Prof. H.Əzimov : “Dövlətin sərt üzünə ehtiyac varmı?!”

vahid azernaycan haqqinda1993-cü ilin əvvəlləri. Prof. H.Əzimov LDU-nun rektoru idi.

Yeni təsis etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyasının sıraları o zaman tələbələrin hesabına daha çox genişlənirdi. Regionda vəziyyətin mürəkkəb olmasına baxmayaraq, rəhbərlik etdiyi Universitetdə təhsilin səviyyəsi çox yüksək idi. Tam şəffaf təhsil mühiti vardı, rüşvətlə qiymət almaq istəyən tələbələrə rast gəlməzdik.O zaman Əzimovun müstəsna təşkilatçılıq və idarəçilik qabiliyyəti nəticəsində tələbələr arasında milli, dini, irqi ayrıseçkilik salmağa cəhd edən radikal qüvvələrin qarşısı ustalıqla alınırdı. Azərbaycançılıq, milli birlik ideyası təbliğ olunurdu. Yadımdadır ki, 1993-cü il, yanvar ayının 18-də N.Vəzirov adına Dram Teatrında Universitetin açılış mərasimində millət vəkili Sabir Rüstəmxanlının çıxışı sevgi və coşqu ilə qarşılandı. Tanınmış alimlərin, ziyalıların çıxışı kulturoloji mərkəzə çevrilmiş Lənkəran üçün böyük bir tarixi hadisə idi.

Az sonra H.Əliyevin hakimiyyətə gəlişi Lənkəranda da sevinclə qarşılandı. Lakin bu, hələ məsələnin tam həlli demək deyildi. Universitetdə dərs deyən bəzi yerli müəllimlər də H.Əzimovun ətrafında sıx birləşir, separatçı qüvvələrin fəaliyyətini pisləyir, tələbələri onların çağırışlarına uymamağı tapşırırdı. Bəzi yerli müəllimlər isə prosesi gərginləşdirməyə, soyuqluq yaratmağa gizli şəkildə cəhd göstərirdi.

Prof. Əlisa Şükürlünün dərsləri böyük-səs küyə səbəb olurdu.Səbəb də bəlli idi. Fənnin adı “Orxon-Yenisey abidələrinin dili” idi. Universitetin əsas tələbə kontingentini yerli tələbələr təşkil etdiyindən aralarında radikal talışçılıq ideyasını yayanlar da az deyildi. Belə bir vəziyyətdə separatçı qüvvələrin təsiri altında elm ocağına məkrli niyyətlərlə gələnləri öz yolundan çəkindirmək üçün ciddi bacarıq tələb olunurdu.

Mənə elə gəlir ki, prof. H.Əzimovun bu istiqamətdə fəaliyyətini danmaq nankorluqdur. H.Əzimovun ən böyük tarixi xidmətlərindən biri cənub bölgəsində universitet təsis etməsi idi.

Bölgə gənclərinin, xüsusilə talış uşaqlarının elmə gəlməsi, qızların təhsilə cəlb olunmasında onun misilsiz rolu oldu. Baxmayaraq ki, kadr çatışmazlığı var idi, Bakıdan ən seçmə alimlər cəlb olunurdu ki, təhsilin səviyyəsi yüksək olsun. O zaman keçid ballarının aşağı salınmasında əsas məqsəd uşaqları təhsilə cəlb etmək, mövhumatın aradan qaldırılmasına nail olmaq idi. Bu hal bölgədə gənclərimizin başqa yollara düşməsinin müəyyən qədər qarşısını aldı.

Talış tələbə dostlarımız bizi doğulub-böyüdüyü kəndlərə qonaq aparar, görməli yerlərlə tanış edər, onların nə qədər mehriban, qonaqpərvər olduqlarının şahidi olardıq. Bu gün də o yerlər üçün adam darıxır. Ayrıseçkilik bilməyən, talışı türkdən ayırmayan – hamıya eyni gözlə baxan o cür saf insanlar üçün darıxmamaq olmur, sevməmək olmur.

Biz 5 illik tələbə həyatımızı belə yaşamışıq, indi də o sevgi, ehtiram yaşayır. Bu bir haşiyədir bəlkə də. Yəni, biz – ən çətin anlarda belə bir olmuşuq, heç bir dedi-qoduya uymamışıq. Başqa cür də ola bilməz!

 

Yadımdadır, Müşfiq adında bir sarışın oğlanla 2-3 nəfər gecə kirayə qaldığımız otağa hücum etdi. Əllərində də bir büküm “Talışo-sədo” qəzeti vardı. Sifarişlə gəldikləri şübhəsiz idi. Çünki biz onların fəaliyyətini qorxmadan, cəsarətlə tənqid və ifşa edirdik. Üstümə bıçaq çıxararaq zorla həmin qəzetə üzv olmağımı, onları müdafiə etməyimi istəyirdilər. Əyilməzliyim, çılğınlığım və qürurumun qarşısında çox cılız görünürdü onlar. Kim bilir, o gecə məni ölümdən xilas edən də dəyərli tələbə yoldaşım, bir otaqda kirayə qaldığım talış balası oldu.

Talışın ləyaqətli oğulları kifayət qədərdir. Yetər ki, onların üstünə elə o torpaqdan çıxan bəzi qüvvələr kölgə salmasınlar. Bəzi boşboğazların, ara qızışdıran, xam xəyallarla yaşayan və talış-talış deyib çığır-bağır salanların həmin xalqın adından danışması yolverilməzdir. Saytlarda, sosial şəbəkələrdə insanları çaşdıran, türkə nifrət hissi aşılayan, millətimizi və dövlətimizi gözdən salan təbliğat və təxribat dolu çıxışlar edən kifayət qədər zərərli materiallar yer alıb. Belə təbliğat aparırlar ki, guya talışlar separatçılıq etmir, “muxtariyyət” tələb edirlər. Bu xülya ilə saxta əsərlər yazılır, özləri üçün xəritələr cızıb qondarma sərhəd müəyyən edirlər. Kövrək və naşı talış balalarının beynini yumaqla məşğuldurlar. Cənub bölgəsinin ləyaqətli insanlarını gözdən salmaq üçün min bir fırıldağa, fitnəyə əl atırlar. Onların siması sosial şəbəkələrdə daha aydın görünür. Görün tərəfdarları sosial şəbəkələrdə M.Səfərova nə yazır: “Minnətdarıq ki, siz talış adını 20 ildən sonra yenidən dövriyyəyə qaytardınız”.

Əslində, anlayan hər kəs üçün çox ciddi ürəkbulandıran faktdır. Belə çıxır ki, Səfərov Milli Şuraya deyildiyi kimi talışları “dövriyyədə saxlamaq” üçün göndərilib?

Bəzi şəxslər bölgədə milli ayrıseçkilik, etnik qarşıdurma yaradır, qonşu rayonlara qarşı ərazi iddiaları irəli sürür, yerli sakinləri, ziyalıları təhqir edirlər.

 

Bu gün bəzi insanların prof. H.Əzimovu ittiham və təhqir etməsi başa düşülən deyil. Prof.H.Əzimov məhz həmin talışların edə bilmədiyi elə bir xeyirxahlığa imza atıb ki, bunu ancaq korlar, nadanlar görməyə bilər.

Kiçik bir haşiyə çıxım. O vaxt humanitar sahənin uşaqları ilə çox isti münasibətimiz vardı. Öz tələbə dostlarıma siyasi fəaliyyətlə məşğul olmamağı tövsiyə edirdim. Deyirdim ki, biz bura təhsil almağa gəlmişik, auditoriyalarda siyasi söhbətlər olmamalıdır, kim partiyaya üzv olursa, gedib qıraqda üzv olsun, bura təhsil ocağıdır. Bu fikrimi dərhal Əzimova çatdırırlar. Mühazirənin ən maraqlı yerində xəbər gəldi ki, səni rektor çağırır. Getdim. Onun yarızarafat, yarıciddi atmacalarına, duzlu ifadələrinə təkcə mən yox, bütün tələbə-müəllim kontingenti örəncəli idi. Duzlu replikasından xoşhal olmadığımı görüb bayram tədbiri ilə bağlı yazdığımız ssenariyə və çıxışa görə ayırdığı pul mükafatını göstərib dedi: “Tədbirlərin keçirilməsində yaxından iştirak edirsən, ancaq tələbələrin partiyaya üzv olmasına müdaxilə etməsən yaxşıdır. Biz universitetdə siyasi fəaliyyətlə məşğul olmuruq. Tələbələri bu partiyaya cəlb etməkdə məqsədimiz var. Bu partiyanın adı Vahid Azərbaycan Milli Birlik Partiyasıdır. Milli birliyimizi pozan, bu birliyə mane olan çoxlu qüvvələr var. Biz bu partiyanı xüsusilə cənubda milli-ideoloji sahədəki boşluqları doldurmaq, birliyimizi qorumaq və təbliğ etmək üçün yaratmışıq”.

Bu, yadımda qalan epizodlardan biridir. Mən sonralar onun bu işdə nə qədər səmimi olduğunun şahidi oldum. Hər halda gördüyüm və haqqında eşitdiklərim bunu deməyə əsas verir. O, sözügedən universitet tədbirlərində milli birliyə əsaslanan aktual çıxışlar edir, H.Əliyevin dövlətçiliyimiz üçün gördüyü işləri tədbir iştirakçılarına çatdırır, çəkinmədən separatçıları ifşa edirdi. Bir tərəfdən əhalinin H.Əliyevə böyük inamı, bir tərəfdən Qarabağda gedən müharibə, gələn şəhidlər, bir tərəfdən də separatçıların məkrli planları və vətəndaş müharibəsi.

Ölkənin ən ağır vaxtlarında separatçıların Vətənə xəyanətindən – xəcalət dolu hadisələrdən 20 ildən artıq vaxt keçir. Mənə elə gəlirdi ki, üzücü və ağılsız hərəkətlərdən həmin adamlar bir ibrət dərsi götürəcək, doğru yola qayıdıb dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəklər.

Çox təəssüf ki, bəziləri hələ də “xanlıq” amalı ilə yaşayır. Əksinə, keçən 20 ildə bəzi qüvvələr özlərini qara ləkədən təmizləmək əvəzinə, bir qədər də irəli gedərək “Azərbaycanlılar talış xalqını soyqırım edir” şüarları ilə ayrı-ayrı şəbəkələrdə beyinləri zəhərləməyə, Azərbaycan türklərini təhqir etməyə başladılar, hətta Vətən xainlərini “şəhid”, “milli qəhrəman” səviyyəsinə qaldırdılar.

Mənə elə gəlir ki, həmin şəxslərin öz fəaliyyət və niyyətlərinə ciddi korrektələr etməsi hər kəs üçün faydalıdır. Talış dili Azərbaycan dili ilə az qalsın ki, eyni vaxtdan tədqiq olunmağa başlayıb, bu gün də şıdırğı elmi-tədqiqat işləri aparılır, bölgənin etnoqrafiyası, folkloru öyrənilir və s. Belə olan halda, sosial şəbəkələrdə, digər elektron yazı vasitələrində tamamilə əsassız ideyalar suvarılmaqdadır. Dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bu qədər aşırı nifrət və kini anlamaq olmur! Çingiz xanın, Qazan xanın intiqamını niyə yerli xalqdan çıxmalısan axı?! Onlar gələndə sənin sayın nə qədər idi ki qardaşım!? Məgər o fırtınalar yerli Azərbaycan türklərindənmi yan keçmişdi? Vuruşmuşuqsa da, bir vuruşmuşuq, qırılmışıqsa da bir qırılmışıq. Arxiv materiallarına baxsanız, görərsiniz ki, hələ 1800-cü ildən bu yana “hər kənddə” bir, ya iki ailə olub, ya olmayıb. İndi 5 əsr o tərəfə keçsəniz, kimi tapacaqsınız? Şübhəsiz ki, birliyimizə xələl gətirən niyyətlər heç vaxt baş tutmayacaq, necə ki, xaricdəki havadarlarının diktəsilə hərəkət edən həmin beş-altı adam da bunu yaxşı anlayır. Həmin insanların talış xalqının arzu və istəklərinə heç bir dəxli olmadığı hər kəsə bəllidir.

İnanıram ki, birliyə, bütövlüyə çağırışlarımız dövlətimizi, millətimizi təhqir edənlərə bir cavab olacaq və Azərbaycanımızın vətənpərvər talış ziyalıları cənub bölgəsini növbəti dəfə gözdən salmaq istəyən həmin gerizəkalı və xəstə təxəyyüllülərə “dur!” deyəcək!

Dövlətimizin sərt addımlar atmasına da ehtiyac olmayacaq.
– See more at: http://axar.az/news/7574#sthash.PTd3CzM5.dpuf

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER