İdeoluq Ömər Faiq Nemanzadə haqqında..

NEMETZADEAzərbaycan türklərinin tanınmış ideoloqlarından olan Ömər Faiq Nemanzadə 20-ci əsrin əvvəllərində «Molla Nəsrəddin», «Açıq söz», «Tərəqqi», «İrşad», «Həyat» kimi jurnal və qəzetlərdə çıxış edərək türk-müsəlman aləminin geriqalma səbəblərini araşdırmış, Türklüyün həqiqi mahiyyətini soydaşlarına anlatmağa çalışmışdır. Ömər Faiqin türklük, yaxud da türkçülüklə bağlı baxışları ondan ibarət idi ki, digər millətlər kimi türklər də artıq oyanmalı, özünün əvvəlki tarixi əzəmətini dərk edərək dünyanın inkişaf etmiş millətləri ilə bir sırada dayanmalıdırlar.

«Millətpərəstlik zamanıdır» (1906) məqaləsində o, göstərirdi ki, Türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları tək vücud, tək rəy, tək cəhət-yol altında birləşməli, yəni türklüyünü dərindən dərk edib millətə təmənnasız yardım etməli, irəli aparmalıdırlar. Bu baxımdan, Qafqaz  müsəlmanlarının etnik kimliyinin və milli dilinin türk olduğunu bəyan edən Nemanzadə yazırdı ki, min illərdən bəri təqlid etdiyimiz ərəb və fars imlasından da imtina edib, türk sözlərimizi və türk adlarımızı bərpa etməliyik.

Fikrimizcə, türkçülüklə bağlı Nemanzədənin ən dəyərli yazılarından biri 1917-ci ildə «Qardaş köməyi» məcmuəsində qələmə aldığı «Mən kiməm?!» məqaləsidir. Həmin məqaləsində Ömər Faiq günümüz üçün də aktual olan bir çox maraqlı məsələlərə toxunmuşdur. Məsələn, o yazırdı ki, hər kəs öz millətini tanıyıb onun uğrunda mübarizə apardığı bir zamanda «biz öz millətimizi sevmək belə deyil, onun quru adını da bilməyib ortada şaşıb qalmışıq. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib dururuz. Bu hal kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik.  İtirməsək də, bilə bilinməyən və bilinmədiyi  üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?

Kim olursa olsun, insan bir nəfər, bir millət və ya fikri-əməl uğrundao vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz».

Qeyd edək ki, Ömər Faiqdən öncə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və başqa aydınlarımız bu məsələyə toxunaraq türklərin milli  kimliklərini dini kimliklə eyniləşdirdiklərini, bunun yanlış olduğunu dəfələrlə yazmışdılar. Ancaq çar Rusiyasının Azərbaycanı işğal altında tutduğu bir əsrə yaxın müddətdə apardığı antitürk siyasətinin nəticəsi olmalı idi ki, millətin özünüdərki prosesi kifayət qədər ağrılı keçirdi. Milli şüuru çar Rusiyasının ideoloqları tərəfindən zədələnən Azərbaycan türkləri özlərini ən yaxşı halda «müsəlman» olaraq qəbul edirdilər. Ancaq bununla kifayətlənməyib milli kimliklərini «persiyan», «sünni», «şiə», «tatar» kimi göstərənlər də tapılırdı.

Ö.Faiq doğru yazırdı ki, halbuki Təbrizin şiəsi, Osmanlının sünnisi, Qafqazın müsəlmanı hamısı türk oğlu türkdürlər. Ancaq Qafqaz türkü İran türkünə «ac tat», Tiflis türkü isə «persiyan» gözü ilə baxır. Nəticədə də İran türkləri uşaqlarını fars məktəbində oxudub özlərinə «şiə-fars» rəngi verirlər.

Mütəfəkkirə görə, türklər islam qeyrətini o qədər çəkmişlər ki, artıq bu qeyrətlə öz varlığını və adını da itirmişlər: «Hə, ey türk! İstər darıx, istər qarıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox?  Niyə sənə «Kimsən?» dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra türk qalacaqsan».

 Çünki türklük nə dinlə, nə də dinsizliklə bağlı deyildir. Bu, bir milli kimlik, öz soyunu və kökünü tanımaqdır. Türklər isə, hələ islamdan öncə həm milli kimlkilərini – türklüklərini, həm də dini kimliklərini – Tanrıçılığı yaxşı anlamışlar. Bu mənada, türklər dünyanın köklü və inanclı millətlərindən biridir. Ancaq ötən min illiklər ərzində başqa millətlərə yurdumuzda və ürəyimizdə yer verərək türklüyümüzdən uzaqlaşdığımız zamanlar da az olmamışdır. Nemanzadənin  təbrincə desək: «Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstər bilib, indi sənə «köhnə barbar» gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına görə incimə».

100 il bundan əvvəl digər Azərbaycan mütəfəkkirləri kimi, Nemanzadə də türkləri ayılmağa, tərpənməyə və milli qüruru uğrunda mübarizəyə səsləyirdi: «Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmişlərdən ibrət al, hələ vücudun   sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla. Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli ittihada dəvət ediyor».

Onun fikrincə, indinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Bu mənada, Nemanzadə açıq şəkildə yazırdı ki, insanda dini əqidədən sonra ikinci yeri millətəpərvərlik tutur. Çünki millətpərvərlik ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.

Ö.F.Nemanzadə türkçü bir ideoloq kimi 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin varlığını birmənalı şəkildə müdafiə etmişdir. Bu dövrdə qələmə aldığı «Milliləşmək» və digər məqalələrində Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə sahib çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki, ilk növbədə milli dilin-türk dilinin qorunub-saxlanması lazımdır: «Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz».

 Nemanzadə hesab edirdi ki, Qərbdə fransız dili hansı əhəmiyyətə malikdirsə, türk dili də Yaxın Şərqdə bir o qədər böyük əhəmiyyət daşıyır: «Türk dilinin Yaxın  Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?».

Eyni zamanda, o, milli dövlətçilik məsələsinə xüsusi önəm verir və milli hökumətin işini pozmağa çalışan qara qüvvələri tənqid edirdi. Nemanzadə hesab edirdi ki, buna səbəb ümum mənafeyə xidmət etməyə, haqq və camaat rizası üçün çalışmağa alışmamağımızdır: «Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır (boş sözdür). Bütün hərəkətimiz, ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir «spekulyasiya»dır, bir xəyanətdir gediyor».

 Onun fikrincə, bütün bunlara qarşı çıxıb Cümhuriyyəti qorumaq lazımdır: «Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur». Bütün bunlar isə o deməkdir ki, Ö.Faiq birmənalı şəkildə ruhən milli-demokratlara, xüsusilə də türkçülük ideolojisinə yaxın olmuşdur.
Digər məqalələr

• Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (29.07.2013, 10:04)
• Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (29.07.2013, 10:04)
• İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (29.07.2013, 10:04)
• Demokrat, patriot, türkçü, maarifçi – mənəviyyatımızın və ruhumuzun heykəli (29.07.2013, 10:04)
• İstiqlal abidəsi – kiçik bir meydançaya sığışdırılan millət… (29.07.2013, 10:04)
• Milli tarixi yarımçıq yazılmış millət… (29.07.2013, 10:04)
• Türklərin Yaz bayramı necə Novruza çevrildi? (29.07.2013, 10:04)
• Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (29.07.2013, 10:04)
• Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (29.07.2013, 10:04)
• Azərbaycan bayrağının mənəvi-ideoloji mənası – BUNLARI BİLMƏK MARAQLIDIR (29.07.2013, 10:04)
• Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (29.07.2013, 10:04)
• Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – I (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – II (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası -III (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – IV (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – V (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – VI (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – VII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – VIII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası-IX (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – X (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XI (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XIII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XIV (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XV (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XVI (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XVII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XVIII (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XIX: Əhməd Cəfəroğlu (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XX (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XXI – Yusif Çəmənzəminli (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XXII – Əbdürrəhman Fətəlibəyli-Düdənginski (29.07.2013, 10:04)
• Azərbaycanda türk dili hansı statusa malikdir? (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XXIII – Hüseyn Baykara (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (29.07.2013, 10:04)
• Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (29.07.2013, 10:04)
• Azərbaycan türkçülüyü ideyası – XXV: Bəxtiyar Vahabzadə (29.07.2013, 10:04)
• Nizami Gəncəvinin irsində türklük və islamlıq (29.07.2013, 10:04)
• Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (29.07.2013, 10:04)
• Türk dili Azərbaycan dilinə necə çevrildi? (29.07.2013, 10:04)
• Türk dili Azərbaycan dilinə necə çevrildi? – II yazı (29.07.2013, 10:04)
• Türk dili Azərbaycan dilinə necə çevrildi? – III yazı (29.07.2013, 10:04)
• Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit – I yazı (29.07.2013, 10:04)
• Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit – II yazı (29.07.2013, 10:04)
• Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit – III yazı (29.07.2013, 10:04)
• Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit – IV yazı (29.07.2013, 10:04)
• Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit – V yazı (29.07.2013, 10:04)
• Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (29.07.2013, 10:04)
• Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (29.07.2013, 10:04)
• Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (29.07.2013, 10:04)
• Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (29.07.2013, 10:04)
• Novruz barədə bilmədiklərimiz… (29.07.2013, 10:04)
• “Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (29.07.2013, 10:04)
• Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (29.07.2013, 10:04)
• Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (29.07.2013, 10:04)
• Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (29.07.2013, 10:04)
• «Azəriçilik» nəzəriyyəsi (29.07.2013, 10:04)
• Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (29.07.2013, 10:04)
• Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri – I yazı (29.07.2013, 10:04)
• Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri – II yazı (29.07.2013, 10:04)
• Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (29.07.2013, 10:04)
• Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (29.07.2013, 10:04)
• 100 il öncə Azərbaycanda Ramazan (29.07.2013, 10:04)
• «Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (29.07.2013, 10:04)
• «İndi naxoşdu-milləti-İslam» (29.07.2013, 10:04)
• «İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (29.07.2013, 10:04)
• «Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (29.07.2013, 10:04)
• «Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (29.07.2013, 10:04)
• «Nə qədər dolandım Turan elini» (29.07.2013, 10:04)
• «Türk milləti, türk ölkəsi, türk dili» (29.07.2013, 10:04)
• Əbuturab Axundoğlu Əli bəy Hüseynzadəyə qarşı (29.07.2013, 10:04)
• Haşım bəy Vəzirov «Molla Nəsrəddin»çiləri nədə ittiham etmişdi? (29.07.2013, 10:04)
• «…dilim türki, kəlamım həcv-məcv» (29.07.2013, 10:04)
• «Azərbaycan osmanlısı və ya osmanlı azərbaycanlısı» (29.07.2013, 10:04)
• Sovet dövründə Azərbaycanda İslam dini: loyallar və radikallar (29.07.2013, 10:04)
• «Qurbanlar iki növdür: bəziləri öz arzusu, iradəsi ilə, digərləri…» (29.07.2013, 10:04)
• «Turanlılarız, sahibi-şənü şərəfiz biz» (29.07.2013, 10:04)
• «Osmanlıllar ilə azərbaycanlılar bir millət və bir lisanda…» (29.07.2013, 10:04)
• «Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» (29.07.2013, 10:04)
• «Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» – II YAZI (29.07.2013, 10:04)
• «Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…» – III Yazı (29.07.2013, 10:04)
• Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq (29.07.2013, 10:04)
• Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq (29.07.2013, 10:04)
• İslam dininin böyük əqidə şəhidi: İmam Hüseyn (29.07.2013, 10:04)
• «İmam Hüseynin şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?» (29.07.2013, 10:04)
• Milli ideya, milli şüur və milli ziyalı (29.07.2013, 10:04)
• Azərbaycan milli ideyasının nüvəsi: Türkçülük – I Yazı (29.07.2013, 10:04)
• Azərbaycan milli ideyasının dini-əxlaqi mahiyyəti: İslamçılıq (29.07.2013, 10:04)
• Nəsib bəy Yusifbəylinin məzarı varmı, varsa hardadır? (29.07.2013, 10:04)
• Azərbaycan milli ideyasının yenilikçi mahiyyəti: Müasirlik (29.07.2013, 10:04)
• Azərbaycan Cümhuriyyətinin ilk baş naziri: Fətəli xan Xoyski (29.07.2013, 10:04)
• «Milliyyəti islamiyyət ilə, islamiyyəti insaniyyət ilə sevərim» (29.07.2013, 10:04)
• Azərbaycanda milli şüur məsələsi: tarix və cağdaşlıq (29.07.2013, 10:04)

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER