Şah İsmayıl Osmanlı İmperatoru olacaqdı

Böyük sufi şeyxi Şah Babamız İsmayıl şah

Təbriz Osmanlının da paytaxtı olacaqdı. O, dövrünün türkçü hərəkatının öndəri idi. Osmanlıda Şah İsmayıl Xətai haqqında uzun zaman anti-təbliğat aparıldı. Sanki hansısa bir qüvvə bu böyük Türk hökmdarını gözdən salmaq üçün daim çalışırdı. Sonradan bu anti-təbliğat bir az ləngidi. Lakin son zamanlar “bu mövzü” yenidən “gündəmə gəlib”. Türkiyə mediasında Səfəvi tarixinə atılan replikalar azmış kimi, dünya səviyyəsində çəkdikləri filmlərdə də Səfəvi Türk dövlətinə və onun hökmdarlarına edilən yaramaz rişxənd və həqarətlər nəinki qəbul edilən deyil, hətta ayıb bir şeydir. Osmanlı sultanlarından bəzilərinin Şah Babamız haqqında apardıqları təbliğatın əsl mahiyyətini bu yazıda göstərəcəyik. Bundan sonra sözügedən münasibətin əslində hardan qaynaqlandığını anlamaq çətin deyil. Beləliklə, əlimizdə olan tarixi faktları sizlərə təqdim edirik.

Rəsul Əleyhissəlam zamanından yeddi yüz il sonra Bayat boyundan, Şıx oğlu Şah İsmayıl Xətai deyərlər, bir ər də qopdu. O isə Oğuz ruhunun bilicisi idi. Göytürklərin ulu ataları soyundan gələn, ona görə də seyid deyə çağrılan, tarixin hansısa dolanbacında isə peyğəmbər nəsli, yeddinci imam Museyi Kazımın törəmələri ilə qohumlaşmış bir ailədən idi. Onu oğuzların Bayındır boyundan olan bir türkmən qızı-Aləmşah bəyim doğmuşdu. O, Oğuz xaqanın özünə yurd olaraq seçdiyi qutsal bir məkanda-Savalan dağının çevrəsində böyümüşdü. Yayda yaylağa qalxaraq, qışda qışlağa enərək, yarımköçəri tərəkəmə həyatı sürən bir türk ailəsinin oğlu idi. Bütün bu gerçəkləri hətta onun ən böyük opponentləri – osmanlılar belə danmırdı.

Osmanlı arxivində hələ o zamanlardan onun Bayat türkmən soyundan gəldiyi qeyd edilmişdi. Onun Böyük Sufi olmasını qısqananlar isə sonradan onun türk olmadığını iddia etməyə başladılar, hər kəs onu özününkü etməyə çalışdı. O isə hər şeyi ilə – yaşamı, damarında axan qanı, düşüncələri və üstün saydığı dəyərləri ilə bir türk idi. O, türk dilini və şeirini Azərbaycanda önə çıxarmışdı, sarayının və ordusunun dili türkcə idi. Onun sarayında şairlərin başçısı rumlu türkmən tayfasının başçısı Miskin Abdal idi. O Miskin Abdal ki, göytürklərdən Aba xaqanın soyundan gəlirdi və son günlərimizə kimi Göyçə, Gədəbəy, Pəmbək ayrımları arasında onun haqqında əfsanələr dolaşırdı.

Nə yazıq ki, Osmanlıda isə həmin illərdə fars renesansı yaşanırdı. Osmanlının ən böyük fikir atalarından biri olan Cəlaləddin Ruminin divanı farsca idi və yaradıcı insanlar uzun zaman onun təsirindən çıxa bilməmişdilər. Zatən Şah İsmayılın ən böyük müxalifi olan Yavuz Səlim də şeirlərini farsca yazırdı. Mənəvi atamız Ziya Göyalp öz əsərlərində Şah İsmayılı həmin dövrün türkçü hərəkatının öndəri adlandırıb. Təsadfüi deyil ki, Şah İsmayılı özünə öndər seçən ilk elatlar məhz Anadoludan gəlmiş rumlu və şamlı türkmən elatları idi. Ziya Göyalp Şah İsmayılın başçısı olduğu qızılbaş hərəkatını Anadoluda türkçülük ruhunun öləziməsinə qarşı bir protest kimi dəyərləndirib.

Sirr deyil ki, artıq XIV yüzilliyin ikinci yarısından başlayaraq osmanlılar türkmən mühitindən uzaqlaşmağa başladılar. Bunu əksər araşdırmaçılar bildirir. Edinburq universitetinin professoru Klifford Edmund Bosvort yazır ki, 1366-cı ildə paytaxtını Bursadan Ədirnəyə köçürən osmanılar orduda türkmən gücünü azaltmağa və müsəlman tərbiyəsi almış xristian balalarından formalaşan yeniçəri bölüklərinə üstünlük verməyə başladılar.

Sarayda da türkmən bəyləri öz yerlərini kürd, fars, yunan, ərəb, erməni, slavyan, alban əsilli osmanlı üləmalarına verdi. İş o yerə çatdı ki, 1394-cü ildə I Bəyazit xəlifənin xeyir-duası ilə özünə Rum sultanı titulunu götürdü. 1453-cü ildə İstanbulun fəthi ilə türk adı yerini rumlu, osmanlı adlarına verməyə başladı. Təsadüfi deyil ki, əksər müsəlman, o cümlədən başqa türk ölkələrində Anadolu türklərinə rumlu deməyə başladılar. Bunun qarşılığnda isə Anadoluda Azərbaycan türklərini iranlı və ya əcəm deyə çağırmağa başladılar. Anadolu torpaqlarında Bizans memarlığının üstündə yaranmış yeni müsəlman memarlığı Səlcuqlu türk memarlığını sıxışdırmağa başladı və bu ənənə bu gün də davam edir. Bundan isə türk düşmənləri yararlanmağa çalışırlar. Məsələn, bölücülər Diyarbəkrdə Ağqoyunlu Uzun Həsənin sarayını, Doğu Bəyazitdə səlcuqlu memarlığının ən gözəl incilərindən olan İshaq Paşa sarayını kürd memarlığının nümunələri kimi tanımağa çalışırlar. Osmanlılar səlcuq-türkmən irsindən uzaqlaşmaqla həm də Xilafətin irsinə yiyə durmaq istəyirdilər. 1517-ci ildə Məkkəni tutan Yavuz Səlim isə Osmanlı sultanlarını həm də xəlifə kimi tanımağın əsasını qoydu.

Beləliklə, Anadolu getdikcə daha çox üləmaların və əyan-əşərin düzüb-qoşduğu səltənət qanunları ilə idarə edilməyə başladı. Padişahlıq institutu, saraylar, köşklər, hərəmxanalar yarandı. O saraylara, hərəmxanalara gözəl-gözəl slavyan, yunan, erməni, çərkəz, ərəb qızları yığıldı, həmin qızlardan vəliəhdlər doğuldu. O vəliəhdləri dünyanın ən ağıllı dayələri, müəllimləri tərbiyə etdilər, onlara dünyanın ən mədəni ərəb, fars, yunan, latın dillərini, ən ağıllı fəlsəfələrin öyrətdilər.

Osmanlı padişahları dünyanın ən cəngavər çərkəs, yeniçəri cangüdənlərinin arasında hərəkət etdilər, yanlarından nəinki insan oğlu, heç quş da səkə bilmədi. Bu, bəlkə də dünyəvi güclülük, şan-şöhrət baxımından çox gözəl idi, amma nə vaxtsa Ərtoğrul Qazi və Osman Qazinin ətrafına yığılmış ilk axınçılar – türkmən elatları üçün isə qəbuledilməz idi. Onlar üçün başçıları elə özləri kimi enlisifət bir türkmən qızından doğulmuş, nənəsinin dizinin dibində böyümüş, yaylaq-qışlaq köçünü yaşamış, bozqırda yovşan iyləyə-iyləyə böyümüş, ov-ovlamış, quş-quşlamış, istənilən vaxt yanına getməyin və sözünü deməyin mümkün olduğu birisi olmalı idi. Onların başçısı döyüşlərə ala çadırdan baxmamalı, qırx igidi ilə birgə ön cərgədə çarpışmalı idi və Ərdəbilli Şeyx Heydərin oğlu bu istəkləri ödəyirdi.

Şah İsmayıl bütün yaşamı ilə türk gələnəklərinin keçib gəldiyi Böyük Çölə bağlı idi. Onun şeirlərində özünə təxəllüs kimi götürdüyü “Xətai” adı da Doğu Türküstandan – Xatay çölündən qaynaqlanırdı.
Şah İsmayılın başçılıq etdiyi türkmən elatları islami yaşamın bütün tələblərini yerinə yetirsələr də, türk törəsindən ayrılmamışdılar, bu isə türk ruhuna yabançı olan osmanlı üləması üçün anlaşılmaz idi. Şah İsmayılı ilk olaraq başçı seçən rumlu türkmənlərinin törəmələri olan ayrım soyları arasında bu gün də gözəgörünməz insanlar – kimsənələr haqqında rəvayətlər dolaşmaqdadır. Ayrımlar bu gün də pirləri Miskin Abdalın bir sərnic qatıq və bir çörəklə bir ordunu doyurması, qapısına maralların sağına gəlməsi barədə söyləmələr danışmaqdadır. Qızılbaş adını götürmüş türkmən soylarının islamdan öncəki tanrıçılıq inanclarına uyğun olaraq çadırlarının qapısını gündoğana yönəltməsi, qurban kəsərkən ilk öncə yağlı quyruq ataraq ocağı doyurması Qurani-Kərimin əleyhinə getməsə də, ərəb törəsini islami yaşam tərzi kimi qəbul etmiş üləma üçün xoşagələn deyildi. Şah İsmayıl hətta savaşı da türk törəsi ilə aparırdı.

Osmnlı opponentləri onu Şeybani xanı öldürtdükdən sonra kəlləsindən piyalə düzəltdirməsini çox vurğulayırlar. Amma bu, bir hun adəti idi və hun xaqanları düşmənlərini öldürtdükdən sonra kəllə sümüyünü qızıla bəzəyib kasa düzəltdirirmişlər. Türk ruhundan uzaqlaşmış Osmanlı sarayı isə bu törələri xatırlamaq belə istəmirdi və düşməncəsinə qarşılayırdı. Osmanlı saraylarında türk rəqsləri yerini ərəb göbək rəqslərinə vermişdi, bu isə qadına sadəcə ana kimi baxan türk əxlaqına zidd idi. Azərbaycanın kənd yerlərində oynanan klassik türk rəqslərində qadının heç bir əzası belə tərpənmir, hətta yerişi belə bilinmir. Osmanlı sarayının getdikcə türklükdən uzaqlaşmasına baxmayaraq, Şah İsmayıl həmin saraya çox bağlı idi və Osmanlını çox sevirdi. O bütün qələbələrini həmin sarayın adına edirdi.

Osmanlı sarayında olan məxfi anlaşmaların və sənədlərin çoxu məhv edilsə də, arxivlərdə qalan sənədlərdən anlamaq olur ki, II Bəyazitlə Şah İsmayıl arasında Qərbin sahibi olan Osmanlı və Şərqin sahibi Səfəvi İmperatorluqlarını birləşdirmək barədə böyük bir anlaşma olub. Bu anlaşmaya görə isə yeni qurulacaq Türk dövlətinin paytaxtı Təbriz olacaqmış. Diqqət: Bu barədə “İran qaynaqları”nda yetətincə məlumatlar var. Qeyd edək ki, şərqin tarixini öyrənmək üçün etibarlı üç mənbədən istifadə olunur: “Çin qayanqları”, “Ərəb qaynaqları” və “İran qaynaqları”. Hər üç mənbədə Təbriz orta əsirlərdə “Şərqin paytaxtı” kimi təsvir olunub.

Yeni yaranacaq Türk dövlətinin paytaxtının Təbriz olması həmin dövrdə bu şəhərin həm də türkçülüyün mərkəzi olması səbəbindən əsaslı və lazımlı bir qərar olaraq alınmışdı. Əks halda geniş sərhəddə və hüdudsuz hakimiyyətə malik bir dövləti Türk dövləti kimi qoruyub saxlamaq çətin olacaqdı. Osmanlının yuxarıda qeyd etdiyimiz aqibəti artıq bunu təsdiq edirdi. Lakin, Şah İsmayıl hələ ki, Türkün paytaxtını İstanbul hesab edirdi…
İmperiyanın başına kimin keçməsi məsələsinə gəldikdə isə, bəşəriyyətin taleyini həll edəcək bu böyük anlaşmanın taleyini Osmanlı imperatoru II Bəyazit avropalılarla “dostluq edən”, farca yazıb- oxuyan, öz doğma qardaşlarına qarşı belə zalım olan, eyş-işrətə meylini azaltmayan, oğlu Yavuz Səlimin ümidinə qoya bilməzdi. O, Türkçü hərəkatın öndəri, Sufi şeyxi, filosof-alim, böyük sərkərdə, uqurlu dövlət qurucusu İsmayıl şahı Osmanlı-Səfəvi birliyinin lideri kimi görürdü. Anlaşmanın və Türk millətinin gələcək zəmanəti də məhz bu qərardan keçirdi.

Bu yazılanları Osmanl və Səfəvi yazışmalarından da görmək olur:
1512-ci ilə kimi Osmanlı sultanı II Bəyazitə yazdığı bütün məktublarını Şah İsmayıl, “hörmətli atam” deyə başlayırmış. II Bəyazit isə məktublarında ona “oğlum” deyə müraciət edirmiş. Hətta Şeybani xanın üzərinə o, II Bəyazitin məsləhəti ilə getmişdi. O dövrün diplomatiya dilində bütün bunlar vassal asılılığı demək idi. Yəni, Xətainin Osmanlı sultanına münasibəti Krım xanlarının münasibəti kimi bir şey idi və o, bütün türklərin başçısının məhz İstanbulda oturmasını normal sayırdı. Onun bu fikri isə həmin zamanlar Trabzon hakimi olmuş Yavuz Səlimi qorxuya salırdı. O, atasının mənəvi oğlu saydığı Xətaini gerçək varisinə çevirəcəyindən qorxurdu.

Onun bu qorxusunu duyan Roma isə əməli işə keçmişdi. Roma cəsuslarının əldə etdikləri Osmanlı-Səfəvi yazışmalarının nüsxələrini Yavuz Səlimə təqdim etməklə öz “dostlarına” “qarşılıqsız” köməkliklər edirdilər. Səlimə “dostcasına” yardım edən avropalı dostları onun hakimiyyətə gəlişi üçün bütün rıçaqlarını işə salmışdılar.
Beləliklə də Səlim, hakimiyyət yolunda Romanın dəstəyi ilə atasının bütün varislərini – doğma qardaşlarını qırdıqdan sonra Xətaini də aradan götürməyi qərara almışdı.

Yavuz Səlim onu təhqir etmək üçün “sən dərvişsən, get dərvişliyini elə” deyə ona xirqə göndərmişdi. O isə Yunis İmrə sayağı dərvişliyi çox uca sayırdı. Şeirlərində “mən sufilər yoldaşıyam”, “dil ilə dərvişlik olmaz, halı gərək yol əhlinin” deyirdi. Xətai türk dövlətçi şüuruna sadiq olduğunu 1514-cü Çaldıran savaşında da sübut etmişdi. Qızılbaş əmirlərinin Osmanlı ordusunun üzərinə gecə hücum etmək təklifinə “mən karvanbasan quldur deyiləm” demişdi. Döyüşdən öncə “Allah da şahiddir ki, mən bu döyüşü istəmirəm” söyləmişdi. O, ordusunun üç dəfə az olduğu Çaldıran savaşında özünü bir cəngavər kimi aparmış və döyüşün ön sıralarında çarpışmışdı. Döyüşdən sonra isə ona qələbə gətirəcək gecə hücumundan nədən imtina etdiyini soruşduqda “Türkün Avropa qarşısında bir nizam ordusu var və onu arxadan vurmaq olmazdı”, – deyə bildirmişdi…

Çaldıran döyüşündən iki qeyd: Osmanlı topları ilə qarşılaşan Böyük sərkərdə Şah İsmayıl top silahı ilə ilk dəfə bu döyüşdə rastlaşıb. Ordunun onündə durduğu üçün ilk top atəşi məhz ona xəsarət yetirib. Lakin Osmanlı toplarının atəşi altında, həm də xəsarət almasına baxmayaraq bu Böyük Türk Komandanı olduqca heyrətamiz bir hərbi qərar verir. Osmanlı toplarının ilk atəşindən sonra onların sıradan çıxarılması üçün Səfəvi Komandanı toplara hücum edərək, onları bir birinə bağlayan zəncirləri kəsməyi əmr edir. Bir neçə dəqiqəniniçində ilk dəfə gördüyü vahiməli bir hərbi silah haqqında düşündüyü bu taktika dünyanı heyran qoydu. Çünki, dünyanı lərziyəyə gətirən Osmanlı topu haqqında heç kim düşünə bilməmişdi ki, döyüş vaxtı onların arasındakı zəncirlər kəsilərsə, hədəfə doğru atəş açmaq mümkünsüzləşir. Top atəş açarkən təkanın güclü olması nəticəsində yerində fırlanır. Bu qüsuru Səfəvi Komandanının heyrətamiz zəkası bir neçə dəqiqədə anlaya bilmişdi. Bu zəka görün nələrə qadir imiş və nələrə qadir olarmış?!…

Çaldıran döyüşünün möcüzələrindən biri isə hazırda İstanbulun Topqapı muzeyinin fondunda saxlanılır: Öz qoşunun önündə hücuma keçən Şah İsmayıl Xətai Osmanlı topuna ilk çatdığında qılıncı ilə endirdiyi zərbə ilə təxminən 1 metr diametrdə və 30 sm. qalınlığında xüsusi hazırlanmış tökmə tuncdan olan top lüləyini ikiyə bölüb… (Qeyd edək ki, Şah İsmayılın döyüşdə istifadə etdiyi həmin qılıncı dünyaca tanınmış Osmanlı pəhləvanı Qara Pəhləvan çətinliklə qaldırırmış.)

Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”.

Sultan Səlim Şərqə tərəf irəliləmək istəyirdi. Lakin, Çaldıran döyüşündə zatən zəifləmiş Osmanlı ordusu bir tərəfdən də yeniçərilərin üsyanı nəticəsində bu istəyinə çatmadı. Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı…

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER