“İranda fars şovinizm və İslamçılıq bir-birinə qarışıb”

Güneyli din xadimi İranın Ermənistanla əlaqələrinə etiraz edir

“Biz Şərqi Azərbaycan vilayəti məsullarının Təbriz və Azərbaycan adına Ermənistanla əlaqə quraraq, işğalçılarla qol-boyun olmalarına etiraz etdik,” deyə İranda yeddi ay həbsə məhkum olunmuş Höccətül-İslam Əbdüləziz Əzimi Qədim söyləyir.Azərbaycanlı din xadimi Şərqi Azərbaycan vilayəti və Ermənistan arasındakı əlaqələr, bu əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalar, habelə bu etirazlara qatıldığı üçün özünün nəzarət altına alınıb həbs cəzasına məhkum edilməsi haqda Amerikanın Səsinə müsahibə verib.

2012-ci il, 27 dekabrda İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrə etiraz olaraq Marağanın Müsəlla meydanında keçirilən nümayişə qatılan Əbdüləziz Əzimi Qədim və bir neçə başqa fəal, o cümlədən Davud Əzimzadə, Bəhmən Xaliqi və Məhəmməd Dilnəvaz həbs olunaraq Təbrizdəki Ettelaat həbsxanasına göndərilmişdilər. Cənab Əzimi Qədimin sözlərinə görə, Marağa askiyalarında etirazçılara qarşı güc tətbiq olunmayıb, ancaq polis onların çıxış etməsinə mane olub.

Əzimi Qədimin dediklərinə əsasən, piket İran və Ermənistan deyil, Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında genişlənən əlaqələrə etiraz olaraq təşkil edilib: “Biz İran və Ermənistan əlaqələrinə etiraz etmədik. O başqa bir məsələdir. Qarabağ qaçqınlarını heçə sayaraq Azərbaycan və Təbriz adına Ermənistanla əlaqə qurub, işğalçılarla qol-boyun olan Şərqi Azərbaycan məsullarına etiraz üçün öz qanuni haqqımızdan istifadə etdik,” deyə din xadimi vurğulayıb.

Təbrizin Ettelaat həbsxanasında 45 gün, Təbriz zindanında isə təqribən bir ay həbsdə saxlanılan Höccətül-İslam Əzimi Qədim Ettelaat həbsxanasında keçirdiyi müddətdə ailə üzvləri və vəkillə görüşmə haqqının təmin edilməməsini bildirib.

Din xadimi Təbrizin Özəl Ruhani Məhkəməsi tərəfindən ona qarşı irəli sürülən ittihamlar haqda danışmaq istəməyib: “Onların qeyd etdikləri ittihamlar sadəcə məhkəmə formalitələrini yerinə gətirmək üçündür və mən o formalitələri təkrar etmək istəmirəm. Mənim hansı səbəblər üzündən həbs hökmü aldığım bəllidir.”

Əzimi Qədim din xadimi olmasına baxmayaraq İran İslam Respublikasının basqılarına məruz qaldığının səbəblərini belə izah edib: “Şah dönəmində aryaçılar və şovinistlər İslamçılardan ayrı idi. Amma İran İslam Respublikasında bunlar bir-birlərinə qarışdı. Bir çoxları üzdə müsəlman, ancaq içdə aryaçıdır. Bunları bir-birindən tanımaq olmur. Onlar bununla Azərbaycan hərəkatını İslama qarşı bir cərəyan kimi təqdim etmək istəyirlər. Buna görə də bir din xadimini Azərbaycan hərəkatında görmək onlara ağır gəlir.”

O, aryaçı şovinizmi İslamçılıqdan ayırmağın zəruri olduğunu vurğulayıb.
“İranda Azərbaycan türklərinin məsələsi mədəni və siyasi bir məsələdir ki, mədəniyyət və siyasət orqanları onu həll etməyə çalışmalıdırlar. Ancaq İranda bu iş təhlükəsizlik orqanlarına həvalə edilib,” deyə, o, İranda Azərbaycan məsələsinin təhülkəsizlik qurumları əliylə həll edilməyəcəyini qeyd edib.

Höccətül-İslam Əzimi-Qədim keçmişdə də İranın təhlükəsizlik qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER