Urmiya gölü – xilas yolu (AMEA-nin Cofrafiya İnstitutunun direktoru Ramiz Məmmədovla video-müsahibə)

urmu gölüAzərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Urmiya gölünün mövcud durumu ilə bağlı konfrans keçirilib. Konfransda ekspertlər, siyasi partiya rəhbərləri, ziyalılar, ictimai təşkilatların təmsilçiləri iştirak edib. Foruma həmçinin Skype vasitəsi ilə dünyanın bir çox ölkələrindən Urmiya gölü üzrə mütəxəssislər qoşulub.Burdan seyr edin

http://www.amerikaninsesi.org/content/urmiya_gol/1815050.html

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun  direktoru Ramiz Məmmədov  gölün suyunun azalması sürətlə davam etdiyini bildirib. “Gölün quruması təbii amillərlə və insan faktoru ilə bağlıdır. Belə ki, ərazidə son dövrlər yağıntılar azalıb, buxarlanma çoxalıb. Bununla yanaşı son 30 ildə göl ətrafında yaşayan insanların sayı iki dəfə artıb. Əvvəllər insanlar yalnız kənd təsərrüfatı məhsullarını özləri üçün istehsal edirdisə, indi bazar üçün istehsal edir. Gölün ətrafında çoxsaylı su quyuları qazılıb, gölə axan 13 təbii çayın suyu suvarmada istifadə edildiyindən təxminən üç dəfə azalıb”, deyə ekspert qeyd edib.

Urmiya gölü ilə bağlı konfransUrmiya gölü ilə bağlı konfrans

Onun fikrincə, gölün xilası üçün regionda kənd təsərrüfatının təyinatını dəyişmək lazımdır.
Bununla yanaşı Araz çayından və Xəzərdən Urmiyaya su çəkilməsi məsələsi də gündəlikdədir. 

“Arazın suyunun Urmiyaya aparılması üçün ciddi relyef çətinlikləri var. Suyun Urmiyaya gedib çatıb-çatmayacağı da məlum deyil. Eyni zamanda Arazın suyunun Urmiyaya aparılmasına İranın Ərdəbil regionunda yaşayan insanlar narazıdır. Çünki bu region Arazın suyundan istifadə edir. Eyni zamanda transsərhəd çaylarının istiqamətini dəyişmək üçün çayın sahilindəki ölkələrin də razılığı olmalıdır”, R.Məmmədov bildirib.

Konfransa Amerikanın İllinoys Universitetinin doktoru Məmməd Babadüst də qoşulub. Mütəxəssis gölün fauna və florasının məhv olması ilə bağlı son məlumatları bölüşüb. Onun fikrincə, gölün quruması sahil ərazidə yaşayan 5 milyondan çox insanın köç etməsi deməkdir.

Urmiya gölü ilə bağlı konfransUrmiya gölü ilə bağlı konfrans

“Gölün ərazisində böyük duz dağları yaranıb və artıq külək duz fırtınaları yaradır. Bu isə 100 kilometrlərlə ərazinin səhralaşması deməkdir”.

Ekspert hesab edir ki, gölün ətrafında quyuların qazılması dərhal dayandırılmalıdır. “Urmiyaya axan 13 təbii çayların və bulaqların axarları bərpa edilməlidir”.

Çıxışlarda həmçinin gölün siyasi məqsədlərlə qurudulması da gündəliyə gətirilib.

“İran hökuməti gölü qurutmaqla bölgədəki demoqrafik situasiyanı dəyişmək istəyir. Gölün ətrafında azərbaycanlılar yaşayır və onların İranın digər bölgələrinə köçürülməsi İranın molla rejimi əleyhinə olan qüvvələrin nisbətinə təsir edəcək. Urmiya azərbaycanlıların tarixi ərazisidir və hökumətin siyasətinin əksinə olaraq dədə-baba torpaqlarından köçməməlidir”, Azərbaycan Milli Azadlıq Cəbhəsinin rəhbəri Qulamrza Səbri Təbrizi qeyd edib. Urmiya konfransında mütəxəssislər gölün qurumasının əsas səbəbi kimi insan faktorunu göstərib

Ramiz Məmmədov: Urmiya gölünün quruması insan faktoru ilə bağlıdır


Tapdıq Fərhadoğlu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER