KÜRDLƏR İNDİ DƏ GÜNEY AZƏRBAYCANI ƏLƏ KEÇİRİR – SOS!!!

 

“İran hakimiyyəti Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı vəd vermişdi, verilən vaxt artıq başa çatıb.

Lakin məsələnin həll edilməsilə bağlı heç bir iş görülməyib. Urmiya gölü artıq tamamilə qurumaq üzrədir, getdikcə göldəki sonuncü kiçik su kütləsi də quruyur” – Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı Urmiya gölünün quruması məsələsinə münasibət bildirərkən belə deyib.

B.Muğanlı bildirib ki, ətrafdan qalxan toz burulğanı Urmiya ilə Təbriz arasındakı əraziləri pis vəziyyətə salıb və gölün üzərindəki olan gəmilər dibə oturub. DAK rəsmisi qeyd edib ki, Urmiya ətrafındakı kəndlər məcburiyyət qarşısında qalıb köçürlər: “Çünki ətraf ərazilər sürətlə şoranlaşır, 2-3 il ərzində Urmiyada şoranlılığın səviyyəsi pik həddə çatacaq. Əkinə yararlı torpaq sahələri də sıradan çıxır. Hökumət Xəzər dənizi, Araz çayı və digər su hövzələrindən Urmiyaya su çəkəcəklərilə barədə yalançı vədlərlə insanları aldadır. Araz çayından gölə suyun çəkilməsi digər problemləri ortaya çıxaracaq. Çünki Araz çayı Mil, Muğan ərazilərinin əsas su mənbəyidir. Bu konkret olaraq insanların əlindən suyunu almaqdır. Plan Azərbaycana ikinci fəlakəti yaşada bilər. Bunların hamısı boş vədlərdir, İran parlamenti dövlət büdcəsindən məsələnin həlli ilə əlaqədar maddi vəsaitin ayrılacağını bildirdi. Lakin bu istiqamətdə heç nə edilmədi. Artıq Güney Azərbaycanın və İranın digər futbol stadionlarında milli fəallar “Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir!” kimi şüarlar səsləndirirlər. Həqiqətən də Urmiya gölünün qurumasında birbaşa səbəbkar İran hökumətidir. Vəziyyət getdikcə pis hal alır”. Babək Muğanlı Urmiya ətrafında boşaldılan ərazilərin farslaşdırılması məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, Urmiya ətrafında boşaldılan kəndlərdə farslar yox, kürdlər yerləşdirilir. B.Muğanlı vurğulayıb ki, hökumət ətraf kəndləri kürdlərə baha qiymətə aldırır. Urmiya sürətli şəkildə kürdləşdirilir: “Hakimiyyət azərbaycanlıları məcburiyyət qarşısında qoyaraq ərazidən çıxarır, yerinə kürdləri yerləşdirilir. Urmiya məsələsi artıq Dağlıq Qarabağa oxşayır. İrəvan tərəfindən Qarabağ erməniləşdirildiyi kimi Tehran da Urmiyanı kürdləşdirir. Urmiya, Maku, Sulduz və Tikantəpədə kürdlər hökumətin əlilə azərbaycanlılara məxsus torpaqları ələ keçirərək məskunlaşırlar”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER