lakin ölkə daxilində eyni kökə, dilə, mədəniyyətə malik olan və çoxluq təşkil edən millət iki, üç və daha çox adla adlandırılırsa (azərbaycanlı, azəri, müsəlman, türk və b.), ən azı bunun, yalnız siyasi və tarixi mənada deyil, həm də elmi, fəlsəfi və ideoloji izahları olmalıdır. Azərbaycanın tarixini öyrənən yeni nəsil mövcud akademik nəşrlərdə Azərbaycan milləti, Azərbaycan dili, Azərbaycan dövləti və s. kimi anlayışları görmürsə, yalnız vaxtilə və indi Azərbaycan adlanan ərazilərdə türk tayfalarından, türk dövlətlərindən, eləcə də Mannadan, Albaniyadan, Atropatenadan və digərlərindən söhbət gedirsə, bu qarışıq və dolaşıq tarixin içindən necə baş çıxara bilər? Azərbaycan tarixinə, fəlsəfəsinə, ədəbiyyatına, mədəniyyətinə və s. dair yazılmış kitabların müəllifləri «türk», «Azərbaycan», «Albaniya», «Atropatena», «azəri» və b. məfhumların izahında vahid konsepsiyadan çıxış edə bilmirsə, yeni nəsil hansı formada öz keçmişinə sahib çıxıb, hansı ideya və ya ideyalar əsasında bu gününü və gələcəyini müəyyənləşdirə bilər? 

 

Maraqlıdır ki, şüurlarımıza yeridilən “azəri”bu cəfəngiyyatının türklüklə bağlı olmasına həm Azərbaycanda, həm də Türkiyədə bu gün də inananlar tapılır. Məsələn, tanınmış dilçi alimimiz Prof. Qəzənfər Kazımov belə qənaətdədir ki, «Azərbaycan» sözü Antarpatianu sözündən əmələ gəlmiş, tədricən Atropatena şəklini almışdır: «Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili «əl-azəriyyə»-azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir». Onun fikrincə, «Azəri» sözü Antarpatianu və Atropatena sözləri ilə bir kökdən olduğu üçün, bir sıra iranşünasların azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymaları düzgün deyildir: «Azəri sözü tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır». Eyni yanlışlığı Türkiyə də yapanlar var.  

 

Bizcə, “azəri” sözünə bu cür yanaşma, yəni onu türklüklə bağlayıb gündəmə gətirmək kökündən yanlışdir. Bir millətin-ulusun iki adı və iki dili ola bilməz. Sadəcə, bir millətin türklüyü inkar etməyən yaxın adları və dilləri (oğuz, qazax, türkmən vəb.) ola bilər. Ancaq bir millətin adı və dili tamamilə zidd çəkiləd ifadə olunursa, o zaman hansı mənada eynilikdən bəhs etmək olar. Bu mənada, “Bir millət iki dövlət” prinsipinə əməl etməyənlər həmişə Türkiyə və Azərbaycan türklərini həm dışarıdan, həm də içəridən bir-birindən ayrımağa xidmət edən qüvvələr olmuşdur və bu gün də var. Türkülüyn düşməni olan bu qüvvələr heç bir zaman türk millətlərinin birliyinə sevinməmiş, daima onlar arasında nifaq salmağa çalışmışlar. Biz bunu keçmiş tarixdə Teymurlar və Bəyazidlər, Şah İsmayıllar və Sultan Səlimlər, Şah Təhmasiblər və Sultan Süleymanlar və başqa zamanlarda çox görmüşük. Biz bunun 20-ci əsrin əvvəllərində də, Cümhuriyyət dövründə və Cümhuriyyətin işğalından sonrakı dövrlərdə də şahidi olmuşuq. Bu gün də Türkiyə-Azərbaycan birliyinin, ilk növbədə siyasi, iqtisadi, hərbi, mədəniyyət və s. sahələrdə birliyinin baş tutmaması üçün əlindən gələni edən iç və dış qüvvələr vardır. Şübhəsiz, o dövrdə türk birliyinə qarşı olanlara Ə.Cəfəroğlular, Ə.Ağaoğlular, Ə.Hüseyn-zadələr, M.B.Məmmədzadələr, M.Ə.Rəsulzadələr, A.İldırımlar və başqaları cavab verdiyi kimi, bu gün də bizlər vardır və sabah da başqaları olacaqdır.

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq

İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,

dosent Faiq Ələkbərov (Qəzənfəroğlu)

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER