Arif Kəskin: Güney təşkilatlarının lobbiçilik fəaliyyəti zəifdir [Audio]

Arif Kəskin“Güney Azərbaycan siyasi təşkilatlarının lobbiçilik fəaliyyətləri yox həddində zəifdir. Onların bu istiqamətdə qurumlaşmış və uzun müddət davam edə biləcək siyasətləri yoxdur,” deyə güneyli siyasi ekspert Arif Kəskin Amerikanın Səsinə müsahibədə bildirir. Cənab Kəskin güney təşkilatları və siyasi qruplarının beynəlxalq miqyasda nüfuzu, habelə Qərb ölkələri ilə münasibətlərini təhlil edib.“Güney Azərbaycan siyasi təşkilatlarının lobbiçilik fəaliyyətləri yox həddində zəifdir. Onların bu istiqamətdə qurumlaşmış və uzun müddət davam edə biləcək siyasətləri yoxdur,” deyə güneyli siyasi ekspert Arif Kəskin Amerikanın Səsinə müsahibədə bildirir. Cənab Kəskin güney təşkilatları və siyasi qruplarının beynəlxalq miqyasda nüfuzu, habelə Qərb ölkələri ilə münasibətlərini təhlil edib.

Arif Kəskin güneylilərin lobbiçilik fəaliyyəti haqda danışır

http://www.amerikaninsesi.org/flashaudio.html

Arif Kəskinin fikrincə, güney təşkilatlarının lobbiçilik fəaliyyətləri adətən Azərbaycan Respublikası hakimiyyətinin imkanları çərçivəsində həyata keçirilib. Bu kontekstdə konkret nümunə olaraq Dünya Azərbaycanlıları Konqresini nümunə gətirən ekspertin dediklərinə görə, lobbiçilik fəaliyyətlərində problemin bir tərəfi də Qərb ölkələrinin İranla bağlı apardığı yanlış siyasətlə əlaqəlidir.

Bugünkü siyasi şərait tarixdə heç olmadığı qədər potensial olaraq Güney Azərbaycanın xeyrinədir.

“Bugünkü siyasi şərait tarixdə heç olmadığı qədər potensial olaraq Güney Azərbaycanın xeyrinədir. İrana hakim olan rejimin durumu, dünyada və bölgədə baş verən olaylar və İran İslam Respublikasının gələcəyinin şübhə altında olması kimi xüsusların hamısı Güney Azərbaycan Milli Hərəkatı üçün bir şansdır.” Amma Arif Kəskinin fikrincə güneylilər bu fursətlərdən effektiv istifadə edə bilmirlər.

Araşdırmaçı hazırda güneyli milli qüvvələri səfərbər edəcək bir güc mərkəzinin mövcüd olmadığını deyir. “Güney Azərbaycan siyasi gücləri dağınıq vəziyyətdədir. Hərəkatın hər hansı bir mərkəziyyəti yoxdur. Bu boşluğu doldura biləcək bir qrup ya şəxs mövcüd deyildir… Buna görə də, dünya gücləri Azərbaycan hərəkatı ilə əlaqə qurmaq üçün kimə müraciət edəcəyini bilmir,” deyə güneyli ekspert əlavə edib.

O, həmçinin maddi resurslar və bacarıqlı kadrların olmamasını da lobbiçilik sahəsində mövcüd olan digər problemlər olaraq önə çəkir.

Cənab Kəskinin fikrincə, güney təşkilatları ortaya çıxan fursətlərdən istifadə etməyi bacarmasa da, dünyada İran İslam Respublikasının ziddinə olan hər bir hadisə, o cümlədən bu ölkəyə qarşı tətbiq edilən muxtəlif sanksiyalar və BMT tərəfindən çıxarılan qətnamələr İran Azərbaycanında milli mədəni hüquqların bərpa olunmasını istəyən toplumun xeyrinə işləyir.

Əlirza Quluncu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER