“Güney Azərbaycanda milli haqların təmini” mövzusunda növbəti diskussiya keçirildi

7 dekabr, 2013-cü il tarixində Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının (MŞ) təşəbbüsü ilə “Güney Azərbaycanda milli haqların təmini” mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra ənənəyə uyğun olaraq BAO MŞ-nın üzvü Araz Şamil İran adlanan dövlətin inzibati ərazi quruluşu və onun əhalisinin etnik tərkibi haqqında  çıxış etdi. Daha sonra BAO MŞ-nın üzvü Zəka Sahib Güney Azərbaycanda son bir həftə ərzində baş vermiş hadisələr haqqında məlumat verdi.Sonra  Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Sədrəddin Soltan “Güney Azərbaycanda milli haqların təmini” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Güney Azərbaycanda milli hərəkatın tarixi və bu gün orada milli haqların təmin olunmasının müxtəlif variantları haqqında danışdı. Güney Azərbaycanda problemlərin kifayət qədər çox olduğunu vurğulayan Sədrəddin bəy, əlifba məsələsindən tutmuş, dövlət quruculuğuna qədər problemlərin qaldığını dedi: “Dünyada gedən prossesləri örnək götürsək, bizə olunan təzyiqləri də görə bilərik”. Moldova-Rumunya, Şimali-Cənubi Koreyanı misal kimi göstərən Sədrəddin bəy, onların müstəqil dövlətlər olduğunu və işğala məruz qalmadıqlarını bildirərək, Güney Azərbaycan məsələsinin daha çətin və mürəkkəb olduğunu dedi. Bundan başqa 1813,1823-cü illər müqavilələrinin işğal nəticəsində olduğunu və indiki irana aidiyyatı olmadığını bildirdi: “Belə ki, Çar rusiyası ilə Qacar dövləti arasında gedən savaş nəticəsində Azərbaycanın bir hissəsi işğal olundu”.

Örnək kimi Kazım xan Quşçunu götürərək bildirdi ki, XVlll əsrin sonlarında Azərbaycan xanlıqlarının birləşməsi məsələsini ortaya qoyur.

S.Soltan:

– Güney Azərbaycanda hansı mərhələlərin keçməsi vacıbdir. Biz bu prossesləri Quzey Azərbaycanda bəzən sürətlə, bəzən isə uzun müddətli keçmişik. M.B.Məmmədzadə «Milli Azərbaycan hərəkatı» əsərində yazırdı ki, Milli hərəkat dövlətçiliyə çatmaq üçün 3 mərhələ keçməlidir.

–  Mədəni muxtariyyət

–  Milli muxtariyyət

–  Müstəqil dövlət.

Quzey Azərbaycan bu prossesləri XlX əsrdə mariflənmə ilə keçdi. Onun nəticəsi kimi Azərbaycan ərazisində XX əsrin əvvəllərində müxtəlif mədəni məktəblərin açılması mədəni haqlarımızın tanınması anlamına da gələ bilər. 1906-1911-ci illərdə Azərbaycanda siyasi təşkilatların meydana gəlməsi, 1918-ci ildə Azərbaycanın müstəqilliyinin elan olunması Milli hərəkatın əldə etdiyi nailiyyət idi. Quzeydə gedən bütün prosseslərdə  güneylilər iştirak edib.

Güney Azərbaycanda bu prosseslər necə gedir? Güney Azərbaycanda Rüşdiyyə məktəblərinin açıldıqdan (mariflənmə məsələsi Abbas Mirzə tərəfindən başlayıb 1857-ci ildə qəzet çıxıb-“Azərbaycan xəbərləri”, ilk çap maşını, ilk dəfə Türk tələbələrin Avropada təhsil alması və s.) sonrakı mərhələlər Səttarxan hərəkatı (Konstitutiyalı-monarxiya), Xiyabani hərəkatı zamanı muxtariyyat məsələsi qoyuldu,1945-ci ildə Pişəvəri dövləti yarandı. 26.01.1946-cı ildə Pişəvəri BMC-yə (Birləşmiş Millətlər Cəmiyyəti) Milli müqəddaratın təyini məsələsi iləbağlı müraciət edir, lakin həmin müraciətlərdəki problem hələ də qalmaqdadır.

Hədəfi olmayan millət böyüyə bilməz!

Belə ki, məsələnin böyüklüyü və ciddiliyi bir sıra insanlarda inamsızlıq yaradır. Zaman-zaman insanlarımızın taleyi satılmışdır. Güney Azərbaycanda gedən bütün prosseslərin 150 ilə yaxın yaşı var. Bu müddət ərzində Güney Azərbaycan Türkü öz milli haqqına nail ola bilmir. Əslində İrana marağı olan dünya dövlətlərinin heç biri İranın parçalanmasını istəmir.Çünki  iranın ərazi bütövlüyünün parçalanması, bir sıra dövlətlərin özlərinin parçalanmasına örnək olmasından qorxurlar. 1943-cü ildə İranda keçirilən konfransda İranın ərazi bütövlüyü məsələsi gündəliyə gəldi və nəticəsi olaraq Pişəvəri dövləti süquta uğradı.

Müxalifət partiyalarına toxunaraq bildirir ki, bu gün İranda müxalifətin biri hakimiyyətin içərisindən çıxıb (bəzən yaşıllar adl ilə), o biri isə yaşıllardan kənar (nə parlamentdə, nə də  hakimiyyətdə təmsil olunur) milli partiyadır. Solçular ,Xalq mücahidlər partiyası, Şahın oğlunun təşkilatı.Bir də var Milli hərəkatlar-Bəluclar (silahlı hərəkatları-Allahın ədalət partiyası), Ərəblər, Kürdlər (silahlı hərəkatları-Pejak), Azərbaycan Türkləri, Türkmənlər daxildir.

İranda problemin kökü nədən ibarətdir? Quzey Azərbaycanla Güney Azərbaycanı müqayisə etsək İranda Türklərlə farsların və digər etnik qrupların məsələləri bir qədər mürəkkəbdir. iranın bütövlükdə türkləşməsi və iranda dövlət dilinin Türk dili olmasından (fars dili ilə yanaşı), milli muxtariyyətdən çıxış edənlər və müstəqilliyindən, bütövlüyündən, Turandan çıxış edənlər və s. vardır. Azərbaycan Türkləri ilə farslar mədəniyyət qovuşdurur (məs. sözü gedən Çövkan oyunu). Bu da bir çox suallar meydana gətirir.

Odur ki, dünyaya bütün vasitələrlə bu problemləri çatdırmaq lazımdır.

İran hakimiyyəti hansı mərhələni keçmək istəyir? İkipalatalı sistemə (yuxarı-aşağı palata) keçmək istəyir. Ölkənin durmadan ərazilərə parçalamasında məqsəd kompakt yaşayan millətlərin ərazilərini parçalamaqdır.

Sonda S.Soltan dini baxışına görə də ayrı-seçkilik qoyulduğunu da vurğuladı.

Milli haqların təmin olunması modellərindən hansının bu gün daha real olması haqqında Şirvani Ədillinin sualına cavab olaraq S.Soltan qeyd etdi ki, bu gün Güneydə milli haqların təmin olunması istiqamətində mövcud olan müxtəlif cərəyanları qarşı-qarşıya qoymaq olmaz, bu istiqamətdə istənilən irəliləyiş bizim üçün bir nailiyyətdir.

Əjdər Tağızadə:

Güney adı çəkəndə dostlarımız da bizi qısqanır. Güney Azərbaycanın ümid bəslədiyi Quzeydə milliyyətçiliyin üzərinə xarici qüvvələr hücum çəkdi və nəticədə Güney Azərbaycanın bu prosesdə təkləndi.

Fürudin Ağasoiğlu:

Çıxış yolunu yalnız Müstəqil  Azərbaycan Dövlətinin qurulmasında gördü. Təbrizdə bayraq qaldırılan gün Qarabağ azad olacaq, daha sonra Turanın qapısı açılacaq.

Rüfət Muradlı:

Türklüksüz-Azərbaycan,Azərbaycansız-Təbriz mümkün deyil. İran coğrafiyasından kənarda-Türkiyədə,Avropada cərəyanlar var ki, Güney Azərbaycan adından imtina edir.

İranın ərazi bütövlü çərçivəsində iran Türkləriniz haqlarının təmin olunması və Güney Azərbaycan məsələsinin gələcəkdə gündəmdən çıxması məsələsi  çox təhlükəli tendensiyadır.

Daha sonra Natiq Ulubəy,  Solmaz Bilgin, Rüfət Muhradlı, Əlirza Amanbəyli və b. mövzu ətrafındakı fikirləri və məruzəçiyə verdikləri suallar ilə diskussiya davam etdirildi.

Sonda növbəti tədbirin 14 dekabr 2013-cü ildə  “21 Azər” hərəkatı ilə bağlı mövzuda keçirilməsi qərara alındı.

VİDEOLAR:

FOTOLAR:

BAO İnformasiya Xidməti.

07.12.2013.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER