“RUSİYA-İRAN MÜHARİBƏSİ DEYİL GƏRÇƏK OLAN RUSİYA – AZƏRBAYCAN MÜHARİBƏSİ OLMUŞDUR.

AZƏRBAYCAN-RUSİYA MÜHARİBƏLƏRİ VƏ AZƏRBAYCAN SƏLTƏNƏTİNİN (İMPERATORLUĞUNUN) SÜQUTU

MƏNİM ÖZÜMÜ BU KİTABIN MÜƏLLİFİ ADLANDIRMAĞA HAQQIM ÇATMIR. ÇÜNKİ MƏN ONU ƏMİNƏ PAKRƏVAN VƏ DİGƏR AZƏRBAYCAN TARİXÇİLƏRİNİN ƏSƏRLƏRİNDƏN İSTİFADƏ ETMƏK, HƏTTA BƏZİ ABZASLARI OLDUĞU KİMİ KÖÇÜRMƏKLƏ TƏRTİB ETMİŞƏM. ƏMİNƏ PAKRƏVANDAN İSƏ KİÇİK REDAKTƏLƏRLƏ BÜTÖV BÖLÜMLƏR ƏLAVƏ ETMİŞƏM. MƏQSƏD İSƏ XALQIMIZA ONDAN GİZLƏDİLƏN BÖYÜK BİR HƏQİQƏTİ – İNDİYƏ QƏDƏR “RUSİYA-İRAN MÜHARİBƏLƏRİ” ADIYLA TANITDIRILAN “AZƏRBAYCAN-RUSİYA” MÜHARİBƏSİNİN GERÇƏK MAHİYYƏTİNİ ORTAYA QOYMAQDIR.

 

GİRİŞ

 RUSIYA-AZERBAYCAN SAVASHI

Eldəgizlər, Elxanlılar, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərin hakimiyyəti dövründə qüdrətli bir imperatorluq olmuş Azərbaycanında XVIII əsrin əvvəlindən etibarən davam edən siyasi və iqtisadi böhran 1747- ci ildə Nadir şah Əfşarın ölümündən sonra daha da gücləndi. Bir-birini əvəz edən feodal ara müharibələri, saray çevrilişlərinin nəticəsində mərkəzi hakimiyyəthəddindən artıq zəiflədi və mərkəzdənqaçma meylləri artdı. Baş verən dağıdıcı hadisələr Azərbaycan xanlıqlarının şah hökmranlığından azad olmasınavə müstəqilliklərini elan etməsinə gətirib çıxardı. Fasiləsizmüharibələr, yersiz çəkişmələr, daxili ziddiyyətlər və yadelli işğalçılara qarşı mübarizə ilə zəngin olmuş bu dövrdə milli birlik duyğularının zəif olması mərkəzi milli dövlətin bərqərar edilməsinə imkan vermirdi. Nəticədə ara savaşları ilə siyasi və iqtisadi pərakəndiliyə, əhalinin iqtisadi cəhətdən müflisləşməsinə, hərbi xərclərin artmasına və bununla da təbəələrinin haqlı narazılığına səbəb olan xanlar özləri də istəmədən qapılarını yadelli güclərin üzünə açmaq məcburiyyətində qaldılar.

I Aleksandrın Rusiya çarı olduğu dövrdə ilk gündən etibarən, xüsusilə Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax və Şəmşəddil sultanlıqlarının Rusiyaya ilhaqından sonra, digər xanlıqarla, o cümlədən hələ Qacarların hakimiyyəti altına düşməmiş, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meylli olan xanlıqlarla əlaqə qurulması istiqamətində səylər artırıldı. İlkin mərhələdə Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmaq və zahirən yerli xanlarla dialoqa girmək xəttini yeridən Rusiya 1803-cü ildən başlayaraq özünün qəsbkarlıq mahiyyətini tamamilə aşkar etdi. Bir-birinin ardınca Car (1803), Gəncə (1804) işğal edildi, 1805-ci ildə Qarabağ, Şəki, Şirvan xanlıqları Rusiyanın tabeçiliyinə keçmək məcburiyyətində qaldı, 1806-cı ildə isə Bakı və Quba xanlıqları, Dərbənd işğala məruz qaldı.1804-cü ilin 10 iyununda başlanan və 1813-cü ilin oktyabrın 12-də Gülüstan müqaviləsilə başa çatan Azərbaycan (Qacar) – Rusiya savaşı və hərbi məmurların özbaşnalıqlarına qarşı yerlərdə baş verən çıxışlar da Rusiyanın işğalçılıq siyasətinin qarşısını ala bilmədi. Çar Rusiyası tərəfindən zorla ilhaq etdirilən Şimali Azərbaycan ərazisindəki xanlıqların ləğv edilməsilə işğalın siyasi mərhələsi başa çatdı, bölgənin iqtisadi fəthi üçün yol açıldı və ölkə sümürgəçilik meydanına çevrildi. Gəncədə və Talış xanlığında başlamış, Rusiya tərəfinin “ümummüsəlman üsyanı” kimi səciyyələndirdiyi və keçmiş xanların fəal rol oynadıqları müstəmləkəçiliyə etiraz çıxışları məğlibiyyətlə nəticələndikdən sonra, 1826-1828-ci illərə təsadüf edən ikinci Azərbaycan-Rusiya savaşı da Şimali Azərbaycanın tamamilə çar Rusiyasının nəzarəti altına düşməsinə mane ola bilmədi. 1828-ci ilin fevralın 9-dan 10-na keçən gecə Türkmənçay kəndində imzalanmış müqavilədə Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanılmaqla tərəflər arasında əbədi barış elan edildi, Rusiyaya ödəniləcək təzminatın miqdarı və s. haqqında yeni maddələr əlavə olundu.

İmperiyanın “velikorus” şovinizm və milli varlığımızı tamamilə inkar siyasəti, əsrin ikinci yarısından etibarən əsarət altındakı türk ellərində, o cümlədən Azərbaycanda tədricən milli şüurun oyanmasına təkan verdi. Azərbaycanda fədakar maarifçi-demokratlar nəslinin yetişməsi ilk xeyriyyəçilik, maarifçilik təşəbbüsünün, milli mətbuatın və teatrın ortaya çıxması, 1883-cü ildə Bakı- Batum dəmiryolu xəttinin açılması nəticəsində İstanbulla əlaqələrin genişlənməsi, Türkiyədə Tənzimatdan sonra meydana gələn Osmanlı-Avropa mədəniyyətinin də sirayət imkanlarının artması bu prosesi daha da gücləndirdi. Bu amil də öz növbəsində XX əsrə qədəm qoyarkən Azərbaycanda rus, fars və türk mədəni təsirlərinin toqquşduğu bir şəraitdə soykökünə qayıdış, özünüdərketmə üzərinə köklənmiş milli intibahın dönməzliyini təmin etdi.

İyirminci yüzilliyin ilk iki onilliyində Şimali Azərbaycanın istisnasız olaraq bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı münasibətləri hökmran mövqe tutmuş, bəzi sahələrdə isə təsərrüfatın təşkilinin yüksək forması sayılan inhisarlar həlledici mövqelərə yiyələnmişdi. Həmin dövrün ən böyük hadisəsi, heç şübhəsiz ki, Quzey Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək müstəqilliyini elan etməsi, Azərbaycan Xalq Cumhuriyyəti və onun parlamentinin təsisi idi.

Azərbaycan Xalq Cumhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana  gəlmişdi. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür  sürmüş mütləqiyyət quruluşu devrilir.  Zaqafqaziyada Dövlət dumasına  seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın  idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır.  Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr  çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14- də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya  Seymi aprelin 9-da Zaqafqaziya  Cumhuriyyətinin yaranması daxili və xarici siyasət  sahəsində heç bir  əsaslı yenilik həyata keçirə bilmir.

Seymdə iştirak edən və müxtəlif millətlərdən olan nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici orientasiya məsələlərindəki əksiliklər onların ümumi dil tapmasına imkan vermirdi. Zaqafqaziya  Seymində və hökumətində fəaliyyət  göstərən hər üç millətin  nümayəndələrindən hər biri öz millətinin mənafeini ümumzaqafqaziya mənafeindən üstün tuturdu. Onların ümumi platforması yox idi.

1918-ci il may ayının 25-də Zaqafqaziya  Seyminin  son iclası keçirilir.  Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir.  Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya  Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara  gəlir ki, “Əgər Gürcüstan öz istiqlaliyyətini elan edərcə, onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır”.

Zaqafqaziya  Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk  Azərbaycan hökuməti yaratmaq üçün  Seymin  bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən  sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Bu iclasda Milli Şuranın rəyasət heyəti seçilir. Rəyasət heyətinə “Müsavat”  partiyası və partiyasızların demokratik qrupu tərəfindən M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov, M.Y.Səfərov, müsəlman  sosialist partiyalarından X.Məlik Aslanov,  C.Hacınski,  sosial-demokrat (menşevik) “Hümmət” qrupundan Ə.Şeyxülislamov, Rusiya müsəlmanlarının “İttihad” partiyasından isə doktor X.Sultanov daxil olur.  Gizli səsvermə yolu ilə M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

May ayının 28-də keçmiş Qafqaz  canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin  sədrliyi ilə Azərbaycan Milli  Şurasının iclası keçirilir. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura çox böyük ruh yüksəkliyi ilə, ayaq üstə və sevinc yaşları içərisində Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. Bəyannamədə deyilirdi:

“Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi  əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq  Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq  Cumhuriyyəti  cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü. Rusiya  ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya  Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyiislamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1.Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2.Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.

3.Azərbaycan Xalq  Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar  olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.

4.Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.

5.Azərbaycan Xalq  Cumhuriyyəti  ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 6.Məclisi-müəssisan toplanıncaya qədər  Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur”

Sonra Milli Şura bitərəf Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cumhuriyyətinin ilk hökumətini təşkil edir. Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək məqsədilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndələr göndərmək qərara alınır. N.Yusifbəyov, Ş.Rüstəmbəyov və doktor X.Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərilir.

Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt Bakıda  S.Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları  Soveti fəaliyyət  göstərirdi.  S.Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada törədilən  azərbaycanlı qırğınlarından  sonra Bakı kommunası azərbaycanlı  əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi.  Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm  sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918-ci il iyunun 16-da  Azərbaycan Milli  Şurası və hökuməti Tiflisdən  Gəncəyə köçür. Bu vaxt  Gəncədə real  hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoymuş,  şəhərdə ciddi qayda-qanun yarada bilmişdi.  Azərbaycan Milli  Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru paşa buraya  gəlmiş Azərbaycan Milli  Şurası və hökumətini şübhə ilə qarşılayır. Hətta o, milli şura və hökumətin rəhbərlərini qəbul etməkdən belə imtina edir. Nəticədə Azərbaycanın müstəqilliyi məsələsi böyük təhlükə qarşısında qalır. Uzun danışıqlardan sonra Nuru paşanın müşaviri və onun yanında böyük nüfuz sahibi olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Bu məsələlərin müzakirəsi üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər idarəsinin binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti yeddinci iclası keçirilir.

Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir. Milli  Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili və həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Müvəqqəti hökumətin hüquq və səlahiyyətlərinə aid ikinci sənəddə isə qeyd  olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan  gec olmayaraq Müəssislər  Məclisi çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə üçün səlahiyyət verilir.

İclasda çıxış edən F.X.Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycana azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. F.X.Xoyski hökuməti Gəncədə çox çətin bir şəraitdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi  haqqında qərar oldu. Avqustun 11-də isə hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Eyni zamanda Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. F.Xoyski hökumətinin mühüm  tədbirlərindən biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici  və icraedici hakimiyyətin Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında  iki mühüm qətnamə qəbul edilir.

Milli  Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili və həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Müvəqqəti hökumətin hüquq və səlahiyyətlərinə aid ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan  gec olmayaraq Müəssislər  Məclisi çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə üçün səlahiyyət verilir.

İclasda çıxış edən F.X.Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycana azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. F.X.Xoyski hökuməti Gəncədə çox çətin bir şəraitdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi  haqqında qərar oldu. Avqustun 11-də isə hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Eyni zamanda Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. F.Xoyski hökumətinin mühüm  tədbirlərindən biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Sənaye müəssisələri üzərində də xüsusi mülkiyyət hüququnun qorunub  saxlanılması  hökumətə və parlamentə bu  sahədə də az-çox köklü dəyişikliklər  həyata keçirməyə imkan vermirdi. Dəfələrlə sosialistlər fraksiyası parlamentdə bununla  əlaqədar məsələlər qaldırır, onların həll olunmamasından istifadə edərək fəhlələr arasında təbliğat aparır, fəhlə tətilləri təşkil edirdilər.  Sovet Rusiyasında torpağın,  sənaye müəssisələrinin milliləşdirildiyi, onların fəhlə və kəndlilərə verildiyi haqqında sosialistlər fraksiyası açıq-açığına təbliğatla  Azərbaycan Xalq Cumhuriyyəti hökumətinə və Parlamentinə qarşı pozuculuq siyasəti yeridir, Azərbaycanın nicatını yalnız Sovet Rusiyası ilə birləşməkdə olduğunu açıq və gizli şəkildə təbliğ edirdilər. Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti və onun Parlamentinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir.

Azərbaycan Parlamentinin yaranması və fəaliyyətində Azərbaycan Xalq Cumhuriyyətinin liderləri  – M.Ə.Rəsulzadənin, Ə. M. Topçubaşovun, F. X. Xoyskinin, N. Yusifbəylinin, H. Ağayevin, M. Y. Səfərovun, M. H. Hacinskinin və başqalarının böyük xidmətləri olmuşdur.

Bütün bu faktlar Azərbaycan oxucusuna az-çox məlumdur. Çünki məsələyə məhz bu prizmadan yanaşılması Azərbaycan tarixşünaslığının bugünədək aparıcı xəttini təşkil etməkdə davam edir. Bu konsepsiyaya əsasən Güney Azərbaycanda 1925-ci ilə qədər hakimiyətdə olmuş Qacarlar sülaləsinə həmişə yad ünsür kimi baxılmış, onlar İran şahları kimi təqdim edilmişlər və bu gün də elə bu cür təqdim edilməkdədirlər. Halbuki, Güneydəki dövlət yalnız Qacarlar sülaləsi fars əsilli Pəhləvilər sülaləsi ilə əvəz olunduqdan sonra öz mahiyyətini dəyişmiş və yalnız 1936-cı ildən etibarən rəsmən “İran” adlandırılmağa başlanmışdır.

Sevimli oxuculara təqdim edilən bu kitabda Azərbaycan tarixinin XIX əsrə aid kiçik bir dilimi tamam fərqli prizmadan, sadəcə Quzey Azərbaycanın tarixi kimi deyil, quzeyli-güneyli Azərbaycanın ümumi tarixi kimi gözdən keçirilmkdə, milli tariximizin ayrılmaz tərkib hissəsi olan Qacar hökumətinə, o cümlədən son ana qədər Vətənin azadlığı üçün yorulmadan çalışan, fəqət məğlubiyyətlə barışmalı olan Azərbaycan hakimi, şahzadə Abbas Mirzənin həyat və fəaliyyətinə də geniş yer ayrılmaqda, indiyə qədər bütün dərsliklərdə Rusiya-İran müharibəlri kimi təqdim edilən savaşların əslində Azərbaycan-Rusiya müharibələri olduğu faktların dili ilə ortaya qoyulmaqdadır. Ən doğru yol da, fikrimizcə, məhz budur.

 

Ölkəmizin şimalının ruslar tərəfindən işğalından öncəki daxili vəziyyət barədə bir neçə söz

 

Tarixi mənbələrdən anlaşıldığı kimi, XVIII əsrin sonlarında etibarən  Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət olmuşdur. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün, yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.

Həmin dövrdə, daha dəqiq desək, Ağa Məhəmməd şahın ölümündən sonra onun taxta çıxan varisi Baba-xanın (Fətəli şahın) başı öz hakimiyyətini möhkəmləndirməyə qarışdığından və sələfinin savaşlarını davam etdirə bilrməməsi səbəbindən yaranan qeyri-müəyyən vəziyyət xanlar arasında çəkişmələrin qızışması üçün münbit şərait yaratmışdı. Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, Qacarların vəziyyətə tam nəzarət edə bilməməsi vəziyyəti daha da gərginləşdirirdi.

Mərkəzləşmiş dövlət parçalandıqdan sonra Azərbaycan ərazisində 21 xanlıq əmələ gəlmişdi. Bunlar aşağıdakılardır:

Xoy (XVIII əsrin ortaları – sonları), Maku (XVIII əsrin ortaları – 1922), Qaradağ (XVIII əsrin 40 – cı illəri – XIX əsrin əvvəlləri), Təbriz (XVIII əsrin 40 – cı illəri – 80 – ci illər), Marağa (XVIII əsrin 40 – cı illəri – XIX əsrin 20 – ci illəri)), Ərdəbil (XVIII əsrin 40 – cı illəri – XIX əsrin əvvəlləri), Sərab (XVIII əsrin 40 – cı illəri – XIX əsri əvvəlləri), Gəncə (XVIII əsrin 40 –cı illəri – 1804 – cü il), Qarabağ (XVIII əsrin 40 –cı illəri – 1822 – ci il), Şəki (XVIII əsrin 40 –cı illəri – 1819 – cu il), Şamaxı (XVIII əsrin 40 – cı illəri – 1820 – ci il),Quba (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Dərbənd (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Bakı (XVIII əsrin 40 –cı illəri – 1806 – cı il), Cavad (XVIII əsrin 40 – cı illəri – 1768 – ci il), Salyan (XVIII əsrin 40 –cı illəri – 1757 – ci il), Lənkəran (XVIII əsrin 40 –cı illəri – 1820 – ci il), Naxçıvan (XVIII əsrin 40 – cı illəri – 1828 – ci il), Irəvan (XVIII əsrin 40 –cı illəri – 1827 – ci il) və Tiflis (XVIII əsrin ortaları – 1799-cu il). Bura Gilan xanlığnı da əlavə etmk lazımdır.

Xanlıqlardan başqa müstəqil Qutqaşen, Qəbələ, Ərəş, Ilisu, Qazax – Şəmsəddin sultanlıqları, Tərki, Qazı-Qumuq, Qara-Qaytaq və Tabasaran şamxallıqları və Qarabağ xanlığının ərazisində beş alban məlikliyi var idi.

Xanlıqlar arasında çəkişməvə duşmənçilik doğuran məsələlər bütün çılpaqlığı ilə üzə çıxmışdı.Şirvan xanı Mustafa xan şəkili Səlim xanı oradan qovduğu vəonun qardaşı kor Məhəmmədhəsən xanı hakimiyyətə gətirdiyiüçün Qarabağ xanlığı ilə düşmənçilik edirdi. Məhəmmədhəsənxan və Cavad xan da İbrahim xanla düşmən idilər.Bakı xanlığında Hüseynqulu xan və II Mirzə Məhəmmədxan arasında çəkişmə gedirdi. Abbasqulu Ağa Bakıxanov həmin dövrü xarakterizə edərək yazr ki, Mirzə Məhəmməd xan Ağa Məhəmməd şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında barışıq olub

məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmmədxan Məşqətə (Maştağa) kəndində bir qala tikdirib hökumətə oturdular. Ancaq Mirzə Məhəmməd xan sonralar oranı da itirdi.

Bakıxanovun yazdığna görə, Təbriz və Xoy əyalətlərini idarə edən Cəfərqulu xan Dunbuli hərəkətə keçərək, Sərabı xaraba qoydu, Cəfərqulu xan düşmənçilik etdiyi Sadıq xanla birləşib şaha qarşı çıxdı. Sonra Sadıq xan Cəfərqulu xandan ayrılaraq şahın yanına gəldi, lakin buradaca öldürüldü. Cəfərqulu xan isə Xoyu ələ keçirməyə nail oldu. Abbas Mirzə onu məğlub edərək buradan Makuya, oradan da Türkiyə sərhədinə qovdu. Qubalı Şeyx Əli xan, Şirvanlı Mustafa xan və Lənkəran xanı Mir Mustafa xan arasında da ziddiyyət kəskinləşdi. Şeyx Əli xan Salyanı tutdu. Lakin Şeyx Əli xan buradan qayıdan kimi indi də Salyanı Mustafa xan ələ keçirdi. Abbasqulu Ağa yazır ki, o, şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddət sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, talış Mirzə Mustafa xanın himayəsi altına keçdi:

“Şeyx Əli xanla Qazıqumuq şamxalı Surxay xan arasındakı münasibətlər də döyüşlərlə həll edilməyə başladı. Surxay xan Qubanı tutdu və ay yarım burada hökmranlıq etdi, sonra Şeyx Əli xan onu Qubadan çıxartdı. Şeyx Əli xan Dərbənd hakimliyinin bacısı, II Mirzə Məhəmməd xanın arvadı Xan Bikəxanıma tapşırdı. Lakin Surxay xan 1800-cü ilin mayında onu devirdi, hakimiyyətə Həsən adlı birisini gətirdi. Surxay xan Həsən xanla Quba üzərinə yeridi. Yalnız Şeyx Əli xanın arvadı, Hacı Məlik Məhəmməd xanın qızı Zəlbünybca bəyimin çalışması ilə Quba üzərindən təhlükə sovuşdu. Şeyx Əli xan belə bir vəziyyətlə barışa bilməyərək Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Həsən xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. Dərbənd şəhəri yalnız 1803-cü ildə Quba xanlığına qaytarıldı”.

Bu dövrdə Azərbaycanın sosialiqtısadi durumu çox ağır idı. Mirzə Camal yazır:

“Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, Şirvan və hətta Rum vilayətlərinə dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdu”.

1799-cu ildə Şirvanda taun xəstəliyi baş verdi, sonrakı ilin başında Dərbənddə taxıl qıtlığı oldu. Xanların ara savaşları xeyli adamı dinc əməkdən ayırır, iqtisadiyyata ağır zərbə vururdu. Hərbi xərclər əhalinin üzərinə düşür və onu var-yoxdan çıxararaq narazılıq yaradırdı. Abbasqulu Ağa yazır ki, Şeyx Əli xan Qubanı Surxay xandan geri almaq üçün Dağıstanın Tarki, Aqquşa və Qoysuboy mahallarından köməyə çağırdığı 10000 ləzgini, rəqibini əzdikdən sonra, altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi:

“Hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin”.

Beləliklə, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra kəskinləşən ara savaşları ölkəni gücdən salır, onu ağır sosial-iqıisadi duruma sürükləyərək qapıları yabançı qüvvələrin üzünə açırdı. Nadir şahın ölümündən sonra müstəqil və yarımmüstəqil xanlıqlar yaranmışdısa, Ağa Məhəmməd Qacarın ölümündən sonra bu xanlıqların, başqa sözlə, Azərbaycan səltənətinin bütün varlığı böyük təhlükə qarşısında idi.

 

İşğaldan öncəki beynəlxalq vəziyyət

 

XVIII yüzilin sonu – XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə öz möhürünü qoymuş ən mühüm olay heç şübhəsiz ki, Fransa inqilabı (1789-1794) olmuşdur. Bu inqilabın bütün Avropada despotizmə və mütləqiyyətə son qoymağı hədəfləyən məramı Avropanın bütün monarxlarını bərk təşvişə salmışdı ki, bu da fransızlara qarşı bir birlik meydana gəlməsinə səbəb olmuşdu. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq siyasəti yeritməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini daha gücləndirdi. 1798-ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı. Bu çağa kimi ənənəvi müttəfiqlər sayılan Fransa ilə Osmanlı arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxınlaşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də İstanbulda ittifaq müqaviləsi imzalandı. İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. Fransanın Şərq siyasətinə qarşı da blok yarandı. Rusiya, İngiltərə və Avstriyanın Fransaya qarşı 1798-1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq münasibətlərdə yeni dəyişiklik baş verdi.

1801-ci ilin  martında I Pavelin öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama salındı. Süqut erməkdə olan Azərbaycan səltənəti üzərində nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə Napoleonun Misirə qoşun çıxarması ilə bağlı Оsмаnlı hökuməti artıq 1798-ci illn sеntyabrında Rus donanmasının İstanbul boğazına girməsinə icazə vermişdi. Bu donanma buradan 30 Türkiyə hərb gəmisi ilə birlikdə yunan adalarına doğru hərəkət etdi. “Padişah-i Al-i Osman həzrətləriylə

bütün rusiyalıların İmperatoru arasında” bağlanmыш əbədi ittifaq üzrə iki dövlətdən  “birinin dostu o birinə əbədi dost, düşməni isə o birinə düşmən olacağı” bildirilir, Avstriya, İngiltərə və Prussiya bu ittifaqa qoşulmağa dəvət edilirdi. “Türkiyə-Rusiya İttifaqı” 8 ilə bağlanmış olsa da, bir il içərisində qüvvəsini itirmiş oldu. Napoleonun Misirdən getməsi, onunla I Pavelin yaxыnlaшması ilя bu “əbədi ittifaq” dəyərsiz bir kağıza çevrildi. 1799-cu ilin oktyabrında Rusiya donanması Qara dənizə döndü.

Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu bölgdə həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar. 1800-cü ilin sonunda Azərbaycana gələn İngiltərə nümayəndəsi Malkolm 1801-ci ilin əvvəlində Qacar höküməti ilə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə Qacar dövlətinin daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin Qacarların əlində olan ərazilər üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.

Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə genişlənmə siyasəti yeritməkdə olan Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq Qacarları açıq şəkildə müdafiə edə bilmirdi.

İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Tiflis (Kartli – Kaxetiya) xanlığının Rusiyaya birləşdirildiyini elan etdi. Xanlığın ərazisində rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə edilən Tiflis quberniyası yaradıldı. Beləcə, Azərbaycanın tarixən ayrılmaz tərkib hissəsi  olan Tiflis və ətrafı rəsmən Rusiyaya birləşdirildi.

I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur olması ilə yetinməyərək, digər xanlıqları da, ilk növbədə Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyi qərara aldı. O, 1801-ci ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə belə bir göstəriş göndərdi:

“…Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli”.

General Knorrinq həmin göstərişdən çıxış edərək, 1802-ci ilin sentyabr-dekabr aylarında Quzey Qafqazda yerləşən Georgiyevsk şəhərində Quba və Lənkəran xanlıqlarının nümayəndələri, eləcə də Tərki şamaxılı, Qara Qaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə görüş keçirdi. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmirdi. Çünki buna qədər Qacar şahının nümayəndəsi İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb verilmişdi.

Məlumat üçün bildirək ki, Ağa Məhəmməd şahla başlayan Qacarlar sülaləsi (1749-1925) son azərbaycanlı – türk imperatorluq sülaləsi olmuşdur. Üst – üstə 7 şahın hökmranlığını əhatə edən bu sülalənin hakimiyyəti dövründə, Səfəvilər və Nadir şah dövrlərindən fərqli olaraq, əslində, Azərbaycan imperaorluğundan deyil, İran və Azərbaycan konfederasiyasından danışmaq daha doğrudur. Fakt budur ki, həmin dövrdən etibarən imperatorluq artıq “Azərbaycan səltənəti” (Azərbaycan İmperatorluğu) deyil, “Məmaliki məhruseyi İran və Azərbaycan” (İran və Azərbaycan ölkələri konfederasiyası) və ya sadəcə “Məmaliki məhrusə” (konfederasiya, birləşmiş dövlələr), adlanır, Qacar şahları isə “şahe – məmaliki məhruseyi İran və Azərbaycan” və ya “şahe –  məmaliki məhrusə” titulu daşıyırdılar.

 

Rusiyanın işğalçılıq siyasəti sənədlərin dili ilə

 

Georgiyevskidəki danışıqlar düz dörd ay davam etdi və Rusiyanın xeyrinə başa çatdı. 1802-ci il dekabrn 26-da tərəflər arasında müqavilə imzalandı. İmzalanmış sənədə görə, onu imzalayanlar Qacar hökumətinin hücum edəcəyi təqdirdə ona qarşı birgə çıxmağı öz öhdələrinə götürürdülər. Sənəd Güney Qafqazda ticarətin genişləndirilməsini. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. nəzərdə tuturdu. Müqavilədə deyilirdi ki, onu imzalayanlar ― onların öz xahişlərinə görə Rusiyanın himayəsinə qəbul olunurlar. Bundan sonra çar hökuməti Georgiyevsk müqaviləsinə mənfi yanaşmış xanlıqların ərazilərini zəbt etmək üçün hazırlığa başladı.

Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinə yeni baxış” adlı kitabnda haqlı olaraq bildirir ki, 1802 – ci ildən Qafqazdakı rus qoşunlarının baş komandanı P. Sisianovun Gəncə üzərinə hücum ərəfəsi Cavad xana göndərdiyi məktublar rus imperiyasının işğalçı, müstəmləkə siyasətinin bariz nümunələridir. Bu məktublar “Qafqaz arxeologiya komissiyası aktları”nın 1868 – ci ildə Tiflisdə çap olunmuş ikinci cildində nəşr edilmişdir:

“Bu cür kitablar çar Rusiyasının xarici siyasətinə haqq qazandırmaq məqsədilə nəşr olunduğuna görə buradakı məlumatlara tənqidi yanaşılmasına ehtiyac var. Lakin məktubların orjinalı ilə tanış olmaq imkanımız olmadığına görə bu kitaba istinad etmək məcburiyyətindəyik. Məktublar o dövrə məxsus müxtəlif təriflərlə, xoş sözlərlə dolu cümlələrlə tərtib olunmasına baxmayraq bu sənədlərdə çar Rusiyasının işğalçı siyasətini açıq-aydın görmək olur”.

Məlumat üçün bildirək ki, P. Sisianovun Cavad xana yeddi məktub göndərmişdir. Biz də həmin məktubların orijinalı ilə tanış deyilik və cənab Zülfüqarlının sözügedən kitabında təqdim edilmiş məktublara istinad etmək məcburiyyətindəyik. Qeyd etməliyik ki, bu məktublarda Azərbaycan-Qacarlar dövləti rus dilində hər yerdə əski ənənəyə dayanılaraq, “Persiya” adlandrırlır və onları Azərbaycan türkcəsinə çevirmiş M. Zülfüqarlı Azərbaycan tarixşünaslığında qəbul olunmuş yanlış konsepsiyaya uyğun olaraq, “Persiya” kəlməsini hər yerdə “İran” kimi tərcümə etmişdir. Biz bu mövqe ilə qətiyyən razı olmasaq da, müəllifin əməyinə hörmət əlaməti olaraq, onun trcüməsini redaktə etməməyə və olduğu kimi saxlamağa qərar verdik.

Qeyd edilməlidir ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilrinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.

Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər irandilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran milliyyətcə lor Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şan Əfşar kimi özlərini Azərbaycan şahı, Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.

Birinci məktub Tiflisdə 25 fevral 1803 – cü ildə yazılmışdı. Məktubda deyilir:

“Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq əlaqələri  saxlamaq meylinizi gördüm. Bu sözləri sidq – ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı… lütfükar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı keçəcəyinə təbəəliyinizin Gürcüstanla əlaqəli bütün işlərində şahid olacaqsınız. Gürcüstanda, eləcə də sərhəd qoşunları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz… alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət hökümdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın… ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada ləyaqətinə və mənsəbinə müvafiq etiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı – seçkiliyin olmayacağı barədə xeyirxah vədinizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan əlavə, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin kiçik rəmzi kimi mehriban Gürgün bəylə hər biri on arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır olduğumu bildirirəm.»

Şəmkirdə yazılmış 29 noyabr 1803 – cü il tarixli ikinci məktubda deyilir: “Gəncə torpağına qədəm basıb bu gəlişimin səbəblərini Sizə bildirirəm. Birincisi və başlıcası: Gəncə və onun ətrafı şahzadə Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Ümumrusiya imperiyası isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına aldığından onun parçalanmasına biganə qala bilməz. Allahın gücü və qüdrəti sayəsində yaranmış rus imperiyası heç vəclə Gürcüstanın ayrılmaz bir parçası olan Gəncəni yadların əlində qoymaz.

Ikincisi: Gürcüstana gələrkən yazdığım məktubuma (həmin məktubda oğlunuzu əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda yazırsınız ki, Iran padşahından ehtiyat edirsiniz. Lakin unudursunuz ki, altı il bundan əvvəl Siz Rusiyanın tabeliyindəydiniz və Gəncə qalasında şöhrətli Ümumrusiya ordusu dururdu.

Üçüncüsü: Adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmətiniz tərəfindən razı salınmamışdır.

Həmin üç səbəbə görə də mən öz ordumla gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan əvvəl etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri dava – dalaşsız təhvil verəsiniz. Sizdən ikicə söz tələb edirəm. Birin seçin: «hə», yaxud «yox». Yəni təslim olursuz, ya yox? Yəqin məlumdur ki, belə pis havada ordu götürüb buralara gəlmişiksə, deməli, innən belə heç bir müqavilə bağlanıla bilməz. Buna görə də Sizin təslim olmağınızı qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfükar padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiz.

Yox, imtina etsəniz, bəxtinizdən küsün. Vaxtilə Izmayıl, Varşava və bir çox digər şəhərlərin aqibəti belə olmuşdu. Sabah günortayadək cavab almasam, od – alov yağacaq. Gəncəyə qılınc və atəş gətirmişəm. Onda görəcəksiniz ki, sözümün üstündə necə dura bilirəm.»

Sisianovun məktubuna cavab olaraq Cavad xan 1803 – cü il 29 noyabrda ona aşağıdakı məktubu göndərmişdir:

“Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstandan asılı olmuşdur… Bu rəvayətə heç kim inanmaz. Lakin əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. Əgər inanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə əmrləri mühafizə edilir. Iraklinin və atamızın dövründə Gəncə və Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, əgər desəm ki, ata – babalarım Gürcüstanda vali olublar, heç kim buna yaxşı baxmaz və heç kəs də Gürcüstanı mənə qaytarmaz.

Bir də yazırsan ki, altı il bundan əvvəl Gəncə qalasını rus padşahına vermisən. Bu doğrudur. Onda sizin padşah mənə fərman göndərmişdi və mən onun təklifini qəbul etdim. Əgər indi belə bir fərman varsa, mənə göstər. Palşahın iradəsini bilsəm, götür – qoy edərəm.

Bir də yazırsan ki, guya əvvəllər mən Gürcüstan tabeliyində olmuşam. Padşahın fərmanı indi də əlimdədir. Bax, gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan aydın olur ki, sözlərin tam yalandır.

Bundan başqa, Gəncəni sənin padşahına verəndə Iran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən də böyük müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim. Indi isə Allaha şükür, Iran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlirlər…

Müharibə etmək niyyətindəsənsə, mən hazır! Əgər öz toplarınla öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə allahın əlindədir. Haradan bilirsən ki, döyüşçüləriniz Iran əsgərlərindən qoçaqdırlar? Siz yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə xəbərsizsiz. Mənə müharibəyə hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə – izləyə bura çəkib gətirib. Bunu zaman, bir də savaş göstərəcək».

Cavad xanın cavabından bir gün sonra, yəni 30 noyabr 1803 – cü il tarixdə Sisianov Gəncədə yaşayan albanlara müraciət qəbul etdi. Müraciətdə deyilirdi:

“Qalib Ümumrusiya ordusu ilə Gəncə torpağına daxil olarkən, hamınızı lütfükar rus hökümdarının adından əmin edirəm ki, Ümumrusiya taxt – tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində rus dövlətinin sakini kimi asudə yaşamaq hüquq veriləcəkdir”.

M. Zülfüqarlının yazdığına görə, bu müraciətdən sonra Sisianov Cavad xana daha beş, 9, 11, 26, 28 və 29 dekabr 1803 – cü il tarixli məktublar ünvanlanmışdı və hər növbəti məktubda yekəxanalıq, hədə – qorxu, diplomatik qaydalara uyğun olmayan təhqiramiz fikirlər daha kəskin şəkildə irəli sürülürdü.

9 dekabr 1803 – cü il tarixli məktubda deyilirdi:

“Həşəmətli Ümumrusiya ordusunun generalı, Gürcüstan, Həştərxan və Qafqazın baş komandanı, Xəzər donanmasının rəisi, bir çox ordenləri olan knyaz Sisyanov, Avropa adəti üzrə Siz zati – alidən, Gəncə xanı Cavad xandan bir daha soruşur: qalanı rus ordusu rəisinin ixtiyarına təslim edirsiniz, ya yox? Cavab sabah səhər tezdən təcili gəlməlidir və qasid öz əmin – amanlığı naminə əlində ağ yaylıq tutmalıdır”.

Bu məktubdan iki gün sonra, yəni 11 dekabrda göndərilmiş məktubda Gəncənin təslim edilməsi tələbi daha sərt qoyulmuşdu:

“Knyaz Sisianov əlahəzrət Cavad xana bildirir ki, onun məktubunu alıb, ona heç bir qeyd – şərt qoymur, lakin səmimi – qəlbdən məsləhət görür, sabah lütfükar padşahın təntənəli günüdür və zati – ali həmin gün şəhərin açarını öz oğlu Hüseynqulu ağa ilə mütləq göndərsin. Şəhərin rus ordusu rəisinə təslim edilməsi əlaməti kimi Hüseynqulu ağa əmanət saxlanmalıdır. Onda Cavad xan Gəncəli mərhəmətli padşahımızın xoşbəxtlik və firavanlıq səltənətinə düşəcəkdir. Yox, əgər bu tələb sabah naharadək yerinə yetirilməsə, savaş qızışacaq. Bunu görmək nə qədər ağır da olsa, rus ordusunun rəisi ulu Allaha and içir ki, qan su yerinə axacaqdır.”

26 dekabr1803 – cü il tarixli məktubda deyilir:

“ Zati – ali Cavab xan Gəncəlidən aldığım məktubda o, qazaxlı Məhmədi çaydan bəri taya keçməyini xahiş edir. Qazaxda nə çoxdu Məhməd. Ona məhz hansı Məhmədin lazım olması bilinmir. Bununla belə, rus ordusu generalının ona olan tələbi məlumdur. Məktubun içində həmin tələbə cavab hökmən olmalıydı. Dünyada kim eşidib ki, rus qoşunu qalaya gəlsin, lakin onu ələ keçirmədən çıxıb getsin? Təslim olanları bağışlayıram. Lovğaları isə qanlarına qəltan edəcəyəm. Allah göstərəcək ki, Gəncə kimin əlində qalacaq”.

28 dekbr 1803 – cü il tarixli məktub:

“… Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm. Sel kimi axacaq qan vicdanımı ağrıtmasın deyə, Sizə təkidlə bildirirəm: Avropa adətləri mühasirədə olanları barışmağa çağırmağa imkan verir. Müəyyən vaxt ayrılır ki, onlar ağıllarını başlarına yığsınlar, qasidlər şərtləri tərəflərə yetirirlər. Onlar ya qəbul, ya da rədd olunur. Həmin vaxt keçəndən sonra ya savaş başlanır, ya da müəyyən şərtlərlə şəhər təslim edilir. Biz dörd qalanı belə almışıq. Allah görür ki, qan – qadaya mənmi baisəm, yoxsa sən? Bu məktubuma elə bu gün cavab verilməlidir”.

Hədə ilə dolu bu məktuba Cavad xan həmin gün aşağıdakı cavabı vermişdi:

«Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. «Elə bu gün cavab ver!» Bu, nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər, həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir! O ki, qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalız meyidimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox!»

Cavab məktubundan sonra Sisianovun Cavad xana sonuncu, 29 dekabr 1803 – cü il tarixli məktubu unvanlamışdı:

“Qalanı xoşluqla vermək meylinizin olmadığını görüb axırıncı dəfə təslim şərtlərini Sizə göndərməyi özümə borc bilirəm… Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət olunmalıdır: yəni mən Sizin məktubunuza həmin gün cavab verirəmsə, əvəzində Siz də belə hərəkət etməlisiniz. Buna görə də ümidvaram ki… sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm.”

Məktubda daha sonra təslim şərtləri irəli sürülür: “Gəncə şəhərinin təslimi aşağıdakı maddəlrə görə qəbul edilə bilər:

1.Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir;

2. Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir;

3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min anta xərac verir. Bu maddələri imzalayan zaman 1804 – cü ildə həmin məbləği təcili ödəyir;

4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;

5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökümətinin idarəsinə keçirlər;

Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir».

 

Gəncənin işğalı və Gəncə əhalisinin misilsiz şücaəti

 

 Azərbaycanın Quba, Qarabağ və Lənkəran xanlıqları kimi mərkəzi hakimiyyətə tabe olmaq istəməyən və separatist siyasət yürüdən bəzi feodal hakimləri – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə Rusiyaya müqavimət göstərə bilməyəcəklər. Odur ki, Rusiyanın guya onların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalançı vədlərə uyaraq, öz xanlıqlarını bu yolla qoruyacaqlarını zənn edərək, rus himayəsini qəbul etməyə meyilli idilər. Mərkəzi hakimiyyətə qarşı çıxmayan Gəncə və Bakı xanları isə cənubdan gələcək köməyə ümid edərək, tam əks mövqe nümayiş etdirirdilər.

Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu siyasətin keçiricisi general Sisianov Car-Balakən bölgəsinin ələ keçirilməsinə böyük önəm verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı

Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.

1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda yerli xalqı həqarətlə “kafir əclaflar” adlandırdı və belə dedi:

“Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları çağırdınız, sonra da ürəklənib elə bir şey yazdınız ki, ləyanətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin qoy gəlib ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, cocuq və qadınlarınızın içalatını çəkib çıxardacağam.”

Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.

Car-Balakən bölgəsinin fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı.

Azərbaycanın, Dağıstan və bugünkü Gürcüstan əraziləri də daxil olmaqla, bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar hökumətinin və Türkiyənin, eləcə də bölgədə öz maraqları olan İngiltərə və Fransanın dərin narahatlığına səbəb oldu. Təbii ki, ən çox narahat olan Azərbaycanın özü idi. Çökməkdə olan səltənətin (imperatorluğun) taxt-tacına yiyələnən, fəqət mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail ola bilməyən Qacar hökuməti mövqelərini gücləndirməkdə olan Rusiyanın hərbi uğurları qarşısında aciz görünürdü. Buna baxmayaraq şah Güney Qafqaz sərhədlərində 70 minlik qoşun cəmləşdirə bildi. Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları qurulmuşdu. Fətəli şah Qacar itirilmiş torpaqları geri qaytarmağa hazırlaşaraq, öncə Tiflis və Gəncə ilə həmsərhəd olan bütün xanlıqları mərkəzi hökumətə tabe etmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu şimala göndərməyi qərara aldı, Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək istədi.

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. 1804 – cü il yanvar ayının 3- ü, orucluq bayramı günü qəhrəman Gəncə əhalisi öz igid sərkərdələri Cavad xanın başçılığı ilə, təkbaşına rus imperiyasının işğalçı ordusuna qarşı mübarizəyə başladı. Digər xanlar daxili çəkişmələr və düşmənçilik nəticəsində Cavad xanın köməyəinə gəlmədilər. Onlar öz ərazilərində oturuaraq gözləməyi qərara aldılar və bununla da Gəncənin işğalına və özlərinin sonrakı faciələrinə şərait yaratdılar.

Qüvvələr nisbəti qeyri bərabər olmasına baxmayaraq gəncəlilər qəhramanlıqla müdafiə olunurdular. Çar qoşunu sayca Cavad xanın qoşunundan 10 dəfə çox idi. 20 minlik rus qoşununa qarşı 2 min gəncəli qəhrəmanlıqla vuruşurdu. Cavad xan, Tağı və Həsən adlı iki oğlu, Mahmud və Bağır adlı iki qardaşı və 2 minə qədər əsgər Gəncənin müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldular.

Tarixçi Rəşid bəy Ismayılov gəncəlilərin qəhrəmanlığı barədə yazırdı:

“…Gəncəlilər həqiqətən şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən çıxan ah – nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı… Qala bürclərindən birində Cavad xan topun üzərinə qalxaraq əlində siyrmə qılınc rusların hücumunu fövqəladə dərəcədə mətanətlə dəf edirdi.”

Rusiya tarixçisi A.Kaspari özünün “Pokorennıy Kavkaz” (SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından yayınmadıqlarını bildirir:

“Xanın ölümü duyulunca Gəncə qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar tərəfindən qazanılmış oldu. Savaş şəhər içinə keçirildi. Gəncəlilər şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır tələfat verdilər”.

Cavad xanın qəhrəmanlığını ruslar özləri də etiraf edirdilər. Məsələn, rus qoşunlarının baş komandanı markiz Pauliççi Abbas Mirzəyə 20 fevral 1812 – ci il tarixli məktubunda yazırdı:

“Mərhum Cavad xanın qohum – əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim ki, Persiyaya köçsünlər.”

Çar höküməti döyüş bitən günü, 1804 – cü il yanvarın 3 – də Imperatorluq zərbxanasında Gəncənin alınmasında iştiraka görə döş medalı təsis edildi. Minillik tarixi olan Gəncənin adı dəyişdirilərək, ona I Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetopol adı verildi. Yeni qaydaya görə Gəncə sözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi. Gəncə qırğınıdan məmun qalan I Aleksandırın Sisianova 5 fevral 1804 – cü ildə göndərdiyi məktubda deyilirdi:

“…Asiya qürur qarşısnda güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşlığa gətirərək… sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi”.

Cavad xanın böyük oğlu Uğurlu xan 1804 – cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlub olub Irana getməyə məcbur oldu. O, 1826 – cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə yenidən Gəncəyə qayıtsa da 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826 – cı il sentyabrın 13 – də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, azadlıq əldə edərək, Qacarların əlində qalan torpaqlara keçə bildi.

Gəncənin tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar hökumətini qəti tədbir görməyə məcbur edirdi. İtirilmiş mövqelərini bərpa etmək istəyən Qacarlar öz ərazilərində Rusiya imperiyasının hökmranlıq etməsi ilə heç cür barışa bilmirdi. Beynəlxalq durum çökməkdə olan Azərbaycan səltənətinin Rusiya işğalına qarşı çıxması üçün şərait yaradırdı. Rusiya çarlığı indiyə qədər Mərkəzdən heç bir yardım ala bilməyən xanlıqlara qarşı savaş aparır, onları ələ keçirərək yerli xalqı kölə halına salır, ələ keçirdiyi torpaqları bütöv bir etnik toplum, etnik birliyi olan bir torpaq kimi özünə qatmır, Balkanlarda

olduğu kimi dövlət qurumları yaratmırdı. Əksinə, Azrbaycanın tərkib hissəsi olan Tiflis və ətraf ərazilər hesabına sayca az olmalarına rəğmən xristian gürcülər qondarma bir etnik ərazi vahidi yaratmağa çalışırdı. Bu isə müsəlman türk torpaqlarının hüquqsuz bir müstəmləkə kimi imperiyanın sömürgə sisteminə qatılması demək idi.

Fətəli şah hələ Gəncə təhlükədə olarkən Cavad xanın köməyinə göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz qalıb ətrafdan kömək istədi. Fətəli şahın ordusu 7 aydan sonra Tehrandan Rusiya qoşunları ilə vuruşmaq üçün Azərbaycana tərəf yola düşdü. Bu orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan Azərbaycan hakimi, şahzadə Abbas Mirzə rəhbərlik edirdi.

 

Abbas Mirzənin uşqlıq dövrü haqqında bir neçə söz

 

Burada Azərbaycan tarixinə böyük qəhrəman kimi düşməli olsa da, xalqımız tərəfindən hələ də lazımnca tanınmayan və qiymətləndirilməyən, qara taleli vəliəhd Abbas Mirzə haqqında bir – iki kəlmə deməyə ehtiyac var. Əminə Pakrəvanın yazdığına görə, Ağaməhəmməd şah Qacar çox ehtiyatlı hökmdar olub və öz yerinə canişin təyin etməsinə rəğmən, daima bu gənc adamın hökmdara qarşı erkən baş qaldırıb, iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşahın casusları Şirazda yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər:

“Ağaməhəmməd Xan Qacar sonsuz, evladsız olduğu üçün qardaşı oğlu Baba Xanın (Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan iki oğlu var idi. Bu iki evladın arasında sadəcə bir neçə həftə yaş fərqi var idi. Birinci oğlan Məhəmmədəli, soyu bəlirsiz olan Xeyvəli bir qadından idi. Qacar yasasına görə Məhəmmədəlinin padşah olması mümkün deyildi. Çünkü bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağaməhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi. “Qacar Yasası”na görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi. Məhəmmədəlinin atası Qacar soylu olmadığı üçün vəliəhd olma şansı yox idi.

Baba Xanın ikinci oğlu Abbas Mirzə idi. Abbas Mirzənin anası Qacar soyunun Dollu boyundan idi. Dollu boyu Ağaməhəmməd Xanın iqtidara yüksəlməsinə yardım etmişdi. Ağaməhəmməd Xan Qacar, bu soydan olan Asiya xanımı qardaşı oğlu Baba Xanla evləndirmişdi. İmperatorluq mirasını bu qadının doğuracağı çocuğa buraxmaq istəyirdi. Toy günü padşah özü gəlinin dəvəsinin cilovunu çəkmişdi. Qacar törəsinə görə gəlin gəldiyi evin varıb ocağının daşını öpməli idi. Bütün bu mərasim sürəsincə gəlinə padşah eşlik etmişdi.

Bəzi rəvayətlərə görə Ağaməhəmməd Xan Qacar, Dollu Asiyanı, hətta mövcud vəliəhd Baba Xanın anasından da daha artıq dəyərləndirirmiş. Zəif bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğurduqdan sonra vəfat etmişdir. Asiyanın doğurduğu ilk çocuk Abbas Mirzə idi. Abbas Mirzə hələ südəmər çocuqkən Ağaməhəmməd Xanın iradəsi üzərinə fərzi vəliəhd olaraq duyurulmuş və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır”.

Tarixçinin yazdığına görə, Abbas Mirzə dörd yaşında ikən naməlum bir xəstəliyə tutulur. Bu xəstəlik onu çox zəiflədir. Uşağın sağalması üçün Ağaməhəmməd şah Qacar ölkənin ən məşhur həkimlərini saraya çağrıtdırır. Fəqət bunun uşağa heç bir xeyri olmur. Bununla belə, həkimlərin müalicə edə bilmədikləri bu xəstəlik Abbas Mirzənin yetkinlik çağında öz-özünə sağalır. Qaspar Druvilin (Gaspard Drouville) yazdığına görə isə, Abbas Mirzə Mütəmadi olaraq idman etmək və zorxanada məşq eməklə bu xəstəliyi özü məğlub etməyi bacarır. Qeyd edək ki, Abbas Mirzə yeddi yaşından etibarən süvarilik, ox atma, qılınc və güləş kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı.

Yeni salınmış Tehran, digər şəhərlərdən ağ torpaqdan yapılmış qala divarları ilə seçilirdi. Abbas Mirzə və qardaşları səkkiz yaşlarına qədər Tehrandan başqa bir şəhər görməmişdilər. Hər kəs belə düşünürdü ki, Ağaməhəmməd şah Qacar tərəfindən tərcih edilən Abbas Mirzə, özündən bir neçə həftə böyük olan ögey qardaşı Məhəmmədəli ilə iqtidar və vəliəhdlik uğrunda rəqabət aparacaqlar. Bu üzdən də ər iki şahzadənin həm üzdə olan, həm də gizli çox sayda tərəfdarları peyda olmuşdu. Məhəmmədəlinin tərəfdarları Abbas Mirzənin xəstəliyini daim gözə soxaraq Ağaməhəmməd şah Qacara təsir eməyə, onu Abbas Mirzə haqqında verdiyi Naib-ül Səltənəlik qərarından vaz keçirməyə çalışırdılar. Məhəmmədəli, Abbas Mirzə qədər yaraşıqlı və qanışirin olmasa da özbək anasından irs olaraq iri cüssəlilik almışdı və damarlarında fərqli bir igid türk soyunun qanını daşıyırdı. O, hələ beş yaşında süvariliyi öyrənmişdi təkbaşına at üstündə oturub müxtəlif akrobatik hərəkələr etməyi bacarrdı. Beş yaşında ikən işlərini gərəyincə yerinə yetirə bilməyən bəzi xidmətçilərini padşahsayağı bir şəkildə cəzalandırmaqla diqqət çəkmişdi.

1797-ci ilin baharında Ağaməhəmməd şah Tiflisə hücum etmək üçün hazırlıq işlərinə başladı. İmperatriça Yekatirina yenicə ölmüşdü və Ağaməhəmməd Xan düşünürdü ki, onun varisi olan I Pavel Qafqazlarla ciddi ilgilənməməkdədir. Bu üzdən də Ağaməhəmməd şaha görə xəyanət yolunu tutmuş Qarabağ xanlarının dərsini vermə zamanı gəlmişdi. Ağaməhəmməd şah Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı və Qarabağ xanlıqlarını özünə tabe edib, mərkəzi hakimiyyəti möhkəmləndirmək, Azərbaycan imperatorluğunu əski sərhədlri içərisində bərpa etmək fikrində idi. Ağaməhəmməd Xan casusları vasitəsi ilə Tiflisdə hökm sürən Baqration Şahzadələrindən birisi ilə gizlincə ilişki qurmuş, onu Tiflisin xanı edəcəyini vəd etmişdi.

Quzey Azərbaycanın xanlarından Qarabağlı İbrahim Xəlil Xan özünü bağımsız bir ölkənin sultanı kimi aparırdı.Qacarlara qarşı için-için nifrət etməsinə baxmayaraq, məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana (o dövrdə şahzadə və vəliəhd olan Fəthəli şaha) vermək zorunda qalmışdı.

Baba Xan (Fətəli) ilə Ağabacı xanım arasındaki evlilik çox maraqlı olmuşdur. Özəl bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabacı xanım əri tərəfindən qətiyyən sevilməmişdir. Ağabacı xanımın isə, sonuna qədər bakirə qalmasına rəğmən, Baba Xanı gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü.

Ağaməhəmməd şah Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu qala strateji önəm daşıyırdı və buradan rahatca Tiflis üzərinə yürüş etmək, ardınca rusların əlində olan Dərbəndi ələ keçirib, dəniz tərəfindən daima təhdid edilən Bakını da nəzarət altına Almaq olardı. Əgər yay fəslində savaş Ağaməhəmməd şahın istəyi və planları istiqamətində getsəydi, qış fəslini Qarabağda keçirməyi düşünürdü. Bu səbəbdən də Abbas Mirzəni da özü ilə bərabər apardı. Çünkü onun yanında olmasından xoşlanırdı. Digər tərəfdən, ona savaş fənləri də öyrətmək istəyirdi. Naib-ül Səltənə Abbas Mirzədən başqa Məhəmmədqulu Mirzə adında digər bir şahzadə də bu səfərdə Ağaməhəmməd şahı müşayiət edirdi. Uşaqların mühafizəsi Ağaməhəmməd şahın yaxın qohumu olan Pirqulu Xana tapşırılmışdı.

Beləliklə, Abbas Mirzə kəyatında ilk dəfə Tehranı tərk edir və ana yurdu olan Azərbaycanı ziyarət etmək imkanı qazanır və o, Əminə Pakrəvanın yazdığı kimi, bu ölkənin ətirli baharının heyranına çevrilirdi:

“Sanki gizlin bir güc Abbas Mirzənin yazqı və taleyinin Azərbaycana əbədiyyən bağlandığını onun könül qulağına pıçıldayırdı. Beləcə Abbas Mirzənin Azərbaycan sevdası, macərası bu torpağı çocuqluq yaşlarında qarış-qarış gəzərək başlayacaq və bütün ruhunu, vücudunu saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə çılğınca axan Araz çayının heyranı olmuşdu. Sonralar ruslarla savaşarkən məğlub olan Abbas Mirzə içini və dərdini batılı danışmanlarına açacaqdı ki, nədən sevdiyim Araz çayı yurdumun bölünmüşlüyünün rəmzi olmalıdır?!

Abbas Mirzənin Araz çayına olan heyranlığı ömrünün sonuna qədər onu tərk etmədi. Bəlkə bunun yurdsevərlik duyğusunun ötəsində başqa bir səbəbi də ola bilər, bəlkə də Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq xatirələri ilə qaynayıb qarışmış və fərdi həyatındaki dəyərlərin bir parçasına dönüşmüşdür. Bəlkə də Araz çayı onun iç dünyasını dış dünya ilə və doğa gözəllikləri ilə bağlayan bir rəmzə çevrilmişdir. Bəlli və bəlirsiz səbəblərdən dolayı Araz çayı Abbas Mirzə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar vardı, yalnız Abbas Mirzə üçün çay deyildiyində ancaq Araz xatırlanırdı”.

Ağaməhəmməd şaha xəbər verildi ki, Qarabağın kiçik xanları İbrahim Xəlil Cavanşirə qarşı birləşərək onu Qarabağdan qaçmağa zorlamışlar. Şah fürsəti əldən verməyərək, çox sürətli bir əməliyatla Şuşanı almaq üçün ordunu hərəkətə keçirdi. Ağaməhəmməd Xan Şuşanın gözəlliyi qarşısında heyran qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük və şəhər mədəniyəti baxımından daha üstün səviyyədə idi. Bütün ordu mənsubları da dağların qoynunda və ormanlıqda yerləşən bu şəhərin gözəlliyinə heyran olmuşdular.

Qarabağ xanlığnın əsasını qoyan Avşar-qzılbaş ordusuna mənsub olan Pənah Xan adında bir tümənbaşı idi. O, 1747-ci ildə, Nadir şah öldürüldükdən sonra sərkərdəliyini etdiyi ordusu ilə Qrabağa gəlmiş və Şuşa şəhərinin yaxınlığında yurd salmışdı. Pənah Xan Şuşanın qorunması və inkişafı üçün çox səy göstərdi. Onun səyləri ilə Şuşa Qafqazın ən böyük ticarət şəhəri halına gəldi. Bu üzdən Şuşaya Pənahabad da deyirdilər. Xanın oğlu və varisi İbrahim Xəlil Cavanşir ondan sonra bu şəhərin hakiminə çevrilmişdi və müstəqilliyə can atır və mərkəzi hökumtə tabe olmaqdan imtina edirdi.

Ağaməhəmməd şahın Şuşaya vardığı üçüncü günün sabahında xəbər yayıldı ki, şah qətl edilib. Şaha sadiq olan xidmətçiləri özlərini itirmiş və nə edəcəklərini bilmirdilər. Belə olan halda Pirqulu Xan böyük zəhmətlərə qatlaşaraq bir neçə mahir süvari seçib  şahzadələri Tehrana yola saldı.

 

Fəthəli şah Qacar (Baba Xan): Odla qan arasında

 

Şirazda ikən əmisinin ölümündən xəbər tutan Baba xan özünü əcili olaraq paytaxt Tehrana çatdırdı. Ağaməhəmməd şahın yaşlı və təcrübəli baş vəziri Etimad-üd Dövlənin yardımı ilə əmisinin şahlıq mirasına sahib çıxdı.

Etimad-üd Dövlə öncə Zəndiyə xanədanının vəziri olmuş, fəqər sonra onlara qarşı çıxıb, Ağaməhəmməd xanın tərəfinə keçmişdi. Şahın ölüm xəbəri gələr-gəlməz, o, əmr etmişdi ki, padşahın varisi Baba Xan paytaxta çatmayınca Tehranın darvazaları heç kimə açılmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər cür iğtişaş və xaosu önləyə bilmişdi. Baş vəzirin tədbirləri və uzaqgörən siyasəti sayəsində həm bəzi xanlıqların, həm də bəzi Zəndiyyə şahzadələrinin Qacar hökumətini devirmək planları baş tutmamış, hamısı məğlub edilib öldürülmüşdü.

Tehranda Fəthəli şah adı altında hakimiyyə kürsüsünə oturan Baba xanın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirzə məsələsini həll etməsi

idi. Nadir Mirzənin tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fəthəli şah anlaşma yolu ilə məsələni savaşsız həll etmək istəyirdi. Lakin sonra mövqeyini dəyişdi və Nadir Şahın soyundan olan və padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fəthəli şahı daha çox narahat edən qardaşı Hüseynqulu Xan idi ki, Kiçik Xan ləqəbi ilə tanınırdı. O da varislik iddiasında idi. Mübarizədə məğlub edilən Hüseynqulu Xanın gözlərini kor edib buraxdılar.

Fəthəli şahın səltənətinin ilk illərində Fransa və İngiltərə ona yaxınlaşmağa başlamışdı. Bu illərdə İngiltərə Hindistanın işğalı prosesini başa çatdırmaqda idi. Hindistanda fəaliyət göstərən bir ingilis ticarət kompanisi həm də siyasi işlərlə məşğul olurdu. Birinci Napoleon Bonapart da Hindistandan pay qopartmaq istəyirdi və bu məqsədlə  çar I Pavellə gizlincə anlaşmışdı. Bu gizlin anlaşmadan xəbər tutan İngiltərə Tehrana təcili elçi göndrdi. Öncə elçinin sözçüsü gəldi. O, yarırəsmi şəkildə, amma  dəbdəbə ilə qəbul edildi. Mehdi Xan adlı bu elçi sözçüsü Ağaməhəmməd şahın ölümü münasibəti ilə başsağlığı verməyi bəhanə edərək, əslində durumu öyrənməklə vəzifələndirilmişdi. Həm başsağlığı vermək, həm də Fəthəli şahın başına tac qoyması münasibəti ilə İngiltərəni təmsilən xoş diləklərini çatdırmaq üçün gəlmişdi. Gerçək elçi, ingilis albayı Molkolm isə öz elçilik missiyasına 1801-ci ildə başladı. Hind ordusuna mənsub olan bu gənc albay 1798-1805-ci illəri arasında Hindistanın hakimi olan Lord Velzli tərəfindən himayə olunurdu. O, Qacar hökuməti ilə, biri siyasi, digəri ticari olmaqla, iki müqavilə bağlamağa nail oldu.

Fəthəli Şahın səltənətinin ilk illərində sənət aləmində bir renesans yaşanmağa başladığı və elm aləmində “Qacar üslubu” adı ilə məşhur olan sənət əsərləri, xüsusən də memarlıq və rəssamlıq şedevrləri yarandığı danılmaz bir həqiqətdir.. Şahın özü də gözəl, dəbdəbəli binalar yaptırmağa olduqca həvəsli idi. Bu memari əsərlər Pəhləvi dönəmində bilərəkdən xüsusi amanszlıqla məhv edilmişlər ki, Qacarlardan miras olaraq bir əsər-əlamət qalmasın. Çünkü fars-Pəhləvi sülaləsi eynən sələfləri Zəndilər kimi türk-Qacarlara ifrat düşmənçilikləri lə seçilirdilər. Onların bu Qacar düşmənçiliyi sonralar ümumn bütün türklərə qarşı açıq həqarət şəklində ortaya çıxacaqdı.

Fəthəli şahın ilkyapdırdığı saray “Qacar Taxtı” idi.O da əmisi Ağaməhəmməd şah kimi ovçuluğu çox sevir, ov ovlamaqdan zövq alırdı.Hara getsə idi yalnız olmazdı. Bəlli şəxslər hər zaman yanında olardı.Tiflis məsələsi Fətəli şahı çox narahat etməkdə idi. Tiflis bu coğrafiyada iqtidara gələnbütün hökumətlər üçün həmişə strateji önəm daşımaqda idi. Üstəlik də Azərbaycan şahları bütün dönəmlərdə gürcü şərabına, balınavə gözəl qızlarına heyran olmuşlar. Rusiyaya meylliliyi ilə tanınan Erkli1 xan (İrakli) öldükdən sonra onun oğullarıvə nəvələri Fəthəli şaha ümidlə baxmağa, sıcaq münasibət göstərməyə başlamışdılar. Şah da onlara hörmətlə yanaşırdı. O onlara özünün əbii müttəfiqlri kimi baxırdı. Çünkü Baqration xanədanı əskilərə dayanan soylu bir ailə idi.

Fəthəli şahTiflis xanlığını isər zorla, isərsə də şirinikdirmə yolu ilə yenidən Azərbaycan sınrları içərisinə qaytarmaq haqqında düşünürdü.1800-cü ilin baharında Gürcüstan xanzadələrinin Xoya gəlmələri qərarlaşdırılmışdı. Buradaonlar Rusiyanın ölkəlrinə uyquladığı ağır şərtləri dilə gətirib, Fəthəli şahdan yardımistəyəcəklərdi. Ancaq Xorasandaki olaylar Fəthəli şahın Xoya gəlməsini əngəllədi. O, Xorasanda baş qaldıranqiyamları yatırmaq üçün bu bölgəyə getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman XanAbdali Qacarlara qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan vaxtilə Nadir şahın ordusunda böyükmənsəb sahibi olmuş Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir şah öldükdən sonra Türküstanın,Xorasanın və Hindistanın bir bölümünü əlində bulundurmaqda idi. Fəthəli şah təhlekəni ortadan qaldırmaqda qərarlı idi.

Şah humanist bir təbiətə sahib idi, həyatın gözəlliklərinə inanır və həyatdan zövq almağı bacarırdı. Amma bütün bunlara rəğmən, bəzi yaxın adamlarını uzaqlaşdırmağı və hətta cəzalandrmağı da çox yaxşı bacarırdı. Ağa Məhəbbəd şah Qacar öldükdən sonra Fəthəli şahın iqtidara gəlməsinə yardımçı olan baş vəzir, Fars vilayətinin əski xanı Etimad-üd Dövlənin davranışları da Fəthəli şahda şübhə oyatmağa başlamışdı. Qacar sarayında və bir çox çevrələrdə şayiə yayılmışdı ki, guya Fəthəli Şah sadəcə isim olaraq şahdır, əslində isə ölkəni idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlənin bilavasitə özü səbəbkar idi. Etimad-üd Dövlə sadəcə öz yaxınlarını saraya yerləşdirməklə yetinməmiş, həm də müxtəlif vilayətlərdə də öz adamlarını xan və ordu komandanı kimi yerləşdirə bilmişdi. Bu azmş kimi, ölkənin ticarət işlərini də əlinə keçirmişdi. Əlbəttə, Etimad-üd Dövlə şahın ona qarşı artmaqda olan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı, ancaq iqtidarın dəyişik mərkəzlərində yerləşdirdiyi adamlarına güvəndiyi üçün qorxmurdu. Fürsət gözləyirdi ki, bir həmlə ilə ölkənin idarəçiliyini ələ keçirsin. Digər tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandaki tacirləri ilə də ticari və gizlin siyasi əlaqələr qurmuşdu.

Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici ölkə səfiri indiyədək dövlət başçısı tərəfindən qəbul edilməmişdi. Nə Nadir şah dönəmində, nə də Ağaməhəmməd şah dönəmində. Odur ki, 1800-cü ilin yayında albay Molkolmun Fəthəli şahla görüş istyində bulunması hər kəsi çox təəccübləndirdi. Molkolm, Hindistanın hökmdarını təmsilən və Hind kompaniyasının elçisi kimi şahla görüşmək istəyirdi. Padşah Xorasandaki qiyamı yatırmaq üçün Tehrandan çıxdığına görə Molkolmun şahla görüşü dekabr ayına ertələndi. 1801-ci ilin yanvar ayında Molkolmun vasitəçiliyi ilə Qacar hökuməi və İngiltərə arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri mərkəzə  böyük bir zəfər müjdəsi kimi çatdırdı, çünki bu anlaşma ilə İngiltərənin Azərbaycana ayağı açılırdı. O, böyük bir ustalıqla Qacar məmurlar arasında “İngiltərə altunundan daha dəyərli bir şey yoxdur” fikrini formalaşdırmağı bacarmışdı.

Həmin dövrdə Abbas Mirzə Azərbaycanda idi. Azərbaycanın bəzi xanlarının qiyamlarını yatırmaqla məşğul idi. Xorasanda bulunan Fəthəli şah, Con Molkolmu qəbul etmək üçün Abbas Mirzənin Tehrana gəlməsini istəyir.

 

Abbas Mirzənin aktiv siyasətə qoşulması

 

Amedee Jauberin “Persiya səfəri” adlı kitabında verdiyi məlumata əsasən, həmin dövrdə hələ çox gənc olan Abbas Mirzə elçi ilə görüşlərində Avropada baş verən hadisələrlə daha çox maraqlanmış, İngiltərənin Hindistandaki siyasəti mövzusunda səfirə çox sayda suallar vermişdi. Vəliəhd ona ingilislərin Böyük Moğulların son qalıqları olan kiçik dövlət və şahlıqları necə ram etdikləri mövzusunda bilgi vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda qayğılı olan Abbas Mirzə düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək:

“İngiltərənin get-gedə böyüməkdə və texnoloji tərəqqidə olduğunu dərk edən Abbas Mirzə gələcəkdə ölkəsinin də İngiltərə tərəfindən işğal edilə bilcəyindən ehtiyat edirdi. Bu üzdən də Hindistan və İngiltərə haqqında sorular sorurdu”.

Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyinə əsasən öz əqrəbalarından olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar tərəfindən “Qacar yasası” olaraq tətbiq edilən qayda-qanuna görə Abbas Mirzənin bu qadınından dünyaya gələcək olan çocuğu gələcəyin vəliəhdi olacaqdı. Çünkü Dollular Qacar soyunun boylarından biri idi. Abbas Mirzənin gənc arvadı haqqında

ancaq bu qədər bilinməkdədir. Onun Dollu soyundan olması bəllidir. Bir də ana şahbanu öldükdən sonra “Məhd-i Ülya” (xanımlar xanımı, birinci ledi) ləqəbi ona verilmişdir. Ancaq Fəthəli şahın anasına məxsus olan tam iqtidar və mütləq iradə sahibi olmaq kimi bir imkan ona qismət olmamışdır.

Bahar gələr-gəlməz, şah, ordunu düzənli vəziyyətə gətirərdi. Ya şəxsən özü

ordunun başında durar, ya da komandananlığı yetkin şahzadələrdən birinə həvalə edərdi. Bu ildə belə oldu. Şahzadələr Məhəmmədəli Mirzə və Abbas Mirzəyə ilk dəfə ordu komandanlığı tapşırıldı. Onlar artıq 14-15 yaşlarında müharibə şraitində top və tüfəng atəşinin təlimlrdəki atəşdən nə ilə fərqləndiyini öyrəndilər. Məhəmmədəli Mirzə atası ilə birlikdə Xorasana getdi. Şah, onun savaşa olan həvəsini görüb ona təcrübəli mənsəb sahiblərinin nəzarəti altında ölkənin daim özbəklər tərəfindən hücuma məruz qalan Doğu sınırlarını qorumağı tapşırdı. Məhəmmədəli Mirzənin (Dövlətşahi) tərəfdarları ən yaxın zamanda onun Xorasanın hakimi olacağına inanır və buna görə onunla əlaqələrini genişlətməyə çalışırdılar. Ancaq Fəthəli şah onu mərkəzə çağırıb Qəzvinin hakimi təyin etdi. Abbas Mirzə isə 1799-cu ildə Azərbaycandakı ordunun başına gətirildi. Burada o, mərkəzi hökumətə,  yəni Qacarlara qarşı baş qaldıran yerli xanlarla qarşı savaş hazırlığına başladı. Gənc komandan bir neçə öndə gələn Qacar xanları da müşayiət edirdilər. Bunların ən önəmlisi Əsədulla Xan Nuri idi.

Tarixi mənbələr göstərir ki, Əsədulla Xan Nuri Abbas Mirzə üçün 30 minlik ordu təşkil etməyi başarmışdı. Abbas Mirzənin Azərbaycan əhalisi ilə çox özəl və sıcaq münasibətləri yaranmışdı. Vergilərdən bezmiş və yoxsullaşmış, kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycan əhalisinə Abbas Mirzə özəl bir səylə yardım göstərir, onların durumlarının yaxşılaşması üçün bir çox işlər görür, zəruri fərmanlar verirdi. Bu yazıq, miskin, yoxsul insanlar Abbas Mirzənin mehribanca davranışlarını gördüklərində ona fövqəlinsan kimi baxirdilar.

Əminə Pakrəvan yazır:

“Abbas Mirzənin davranışına güvənən və onun Azərbaycan sevdasına inanan bu yoxsul insanlar duz çörəkləri ilə, süfrələrindəki olan- olmazları ilə Abbas Mirzəyə və onun Azərbaycan Ordusuna yardımda bulunurdular. Beləcə, Abbas Mirzə Azərbaycan əhalisi arasında hörmət qazanır, azərbaycanlıların sevimlisinə çevrilirdi.

Azərbaycan kəndlilərinin yaşayışını normal hala gətirmək Abbas Mirzənin fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzəyə eşlik edən Qacar soylu yaşlı insanlar onun bu yoxsul insanlara göstərdiyi münasibəti keçici gənclik hissiyatı kimi dəyərləndirirdilər. Azərbaycan əhalisinin bu qədər yoxsulluq içində yaşamasından üzüntü duyan şahzadəni anlamaqda zorluq çəkirdilər”.

“Nasex-üt Təvarix”də yazılanlara görə, Abbas Mirzənin ordusu Təbrizin kənarında qərar tutdu. Abbas Mirzə, Xoy və civarında hökm sürən, kəndliləri talayan və Qacarlara qarşı müqavimət göstərən Cəfərqulu Xan Dənbəliyə ismarış göndərdi ki, ən qısa zamanda onun hüzurunda bulunsun. Yoxsa bütün olacaqlardan və başına gələcəklərdən özü sorumlu olacaqdır:

“Dənbəli Abbas Mirzənin bu ismarışın a əhəmiyyət vermədiyi üçün Azərbaycan ordusu Xoya doğru hərəkətə başladı. Ancaq Xoya çatdığında xəbər gəldi ki, Dənbəli ən yaxşı süvariləri ilə bərabər şəhəri tərk etmiş və yoxa çıxmışdır…

…Dənbəli illərcə ruslar tərəfindən Abbas Mirzəyə qarşı dəstəkləndi. O, soyğunçu kürd qrupları ilə, o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli birisi kimi tanınırdı. Bu üzdən də Dənbəlini təqib etmək çətin iş idi. Bir dəfə onu bir kürd kəndində mühasirəyə aldıqlarını sandılar. Ağır itki verərək bu kənd ələ keçirildi. Ancaq yenə də Dənbəlidən xəbər çıxmadı. O, gecənin qaranlığından yararlanaraq bu dəfə də qaçmağı bacarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etdilər. Dənbəli, Urmu gölünə tökülən çayların birinin axarını Abbas Mirzənin ordusuna tərəf dəyişdirə bildi. Amma planı baş tutmadı. Plan baş tutsa idi, Abbas Mirzənin ordusu yaranan bataqlıqda sürətli hərəkət imkanını itirib məğlub olacaqdı. Lakin Abbas Mirzənin manevrləri müvəffəqiyətlə sonuclandı və o bataqlığa Dənbəlinin öz ordusunu salaraq, onu pis yerdə yaxalandı. Dənbəli bu savaşda ordusu ilə bir yerdə məğlub oldu.”

1804-cü ildə Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə məsələ sadəcə bir neçə xanın qiyamının yatırılmasından ibarət deyildi, həm də xarici düşmənə qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda çox söz-söhbət dolaşmaqda idi. Şah bu ordunun komandanlığını Abbas Mirzəyə həvalə etdi. O zaman Fəthəli şah yüksək səslə nitq söyləyərək, onu tac-taxtın varisi e´lan etdi. Bunun səbəbi sadəcə mərhum Ağaməhəmməd şah tərəfindən qoyulmuş “Qacar yasası” deyildi. Abbas Mirzə öz ləyaqəti, bacarııq və istedadı ilə atasının güvənini və rəğbətini qazanmağı bacarmışdı. Azərbaycan, Qacar hökuməinin mərkəzi və başı idi və bu səbəbdən də oüçün çox böyük əhəmiyyət daşımaqda idi. Azərbaycanda çox sevimlən bir dövlət adamına çevrilmiş Abbas Mirzə ilə hər kəs, o cümlədən Fəthəli şah da hesablaşmaq zorunda idi.

Həmin il Abbas Mirzə, Növruz bayramı münasibəti ilə bölgələrdən gələn hədiyələri padşaha təqdim eməklə görəvləndirilmişdi. Bu cür qədim adət və ənənələr Şərq ölkələrində qərblilərin anlaya bilməyəcəkləri qədər önəm daşımaqda idi. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrini əmr etmişdi. Odur ki, digər şahzadələr içlərindəki həsədi zorla boğaraq, Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular. Sonra orduya baxış (hərbi parad) keçirildi. Şah, Abbas Mirzənin rəhbərliyi altında hazırlanmış ordunu yoxlayıb, hərbi keçidi izlərkən çox pahatladı. Rus ordusunun şöhrəti ilə bağlı gəzən söz-söhbətlər bu ordunu gördükdən sonra artıq onda dərin bir rahatlq hissi yaratmşdı. Xüsusən də Azərbaycan ordusunun komandanı Abbas Mirzənin atasına və ölkəsinə sədaqətlə bağlı olması şah üçün ayrıca bir qürur qaynağı idi.

 

I Azərbaycan-Rusiya savaşının başlanması

 

1804-cü ilin mayında Qacarlar hökuməti rus qoşunlarının Azərbaycanın bütün ərazilərindən, o cümlədən Tiflis və Dağıstandan çıxarılmasını tələb etdi. Ruslya bu tələbə rədd cavabı verdi. Nəticədə 1804-cü il iyunun 10-da iki dövlət arasındakı diplomatik münasilbətlər kəsildi. I Azərbaycan-Rusiya savaşı başlandı.

Fəthəli şah hələ Gəncə təhlükədə olarkən Cavad xanın köməyinə göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz qalıb ətrafdan kömək istəmişdi. Fətəli şahın ordusu yalnız 7 aydan sonra Tehrandan Rusiya qoşunları ilə vuruşmaq üçün Quzey Azərbaycana tərəf yola düşdü. Bu orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan şahzadə Abbas Mirzə rəhbərlik edirdi.

Əminə Pakravan əski mənbələrə istinadən yazır:

“Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca on minlərcə insan Abbas Mirzəni uğurlayır, ona başarılı olması üçün Tanrıdan yardımçı olmasını diləyirdilər. Abbas Mirzənin Azərbaycanda yayğınlaşan sayqınlığı üzündən bu ordunun tam əksəriyətini azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə bu kəz ayrı bir hisslə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal etməsi onun qüruruna toxunmuşdu.

Azərbaycana doğru səfərində Abbas Mirzəyə 60 min nəfərlik ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzənin ordusu Qəzvinin darvazasına çatdı. Qəzvinin elbayı olan şahzadə Məhəmməd Mirzə içindəki qısqanclığı gizləyərək Qəzvin əhalisi ilə bir yerdə Abbas Mirzənin istiqbalına vardı. Abbas Mirzə Təbrizə həmən çatmaq istədiyi üçün zaman itirmədən Qəzvindən ayrıldı”.

Fəthəli şah, ordunun dərhal Arazı keçib ruslara savaş açmasını istəyirdi. Abbas Mirzə də atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Abbas Mirzə yalnız Təbrizdə qısa bir müddətə dayanmalı idi, çünkü Azərbaycandan onun ordusuna qatılacaq minlərcə insan sıraya düzülmüşdü. İndi Abbas Mirzə artıq başqaları tərəfindən nəzarət edilən yeniyetmə bir gənc deyil, yetgin bir komandan, vələhd və Azərbayvanın hakimi idi. O, artıq savaşlarda təcrübə qazanmış yetişkin bir hərbçi, savaşçı idi.

Abbas Mirzə Təbrizə çatar-çatmaz bütün səyyahların xatirə kitablarında öyülməkdə olan bu şəhəri gəzməyə, dolaşmağa başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini üsusi cəlb etdi. Abbas Mirzə Təbrizdə hər gün məşvərət keçirirdi. Köməkçiləri il birlikdə Arazın o tayından gələn məlimat və xəbərləri dəyərləndirirdilər. Tacir və bəzirganlar şahzadəyə Təbrizin ticarət həyatı haqqında bilgilər verir və bir zamanlar Ağ dəniz tacirlərinin Təbriz bazarında təmsilçiləri olduğunu söyləyirdilər. Amma bütün bunların hamısı Şah Abbas Səfəvi dönəmində yox edilərək İsfahana daşınmışdı. Digər tərəfdən, zəlzələlər də Təbrizin geri qalmasına səbəb olmuşdu. Şəhərin sünni əhalisi bir qədər çəkinərək ona bu zəlzələlərin birində Göy Məscidin tağının ortadan dəlindiyini söyləyirdilər. Ona görə çəkinərək söyləyirdilər ki, Göy Məscid sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin həmin məscidi bərpa erdirməyə girişəcəyi tqdirdə şəhərin şiə hissinin qəzəbinə tuş olmasıdan qorxurdu. Lakin Abbas Mirzə üçün şiə-sünni deyə bir problem yox idi və o, şəhərin abadlaşdırılması, o cümlədən Göy məscidin bərpa edilməsi barədə fərman verdi. Bu fərman bütün şəhər əhlinin, xüsusən də tacir və sənətkarların böyük sevincinə səbəb oldu.

Amedee Jauberin yazdığına görə, bu səfər zamanı Abbas Mirzə Azərbaycanın bəylərbəyisi Əhməd Müqəddəmlə tanış və dost oldu. Yaşlanmış bəylərbəyi Qacar hökumətinin iqtidara gəlməsində çox əmək sərf ermiş, bir neçə savaşa da qatılmışdı. Abbas Mirzə bəylərbəyinin savaş təcrübələrindən, bilgilərindən yararlanmaq istəyirdi:

“Bəylərbəyi özünün silah kolleksiyasını Abbas Mirzəyə göstərdi. Kolleksiyada xüsusi zövq və səliqəylə yapılmış müxtəlif qılınclar, yüngül atəşli silahlar var idi. Bəylərbəyi ömrünün sonuna qədər Abbas Mirzənin xidmətində durdu”.

Jauber bildirir ki, vəliəd Təbrizi tərk edib Araz sahillərinə yetişəndə baharın sonları idi. Araz coşqun bir şəkildə axaraq uzanıb gedirdi. İlk dəfə uşaq ikən Araz çayını görən Abbas Mirzə bu dəfə onun sahilində bir sərkərdə və vəliəhd kimi dayanmış, çayı seyr edərək, çocuqluğunu xatırlamışdı. Ordu Xudafərin körpüsünün üstündən Arazın o biri tayına keçməyə başladı və bir qədər irəlilədikdən sonra Qarabağın Dadabəyli adlı bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas Mirzə ordunun öndə gələn isimləri ilə birlikdə vəziyyəti təhlil etdi, kəşfiyyatçıların rus ordusu ilə bağlı gətirdikləri bilgiləri onlarla bölüşdü.

General Sisyanov bölgədə kiçik xanları bir-birinin canına salır, onları bir birləri ilə savaşdıraraq zəif düşürürdü. Sisyanovun ən önəmli hədəflərindən biri müsəlmanlarla xristianlar arasında düşmənçilik yaratmaq idi. Bu şəkildə albanları, erməniləri və gürcüləri özünə tərəf cəlb edə biləcəyini düşünürdü.

Tamara Popovanın “İraklinin ailəsi” kitabında yazdığına görə, İrəvandan gələn xəbərlər heç də ürəkaçıcı deyildi. Hər kəs heyrət içində idi ki, görəsən nədən şah İrəvanın hakimi Məhəmməd xanı vəzifəsindən geri almamışdır. Abbas Mirzəyə Məhəmməd xanın ruslarla bərabər çalışması barədə bilgilər gəlməkdəydi. Məhəmməd xan rus ordusunun İrəvanın ətrafında yerləşməsinə izn vermişdi:

“Gürcü xanzadələr Aleksandr Mirzə və Təhmurəs Mirzə Abbas Mirzəni ziyarət etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, Lənkəran xanı Surxay Xan, Baki xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan Abbas Mirzəyə müsbət yanaşırdılar. Eyni zamanda, Xəzəryanı xanlıqların gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbi ilə gürcü xanzadələr Azərbaycanda rahat dolaşa bilirdilər. Onların can güvənliklərindən xanlıqların orduları sorumlu idi”.

Azərbaycan tərəfinin planına görə qoşunlar iki yönümdə: İrəvan- Qazax və Şuşa-Gəncə üzərinə hücum edərək Tiflisi tutmalı idilər, Qafqazda yerini bərkitməli, sonra isə Quzey Qafqazı Qızıyar xəttinə kimi “gavurlardan təmizləməli” idilər. Azərbaycan səltənətinin işğaldan öncəki quzey sərhədləri məhz həmin məntəqə hesab edilirdi. Rusiya komandanlığı üçün ön planda digər xanlıqların da ələ keçirilməsi dururdu. Qacar qoşununa qarşı ayrıca bir əməliyyat aparmaq nəzərdə tutulmurdu, çünki komandanlığın əmri altında olan rus qoşunları sayca az idi. Başlıca diqqət Azərbaycan qoşunlarının hərəkətinin qarşılanmasına yönəlmişdi. Bir də I Aleksandr və onun Qafqaz komandanlığı, “hər zaman zəfər çalmağa öyrənmiş Rusiya qoşunlarının” ciddi dirənişlə qarşılaşacağını düşünmürdülər.

“Nasex-üt Təvarix”də yazılanlara görə, Abbas Mirzə Gəncədəki vəziyyətlə bağlı çox əndişəli idi. Keçən il ruslar tərəfindən topa tutularaq istilaya uğramış Gəncəni geri alma haqqında düşünüb dururdu. Lakin Gəncəni geri almaq asan bir iş deyildi:

“Abbas Mirzənin casusları Gəncə saxlusunda (qarnizonunda) çoxlu rus əsgərinin və təchizatın olduğu barədə xəbərlər gətirirdilər. Bu üzdən də Gəncəyə nə şəkildə hücum edəcəyi haqqında ordu komandanları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi. İrəvan hakimi Məhəmməd xanın yanlış yönləndirməsi ilə Azərbaycanın tərəkəmələri Osmanlı torpaqlarına köç edir, mal-davarlarını Azərbaycandan çıxarıb Anadoluya sövq edirdilər. Çünkü İrəvan hakimi Məhəmməd xan şayiə yaymışdı ki, ruslar qalib gələcək və sonra da onların mal davarlarını əllərindən alacaqdır. Məhəmməd xanın bu şayiəsinin inandırıcı olması üçün Qars valisi də ona yardımçı olmaqda idi. Çünkü o da bu var-dövlətin Anadoluya axışmasından yana idi”.

Sözügedən kitabdan belə məlum olur ki, Abbas Mirzə, Mehdiqulu xan Dolluya Qars valisi ilə müzakirələr aparmaq slahiyyəti vermişdi. Mehdiqulu xan Dolluya bu səfərdə 600 silahlı kişi eşlik edirdi:

“Mehdiqulu xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna gətirildi. Mehdiqulu Xanla Qars valisi olan Osmanlı paşası türk dilində danışıb, anlaşırdılar. Paşa “Hər iki tərəf də müsəlman türk deyilik mi” deyə sorur və davam edirdi ki, “nədən buraxmırsınız buradan ta Ərzuruma qədər uzanan otlaqlıqlardan tərəkəmələr yararlansınlar?” Ancaq Mehdiqulu xanın “Bizim köçəriləri öz torpaqlarınıza çəkmə fəaliyətlərinizdən vaz keçin!” uyarısı gəldikdən sonra Osmanlı paşası nəsihət vermə tutumunu dəyişdirmək zorunda qaldı. Osmanlı paşası bir sünni fanatik olduğu üçün şiələrə xoş  baxmırdı. Mehdiqulu xan bir çox tərəkəməni Azərbaycana geri gətirmək üçün Qars valisiı ilə anlaşdılar”.

Mehdiqulu xan Dollunun köçərilərlə bərabər Azərbaycana döndüyü zaman Sisyanov öz güclü və nizamlı ordusu ilə İrəvana doğru hərəkət etməyə başlamışdı. Sürüləri Azərbaycana gətirən Mehdiqulu Xan özünü sürətlə rus ordusu ilə isti savaşa başlamış olan Abbas Mirzəyə çatdırmağa çalışırdı.

Şahzadə Abbas Mirzənin 60 minlik ordu ilə İrəvana yaxınlaşması Sisianov üçün gözlənilməz olmadı. O, bütün qışı qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirmişdi. 1804-cü il iyunun sonunda 3600 piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət olan rus qoşunu 12 top ilə artıq İrəvan yaxınlığında idi.

Savaş çox amansız bir savaşa dönüşdü və yalnız hər iki tərəfin yorğun düşməsi ilə durduruldu. Sisianov Üçkilsəyə doğru geri çekilmək zorunda idi. Onun ordusu geri çəkərkən Abbas Mirzənin “vur-qaç”çı qrupları tərəfindən hücümlara və çoxsaylı itkilərə məruz qaldı. Abbas Mirzə müntəzəm ordudan başqa Qarabağ və Qafqaz meşələrində və dağlarında savaşmaq üçün partizan qrupları da təşkil etmişdi. Partizanların hücumları ilə yanaşı şahzadə Abbas Mirzə öz əsas ordusu ilə də Sisianovu təqib etməyə başladı. Şahzadənin məqsədi Sisianovun toparlanmasına imkan verməmək idi. Bu şəkildə şahzadə Təbrizdən gəlməkdə olan ordunun da ona qatılması ilə Sisianova son zərbəni endirmək, sonra da Gəncəni ruslardan geri almaq barədə düşünürdü. Ancaq O, İrəvan hakimi Məhəmməd Xanın xəyanətindən qorxduğu üçün ordunun bir bölümünə ona nəzarət etmək üçün İrəvanda qalmasına əmr verdi. Bu üzdən də yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmin İrəvanda qalmalarını istədi.

Amedee Jauberin yazdığına görə, Üçkilsənin önündə qızğın savaş başladı. Sisianov topçularına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Bu savaşda Şahsevən və Xocavənd süvarilər elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmadığını, atılan topların onları hürkümədiyini görən ruslar ruh düşgünlüyünə uğramışdı:

“Sisianov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı bacardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan rabitəsi kəsildi. Yalnız süvarilərin hücumu hesabına rus toplarınn atəşinin susdurulduğu nəzərə alındığında Abbas Mirzənin nə qədər doğru taktika izlədiyi bəlli olur. Bu qələbə Azərbaycanda o qədər heysiyət yaratdı ki, hətta İrəvan hakimi Məhəmməd xanı belə ümidsizliyə mübtəla etdi”.

Jauber bildirir ki, İrəvan hakimi bu dəfə haqqında yaranmış şübhələri ortadan qaldırmağa çalışdı. Bu zəfər münasibəti ilə Abbas Mirzəyə çatması üçün Mirzə Şəfiyə hədiyələr gətirdi. Rus ordusu ilə əlaqəsi kəsilməyə başlayan Məhəmməd xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas Mirzə isə onu cəzalandırmaq fikrində deyildi. Çünkü belə bir işə girişsə idi, bölgədə iç savaş çıxardı, Sisyanov da bundan yararlana bilərdi. Ancaq İrəvan hakiminin bu cür davranışından istifadə edən Abbas Mirzə ordunu İrəvanın yaxınlığındaki Qarabulağa yerləşdirməyə başladı. İrəvan hakimi Abbas Mirzənin bu hərəkətindən narahat olsa da, ancaq edə biləcəyi bir iş yox idi. İrəvan tam Abbas Mirzənin ordusunun mühasirəsinə keçmişdi.

Tamara Popovanın yazdığna görə, bu arada partizan savaşları davam etməkdəydi. Bu əməliyatlarda gürcü xanzadələr Aleksandr və Təhmurəs Abbas Mirzəyə yardım edirdilər.

Əminə Pakrəvan isə yazır:

”Bu savaş zamanı Abbas Mirzə acı bir gerçəyi dərk etməyə başlamışdı. O, hiss edirdi ki, artıq bu biçim savaşların zamanı keçmişdir və onun ordusunda böyük texnoloji əksikliklər var. Abbas Mirzə texnoloji savaş haqqında öz bilgisizliyini də hiss edərək çox əndişələnməyə başlamışdı. Onda sonraki savaşlarda da bu cür rahatca qələbə əldə edə bilməyəcəyi haqda şübhəlr yaranmaqda idi”.

Bəli, həqiqət budur ki, Abbas Mirzənin ordusu modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin narahatlığına səbəb olurdu. Bu qüsuru aradan qaldırmaq lazım idi. Bunun üçünsə Qərblə münasibətə girməkdən başqa ikinci alternativ görmürdü. İlk dəfə rastlandığı və qalib olduğu bu savaş Abbas Mirzənin bütün düşüncəsini kökündən dəyişdirmişdi. O, öz ordusunu yeni silahlarla təchiz etməyi düşünürdü. Artıq klassik hərb dövrünün bitdiyini o, məhz bu savaşda anladı. Düşmən olsa da, Sisianovun savaş taktikasını bəyənmiş, onun silah baxımından üstün olduğunu görmüşdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş teknika və taktikası haqqında heç bir bilgiyə sahib deyil.

Bütün tarixi mənbələr Azərbaycan ordusunun Üşkilsə və Qəmərlidə şanlı qələbə qazandığını birmənalı şəkildə təsdiqləsə də, Azərbaycan tarixşünaslığı hələ də əski rus-sovet tarixşünaslığının təsirindən qurara bilməyərək hələ də əski nəğmələrini çalmaqdadır. Təsadüfi deyil ki, AMEA-nın Tarix İnstitutu tərəfindən nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının IV cildində bu yanlış sözləri oxumaqdayıq:

“Üçkilsə (Eçmiədzin) və Qəmərlidə olan ilk döyüşlərdə Sisianov üstünlük qazandı. İrəvan şəhərini mühasirəyə aldı. Gənc oğlunun  uğursuzluğunu eşidən Fəthəli şah özü də buraya gəldi. İkiqat çevrə yarandı: ruslar İrəvanı, İran (?) qoşunları isə rusları arxadan araya aldı. Bütün giriş-çıxış yolları rusların üzünə qapandı. Sisianovun ağır durumda olması dərhal onun “yerli müttəfiqləri” arasına pozuntu saldı. İlk öncə onunla yürüşə çıxmış gürcü knyazları döyüş meydanını buraxıb qaçdılar. Ancaq qapalı yol keçidlərində İran sərbazları(?) əsgərləri onları tutub əsir etdi”.

Fəthəli şah yanında olan xanzadə Aleksandrı gizli tapşırıqla Tiflisə göndərdi. Tiflis, Qazax və Borçalı türkləri dərhal Rusiyaya qarş üsyan qaldırdılar. Mirzə Adıgözəl bəyin yazdığına görə, “Şəmsəddinli mahalı, Tiflis şəhəri yə Nəsib bəydən başqa (Borçalı Nəsib bəy Gəncə savaşında mayor Lisaneviçin əlaltısı idi) bütün elat, kəndlər, hətta Başaçığa qaçan (gürcü) xanzadələr də gəlib valiyə (xanzadə Aleksandra) qoşuldular və üsyan etdilər”. Pənbəkli türkər də belə etdilər.

 

Azərbaycan-Fransa yaxınlaşması

 

1804-cü ilin yayında Fəthəli şah, Sultaniyə ovalığında qərargah salmışdı. Bu ovalığın çox gözəgəlimli və olduqca xoş təbiəti vardı. Təbrizlə Tehranı bir-birinə bağlayan yolun üstündə yerləşirdi. Sonralar ordunun barınağına çevrilən bu ovalıq öncələr şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdi. Şahzadə Cahangir Mirzə xatirələrində yazır ki, Azərbaycanda get-gedə daha da məşhurlaşan, sevilən və böyük hörmət sahibinə çevrilən Abbas Mirzənin orduda apardğı qərbsayağı islahatlar Fəthəli şahı qayğılandırmaya bilməzdi. Odur ki, o, Azərbaycana daha yaxın bir məkanda yerləşmək istəyirdi. İstəyirdi ki, Abbas Mirzənin reformlarından və etdikləri işlərindən daim xəbərdar olsun:

“Sultaniyə hələ Hülakülər zamanından boyük ticarət mərkəzi olan bir şəhər idi. Fəqət çoxsaylı müharibələr onu da bərbad günə qoymuşdu. Fəthəli şah bu qədim şəhəri yenidən öz əski qüdrətinə qovuşdurmağı düşünür və bu istiqamətdə tədbirlər görməyə də başlamışdı. Lakin hadisələrin gedişatı buna imkan vermədi. Bunun belə, həmin dövrdə Sultaniyə bir növ paytaxta çevrilmişdi. Bir çox xarici elçilər və digər müsafirlər burada qarşılanır və qonaq edilirdilər”.

Fəthəli şah, Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas Mirzədən gələn bilgiləri dəyərləndirdikdən sonra Xorasanda İsmayıl Xan Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana köməyə gəlməsini və Abbas Mirzəyə qatılmasını əmr etdi. Özü də saray adamları, ə´yanları və dövlət ərkanı ilə bərabər Qarabağa yola düşdü. Savaşlardan yorğun düşmüş Abbas Mirzənin ordusu, əlavə gücün gəlməsindən və şahın gəlişini duyduqdan sonra daha  ruhlandı, cuşa gələrək, Padşah Qarabağa varmadan öncə İrəvanın ətrafında bulunan rus birliklərinə hücuma keçdi, onları bölgədən bütünlüklə uzaqlaşdırdı.

Şahın çadırı İrəvan və Üçkilsə arasında uyğun və güvənli bir yerdə quruldu. Padşahın bölgəyə gəlişi durumu dəyişdirmişdi. Bölgə xanları öz hədiyələri ilə onun qəbuluna düşmək və hörmətlərini ifadə edə bilmək üçün, növbəyə düzülür, ad yazdırır və görüş üçün zaman alırdılar. Şahın görüşünə gələn önəmli adamlardan biri də Üçkilsədə məşhur alban din adamı kimi tanınan Beterk Daod idi. O, təkcə albanlar arasında deyil, bütün monofizit xristianlar arasında, o cümlədən ermənilər içərisində böyük hörmət və söz sahibi idi. Beterk ətrafını bürüyən cahil insanlara rəğmən oxumuş və bilgili bir insan idi. Bir çox səfərlərdə bulunmuş, Avropada olmuş və tarix mövzusunda bilik sahibi hesab edilən bir din xadimi idi.

Kont Alfere De Gardan atası General Gardanın məmuriyəti ilə ilgili yazdığı xatirələrində bildirir ki, Peterk yanındaki keşiş heyyəti ilə Fəthəli şahla görüşdü. Şah, Peterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və bu da Peterkin çox xoşuna gəlirdi. Çünkü şah onun huzuruna gələn başqa heç kimlə bu qədər uzun-uzadı söhbət etmir, heç kimə onun qədər dəyər vermirdi:

“Şah, özəlliklə Fransa və Napoleon Bonopart haqqında daha çox sorular sorurdu. Çünkü Con Molkolm fransızları ona yırtıcı vəvəfasız insanlar kimi tanıtmışdı. Ancaq Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onunAvropadaki qələbələri və şöhrəti Fəthəli şahı çox maraqlandrrdı. Digər tərəfdən də ruslara qarşı bu Avropaölkəsi ilə ittifaqa girməyin tərəfdarı idi. Beterkin fransızlar və gənc Napoleon haqqında anlatdıqları ConMolkolmun anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və dolğun bilgilər əldə edirdi”

Kont Alfere De Gardann xatirələrindən belə anlaşılır ki, Abbas Mirzə də Peterkin anlatdıqlarına çox böyük bir diqqətlə qulaq asırdı. Fətəli Şahın diqqət etmədiyi və ya önəm vermədiyi heç bir şey şahzadənin diqqətindən yayınmırdı. Xüsusən də islahatlar mövzusu ilə bağlı incə detallar. Gənc şahzadə Avropadaki reformların mahiyyəti ilə çox maraqlanırdı. Şahzadə Fransa haqqında daha müfəssəl bilgilər əldə etmək üçün sonradan Peterki qəbuluna çağırmışdı. Çünkü Hindistan əmirləri haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi.

Abbas Mirzə eşitmişdi ki, Hindistan əmirləri ordularını modernizə etmək üçün fransız albaylarını ölkələrinə dəvət etmişlər. Abbas Mirzənin oğlu Cahangir Mirzə öz xatirələrində atasının albanlarla çox xoş davrandığını, onların inanclarına hörmət etdiyini yazmaqdadır ki, bu da çox maraqlı məsələlərdən biridir.

1804-cü ilin yayı çox da böyük hadisələr baş vermədən sona çatd. Şahın Qarabağda olduğu müddət\ ərzində Abbas Mirzə komandan olmasına rəğmən, atasının güvənliyinin tam təmin edə bilmək üçün sıravi bir əsgər kimi hər gecə şəxsən özü postlara baş çəkirdi. Eyni zamanda atası ilə həmsöhbət olmaq üçün fürsət axtarır və gerçəkləşdirmək istədəyi reformlarla bağlı onun nəbzini yoxlamağı çalışırdı. Çünkü Tehranda şahın ətrafını sarmış din adamları Abbas Mirzənin Qərb yönümlü tutum və davranışını tənqid eməyə başlamışdılar və onun kafirlər kimi davrandığıı barədə xoşa gəlməyən sözlər söylədilər. Hər cür yeniliyə və dəyişikliyə qarşıı olan şah da bu söyləntiləri dinləyir, ancaq heç bir münasibət bildirmirdi. Din xadimlərinə Abbas Mirzəni özlrinə rəqib görən qardaşları da qoşulmuşdular. Əminə Pakrəvan vununla bağlı yazır:

“Onlar Azərbaycandan başlayaraq bütün səltənəti öz nüfuz və təsiri altına alan Abbas Mirzənin şəxsiyətini aşağılamağa çalışırdılar. Şah ölkədə mənəvi nüfuz sahibi olan din adamları ilə hesablaşırdı. Ancaq o, övladları içində ən çox Abbas Mirzəyə güvənirdi. Abbas Mirzə isə beynində tutduğu planlar barədə dərin bilgi vermədən atasının ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi”.

Fəthəli şah Qacar başqa xanları hürkütməmək üçün İrəvan hakimini vəzifəsindən almaq və İrəvana yeni hakim təyin etmək məsələsini ilərəkdən təxirə salmşdı. O bu səfər zamanı anlamşdı ki, Rusiya ilə savaşmaq çox da asan məsələ deyil. İşlər bu şəkildə davan edərsə, Tiflisi və ətraf bölgələri əldə saxlaya bilməyəcəklər. Bu səbəbdən də Abbas Mirzənin Fransa ilə müttəfiqlik qurmaq lazım olduğu barədə fikrinə müsbət yanaşırdı. Fransanın Rusiya ilə müharibəyə başlaması da bunda az rol oynamadı. Odur ki, şah məktub yazaraq onu bir alban vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın Bonoparta yaxınlaşma düşüncəsi ilə hərəkət etdiyi bir vaxtda Bonopart da Hindistana girmək üçün bu coğrafiyada özünə bir müttəfiq aramaqda idi.

 

Qarabağ xanlığının Rusiyaya tabe edilməsi. Kürəkçay

andlaşması

 

Sisianov korluq çəkən qoşun üçün azuqə gətirtməyə çalışırdı. Ancaq onun göndərdiyi 150 əsgər Qara mayor (Montrezor) başda olmaqla üsyan etmiş tərəfindən məhv edildi. Rus qoşunu içinə qızdırma-titrəmə (tropik malyariya) azarı düşdü. 1804-cü il sentyabrın 4-də Çiçişnov aradan çıxıb Tiflisə döndü. Üsyan etmiş “Borçalı və sair Gürcüstan elatı”nın üsyanı yatırıldı.

Gəncə xanlığı işğal edilən kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirmişdi. O, mayor Lisaneviçi Gəncədən birbaşa İbrahim xanın yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etmiş, xan da, Mirzə Cavanşirin sözləri ilə desək, “mayora xoş cavablar verərək, onu böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola salmışdı”

Təbii ki, Gəncə faciəsi göz önündə idi. Bu zaman Qarabağda vəziyyət olduqca mürəkkəb idi.

Məlum olduğu kimi, Qarabağ xanlığı XVIII əsrin 40 – cı illərində yaranmış və 1822- ci ilə qədər mövcud olmuşdur. Səfəvilər dövründə isə bu ərazilər Gəncə – Qarabağ bəylərbəyinə daxil idi ki, buna da Qacarlar nəslindən olan Ziyadoğlular rəhbərlik etmişlər. Ərazisi Araz və Kür çayları arasındakı torpaqlar idi. Şəki, Gəncə, Irəvan, Naxçıvan, Qaradağ, Cavad, Şamaxı xanlıqları ilə sərhədləri vardı. Mərkəzi Bayat qalası, Şuşa şəhəri (1750 – ci il) idi. Xanları – Pənahəli (1748 – 1763), Ibrahim Xəlil (1763 – 1806), Mehdiqulu (1806 – 1822) olmuşdur.

Qarabağ xanı Ibrahim xan Fəthəli şah Qacara qarşı ruslarla yanaşı Osmanlılarla da əlaqə yaratmağa çalışırdı. O, Sultan III Səlimin (1789 – 1807) böyük vəzirlərindən birinə yazırdı:”…qızlbaşdan Ağa Məhəmməd xan ortaya çıxıb, Əcəm mülkünə daxil olan Iraq məmləkətini və fars şəhərlərini ələ keçiribdir. Onun indiki istəyi budur ki, Azərbaycan diyarına gedib, Araz çayını keçərək, əvvəlcədən mənim, sonra Irəvan xanı Məhəmməd xanın, daha sonra isə Gürcüstan üzərinə hücum edib öz niyyətini bu yolla həyata keçirsin. Indən belə məsləhət şövkəti əfəndinizindir. Sizdən rica budur ki, bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyəsiniz. “.

Qarabağ xanı bu cür manevrlərlə öz müstəqilliyini qoruyub saxlamağa çalışsa da Gəncə xanlığının rus qoşunları tərəfindən işğalı və general Sisianovun rəhbərliyi ilə yerli əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlər onu təcili olaraq Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağa məcbur etdi.

1805 – ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov mayor Lisaneviçi Ibrahim xanın yanına göndərib ondan Rusiyanın təbəliyinə keçməyi tələb etdi. Gəncədə və Car – Balakəndə rusların etdiyi ağılasığmaz vəhşiliklər Qarabağ xanını bərk qorxutmuş və ruslarla ehtiyatlı davranmasına səbəb olmuşdu. Tarixçi Əhməd bəy Cavanşir yazır: “Bu zaman Qarabağ əyanları bir – birinə düşmən olan iki hissəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziya işlərinə qarışmasını gözləyərək heç bir vəclə Irana tabe olmaq istəmir, digəri isə… qızılbaş hökümdarını hər vasitə ilə razı salmağa çalışırdı. Şuşa şəhəri qızılbaşlar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi.”

Əhməd bəy Cavanşirin yazdığına görə, “… Şuşada əyanlar bir-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözləyərək” heç bir vəchlə qızılbaşlara tabe olmaq istəmir, digəri isə… qızılbaş hökmdarını hər vasitə ilə razı salmağa çalışır. Son anda Qarabağda ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Əhməd bəy Cavanşir burada ayrıca qeyd edir ki, “o zamankı qızılbaş sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa şəhəri qızılbaşlar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi”.

İrəvandan döndükdən sonra Fətəli şah Qarabağ xanlığını mərkəzi hökumətə tabe rtməyi qarşıya məqsəd qoymuşdu. Gəncə tutulduqdan sonra ruslar üçün Qarabağa yol açıq idi. Şah öz sarayında əmanət olan Əbülfət xanı beşminlik bir qoşunla “atasına yardım və kömək göstərmək adı ilə” (M.Camal Cavanşir) Qarabağa göndərdi. Tapşırdı ki, Məhəmmədhəsən  ağanı və İrana qarşı olan bir neçə Qarabağ bəylərini şahın hüzuruna göndərsin. İbrahim xan şahın yardımını qəbul etməyib, oğlu Əbülfət xana ağır cavab göndərdi, Qarabağ torpağına girməyi ona yasaq etdi. Ancaq oğlu bu yasağı pozdu. Dizaq mahalının Tuğ kəndində olan İbrahim xan və Məhəmmədhəsən ağa şah qoşununu burada qarşılayıb məğlub etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi, qızılbaşlardan çoxu öldürüldü, bir çoxu əsir düşdü.

Fətəli şah özünü sındırmayıb, qulluğunda duran üç xanı Qarabağa göndərdi. Şah “bu elçiləri mülayim və şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla dolu fərman ilə İbrahim xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum İbrahim xan nəslinə verəcək; övladlarından iki nəfərini də Şuşa qalasına, İbrahim xanın yanına girov göndərəcəkdir” (M.Camal Cavanşir). Bu eşidilməmiş güzəşt (şahlar və çarlar adətləri üzrə xanlardan oğlanlarını girov alardılar) qarşılığında Gəncə və Tiflis yolu üstündə çox önəmli yer tutan Əsgəran qalası qızılbaş qoşununa təhvil verilməli idi.

İbrahim xan şahın fərmanını cavabsız buraxdı, Tiflisə elçi göndərib Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri bölüyü ilə Qarabağa göndərildi. 1805-ci ilin yazında Sisianov Qacar hökumətini qabaqlayıb Quzey Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi. Buradan İbrahim xana məktub yazıb, Rusiya ya Azərbaycan dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi ötkəmliklə tələb etdi. O yazırdı ki, bu iki yoldan “sizə yalnız yaxşısını seçmək qalır”.

Onun anlayışında “yaxşı yol”, təbii ki, Rusiya idi. Qoca Qarabağ xanı yaşamında belə bir kəskin vaxt azlığı ilə üz-üzə gəlməmişdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı. İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlarağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə “böyük sərdarın” yanına çağırdı. Sonra andlaşma oldu: xanlar”Andlı öhdəlik” (“Klətvennoe obehanie”) adlanan müqaviləyə möhürlərini basdılar.

Sözügedən sənədin məzmunu belə idi:

 

ANDLI ÖHDƏLİK

(Rus dilindən tərcümə)

 

Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd (s) qarşısında İ.Ə. (imperator əlahəzrəti)nə; özümün həqiqi və əsl lütfkar [hamisi böyük Aleksandr Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İ.Ə. vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı, son damla qanıma qədər əsirgəməməyi istəyirəm və buna borclu olduğum haqda söz verir və and içirəm…

 

Traktatın layihəsi

 

Qadir Allah naminə!

Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttiıi kn. Pavel Sisianov olduqca mərhəmətli böyük İ.Ə. Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

 

Birinci maddə

 

Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından Persiya və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İ.Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövləti hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

 

İkinci maddə

 

İ.Ə.zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəmə-yəcəklər, buna sübut olaraq İ.Ə. zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasma öz imperator zəmanətini verir.

 

Üçüncü maddə

 

Zati-aliləri Şuşalı və Qarabağh İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfındən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf. – gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

 

Dördüncü maddə

 

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyinüz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfındən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

 

Beşinci maddə

 

İ.Ə.- i Şuşalı və Qarabağh İbrahim xanm ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasmı razılıqla qəbul edərək, özünün və varislərinin adından söz vərir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərargah və başqa zabitləri ilə, [habelə] toplarla birlikdə yeridiləcək, ciddi müdafıə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

 

Altıncı maddə

 

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasmı [Gürcüstan] Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

 

Yeddinci maddə

 

İ.Ə.-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

 

Səkkizinci maddə

 

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan I.Ə.-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8.000 çervon bac vərməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İ.Ə. tərəfındən təsdiqi zamanı birinci hissənin, yəni 4.000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

 

Doqquzuncu maddə

 

İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri (xamn) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

 

Onuncıı maddə

 

Bu müqavilə əbədi müddətə bağlamır və bundan belə həmiəlik heç bir dəyişikliyə uğramamalıdır.

 

On birinci maddə

 

Bu traktın İ.Ə. tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərman ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakılarm həqiqətə uyğun olduğunu [bildirmək] üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yazında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayırda) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.

Məlumat üçün bildirək ki, biz bu sənədin tərcüməsini 2007-ci ildə Bakıda, akademik S. Əliyarlının redaktəsi ilə nəşr edilmiş “Azərbaycan tarixi üzrə qaynaqlar kitabından əxz etmişik və tərcüməçilər kimi orijinaldan, yanlış olaraq, “İran” kimi tərcümə edilmiş “Persiya” kəlməsini olduğu kimi saxlamağa üstünlük vermişik. Sənəddəki “Gürcüstan” termininə gəldikdə, burada heç bir səhv yoxdur. Məsələ burasndadır ki, Tiflis xanlığı işğal edildikdən sonra onun ərazisi ruslar tərəfindən məhz belə (Грузия) adlandırılmağa başlanmışdı.

Tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi bəlli olan bu sənəd XIX yüzilin başlanğıcında Rusiya-Azərbaycan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Onun mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişir. Raportun mətni isə öz növbəsində «Qafqaz Arxeoqrafıya komissiyasınm topladığı aktlar»ın II cildində çap edilmişdir (bax: Акты собранные Кавказскои Архоаграфическои Комиссей, т. II. Под ред. А. Берже. Тифлис, 1868, sənəd 1436, səh. 702-705). 

 

Abbas Mirzənin Azərbaycan hakimi təyin edilməsi və uğursuz Gəncə yürüşü

 

Abbas Mirzənin arzusunda olduğu reformaları gerçəkləşdirə bilməsi üçün  sadəcə Azərbaycan ordusunun komandanı olması kifayət etmirdi. Bunun üçün o, həm də bütün Azərbaycanın hakimi olmalı idi. Odur ki, bu vəzifəni də atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk arzusu Təbrizdə güclü hərbi sənaye kompleksi qurmaq idi. Şah da oğlunun bu arzusunu bilirdi. Oğlu artıq tam yetişmiş bir sərkərdə və diplomata çevrilmişdi. Amma Fəthəli şah müharibəyə özü başçlıq ermək, sevimli oğlunu isə Tehrana göndərərək səltənətin bütün idarəsini ona tapşıqmaq barədə düşünürdü.

Abbas Mirzə başa düşdü ki, belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu və istəkləri ürəyində qalar. O, ömründə atasının iradəsinə qarşı çıxmamışdı. Ancaq eşidəndə ki, atası onun üçün Loristanda bir ovçuluq əyləncəsi təşkil edib, içini iztirab sarmağa başladı. Abbas Mirzə din adamlarının və rəqiblərinin atasını yoldan çıxartdıqlarını anladı. Din xadimləri və rəqiblər məsələsini istədikləri kimi həll etmək üçün yalnız bircə yolun olduğunu, Abbas Mirzənin Azərbaycandan uzaqlaşdırmaq lazım olduğunu fikirləşir və buna da çalışırdılar, Çünkü Azərbaycandan ayrılarsa, Abbas Mirzənin islahatlarının artıq heç bir mənası qalmaz..

Vəliəhd üçün isə Azərbaycandan ayrılmaq ölümə bərabər bir şey idi. Çünkü onu bu səviyələrə gətirən Azərbaycan xalqı olmuş və o da Azərbaycana könüldən bağlanmışdı. Azərbaycansız bir əyləncə Abbas Mirzə üçün anlamsız idi. Doğrudur şahın Abbas Mirzəyə olan məhəbbətində və sevgisində bir dəyişiklik baş verməmişdi, lakin o, sarayda hər hamsı kiçicik bir nifaq və qarşıdurmanın olmasını da istəmirdi. Odur ki, şahzadə bütün cəsarətini toplayaraq atasına müraciət eməyə qərar Verdi. Bunun üçünsə məqam gözləmək lazım idi.

“Tarix-e Əzodi”də bildirilir ki, Qacar sarayının özəl bir süfrə mədəniyəti var idi. Gözəl qadınlar padşahın yemək işləri ilə məşğul olurdular. Bu qadınlar böyük yemək sarayının özəl xidmətçiləri idilər. Burada Padşah, şahzadələr, şah ailəsinə mənsub digər insanlar və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima bu anı gözləyərdilər ki, arzularını atalarına bildirsinlər:

“Bir gün şam yeməklərinin birində şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün göründüyünü hiss etdi. 1805-ci ilin sevimli bahar günlərində Abbas Mirzənin ruhunu saran və onu yorğun göstərən yalnız bircə şey vardı ki, o da Azərbaycandan ayrılmamaq, əksinə Azərbaycanın hakimi vəzifəsini alaraq, arzusunda olduğu islahatlara başlamaq idi. Şah bu durumu həftələr öncə sezmiş olsa də, sanki, bunun səbəbini bilirmiş kimi Abbas Mirzədən heç nə soruşmurdu. Amma həmin gecə ən çox sevdiyi oğlunun kədərli çöhrəsi onu bir ata kimi narahat etməyə başlamışdı və ondan nədən bu qədər bikef olduğunu soruşdu. Abbas Mirzə

sonsuz ədəb və ehtiramla atasının hüzurunda göz yaşları ilə bu sözləri söylədi:

-Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan ayıracaqsınızsa, o zaman fərman verin məni öldürsünlər. Çünkü mənim üçün Azərbaycandan ayrı qalmaqla ölümün heç bir fərqi yoxdur. Lütfən məni Azərbaycandan ayırmayın.

Abbas Mirzənin bu sədaqəti atasını çox etkilədi. Atasının da gözləri dolmuşdu. Fəthəli şah “Səni Azərbaycandan ayırmayacağam” dedi. Bu anda Abbas Mirzə ömründə ilk dəfə atasından bir xahiş edi və “Ata, mənə Azərbaycanın hakimliyini də verin lütfən” dedi. Şah bütün saray dedi-qodularına rəğmən, Abbas Mirzənin sədaqəti qarşısında yəslim oldu və onun bu istəyi ilə də razılaşdı”.

Beləliklə, Abbas Mirzə rəsmən Azərbaycanın hakimi oldu. Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun evinə dönüşdü. Azərbaycan onun düşüncələrinin, istəklərinin həyata keçiriləcəyi  mərkəzə çevrildi.

Ata-babalarnın bu qədim yurduna o qədər bağlanmışdı ki, ömrünün sonlarında tale onu başqa yerə, Xorasana apardığında qürbət hissi canını sıxmağa başlayacaqdı.

Əminə Pakrəvann yazdığına görə, Abbas Mirzə Azərbaycanda ilk öncə hərbi islahatlara başladı. Şah, baharın sonlarında təkrar Sultaniyəyə, Abbas Mirzə isə yeni görəvlərlə Qarabağa gəldi:

“…Budəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün deyə yolunu Qaradağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı. Abbas Mirzə hər şeydən öncə eynən əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin rəftarı onu rahatsız etməkdə idi. İbrahim Xan Qarabağda əsgəri birlik toplayaraq kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam dəstək verməmiş, sadəcə bir neçə yüz təlim görmüş ancaq kazak olmayan süvarilərlə onun istəyinə cavab vermişdi.

Rusların təlim görmüş əsgəri birliklərinə “kazak” deyirdilər. Ancaq rusların kazaklardan başqa kazaklar qədər tam təlim görmüş birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq istəyirdi. Abbas Mirzə körpüdən keçər-keçməz savaş başladı, Vəliəhd bu zəif ordunu çox qısa bir müddətd darmadağın etdi. Bu zəif əsgəri birlik zərərsizləşdirildikdən sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu on il sürən savaş dövründə və bütün savaş yolları Şuşadan keçir və bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni meşənin içində pusqu durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi.

Gəncliyinin ilk çağlarında hər kəsə rahatca və çox tez inanan Şahzadə yavaş-yavaş etimadsızlıq dərsi öyrənmiş və siyasiləşmişdi. Dərbənd, Quba və Lənkəran xanlıqları vəfadarlıq peymanlarını yeniləyirdilər. Lakin nə zamana qədər? Mustafa Xan Şirvani yenidən ruslara üz tutmuşdu. Baqration xanzadələrinin vəfadarlıqlarına rəğmən Gürcüstanda Rusiya tərəfdarları güclənməyə başlamışdı. İrəvanın hakimi Məhəmməd Xan təkrar düşmənlə gizli irtibata girmişdi. Rusların müttəfiqi olan Cəfər Xan Dənbəli açıq şəkildə vasitəçilik rolunu oynayırdı”.

İşğalçı rus ordusunun Gəncədə bulunan komandanı Kotlyarevski rus ordusunun məğlubiyətini eşitdikdən və Abbas Mirzənin Qarabağın kilid nöqtəsi olan Şuşanı mühasirə etməyə hazırlaşdiğını bildikdən sonra Qarabağdaki rus ordusunun və müttəfiqlərinin yardımına gəldi. Altı gün şiddətlə davam edən bir savaş başladı. Ruslar qəbristanlıqların birində mövqe tutmuşdular. Bu dyüşdə Abbas Mirzənin önəmli komandanlarından biri Sadiq xan Qacar ağır yaralandı. Azərbaycan ordusuna bir sra öndə gələn şəxsləri öldülər ya da yaralandılar. Hər iki tərəf yorulmuş və savaş səngimişdi. Fürsətdən istifadə edən Kotlyarovski ordusunu Tərtərə tərəf çəkməyə başladı. Bu an Gəncəni geri almaq üçün çox gözəl bir fürsət yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları bezdirmişdilər. Bu arada Abbas Mirzənin şöhrəti bütün Azərbaycanda yayılmışdı. Gəncəlilər də onun gəlişini səbirsizliklə gözləyir və Abbas Mirzəyə yardımçı olmaq üçün tam hazır idilər. Şahzadə Cahangir Mirzə xatirələrində yazır ki,  Abbas Mirzəyə bütün Azərbaycanda məzlumlarının hamisi və işğalçılardan intiqam alan bir şəxsiyət kimi baxılırdı. O, bu fürsəti dəyərləndimək amacı ilə Şuşanın muhasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf hərəkət etdi:

“Gəncəyə yaxınlaşdıqca rus zülmündən bezmiş minlərcə kəndli Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, müraciətdə bulunurdular. Ancaq Fəthəli şah Şuşanın alınmasında israrlı idi. Şahzadə və şah arasındaki bilgi alış-verişi zamanın itirilməsinə səbəb oldu. Bu fürsətdən yararlanan Kutlerovski yardımçı güc cəmləməyə və güclü topxana qurmağa nail oldu”.

Fürsət əldən verilmişdi. Abbas Mirzə anladı ki, geri çəkilməkdən başqa çarə yoxdur. Çünkü hərbi sursat baxımından özündən qat-qat güclü olan bir ordu ilə savaşa girmək məğlubiyətdən başqa bir nəticə verməzdi. Bu da xalqın Abbas Mirzəyə olan güvənini zədələrdi. Əminə Pakrəvanın yazdığına görə, baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq ordunun geri çəkilməsi duyulduqdan sonra insanlar nalə və fəryad edərək dəstə-dəstə Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Onlar Abbas Mirzəyə yalvarırdılar ki, onları da özü ilə aparsın və rus ordusunun zülmü altında qoymasın:

“Amma düşmən çox güclü idi və ağır silahlarla əchiz edilmişdi. Abbas Mirzə bilirdi ki, bu insaların istəklərinə uyaraq, qalıb savaşacaq olarsa, bütün ordunu qırğına verə bilər. Bu üzdən də geri çəkilməkdən başqa bir çarə yox idi. Abbas Mirzə bu geri çəkilmə mərhələsində başqa bir önəmli hadisəyə də şahid oldu. Bir neçə gün öncə qələbə uğrunda ölümə hazır olan ordusu, geriçəkilmə əmri gəldikdən sonra xəyal qırıqlığına uğramış və ordudan fərrarilik hadisələri başlamışdı. Bəzi bölgə xanları da bu geriçəkilmədən istifadə edərək ruslarla açıq şəkildə iş birliyinə girmişdilər”.

Vəziyyət o qədər pis hal almışdı ki, hətta ordunun içində xəyanət edənlər belə ortaya çıxmağa başlamışdı. “Tarixi-e Əzodidə yazılanlardan belə anlaşılır ki, isti iyul günlərinin birində Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə durdu. Vəliəhdə içməsi üçün yenicə su gətirmişdilər ki, qəfildən açılan bir güllə Abbas Mirzənin ayağına tuş gəldi. Abbas Mirzənin ayağını sıyırıb keçən güllə orduda ruh düşgünlüyünü daha da artırdı:

“Abbas Mirzə ayağını sarıtdıraraq təmkinlə ata mindi və ordunun geri çəkilməyə davam etməsi əmrini verdi. İrəvandan sonra yolda hər hansı bir təhlükənin olacağı gözlənilməsə də şahzadə Pirqulu Xan Qacarı qaçqınları Arazın o tərəfinə keçirmək barədə təlimatlandrdı. Hərbi karvan Gəncə ətrafını tərk etdikdən üç həftə sonra Xudafərin körpüsünə çatdı. Abbas Mirzə müdafiə sistemini gücləndirmək məqsədi ilə bir neçə gün İrəvanda qaldı. Sonra da ordusunun Əhərdə düşərgə salmasını istədi”.

 

Şəki və Şirvan xanlıqlarının işğalı

 

Sisianov əski Şəki hakimi Məhəmmədhəsən xana çox inamsız yanaşırdı. Gəncənin çökdürülməsindən altı gün sonra (9 yanvar 1804) o, Məhəmmədhəsən xana təhqirlə dolu bir məktub göndərmişdi. Xanı milçək, öz dövlətini isə qartal adlandıran Sisianov burada yazırdı: “Əmin ol, mənim yalnız bir buyruğum yetər və onda Nuxa xanlığı da Gəncə xanlığı kimi yox olacaq”. Ancaq bu xanın yerinə göz dikmiş olan Səlim xanın da başına “ağıl qoyurdu”. Səlim xan xanlığın ona verilməsi barədə Sisianovun and içib söz verməsini xahiş etmişdi. Baş komandan bu məktuba cavab verməmiş, onun yerinə polkovnik Karyagin xana belə bir məsləhət vermişdi:

“Çoxmu gərəkdir siz Nuxada xan olasız? Axı, gerçəyi budur ki, mərmi və güllə havası altında o, hər hansı bir xanı oynamağa məcbur edə bilər; siz əgər Nuxa xanlığına bərpa olunmaq istəyirsinizsə, pers bicliyi ilə möhürsüz axmaq məktublar yazmalı deyil, onun (Sisianovun) çağırışı ilə Tiflisə yanına gəlib rica etməlisiniz…”

Əhatəli siyasi dərslərdən sonra xanlığa çıxarılan Səlim xan, təbii, İbrahim xanın “köməyilə mərkəzi hökumətə (Rusiyaya) arxalanırdı” (M.Adıgözəl bəy). Şəki xanlığı əslində Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində tabe edildi. M.Adıgözəl bəy də, M.Camal Cavanşir də bunun belə olduğunu yazırlar:

“Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi”. Ancaq siyasətçilik işlədərək, Şəki xanlığı haqqında andlaşmanın tarixi bir həftə sonraya çəkildi: 21 may 1805-ci il. Hər iki andlaşma bir-birinə əkiztayı qədər bənzəyişli idi. Şərtləri də eyni. Səlim xan da bir gündə rus ordusunun general-leytenantı oldu, çara baş komandanın vasitəçiliyi ilə ərizə yazıldı. “Dörd aydan sonar (hər iki xana) bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı” (M.Camal Cavanşir).

Şəki xanlığına da 500 rus əsgəri göndərildi. Rus qoşunu üçün ayrıca bir qala tikilməsi nəzərdə tutulurdu. (Ancaq bu qala tikilmədiyindən memarlıq incisi olan Şəki xan sarayı kazarmaya çevrilmişdi). Yalnız bir fərq vardı. Bu xanlıq üzərinə qoyulan bac ödənişi 7000 çervon idi.

1805 – ci ilin iyununda Abbas Mirzə on min əsgər ilə Qarabağ üzərinə hərəkətə başladı. Cəbrayıl yaxınlığında Lisaneviçin rus qoşunlarını darmadağın etdi. Ruslar Şuşa qalasına sığınmalı oldular. Qızılbaş ordusu iki qola ayrıldı. Biri Şuşanın dörd ağaclığında Ağoğlanı , o biri yarısı isə Əsgəran, Şahbulağı qalalarını tutdu. Onlara qarşı baş komandan daha bir alayını çıxardı. Amma on bir günlük döyüş zamanı  göndərilmiş qoşunun yarısı qırıldı, polkovnik Karyagin və podpolkovnik Kotlyarevskı yaralandılar. Rus qoşunu Şahbulağı alsa da, çəkilib Gəncəyə getməli oldu.

Fətəli şah da qalan qızılbaş ordusu ilə Ağoğlana gəlmişdi. Ancaq Xəzər dənizi ilə Lənkəran və Rəşt (Gilan) vilayətlərinə rus qoşunu çıxarılması barədə xəbər alan kimi geriyə dönüb Ərdəbilə getdi. Baş komandan Sisianov isə bu zaman qoşunla Tiflisdən Azərbaycanın içlərinə doğru yollandı. Bunu eşidən Abbas Mirzə onunla qarşılaşmadan öz növbəsində Tiflis üzərinə yol aldı, Sisianovun orada olmamasından faydalanmaq istədi. Amma Zəyəm yaxınlığında onun ardınca qoşan Karyaginə üstün gələ bilmədi. Azərbaycam qoşunu burada böyük itki verib, Qazax sultanlığına daxil oldu. Abbas Mirzə, ayrıca bir fərman və xanzadə Aleksandrın vasitəsilə qazaxlılardan onun tərəfinə keçməyi, Tiflis üzərinə yürüşdə ona yardımçı olmağı tələb etdi. Qazaxlılar isə bu zaman artıq Rusiya komandanlığına sadiq qalmağa söz vermişdilər. Onlar Əliağa Avçı oğlu adlı bir bəyi Abbas Mirzə və Aleksandrın yanına guya, danışıq üçün göndərib vaxtı uzatdılar. Qazağın dinc əhalisini Sənain və Əhlatda alban monastırlarına köçürüb, rus komandanlığından yardım istədilər və yalnız bundan sonra Abbas Mirzənin sözünü rədd etdiklərini bildirdilər. Azərbaycan qoşunu yuxarı yol ilə Qazağa yetişdikdə hazırlıq görmüş yerli qoşun çəkinmədən onunla döyüşə girdi. Mirzə Feyzullah bu barədə belə yazmışdır:

“Qazax əhli onların (Azərbaycan qoşunlarının) İrəvana sarı gedişinə dirəniş göstərdi. Demək olar hər fərsəxdə, – bunların isə İrəvan düzənliyinin başlanğıcına kimi toplu sayı 18-dir, – qazaxlılar pusqular qurur və o dərəcədə qorxu bilmirdilər ki, şahzadə Abbas Mirzəyə güllə atmışdılar”.

Döyüşlərdən sonra Qazax hakimi rus komandanlığına ayrıca raport göndərdi. Qafqaz Arxeoqrafiya Komissiyası aktlarının II cildində çap edilmiş (N 1118) bu yazıda deyilirdi:

“Biz bütün qoşunları toplayaraq, öz piyada və atlı (döyüşçülərimizlə) onların üzərinə getdik, … onları əzərək üzərlərində zəfər qazandıq, … bir çoxunu öldürdük, falkonet, silah və barıtlarını, güllə, yeyim ehtiyatını və başqa şeyləri, çoxlu at, qatır və dəvələrini əllərindən aldıq”.

Azərbaycan ordusunun Tiflis yürüşü Zəyəm və Qazax döyüşləri ilə pozuldu. Abbas Mirzə Dilican dərəsi ilə çıxıb getməli oldu.  Fətəli şah çıxıb getmiş olsa da, Sisianov Qarabağda Honaşen və Şuşaya kimi irəlilədi. İbrahim xanın yanına göndərilmiş üç İran elçisini özü llə götürüb, buradan “böyük hörmət və razılıqla” Tiflisə getdi. Yenl yürüş hazırlığına son verib 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçdi, “Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf hərəkət etdi” (Mirzə Camal Cavanşir). Bu zaman onun əli altında 10 topu olan 1500 piyada və bundan az olmayan atlı qoşun var idi. Şirvan torpağına girdikdən sonra Sisianovun tələbi ilə 1500 Qarabağ atlısı da general-mayor Mehdiqulu ağanın başçılığı ilə bu qoşuna qoşuldu.

Sisianov bu yürüşü çox önəmli sayırdı. İrəvan və Meqreli tutmaq, bütün Transqafqazda bərkimək üçün Şamaxı-Bakı-Dərbənd yollarını ələ keçirmək, bununla da Rusiyaya çıxış açmaq onun başlıca istəyi idi. Mirzə Adıgözəl bəy bu barədə belə  yazır:

“Onun əsas fikiri bu idi ki, iki dəniz arasında sahə əldə edilsin və hər iki dənizdən xalqın gediş-gəlişi təmin edilsin”.

Sisianov bununla bağlı Qara dənizə doğru qoşun göndərsə də, Xəzər dənizi üzərinə çıxmağı başlıca iş sayırdı. Yürüşə çıxmazdan öncə (1805-ci il oktyabrın 29-da) general-mayor P.D.Nesvetayevə yeni qoşun verməkdən boyun qaçıraraq yazırdı:

“… Mən onları (qoşunları) Şirvan xanını və Bakını qorxu altında tutmaq üçün burada saxlamışam… əgər Bakı alınsa və Şirvan əyaləti traktat ilə Rusiya təbəəliyinə keçsə, mən elə bu qış bircə Sevastopol alayı və 200 yegerlə… İrəvan üzərinə gedəcəyəm; indi isə, görünür Bakı üzərinə getmək gərək olacaq”.

Şirvan hakimi Mustafa xan yola gəlmək istəmirdi. Köləlik gətirən “dəmir geyimli alayları” öyməkdən yorulmayan o zamankı tarixçimiz M.Adıgözəl bəy yazır:

“Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə idi. Buna baxmayaraq o, böyük dövlətin itaətini qəbul etməkdən boyun qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab sərdar (Sisianov) onu cəzalandırmağı və qəflət yuxusundan oyatmağı lazım bildi”.

Mustafa xan yaxın adamlarını, “öz elat və təbəələrini” yığıb qoşunla Lahıc yaxınlığındakı Fit dağına çəkildi. Möhkəm sığnaq olan bu dağda səngər qurub düşərgə saldı. Bir neçə kiçik çarpışmalar sayılmazsa, iş davasız-savaşsız başa çatdı. Mustafa xan Rusiya komandanlığının tələblərini qəbul etdi. Amma rus ordusu düşərgəsinə gəlməkdən boyun qaçırdığı üçün, andlaşma bu düşərgə ilə Fit dağı arasında, düzənlikdə dekabrın 27-də imzalandı. Kürəkçay andlaşmasının bəndləri burada da təkrar edildi: Şirvan xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, öz xəzinə gəlirindən 8 min çervon Rusiyaya bac verməyi, rus ordusunun ərzağını ödəməyi və Şirvandan keçən yollarda əmin-amanlıq yaratmağı öhdəsinə alırdı. Rus qoşunlarının Şamaxıda yerləşdirilməsinə Mustafa xan razılıq vermədi. Bunun qarşılığında Cavad bölgəsində, Kür çayının ağzına yaxın yerdə rus komandanlığına qala tikmək hüququ verilirdi. Halbuki danışıqlar zamanı xan, Cavad bölgəsinin Şirvanın tərkibində saxlanılmasını, heç bir zaman Qarabağ xanlığına verilməməsini tələb edirdi.

 

Rusların Bakıya hücumu və Sisianovun qəhrəman Bakı xalqı tərəfindən cəhənnəmə vasil edilməsi

 

Abbas Mirzə geri çəkilirkən İsmayıl Damğanini ordunun önəmli bir bölümü ilə Sisianovla savaşmağa göndərmişdi. İsmayıl Damğani ani hücumla Sisianovu Tərtərə tərəf geri püskürtdü. Beləcə, Şuşa və rus ordusunun barındığı hərbi kazarma əraf aləmdən təcrid edildi. Ancaq Kür çayının iki ağaclığında Abbas Mirzəyə sədaqəti ilə seçilən Pirqulu xan az qala çirvanl Mustafa xanın qurduğu tələyə düşəcəkdi. Abbas Mirzə geri çəkilməyə qərar verdikdən sonra şirvan hakimi Mustafa xan rusların tərəfinə keçmişdi.

Bu hadisələrin cərəyan erdiyi vaxtda rus hərbi gəmiləri Ənzəlini ələ keçirmək mqsədi ilə şəhərin sahilində lövbər atmaqdaydı. Bunu görən Gilan əhalisi əhalisi silaha sarılaraq ruslarla savaşa başladı. Ruslar istəklərinə nail olmadıqlarını görüb gəmilərinin yönünü Bakıya tərəf çevirdilər. Abbas Mirzə Bakının düşmən tərəfindən mühasirəyə alındığı və şəhərin qəhrəmanca dirəndiyi xəbərini aldı. Amma bu həssas dönəmlərdə Abbas Mirzə öz islahatlarına başlamışdı.

“Tarix-e Əzodi” dən belə aydın olur ki, Abbas Mirzə döyüşlər zamanı çox sayda əsir almışdı. O, əsirlərlə insan kimi davranılması barədə əmr vermişdi. Kəsilmiş rus başı gətirib mükafat almaq ənənəsini də yasaqlamışdı. Abbas Mirzənin bu cür davranışı əsirlərdə ona qarşı rəqbə oyadırdı. Onlar vəliəhdə ərizə yazaraq onların nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyəti qəbul etdi. Onlar bu görüşdə Abbas Mirzənin yanında yer alıb, təcrübələrini Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq istəyirdilər:

“Bu əsirlərin çoxu soyca rus olmayan, Rusiya istilası altında olan millətlərə mənsub idilər. Abbas Mirzə onların bu istəklərini qəbul etdi. Beləliklə, rus ordusunda təlim almış əsirlərdən bir alay təşkil edildi. Əsirlərdən oluşan bu alay Abbas Mirzəyə reformlarını gerçəkləşdirmək üçün böyük yardımda bulundu. Bu əsirlərin içində polyak, tatar, gürcü və digər xalqların nümayəndələri də var idi. Bunların çoxu böyük bir minnətdarlıq hissi ilə sona qədər Abbas Mirzəyə sadiq qaldılar. Hətta onlardan bəziləri ömürlərinin sonuna qədər Abbas Mirzədən ayrılmadılar”.

Xəzər dənizinə girmiş rus donanmasına Bakının tutulması tapşırığı verilmişdi. Bu donanma 1805-ci ilin yayında Gilanın Ənzəli və Pəribazar məntəqələrini ələ keçirdi. Ancaq Rəşti götürə bilmədi. Fətəli şahın Qarabağdan buraya yaxınlaşması qızılbaş döyüşçülərinin dirəniş əzmini artırmışdı. Rus donanmasının komandanı general-mayor Zavalişin buradan Bakıya istiqamət götürdü. Avqustun 15-də Bakı şəhəri dənizdən çox kəskin top atəşinə tutuldu. Gəmilərdən quruya çıxarılan desant qoşunu qalanı çevrəyə alıb yaxın məntəqələri ələ keçirsə də, Bakı təslim olmadı. Bakı müdafiəçilərinin igidliyi, Qubalı Şeyxəli xanın qoşunla köməyə gəlməsi Zavalişini donanma ilə Saray adasına çəkilməyə məcbur etdi.

Sisianovun Şirvan xanlığı ilə işi başa vurmağa tələsməsi bununla bağlı idi. 1806-cı ilin yanvarında o, Bakıya yetişdi. Xəzərdə indiyə kimi uğursuz vurnuxan Zavalişin donanması da yenidən buraya gəlib Sisianovun buyruğu altına keçdi. Yubanmadan Bakının verilməsi barədə özünün hazırladığı müqavilə şərtlərini Hüseynquluxana göndərdi. Bu layihədə çox ağır şərtlər irəli sürülürdü: Bakının bütün gəliri Rusiya xəzinəsinə verilməli, xan yalnız Rusiyanın onun üçün ayırdığı aylıqla keçinməli, Bakı şəhəri rusların yaratdığı ayrıca idarə altına keçməli, qalada 1000-ə yaxın rus əsgəri və topları yerləşdirilməli idi. Hüseynqulu xan şərtləri qəbul edəcəyini bildirərək, manevr etmək və rusları tələyə salmaq qərarına gəldi.

Görüş qoşa qala qapısı yaxınlığında fevralın 8-də oldu. Qala açarlarının guya Sisianova təhvil verilməsi səhnəsi oynanıldı. Gizli plandan xəbəri olmayan və tora düşən mənfur Sisianov, xanın xalası oğlu İbrahim bəyin tapança atəşi ilə cəhənnəmə vasil edildi. Bunun ardınca qala divarlarını tərk edən Baknn qəhrəman xalqı işğalçıların üzərinə atıldı və rus əsgərlərini doğramağa başladı. Sisianovun kəlləsi leşindən ayrıldı. Ruslar vahimə və təlaş içərisində təcili gəmilərə doluşub Hacı Tərxana qaçdılar. (M.Adıgözəl bəy).

Əminə Pakrəvan yazır:

“Soyuq qış gecələrinin birində Bakı xanı Hüseynqulu xanla Sisianov arasında görüşün baş verməsi üçün zaman bəlirlənmişdi. Xan və əmisi oğlu İbrahim Xan və bir də iki başqa əsilzadə bu görüşə çox hazırlıqlı gedirdilər. Onlar qalanın dənizə tərəf açılan darvazasına tərəf yola düşdülər. Görüş üçün nəzərdə tutulan yerdə general Sisianov və üç zabit silahlı vəziyətdə gözləməkdəydilər. Aralarında mübahisə düşdü. Çox qısa zaman içində hər iki tərəf yüksək səslə danışmağa başladı. Bir neçə zəfərindən dolayı məmnun və məğrur olan Sisianov onlardan qalanı təslim etmələrini istəyirdi. Üzərinə çığrılmasına alışmamış Hüseynqulu xan əmisi oğlu İbrahim Xana öncədən aralarında anlaşdıqları işarə ilə atəş əmri verdi. Sisyanovun üç gürcü cangüdəni güllələnib yerə sərələndilər. Sonra da Sisianova atəş açıldı. Yaralı Sisyanovu qalanın içinə gətirib başını kəsdilər və zəfər ərməğanı kimi Abbas Mirzəyə göndərdilər ki, o da Fətəli Şaha göndərsin. Abbas Mirzə Sisianovun başının bu şəkildə kəsilməsindən rahatsız olmuşdu. O, savaş qaydalarının dəyişilməsindən yana idi. Bununla belə, Azərbaycanda qorxu və fəlakət yaradan Sisianovun öldürülməsi hər kəsi məmnun etmişdi”.

Rus tarixçisi A.V.Fadeyev Sisianovu belə xarakterizə etməkdədir:

“…O buraya “sərdar” – çarın canişini qismində gəlmişdi, yenicə işğal edilmiş geniş bir ölkənin hakimliyi bütünlüklə ona verilmişdi. Şöhrətsevər, alçaq yaltaqlıq düşgünü olan Sisianov, özünü hər şeyə gücü çatan bir satrap kimi aparır, qarşısında qul kimi duran yerli feodallar ilə dikbaş və saymazyana davranırdı”.

Bir vaxtlar Fit dağında müdafiə olunan Mustafa xan yazışmasının birində ona peyğəmbərcəsinə belə yazmışdı:

“Bu cür (şəstlə) gəzməkdən sizə və xoşbəxt vücudunuza ziyan toxunar”.

Şirvan xanınn sözləri həqiqətə çevrilmiş və düşmənin kəlləsi vücudundan ayrılmışdl. Sisianov ölüm hökmünü öz amansızlığına və dikbaşlığına görə qazanmışdı. Ançaq, onun cəhənnəmə vasil edilməsi, təssüf ki, Bakını xilas edə bilmədi, sadəcə şəhərin işğalını bir qədər geriyə çəkdi.

 

Azərbaycan-Fransa diplomatik əlaqələri

 

Hindistana hücumun hazırlığı içərisində olan Fransa bölgədəki əsas müttəfiqlərindən hesab edilən Qacar hökuətindən arxayın olmaq istəyirdi. Bu üzdən də bu ölkənin İstanbuldakı baş konsuluna bu məsələni dərindən araşdırmaq tapşırılmışdı. Azərbaycanla bütün əlaqələr onun üzərindən həyata keçirilməkdəydi.  Həmin dönəmdə xüsusi tapşırıq almış bir fransız “tacir” bir neçə dəfə İstanbula varmadan Azərbaycana getmişdi. Fransanın İstanbuldaki səfiri Marşal Bron onun vasitəsilə bu dövlət haqqında bilgi əldə edə bilmişdi. Eləcə də Fransanın Bağdaddaki əski konsulu Rosso da bir çox məlumat əldə edə bilmişdi. 1805-ci ildə isə baş konsul şahla görüşmək üçün Tehrana iki nümayəndə göndərdi. Onların şahla görüşlərinin gizlin qalması barədə razılıq əldə edilmişdi. Azərbaycan tərəfi bu nümayəndələrə Rusiya və İngiltərə casusları törədilə biləcək hər hansı təhlükənin önlənməsi üçün geniş tədbirlər görmüşdü.

Elçilərdən biri General Rumio idi. O, Hələb-Bağdad yolu ilə Qacariyəyəgəlməyi lazım bilmişdi. Bağdaddaki ingilis konsulluğu onun Tehrana gedişindən xəbər tutmuş və ölkəyə girişini önləmək istəmişdi. Ancaq Rumiyo bu əngəlləri aşaraq səfərinə davam etməyi bacardı.1805-ci ilin oktyabr ayında Tehrana çatdı. Rumionu Fətəli Şahın iqamətgahında çox hərarətlə qarşıladılar. Ancaq o, şahın adamlarını xəyal qırıqlığına uğratdı.  Çünki səlahiyyəti çox sınırlı idi. Üstəlikdə Tehrana gəldikdən bir neçə həftə sonra bərk xəstələndi və öldü.

Digər elçi isə məşhur şərqşünas Jauber idi. O, Misir savaşında baş konsulun yanındabulunmuşdu. Bu elçi Azərbaycan yolu ilə getməyi tərcih etdi. Azərbaycanda ilk öncə Abbas Mirzətərəfindən qəbul edildi. Bir neçə ay sonra Qacar hökuməti və Fransa hökuməti arasında bağlanan Finknaştaynanlaşmasının gerçəkləşməsində onun böyük rolu oldu. Finknaştayn anlaşmasından sonra NapoleonBonopart general Gardanın başçılıq etdiyi heyəti Fəthəli şahla görüşmək üçün Tehrana göndərdi. Anlaşmaya görə Fransa özünü Rusiya qarşısında müdafiə edə bilməsi üçün Azərbaycana hərbi yardım etməli idi. Lakin Rusiya və Fransa arasında imzalanan Tilsit barış anlaşması səbəbindən bu anlaşmada qeyd olunanlar həyata keçmədi.

Belə olan halda İngiltərə öncələr elə də böyük əhəmiyyət vermdiyi Qacar hökuməti ilə yaxın münasibət qurmağa cəhd göstərməyə başladı. Yauberin xatirələrində yazdığına görə, Qacarlarla Fransanı bir-birinə yaxınlaşdıran anlaşmalrın imzalanması Londonda və Kəlküttədə narahatlıq yaratmaya bilməzdi. O zaman Hindistanın hakimi olan Lord Minto təmsilçisi Con Molkolmu Tehrana göndərməyə qərar verdi. Ancaq Con Molkolm Buşəhrdən irəli gedə bilmədi. Çünkü həmin vaxt Tehranda olan və Qacar hökumətinə böyük təsiri olan general Gardan, Fəhtəli şahı Molkolmu qəbul etməməsi barədə razı salmışdı:

“Bu uğursuz səfərindən əsəbləşən Molkolm təhdidlər yağdıraraq Bəsrə körfəzi yolu ilə ölkəni tərk edib Kəlküttəyə qayıtdı. Orada Lord Montonu inandırdı ki, Bəsrə körfəzində bir neçə adanı işğal etməsək bu ölkəyə yol tapa bilməyəcəyik. O, Fəthəli şahla görüşüb və anlaşma yapa bilmənin ancaq zor yolu ilə mümkün olduğu qənaətində idi. Hindistan hakimi Molkolmun bu təklifini müsbət qarşıladı. Lakin London hərbi müdaxilənin tərəfdarı deyildi. London Harfurd Conzbrigezi görüşmələr təşkil edmək üçün Tehrana göndərdi”.

1806-ci il may ayının əvvəllərində Amedee Jauber İstanbuldan Tehrana doğru hərəkət etdi. Xoy ovalığından keçən Jauber insanların, xüsusən kəndlilərin çox xoşbəxt və sevinciçində  olduğunu gördü. Çünkü Abbas Mirzə bölgəni kürd quldurlarının hücumundan qurtarmış və kəndlərdə kəndli təsərrüfatlarının inkişafı üçün bir çox islahatlar gerçəkləşdirmişdi. Kəndlilərdə, maldar və əkinçilərdə çalışmağa, əməyə olan həvəs açıq şəkildə sezilməkdə idi. Abbas Mirzənin bölgədə yaratdığı güvən və istiqrar rahat çalışmaq üçün imkan yaratmışdı. Osmanlının Azərbaycan ilə sərhəd postunun komandanı Jauberin mühafizəsini kürd cangüdənlərə tapşırmışdı. Bu da Xoyda  əhali arasında ciddi narahatlıq yaratmağa başladı. Bu üzdən də Xoyun darvazaları Jauberi gətirən karvana qarşı qapandı. Ancaq müsafirin, gözlədikləri fransız olduğunu öyrəndikdə vəziyyət dəyişdi. Jauber, Napaleon Bonopartın öz əli ilə Fətəli Şaha yazdığı məktubu Tehrana gətirməkdə idi. O, türk dilinin həm Anadolu, həm də Azərbaycan şivələrində rahatca danışa bilirdi. Bu şivələrdən başqa fars dilində də heç bir çətinlik çəkmədən özünü ifadə edə bilirdi.

Xoy hakimi Jauberin Abbas Mirzə ilə görüşməsini təklif etdi. Jauber də şöhrəti bütün Şərqi dolaşan bu şahzadə ilə dərhal görüşmək istədiyini bildirdi. Jauber Abbas Mirzə və ordusunun durumu barədə mərkəzə bilgi verməyə mükəlləf idi. Onlar birlikdə Mərəndə tərəf yola düşdülər. Mərənddə dincəlmək üçün qısa sürə bulunan Jauber bu kiçik şəhərdə əcayib olaylarla rastlaşdı. Diplomatın yazdığına görə, burada gənc adamlar əzbərdən şeir oxuyur və  Avropa haqqında maraqlı sorular sorurdular. O da onların bu davranışından xoşlanır və Mərənd hakimindən xahiş edirdi ki, insanların ona yaxınlaşmasını əngəlləməsin. Çünkü Jauber bir şərqşünas idi və bölgə insanlarını, onların mədəniyyətini öyrənmək istəyirdi. O, eyni zamanda ölkəsinə hərtərəfli bilgilərlə dönmək istəyirdi. Bir neçə gündən sonra Mərənddən Təbrizə yola düşən diplomatı daha öncə Con Molkolmu müsafir emiş bəylərbəyi Əhməd xan qarşıladı.

Jauber xatirələrində Təbrizin süfrə və mətbəx mədəniyyətinə də geniş yer ayırmaqdadır və bu mədəniyyətlə onu bəylərbəyinin yardımçısı, qonaqpərvərlikdə tayı-bərabəri olmayan təbrizli Fəthəli xan tamnış ermişdi. Şərqşünas alim onun barədə bu sözləri yazmışdır:

“Fəthəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım.”

Jauber Abbas Mirzə ilə görüşməyənədək bütün gördüklərinin şahzadənin yaratdığı nisbətən demokratik şəraitin məhsulu olduğunu anlaya bilmirdi. Təbrizdə bir neçə gün istirahət edən Jauber bu şəhərdən Ərdəbilə tərəf yola düşdü. O, bələdçidən bütün yol boyu hökm sürməkdə olan sabitliyin və istiqrarın səbəbini soruşduqda bələdçi əskidən bu istiqrarın olmadığını və bütün bunların hamısınn səbəbkarının şahzadə olduğunu söylədi. Jauber yol boyunca rastlaşdığı kəndlilərlə danışır və onlardan Abbas Mirzə haqqında soruşurdu. Cavablar əksər hallarda bir-birinə çox bənzər olurdu:

“Tanrı onun ömrünü uzun etsin, kölgəsini başımızın üstündən əksik eləməsin, o olmasaydı Azərbaycanda gördüyünüz bu arxayınlıq olmazdı.”

Bir vaxtlar Abbas Mirzənin müəllimi və indi isə vəziri olan, “Böyük Mirzə” adı ilə anınan İsa Fərahani Ərdəbildə özünə yaxşı bir iqamətgah təsis etmişdi. Jauber onun evində qonaq oldu və çox xoş qarşılandı. Bir gün keçdikdən sonra xəbər gəldi ki, Şahzadə Jauberi qəbul etmək üçün hazırdı.

O dövrdə 21 yaşında olan Abbas Mirzə yaraşıqlı paltar geyinməkdən zövq alırdı. Xüsusən də xaricilərlə görüşərkən ən sevdiyi paltarını geyinərdi. Jauber onu Xorasan xalısının üstündə oturmuş vəziyədə və çox yaraşıqlı geyimdə gördü. O, yazır ki, vəliəhdin qılıncının qınındaki ziynətlər par par parıldayırdı.

Qonağı çox böyük hörmətlə qarşılayan Abbas Mirzə Jauberlə türk dilində danişmağa başladı. Abbas Mirzə fikirlərini bütün Qacarlara xas olan bir məharətlə türk dilində daha rahat anlada bilirdi. Türk dilində gözəl bir üslubda danişmaq bütün Qacarlara məxsus bir özəllik idi. Şərqlilərin məhrum olduqları dinləmə, qulaqasma mədəniyətinin əksinə olaraq, Abbas Mirzə hər kəsi çox diqqət və səbrlə dinləməyi bacarırdı. Bu baxımdan Jauber də istisna deyildi. Şahzadənin Avropa ilə bağlı dərin sualları geniş cavablar istəyirdi ki, qonaq  da bu missiyanın öhdəsindən çox bacarıqla gəlirdi. Vəliəhd də onu çox diqqələ dinləyirdi. Söhbət əsnasında Jauber Abbas Mirzəni İrəvandaki qələbəsi münasibətilə təbrik etdi, fəqət həmin an Abbas Mirzənin gözlərindən sevinc əvəzinə kədər oxudu.

Abas Mirzə bildirdi  ki, Azərbaycan ordusunun bütün fədakarlıqlarına rəğmən rusların texnoloji üstünlüyü ələfatın gözlənildiyindən daha çox olması onu üzür. O, qəlbinə hakim kəsilən kədərin buradan qaynaqlandığını etiraf etdi. Jauberin yazdığına görə, Abbas Mirzə dərin bir ah çəkərək ona bu sözləri söylədi:

“Hansi şəhəri almışam? Utancımdan əsgərlərimin üzünə baxacaq halım yoxdur. Hansı intiqamımı almışam? Rus ordusu hələ də Azərbaycanın bir çox bölgələrini əlində bulundurmaqdadır. Rus gəmiləri Xəzərdə sərbəst şkildə cövlan edir. Niyə biz texnologiya istehsal edə bilmirik, bunun səbəbi nədir, ey yabancı, danış. Niyə biz beləyik? Məgər günəş Şərqdən doğub öncə bizim başımızı isitmirmi? O zaman nədən bizim insanların başı çalışmır, nədən? Cavab ver, ey yabancı, bağrım çatlayır. Azərbaycanın bir bölümü və Xəzər dənizi işğal altındadır. Nə etməliyəm ki, biz də sizin kimi imkanlardan bərxurdar olaq? Fransa ordusunun durumunu bildikdən sonra anladım ki, rus ordusu onun qarşısında acizdir. Ancaq mənim islahatlarımı Tehranda əngəlləyirlər. Sizin üstünlüyünüzün və bizim zəifliyimizin səbəbi nədir? Nədən siz hər an tərəqqi edir, biz isə cəhalət içində donub qalmışıq? Nədən sizin gələcəklə bağlı planlarınız var, lakin biz isə gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyib? Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə bərabər məzara aparır, məzara gömürük. Danış, yabancı adam, danış. Söylə, mən necə Azərbaycanı bu cəhalət girdabından qurtara bilərəm?”

Abbas Mirzənin bu səmimi eirafını heyrətlə dinləyən Jauber sonraki görüşlərdə də şahzadə ilə bir çox mövzular haqqında söhbə edərək, onun çoxsaylı suallarını cavablandırmağa çalışmışdı. Şahzadənin narahatlığı başa düşülən idi. XVll əsrin ortalarına qədər hər baxımdan Avropadan üstün vəziyyətdə olan Türk-İslam dünyası həmin əsrdən etibarən öz üsün mövqelərini əldə verməyə başlamış, XVIII əsrin əvvəllərində vəziyyət təqribən bərabərləşmiş, daha sonra isə əks istiqamədə dəyişməyə başlamışdı. Abbas Mirzənin yaşadığı XIX əsrdə isə mənzərə çox acınacaqlı idi. Ortada sürətlə inkişaf edən Avropa və cəhalət və nadanlıq girdabında batan qoca Şərq var idi.

Abbas Mirzə bir çox ədəbi, tarixi, fiqhi kitablar oxumuşdu. Oxuduğu kitablar içində rusların inkişafını təmin etmiş islahatların banisi I Pyotrun həyatı onu çox maraqlandırırdı. Düşünürdü ki, məmləkətinin inkişafı üçün Pyotr kimi bütün keçmiş dəyərlərin, ənənələrin üstündən qələm çəkmək, ölkənin tərəqqisini önləyən əski adə və ənənələrlə vidalaşmaq lazımdır. Bunu necə etmək lazım olduğu barədə düşünür, beynində doğan çoxsaylı suallara cavab axtarırdı. İslahatların zəruri olduğunu dərk edir və bir çox işlər də görürdü. Bu işlər içərisində şəhər və kəndlərin abaalaşdırılması, yol, körpü və kanalların çəkilməsi, kənd təsərrüfatı və sənətkarlığın inkişafı da var idi. I Pyotrun “saqqal inqilabı” ona çox maraqlı gəlməkdəydi.

Pyotrun Rusiyanı modernləşdirmək üçün gerçəkləşdirdiyi inqilablardan biri də “saqqal inqilabı” idi. O,  fərman fermişdi ki, saqqalını qırxmayan hər kəsə şallaq vurulsun. Nəticədə bitli-birəli saqqalların yerini təmiz sifətlər almağa başladı. Abbas Mirzə bu davranışı hörmətlə qarşılayırdı. Lakin onda “saqqal inqilabı”na bənzər hər hansı bir işi gerçəkləşdirmək gücü yox idi. Çünkü Pyotrun Rusiyasında din xadimləri Azərbaycanda olduğu qədər söz sahibi deyildilər. Azərbaycanda və bütün İslam dünyasında ilahiyata xidmət etməyən elm məqbul sayılmır və küfr damğası alırdı. Abbas Mirzə bilirdi ki, saqqalla bağlı bircə söz danışsa din xadimləri tərəfindən həmən an kafir elan ediləcək, mürtəd damğası yeyəcəkdi.

Əminə Pakrəvan yazır ki, bu kimi “inqilabları” gerçəkləşdirmək üçün daha böyük səlahiyyətə, Pyotrun sahib olduğu qədər bir səlahiyyətə sahib olmaq lazım idi. Yəni səltənətdə bir nömrəli şəxs, başqa sözlə, şah olmaq lazım idi. Odur ki, Abbas Mirzə Azərbaycan hakimliyinin ona verdiyi səlahiyyətlər çərçivəsində edə biləcəklərini edir, beynində tutduğu daha böyük islahatları isə gələcəyə saxlayırdı. Belə etmək məcburiyyətində idi. Şahzadə zahirlə batinin bir-biri ilə sıx vəhdədə olduğunu düşünürdü. Yəni saqqal məsələsi zahirən bəsit və zahiri bir məsələ görünsə də, bunun ardınca yeni düşüncə tərzinin də ortaya çıxacağına əmin idi. Şahzadəyə görə səltənətdə yayğın olan zahiri görünüş çalışqan, yaradıcı bir batinin daşıyıcısı və göstəricisi ola bilməzdi. Bu zahiri görünüş tənbəlliyin, geriliyin, ətalətin göstəricisi idi. Şahzadə bu qiyafə dəyişilməyincə düşüncələrin də dəyişilməyəcəyinə inanırdı:

“O, yeni, Avropasayağı bir insan tipini oluşdurmaq istəyirdi. Görüşdüyü bütün avropalıların tərtəmiz surətləri, zahiri görünüşləri, səliqəli, yaraşıqlı və yığcam geyimləri şahzadəni heyran qoymuşdu. “Nədən biz də bu şəkildə təmiz bir görünüşə sahib olmayaq” deyə düşünürdü. Düşünürdü, ancaq şiə din xadimlərinin və qeyri-insani ənənələrin hər cür yeni düşüncəyə və tərəqqiyə qarşı olduğunu da bilirdi. O, qiyafət devrimini yavaş-yavaş öncə orduda yaratmaq istəyir, sonra da zamanı gəldiyində bütün ölkəyə tətbiq etmək niyyətində idi. Mövcud mədəniyyət və şərait yeni düşüncə və fikrin əsas düşməni idi”.

Öz xatirələrində yazdığına görə, Jauber bu gənc şahzadənin zəkası və istedadı qarşısında heyran qalmışdı. Xüsusən də Abbas Mirzə fransız yazıçısı Fenlonun “Telemax” romanı haqqında Jaubere sual verdiyində o, heyrət və təəccübün gizlədə bilməmişdi. Demək ki, gənc şahzadə ölkəsində Avropa tipli islahatlar həyata keçirmək üçün Qərbi bütün incəliklərinə qədər öyrənməyə səy göstərmişdir. Lakin kimsə onun bu romanı nə zaman və hansı dildə oxuduğu haqda bilgi sahibi deyildi.

Abbas Mirzə Jauberin qəlbini fəth etməyi bacarmışdı və o da imkan çatdığı qədər şahzadənin bütün suallarına ətrafl şəkildə cavab verməyə çalışırdı. Eyni zamanda özünün tarixi missiyasının da nə qədər önəmli olduğu haqda təlqinlərdə bulunmağı da unutmurdu. Çünkü Azərbaycan ilə geniş ittifaqa hazırlaşan Fransa, Abbas Mirzənin daha da güclü olmasının tərəfdarı idi. Fransanın Orta Şərqdə, Qafqazlarda ruslara qarşı öz planlarını gerçəkləşdirə və Hindistanda öz məqsədinə çata bilməsi üçün Abbas Mirzə kimi güclü bir müttəfiqə ehtiyacı vardı. İngiltərə və Rusiya ilə rəqib olan bu dövlət üçün Abbas Mirzə kimi geniş dünyagörüşlü şəxsiyət bir müttəfiq çox lazımlı idi. Abbas Mirzə Jauberin Misir savaşında olduğunu bildiyi üçün bu savaş haqqında geniş bilgi öyrənmək istəyirdi. Jauber bu arada şahzadənin din mövzusundaki görüşündən də heyrətlənmişdi. Abbas Mirzə şiə fanatiklərindən fərqli olaraq, xristiyanlığa da normal münasibət bəsləməkdə idi. Bir sözlə, şahzadə cahilanə dini təəssübkeşlikdən çox uzaq idi.

Jauberin yazdığına görə, Ərdəbil Abbas Mirzənin orada olması səbəbindən yeni bir canlanmaya səhnə olmuşdu. Türk dilində rahatca danişa bilən fransız diplomat insanlarla əlaqə qurmaqda heç bir çətinliklə rastlaşmırdı.Bu üzdən də Abbas Mirzədən başqa digər səlahiyyət şəxsiyətlərlə də görüşürdü. Hətta Kəşmirdən və Lahordan gələn dərvişlərlə də görüşə bilirdi. O dövrdə türk dili Balkanlardan Çin səddinə, Hindistandan Volqa boyuna qədər geniş bir məkanda aparıcı ünsiyyət vasitəsi olduğundan onlarla münasibət qurmasında da heç bir çətinlik yox idi:

“Ərdəbildə bütün qapılar dərvişlərin üzünə açıq idi. Çünkü Ərdəbil əhalisində bu dərvişlərin həyatın ən çətin çağlarında insanlara mistik bir şəkildə yardımçı ola biləcəklərinə dərin inam var idi. Kimsə bu dərvişlərin cadu və sehir güclərinin şeytandan, yoxsa Tanrıdan qaynaqlandığı mövzusunda soru sormazdı”.

Əminə Pakrəvanın fikrincə, Vəliəhd Səfəvi mirası olan bütün bu kimi cəhalət və nadanlığı ortadan qaldırmaq, xüsusən də hakimiyyəti altında olan Azərbaycandan rədd etmək istəyirdi. Lakin iki səbəb üzündən hələlik susmaq məcburiyyətində idi:

“Birincisi, Tehranda din adamları Abbas Mirzənin kafir ölkələrə meyllənməsindən, avropalılar kimi davranmasından rahatsız idilər. Daima bu haqda Fəthəli şaha şikayət edirdilər. Fəthəli şah da ölkədə mənəvi söz və fətva sahibi olan bu adamlarla hesablaşırdı.  Abbas Mirzə düşünürdü ki, Azərbaycanda dini reformlara başlarsa, dərhal Tehrandan etiraz səsləri yüksələcək və rəqib qardaşları da bu fürsətdən yararlanıb onun səlahiyyətlərinin məhdudlaşdırılması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı Azərbaycan mollalarınından yardım almaq istəyirdi. Ancaq bütün bunların hamısı dərin bir gizlilik içində edilməli idi, çünkü bu qədər ciddi bir iş ifşa olunsaydı şahın şübhəsinə səbəb ola bilərdi.

İkincisi, bu cəhalət sadəcə Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu coğrafiyanın bir çox yerlərində yayğın idi. Bu üzdən də daha geniş bir yetki və səlahiyətlə bu xurafatla mübarizə aparmaq lazım idi. Bu qədər geniş miqyaslı reformlar üçün şahzadə deyil, şah olmaq gərəkirdi”.

Tarixçinin sözlrinə görə, Abbas Mirzə bu məqsədlə Nadir Şahın həyata keçirdiyi məzhəb islahatını dərindən öyrənmişdi. Məlumat üçün bildirək ki, Nadir şah Səfəvilərin hakim qıldığı ələviliyin ölkənin geriliyinin əsas səbəbi olduğunu çox tez başa düşmüş, Azərbaycanı Səfəvilərdən öncə olduğu kimi yenidən sünni-hənəfi məzhəbinə qaytarmaq istəmiş, fəqət fanatik din xadimlərinin təzyiqi ilə ələviliyi şiə məzhəbləri içərisində İslamın əsaslarına nisbətən daha yaxınlığı ilə seçilə cəfəri məzhəbi ilə əvəz etməyi bacarmışdı. Onun fikrincə, bu, bidətdən gerçək islami dəyərlərə qayıdışın ilk mərhələsi olmalı, bundan sonra isə Azərbaycanı çıxmaq şərti ilə bütün Türk-İslam dünyasının, eləcə də Səfəvilərdən öncə Azərbaycann vahid məzhəbi olan sünni-hənəfi məzhəbinə qayıtmaq olar.

Jauber Tehrana yola düşməmişdən öncə Abbas Mirzənin ordusunun təntənəli keçidini (paradını) izlədi. Şahzadə çılğın bir atın üstündə məğrurcasına oturmuşdu və onu çox rahatca idarə edirdi. Parad bitdikdən sonra Jauber Abbas Mirzənin çadırına çağrıldı. Şahzadə ordusunun durumu haqda bir mütəxəssis onun fikrini öyrənmək istəyirdi. Jauber süvarilərin yaxşı təsir bağışladığını söylədi, ordunun ümumi durumunda isə intizamsızlığın nəzərə çarpdığını qeyd etdi. Abbas Mirzə üçün onun fikirləri çox önəmli idi, çünkü bu, sadəcə bir parad deyildi. Vəliəhd savaşa hazırlaşırdı.

Jauber, Napoleonun mesajını Fətəli Şaha çatdırmalı idi. Bu üzdən də şahzadədən ayrılıb Tehrana yola düşməli idi. Cahangir Mirzənin yazdığına görə, Abbas Mirzə özü onu yola saldı. At üstündə oturan şahzadə Jauberi yola saldıqdan dərhal sonra savaşa yollandı. Bu, şahzadə ilə Jauberin ilk və son görüşü oldu.

Fransız diplomat Xalxal yolu ilə Tehrana yola düşdü. Zəngana girərkən, bu şəhərin bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın edirdi. Avşar elləri öz keçələrini, yunlarını satıb əvəzində qumaş, silah alırdılar. Zəngandan keçdikdən sonra Jauber Qəzvinə gəldi və burada Məhəmmədəli Mirzənin vəziri Baba Xanın möhtəşəm saraynı gördü. O bu sarayı özünün “Persiyaya səfər” kitabnda gördüyü ən gözəl memarlıq əsərlərindən biri kimi xarakterizə etməkdədir.

Diplomat Tehrana iyunda, istinin ən cırhacırında catdı. Jauber yazır ki, paytaxtın üç ağaclığında xarici qonaqların qarşılanması üçün özəl bir yer nəzərdə tutulmuşdu. Onu qarşılayan xanların və əyanların paltarlarındaki ziynətlər günəşin ışınları altında par-par parıldayırdı. Onlar Napoleonun özəl elçisini bu qədər sadə bir libasda olduğunu görüb çox heyrət etmişdilər. Onu bu şəkildə görə biləcəkləri ağıllarına belə gəlməmişdi. Tehranda Jauberi gözəl bir sarayda yerləşdirdilər.

Şahla görüş zamanı yetişdi. Diplomatn yazdıqlarından belə məlum olur ki, Fəthəli şah bir neçə pilləsi olan bir taxtda oturmuşdu. Jauberin şahla arasındakı məsafə çox olduğundan onun üzünü görə bilmirdi:

“Qəbul törəninin sədri ayaqqabısını çıxarıb, başını əyərək şahın hüzurunda dayandı və türkcə dedi:

-Ey Şahi-hümayun, ey yer üzünün ən böyük şahı, ey zillüllah (Tanrının kölgəsi), Fransanın elçisi, Fransa xalqının ərbabını təmsil edən şəxs Sizinlə görüşmək istəyir. O, öz ərbabı tərəfindən Sizə bir məktub və hədiyə olaraq da cəvahirat gətirmişdir.

Şah “xoş gəlmişdir” deyə cavab verdi”.

Şahın bu sözlərindən sonra vəzirlərdən biri Jauberə yaxınlaşdı. Ona pillələri göstərib və irəli doğru yavaş-yavaş yürüməsini istədi. Taxtın yanında şşahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber diz çöküb padşahı salamladı. Napoleonun məktubunu altunla toxunmuş çantasından çıxarıb, altun bir tabağın içinə qoyaraq şaha təqdim.

Əminə Pakrəvan yazır ki, padşah Jauberin türkcə və farsca bilməsindən məmnun idi. Çünkü tərcüməçiyə ehtiyac olmadan danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona çatmasından sonra bağçada baş-başa, bərabərcə gəzişdilər:

“Lakin hərarətli qarşılanmaya rəğmən, Tehranın isti havası Jauberin zövqünə uyğun gəlməmişdi. Jauber qızdırma ilə müşayiət olunan çox ağır bir xəstəliyə tutuldu. Şahın özəl həkimləri onun müalicəsinə çalışırdılar. Padşah Jauberi Tehrandan uzaqlaşdırıb dincəlməsi, müalicə olunması üçün Sultaniyədəki sarayına göndərdi. Vəziyyəti nisbətən yaxşılaşan Jauber Sultaniyədə Qacarlarla Fransa arasındaki müttəfiqlik anlaşmasına imza atdı.

Jauber üçün vida mərasimi düzənlənərkən, şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah ona demişdi :“Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran””.

Fəthəli şah sarayın önəmli adamlarından biri, Qəzvində Məhəmmədəli Mirzənin vəzirliyini etmiş Mirzə Rzaquluxan adında birisi Qacar hökumətini təmsilən Fransa imperatoru ilə görüşmək üçün elçi sifətində Avropaya göndərildi. O, Jauberlə bərabər Napoleonun bulunduğu Finkinaştayna gəldi və burada qaldı.

Anlaşmanın müfəssəl şəkildə hazırlanıb imzalanmasını gözlədi. Bu anlaşmaya görə Fransa Rusiyanın işğal etdiyi torpaqları, özəlliklə Gürcüstanı geri almaq üçün Qacariyəyə yardım edəcəkdı. Amma Rusiya ilə Fransa arasında sülh müqaviləsi bağlandıqdan sonra Fransa Qacarlarla olan anlaşmalara sadiq qalmadı.

 

Abbas Mirzənin II Qarabağ yürüşü

 

Jauberin Təbriz və Tehranı ziyarət etdiyi dönəmlərdə Qacar hökumətinin durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbindən çox ağır idi. Vəziyyəti gərginləşdirən kürd məsələsi idi. Bölgədə problem yaradan kürd əşirətlərinin rəhbərlərindən birisi Fəthəli şah tərəfindən himayə edilməkdə idi. Bu kürd, Fəthəli şaha sığınmış, şah da onun ölkədə yaşamasına izn vermişdi. Bu da əslində Fəthəli şahın Bağdadla bağlı gizlin planlarını ifşa etməkdə idi. Fəthəli şaha görə Bağdad, Səfəvilər və Nadir şah dövrlərində olduğu kimi, yenə də qızılbaş səltənətinin tərkibində olmalı idi. Bu torpaqlar Ağqoyunlular və Qaraqoyunlular zamanında da, ondan öncəki Hülakülr dövründə də Azərbaycan dövlətinin sınırları içərisində olmuşdu. Şah həmin orpaqları öz səltənəinə qatmaq üçün daima fürsət axtarırdı və bu, Osmanlılara məlum idi. İraq cəbhəsində Odur ki, sınır bölgəlrində Osmanlı ordusu ilə qızılbaş ordusu arasında tez-tez münaqişələr baş verirdi. Bu dəfə də eyni şey baş vermiş və çxan savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini bütün ölkəyə yaymışdı. Bayəzid cəbhəsində də lokal qarşıdurmalar olmuşdu.

Sisinovun ölümündən sonra “sərdarlıq” Tiflisdə outran general Nesvetayevə tapşırılmışdı. Artıq iyun ayında general-feldmarşal İ.V.Qudoviç Qafqaza baş komandan göndərildi. Abbas Mirzə bundan Gürcüstan və Osmanlı sınırı arasında yerləşən Ağoğlan kəndində xəbər tutdu. General Sisyanovun yerinə Marşal Qudeviçin təyin edilmsi o demək idi ki, Rusiya ilə savaş yeni bir mərhələyə girmək üzrədir. Rəsmi Tehran Rusiya ilə savaşdan yana deyildi. Savaş yeni-yeni xərclər tələb edirdi ki, bu da Fəthəli şahı narahat etməyə bilməzdi. Odur ki, Abbas Mirzə ruslarla savaşın qaçılmaz olduğunu anlayan Abbas Mirzə ordunu öz hesabına təmin netmək məcburiyyətində qalmışdı. Tam bu sırada Abbas Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birləşmələri yeni ərazilər işğal etmək üçün hücuma keçmişdir. Artıq Abbas Mirzəyə dəstək verməkdən başq çarə yox idi. Abbas Mirzə düşməni durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. Beləcə, Rusiya-Azərbaycan savaşı yeni bir dönəmə daxil oldu. 1806-cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla yenidən Qarabağ xanlığına daxil oldu. Qızılbaş qoşunu Şuşa qalasının iki ağaclığına çatmışdı. İki ordu Xankəndində qarşı-qarşıya gəldi. İki gün ağır savaşdan sonra Abbas Mirzə Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyətində qaldı.

Həmin dövrdə Qarabağ xanlığında siyasi durum çox gərgin idi. Bunun başlıca səbəbi Azərbaycan ordusunun qarşısını almaq üçün yetərincə əsgəri qüvvənin olmaması idi. Rusiya burada yalnız bir batalyon və bir neçə yüz də yeger atlısı saxlayırdı. Bu hal Abbas Mirzənin şanslarını artırırdı. Kürəkçay müqaviləsinə görə Ibrahim xanın varisi elan olunmuş Məmmədhəsən ağanın ölümü və onun yerinə Mehdiqulu ağanın (Xurşud Banı Natavanın atası) irəli sürilməsi daxili çəkişmələri gücləndirmişdi. Məmmədhəsən ağanın oğlu polkovnik Cəfərqulu ağa atasının yerinə varis olmaq istədiyindən əmisi Mehdiqulu ağanın varisliyini qəbul etmir və öz tərəfdarları ilə pozuculuq işlərini gücləndirirdi. Xanın digər oğlu Əbülfət bəy isə Abbas Mirzə ilə birlikdə ruslara qarşı vuruşmaqda idi. Belə bir vəziyyətdə Ibrahim xanın qardaşı oğlu Mirzə Əli bəy rusların Gəncədə girov saxladığı oğlu Behbud bəy və qardaşı oğlu Feyzi bəylə gizli əlaqə yaradaraq onlarla birlikdə Abbas Mirzənin yanına qaçdılar. Tarixçi M. Xəzani bundan sonra bu prosesin gücləndiyini qeyd edərək yazırdı: “Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa gedirdilər”.

Burada mövzudan bir qədər kənara çıxaraq qeyd etməliyik ki, M. Xəzaninin redaktə olunmadan dövrümüzədək yetişmiş əsərindən verdiyimiz bu sitatdan da göründüyü kimi, o dövrdə, yəni rus işğalı ərəfəsində yerli tarixçilər Qacar imperatorluğunu “Qızılbaş”, Qacar ordusunu isə “qızılbaş ordusu” adlandırmışlar ki, bu fakt Qacarlar dövlətinin Səfəvi – Qızılbaş dövlətinin, başqa sözlə, Azərbaycan imperatorluğunun bir davamı və uzantısı olduğunu təsdiqləyir. Rusların işlətdiyi “Persiya” adının ekvivalenti kimi “İran” kəlməsinin işlədilməsinin əsasını isə rus məmurları olan və çarizmin siyasətinə xidmət edən M. F. Axundzadə və Abbasqulu ağa Bakıxanov qoymuşlar ki, Cavad Heyət haqlı olaraq, M. F. Axundzadəni paniranizm cərəyanınn banisi hesab etməkdədir.

Əsas mövzuya keçək və bildirək ki, mövcud gərgin vəziyyətdə Ibrahim xan Cavad xanın qatili, xalq arasında “dəli mayor” adını qazanmış Lisaneviçdən ehtiyat edirdi. Belə olan halda, Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək istədi. Xüsusən Şuşanın xanı İbrahim Xəlillə əski münasibətləri unudub dostluq ilişkiləri qurmaq fikrinə düşdü. Bunun üçün də İbrahim Xəlil Cavanşirin qızı, Tehranda atasının arvadlarından biri olan Ağabacı xanımı arada vasitəçi etdi. Abbas Mirzə bu yolla İbrahim Xəlillə yaxın münasibət qurmağı bacardı. Abbas Mirzənin atası ilə arasının düzəldilməsində əsas rolu, təbii ki, Ağabacı xanım oynadı.

Ruslar işğal etdikləri Azərbaycan xanlıqlarına öz vassalları kimi baxırdılar. Bu da xanların ruslardan üz döndərib Abbas Mirzəyə yaxaınlaşmalarına səbəb olurdu. Rusların bu şəkildə davrasının bir səbəbi də Sisianovun Bakı xanı tərəfindən öldürülməsi idi. Onlar azərbaycanlılara inanmrdılar. “Tarix-e Əzodi”dən belə aydın olur ki, İbrahim Xəlil xan gizlincə Abbas Mirzəyə belə bir xəbər göndərmişdi: “Şuşaya hücum etsəniz şəhərin darvazlarını üzünüzə açacağıq.” Lakin xanın yaxınlarından birisi bu xəbəri eşidib rusların yardımı ilə İbrahim Xəlili Şuşadan qaçmağa məcbur etdi:

“Bu hadisədən xəbər tutan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən azacıq aralanmışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz kişilik süvari dəstə yas içində İbrahim Xəlilin cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlanmış Xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanları qəzəbləndirmişdi. Artıq onlar açıq şəkildə Abbas Mirzəyə dəstək verməyə başladılar. Ləzgi (Qazi Qomuq) xanı kimi bəzi xanlar isə təhlükədən qurtulmaq üçün Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər”.

Cahangir Mirzə də İbrahim xanın qətlə yetirilməsini eyni cür nəql edir. Sovet konsepsiyalarının əsirindən hələ də xilas ola bilməyən Azərbaycan tarixşünaslığında qəbul olunmuş versiyaya görə isə,  Ibrahim xanın öz ailəsini Xanbağındakı evindən Şuşa qalasının iki verstliyinə köçürməsini Miraxur adlı bir gürcü və xanın digər düşmənləri Lisaneviçə xanın xəyanəti kimi çatdırmışdılar. “Dəli mayor” 200 rus əsgəri ilə qaladan çıxıb xanın evinə hücum etdi və təxminən 17 nəfəri yatdıqları yerdə qətlə yetirdilər. Qətlə yetirənlər arasında Ibrahim xanın özü, şəkili Hüseyn xanın qızı Tubu bəyim, Hərəmi xan, Səltənət bəyim, Abbasqulu ağa – Fərzəni xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Qərvəndli Hümmət bəy Cavanşir, onun oğlu Həsənağa Gülməli bəy Sarıcalı Cavanşir, Mirzətağı Afşar, Əlipənah – pişxidmət, Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, Şellidən iki nəfər, iki nəfər Şuşalı var idi. Rus qoşunları hətta kiçik yaşlı uşaqlara da rəhm etmədilər. Xanın nəslindən olan kiçik yaşlı Nəcibə və 13 yaşlı oğlan uşağı da qəddarlıqla qətlə yetirildi. Xanın övrəti və qızını yaralı vəziyyətə qalaya gətirsələr də həyatlarını xilas etmək mümkün olmadı. Xanın evindəki əşyalar ruslar tərəfindən qarət olundu.

Faciə baş verən zaman Mehdiqulu xan öz yaxınları ilə qalada idi və hadisədən sonra xəbər tutdu. Onu sakitləşdirmək üçün Lisaneviç əhalini divanxananın qarşısına yığıb xanlığın idarəsini ona tapşırdı. Qətldən 15 gün keçməmiş general Nebolsin öz qoşunu ilə Əsgərana yaxınlaşdı və Mehdiqulu xan da öz dəstəsilə ona qoşuldu. Iyulun 15 – də Xankəndi yaxınlığındakı yeddi saatlıq döyüşdə Abbas Mirzə rusların otuza qədər əsgər və zabitini məhv etdikdən sonra geri çəkilməyə məcbur oldu.

Xanlığa iddialı olan Cəfərqulu ağanın bütün səylərinə baxmayaraq 13 sentyabr 1806 – cı il taixili fərman ilə Mehdiqulu ağa Qarabağ xanı elan olundu. Bundan sonra o, qardaşı Xancan bəylə birlikdə Abbas Mirzənin yanına pənah apardılar.

 

Abbas Mirzənin Bakı və Qubanın işğalına rəğmən, islahatlarını davam etdirməsi

 

1806 – cı il sentyabrın 5 – də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə toxunmayacağını bildirmiş və sözünə təminat məqsədilə oğlunu Bakıya göndərmişdi. Lakin şəhər əhalisi onun sözlərinə inanmayaraq dağlara çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da Günrey Azərbaycana pənah aparmışdı. 1806 – cı il oktyabrın 3 – də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı ləğv edildi. Bundan bir qədər sonra isə Quba xanlığı işğal olundu və Şeyxəli xan dağlara çəkilərək partizan müharibəsi aparmaq məcburiyyətində qaldı.

Bakı və Quba xanlığının işğalından sonra rus qoşunları Şəkidəki üsyanı yatırmağa göndərildi. Oktyabrın 22 – də Səlim xanın silahlı qüvvələri məğlub oldu və Şəki xanı da Qacarlara pənah apardı.

Həmin dövrdə şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi. Onun bu islahatlarını heç nə əngəlləyə bilmirdi. Həftədə bir dəfə Azərbaycan əhalisinin şikayətlərini qəbul edirdi. Şikayəti olan hər kəsin onunla rahatca əlaqəyə girə bilməsi üçün fərman imzalamışdı. O, daim Azərbaycanı içinə düşdüyü fəlakətdən necə qurtara biləcəyə haqda düşünür və ətrafındakılardan ona vəziyyət barədə mütəmadi və daha dərin bilgi vermələrini tələb edirdi.

“Tarix-i Əzodi”də yzılana görə, Abbas Mirzə səltənətin tarixində ilk dəfə bəylərbəyiləri haqqında xüsusi fərman imzaladı. Bu fərmana görə heç bir bəylərbəyi öz rəyyətini incitməməli, onunla insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir:

“Bu əmrin bəylərbəyilərinə yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar bütün bölgələrdə insanlara çatdırsınlar və söyləsinlər ki, hər bir ksin Şahzadənin yardımçılarına və bilavasitə özünə şikayət etmə haqqı var. Bu üzdən də bəzi bəylərbəyləri için-için Abbas Mirzəyə nifrət edirdilər. Ancaq bu nifrətlərini elə içlərindəcə boğurdular, çünkü bilirdilər ki, Şahzadə Fəthəli şahın sevimlisidir və şah onunla hesablaşmaqdadır”.

Eyni qaynaqdan belə aydın olur ki, rusların yeni-yeni ərazilər işğal etməkdə olması faktı da şahın gözündə Abbas Mirzənin önəmini durmadan artırmaqda idi. İndi o, səltənətin yeganə ümid yeri idi. İslahatlardan narazı olan bir çox bəylərbəyi Abbas Mirzənin qardaşları ilə gizlin təmasa keçərək, onu ortadan qaldırmağı planlaşdırırdılar. Ancaq təkcə şah deyil, eyni zamanda geniş xalq kütləsi də Abbas Mirzədən yanına idi. Ən önəmlisi isə bu idi ki, Azərbaycan xalqı şahla bərabər onun da başına and içirdilər və “Şahın, Şahzadənin başına and olsun!” – deyərək şahzadəyə olan sonsuz hörmətlərini dilə gətiridilər.

Əminə Pakrəvanın Avropa müəlliflərinə istinadən bildirdiyinə görə, Abbas Mirzənin bir davranışı hamının təəccübünə səbəb olmuşdu. Bir dəfə o, hərbi düşərgələrinin birindən Təbrizə dönərkən buradaki sarayında insanların yas içində olduqlarını gördü. Nədən belə olduqlarını sorduğunda cavab verdilər ki, iki kiçik oğlunuz xəstələnib ölmüşdür:

“Abbas Mirzə əhəmiyyət vermədən onlara acıqlanaraq dedi ki, ağlayacağımı mı sanırsınız? Tanrıya and olsun ki, əgər mənə xəbər versəydiniz ki, iki əsgərin ölmüşdür ağlardım. Ancaq bu kiçik çocuqların böyüdüklərində əsgər ola biləcəkləri bəllimi idi? Tanrının iradəsinə təslim olmaq zorundayıq. Abbas Mirzənin bu davranışı hadisəyə şahid olan xariciləri təəccübləndirmişdi”.

Digər bir hadisəni də Jauber öz xatirələrində bu şəkildə təsvir etməkdədir:

“Abbas Mirzə Azərbaycanın mşhur ailələrindən birinin oğlu ilə çox yaxın dostluq edirdi. Nəzərəli bəy adlı bu şəxs şahzadənin sarayında ən önəmli və sözükeçən şəxsiyətlərdən biri idi. Nəzərəli bəy çox yaraşıqlı və cəsur adam idi. Onun cəsarəti Abbas Mirzə üçün hər şeydən daha önəmli idi. Şahzadə ən çətin vaxtlarında ürəyini ona açar və kimsəyə danışmadığı, danışmaq istəmədiyi gizlin planlarını ona söyləyərdi. Cəsur Nəzərəli bəy də yaxşı bir dinləyici olduğu üçün Abbas Mirzənin hörmətini qazanmışdı. Bəlkə də elə buna görə Nəzərəli bəy şahzadənin onun bəzi xoşagəlməz davranışlarına göz yumacağını sanmışdı. Bu üzdən bəzən gizlin əyyaşlığından da geri qalmırdı.

Bir gün Nəzərəli bəy yarısından çoxu erməni olan bir kənddən keçərkən gözləri hamamdan çıxan bir erməni gözəlinə sataşdı. Erməni qızları müsəlman qadınları kimi özlərini qara və qaranlıq çadranın altında gizlətmirdilər. Bu səbəbdən də onların gözəlliklərini görmək və vurulmaq Azərbaycan gəncləri üçün rahat bir iş idi. Nəzərəli bəy qız haqqında araşdırma apardı və öyrəndi ki, hələ ərə getməyib. Bu da onun qızla sərbəst davranmasına imkan verirdi. Qızın evini öyrənib onu öz çadırına qaçırmağı planlaşdırmışdı. Qızı zorla çadırına gətirdi. Qızın fikri, istəyi ilə hesablaşmadan onunla bərabər oldu.

Nəzərəli bəy sərxoş vəziyyətdə erməni qızı ilə bərabər olduqdan sonra yuxuya dalar. Erməni qızı bu fürsətdən istifadə edərək çadırdan qaçar. Qızın atası Abbas Mirzəyə şikayət edər. Abbas Mirzə dostunun bu əməlindən çox narahats olur. Digər tərəfdən, şahzadə xristian azınlığa çox sayqı göstərməkdə idi. O, Nəzərəli bəyin edam edilməsi barədə fərman verər. Nəzərəli bəyin yaxınları nə qədər yalvarsalar da, Abbas Mirzəni qərarından vaz keçirə bilmirlər. Beləcə, Nəzərəli bu davranışının hesabını həyatı bahasına ödəmiş olur”.

1807-ci il baharının başlanğıcında Fransadan Gardane heyyətinin gəlməsindən bir az əvvəl, Qafqaz rus ordusunun komandanı və Gürcüstanın hakimi Marşal Qudeviç öz şəxsi nümayəndəsini Tehrana göndərdi. Stepanov soy adlı bu elçi Qudeviçin barış mesajını Tehrana çatdırmalı idi. O, Tehrana Təbriz yolu ilə gedəcəkdi. Bu üzdən də Abbas Mirzə rusların yeni siyasəti ilə tanış olmaq üçün səbirsizliklə onun yolunu gözləyirdi. Stepanov həm şahzadə, həm də Şah üçün böyük hədiyələr gətirmişdi. Lakin Abbas Mirzə Qudeviçin təklifləri ilə tanış olduqdan sonra çox narahat oldu. Çox hörmətlə yazılan məktubun məzmunu bərk əsəbləşdirmişdi. Burada Marşal Qudeviçin üstünlüyündən danışılır, üstü öetülü şəkildə Fətəli Şaha eyham vurulurdu ki, onun heç bir qələbə şans yoxdur. Ən yaxşısı budur ki, şah barış anlaşmasına imza atsın.

Məktubda bəzi ərazilər də tələb olunurdu. Lakin Qacar hökumətinin on il sonra məcburən qəbul edəcəyi müqavilələrlə müqayisə də buradak tələblər çox yumuşaq idi. Xarici ölkələrin elçiləri ilə çox hörmətlə rəftar edən Abbas Mirzə qəzəbini gizlədə bilməyərək, məktubda qeyd olunanların onlar tərəfindən qəbul edilməsinin mümkün olmadığnı söylədi. Stepanov Tehrana yollanmamışdan öncə Abbas Mirzə atasına özəl bir çapar göndərdi. Çapar Stepanovdan daha əvvəl Tehrana çatıb və şahzadənin məktubunu şaha çatdırdı. Abbas Mirzə atasından xahiş edirdi ki, məktubda qeyd olunanlarla razılaşmasın. Ya da anlaşmalara Qacar hökumətinin də tələbləri yerləşdirilsin.

Tehranda Stepanovu çox yaxşı qarşıladılar. Lakin şah anlaşma təklifinə çox soyuq münasibət göstərdi, öz şərtlərini irəli sürdü. Stepanov bildirdi ki, bu şərtləri müzakirə etmək onun səlahiyyətlərinə daxil deyil. Bu üzdən də geriyə dönmək üçün izn istədi. Şah tərəddüd içində idi. Amma Abbas Mirzə açıq şəkildə savaşmaq arzusunda idi. Həmin bahar heç bir döyüş olmadı. Qacar hökumətinin üzvləri içərisində savaşa tərəfdar olanlar da, olmayanlar da bütün ümidlərini Fransa ilə ittifaqa bağlamışdılar.

 

Fransız hərbiçilərin qızılbaş ordusunu modernləşdirməsi

 

Gardane heyyəti gəlmədən öncə Fransa ordusunda yarbay mühəndis olan Buntan tərcüməçisi ilə birlikdə Abbas Mirzə ilə görüşmək üçün Azərbaycana gəlmişdi. Ona Fransa dövləti tərəfindən Azərbaycan ordusunun modernləşməsi işinə yardım etmək tapşırığı verilmişdi. General Gardane öz heyyəti ilə gəldikdən sonra isə mühəndis yarbay Lami və yarbay Verdiye Şahzadənin xidmətində olmaq üçün onun sərəncamına verildilər. Bunlar Abbas Mirzənin ordusuna Avropa standartlarına uyğun şəkildə təlim keçməli idilər. Fransa hərbçilərinin texnikası ilə tanış olan Abbas Mirzə anladı ki, özü də modern savaş haqqında heç nə bilməməkdədir və hər şeyi yenidən öyrənməlidir.

Fransız zabitlər şahzadəni öz xatirələrində daima hörmətlələ yad edərək, bu şagirdlərinin səmimiyətini dönə-dönə qeyd etmiş, onun Qərb savaş teknikasını öyrənmək üçün sadə bir əsgər kimi səy göstərdiyini yazmışlar. Onların sözlərinə görə, Abbas Mirzə fransız zabitlərinin təlim və dərslərinə əsgərləri ilə birlikdə qatılarmış. Şahzadə bu təlimlər zamanı Azərbaycan ordusunun nə qədər geri qaldığını başa düşür və ordusunun modernləşməsi üçün heç bir fədakarlıqdan çəkinmirdi. Çünkü his edirdi ki, ordusunun mövcud səviyəsi ilə Azərbaycanı rus ordusunun işğal planlarından qoruya bilməyəcək.

Əminə Pakrəvan yazır ki, Gardanenin  məmuriyətinin ilk illəri Abbas Mirzənin bəlkə də ən mutlu illərindən sayılmalıdır:

“Savaş teknikası və teknologiyası ilə bağlı öyrəndiyi yeniliklər onu çox sevindirirdi. Abbas Mirzə ən istedadlı döyüşçülərinə xəritəşünaslığı dərindən öyrənməyi tapşırmışdı. Özü də bununla bağlı dərslərə qatılır və böyük bir həvəs və gələcəyə inam hissi ilə ordu mənsublarını hərb elminin sirrlərini öyrənməyə təşviq edirdi. Dərsləri daha yaxşı mənimsəyən əsgərlri mükafatlandırır, onların gələcək təlimatçılar kimi yetişməsinə çalışırdı. Saatlarca yarbay Lamidən riyaziyat öyrənirdi.

Atəşkəsə rəğmən, hərbi vəziyyət davam etməkdə idi. Abbas Mirzə fransız dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar və səhər erkəndən Ağrı dağının zirvəsini aydınladan günəşi seyr edirdilər. Bəzən də Göyçə gölünün ətrafında istirahət edirdilər. Amma  bu səyahətlər əyləncə məqsədi daşımrdı. Onlar gələcək döyüşlər üçün müdafiə və hücum mövqelərini təsbit edir, topların haralarda yerləşəcəyini dəqiqləşdirirdilər. İrəvan qalasının savunma sistemini inkişaf erdirirdilər… Abbas Mirzə ilə fransız hərbiçiləri arasındaki işgüzar münasibətlr tədricən gerçək dostluq münasibətlərinə çevrilməkdə idi”.

Abbas Mirzə  Təbrizin dışında fəaliyyət göstərən fransız mütəxəssislərlə də ciddi maraqlanmaqdaydı. 1808-ci ilin avqustunda General Gardane bütün heyyəti ilə bərabər şahın Sultaniyədəki ordusuna qatıldılar. Sultaniyədə təşkil olunacaq manevrlərdə böyük ordu hissələri iştirak etmkdəydi idi. Ceyms Morierin xatirələrində qeyd etdiyinə görə, bütün saray adamları və dövlət məmurları bu manevrləri seyr etmək üçün gəlmiş və münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini müəyyən etmişdi. Qadınlar üçün ayrıca bir köşk  də nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların rəsmləri ilə bərabər savaş səhnələri ilə də bəzədilmişdi. Şahzadələrin rəsmləri isə hər tərəfdə vardı:

“Bu manevrlərdə İsmayıl bəy adlı bir süvarinin çox sürətlə hərəkət etməsi hər kəsi heyran qoymuşdu”.

Abbas Mirzənin ordusunda vəzifə sahibi olan İsmayıl bəy haqqında fransız zabitlər Fransaya bilgi vermişdilər. Sultaniyədəki bu nümayiş Azərbaycan ordusu tarixində Qərb üsuluna uyğun ilk möhtəşəm manevrlər idi.

O ilin baharında Baron Doverd adında yarırəsmi bir elçi də gəlmişdi. Bu elçi öncəki il Stepanovun gətirdiyi barış anlaşmasını bir qədər yenilənmiş və daha sərt dillə yazılmış variantını gətirmişdi. General Gardanenin istəyi göstərişi ilə onu hörmətlə qarşıladılar. Fəqət şahzadə buna qarşı çıxdı. Abbas Mirzənin sərt tutumu səbəbindən Gardane Fəthəli şaha təklif etdi ki, bu haqda danışıqlar Parisdəki rus elçisi Tolstoy ilə o zaman Parisdə bulunan və Qacar dövlətini təmsil edən Əsgərxan arasında aparılsın. Gardane şahı inandırmağa çalışırdı ki, Qacariyənin müttəfiqi olan Fransa imperatorluğunun nəzarətində yürüdülən müzakirələr pis nəticə verməz. Şah, Gardanenin bu təklifini qəbul etdi.

Əminə Pakrəvan həmin hadisəyə toxunaraq haqlı olaraq yazr ki, şahzadə hələ diplomatiyanın incəlikləri haqda bilgi sahibi deyildi. Bu səbəbdən də Azərbaycanın bir bölümündən vaz keçməsini istəyən Qudeviçin məktubunu cırıb, elə o şəkildə də atasına göndərdi:

“Lakin, nə olursa-olsun, sülhün tərəfdarı olan general Gardane kağızın cırıqlarını bir-birinə calayaraq, oxunar hala gətirdi və şaha çatmasını təmin etdi. General Gardane Qudeviçə çox nəzakətli şəkildə bir məktub yazaraq qeyd etdi ki, Fəthəli şahın Fransanın müttəfiqi olması unudulmamalıdır. Bu səbəbdən də Qacar hökumətinə qarşı Rusiyanın genış çaplı hərbi əməliyatları Napoleon tərəfindən xoş qarşılanmayacaqdır. Gardane məktubunu Qudoviçə göndərmədən əvvəl Abbas Mirzəyə bir çapar göndərdi və onun sülhə qarşı çıxmamasın rica etdi.

Bu srrada şahzadə əsas hərbi plastdarmı olan Xoya çəkilmişdi. O burada müharibəyə hazırlıq işləri görürdü. Ancaq atası ona bir məktub yazaraq Xoydan kənara çıxmaması barədə xəbərdar etdi. Gardane Şahın sülh tərəfdarı olmasını dəstəkləyirdi. Çünkü qızılbaş ordusu hələ lazımi səviyyədə təlim görməmiş və general ordunun savaş çıxacağı təqdirdə ruslara qarşı müvəffəqiyyət qazan bilməyəcəyi qənaətində idi”.

Şahzadə tabe olmağa məcbur oldu və savaş onun müdaxiləsi olmadan başladı. Bir il öncə İrəvana hakim təyin edilmiş Hüseyn xanın qoşunu ruslar tərəfindən hücuma məruz qaldı. Ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Hərbi əməliyyatların tərəfdarı olan Abbas Mirzə üçün artıq döyüşə atıla bilmək üçün bəhanə yaranmışdı. Odur ki, atasına xəbər göndərdi ki, Xoydan Araza doğru hərəkətə başlamış və Naxcıvanda yerləşməyi planlaşdırır.

1808 – ci ildə Harford Cons başda olmaqla Ingiltərə nümayəndə heyəti Tehrana gəldi və 1809 – cu ilin martında Ingiltərə ilə Qacar hökuməti arasında müqavilə imzalandı. Müqaviləyə görə Qacarlar Ingiltərəyə düşmən olan ölkələrlə, o cümlədən Fransa və Rusiya ilə bütün əlaqələri kəsməli idi. Ingiltərə isə şaha ildə 120 min funt sterlinq (200 min tümən) yardım etməyi, Rusiya ilə müharibə üçün silah və hərbi təlimatçılar verməyi öhdəsinə götürmüşdü.

 

Osmanlı-Qacar sülh anlaşması və savaşın yenidən qızışması

 

Bu zaman hərbi əməliyyatlar artıq davam edirdi. 1808 – ci il oktyabrın sonunda ruslar Naxçıvanı qısa bir müddətə ələ keçirə bilsə də, Irəvan yaxınlığında uğursuzluğa düçar oldular. Azərbaycan ordusu onlar Naxçıvandan geri püskürtdü. Abbas Mirzə işğalçı qoşunları darmadağın etməyi və vahimə içində qaçmağa məcbur etməyi bacardı. Bu məğlubiyyət Qudoviçə çox baha başa gəldi. O, istefaya göndərildi, onun yerinə general Tormasov baş komandan təyin olundu.

Cahangir Mirzə Naxçvan uğrunda gedən döyüşlərlə bağlı xatirələrində yazır:

“Xəbər gəldi ki, Naxcıvan civarında böyük bir savaş başlamış və döyüşə bilavasitə şahzadənin özü komandanlıq etməkdədir. Hərb meydanından Abbas Mirzə ilə bağlı  gələn bir xəbər şahı çox narahat etmişdi. Gələn xəbərlərə görə, şahzadə öz canını qətiyyən qorumurmuş. Şahzadənin atına güllə dəyibmiş, at ölmübmüş və şahzadə piyadalarla bərabər hücuma başlayıbmış. Bu anda şahzadəyə xəbər gəlibmiş ki, topxananın komandanı öldürülüb. Ordunun toplarının susması düşmənin üstünlüyünə səbəb olub. Bu vəziyyəti görən şahzadə özünü topxanaya çatdırmış və topçuların komandanlığın öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur”.

1809-cu il mart ayının 12-də Sir Harford Conz və Qacarlar arasında bir anlaşma imzalandı. Qacar hökuməti tərəfindən bu anlaşmaya imza atan Sədr-i Əzəm (baş vəzir) Motəməd-üd Dövlə və Əmin-üd Dövlə adında başqa bir vəzir idi. Bu anlaşmaya görə İngiltərə Rusiya qarşısında Qacarlara maddi yardım etməyi üzərinə götürürdü. Bu maddi yardım yalnız İngiltərə ilə Rusiyanın qarşı durmalarının sürəcəyi zamana qədər davam edəcəkdi. Yəni Rusiya ilə İngiltərə arasında barış aktı imzalandığında bu anlaşma öz  gücünü itirəcəkdi.

1809 – cu il avqustun ortalarında Abbas Mirzə Arazı keçərək Gəncə xanlığı ərazisində olan Ağbulağa yaxınlaşdı. Lakin Gəncəni geri ala bilməyib Irəvana çəkildi. Sentyabr ayında Lənkaranı tutsa da Qars padşahlığı vasitəsilə Gürcüstana hücum istənilən nəticəni vermədi.

1810 – cu ilin aprelində Əsgəranda sülh danışıqları başladı, fəqət Lənkəran xanılığı üstündə kəskin fikir ayrılığı olduğuna görə danışıqlar heç bir nəticə vermədi. Həmin ilin avqustunda Osmanlılarlala Qacarlar arasında hərbi ittifaqın yaranması, rusların işğal etdiyi ərazilərdə müqavimət hərəkatlarının güclənməsi Abbas Mirzənin qoşunlarının imkanlarını artırdı.

Rusların işğal etdiyi ərazilərdə yüksələn xalq hərəkatları Qacarları və Osmanlıları özlərinin təbii mütəfiqləri sayırdılar. Şəkili Səlim xan yerli bəylərə yazırdı:

” Allahın rəhmi ilə… müzəffər Qızılbaş ordusu bir yandan və ildırımsaçan Osmanlı qoşunları o biri yandan oraya (Şəkiyə) varacaq və yağı cəsədlərindən ehram qurulacaqdır”

Bu məktubu alan bəylər 500 – ə qədər döyüşçü toplayıb ruslara qarşı güclü müqavimət göstərdilər.

1810 – 1811 – ci illərdə keçmiş Gəncə xanlığı ərazisində yaşayan ayrumlar rus zülümünə qarşı çıxış etdilər. 1400 ayrum ailəsi rus zülümündən yaxa qurtarmaq üçün Gəncəbasardan köçərək Dərələyəz yaylağına getdilər. Burada onlar Cavad xanın oğlu Uğurlu xanla görüşüb onun himayəsi altında Irəvan xanlığı ərazisində yerləşdilər.

Bu zaman Səlim xanla yanaşı Qarabağ hakimi Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi Şeyxəli xan da Rusiyaya qarşı idilər. 1810 – cu ilin avqustunda xalqın köməyinə arxalanan Şeyxəli xan rus qoşunlarını Gilgil çayı üzərindəki döyüşdə əzdi və onlara köməyə gələn general Repinin qoşunlarını da geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və öldürən adama 1500 çervon mükafat veriləcəyini elan etsə də əhali öz qəhrəman oğlunu mərdliklə müdafiə edirdi. ŞirvanlıMustfa xan da Quba üsyançılarına yaxından kömək göstərirdi. Lakin Abba Mirzənin üsyançılara kömək edə bilməməsi onların oktyabrın 4-ü və 25 – də baş verən qanlı döyüşlərdə məğlubiyyəti ilə nəticələndi.

1812-ci ildə İngiltərənin yeni səfiri Sir Qor Ozli Tehrana gəldi. Mart ayının 14-də iki dövlət arasında birinci anlaşmanın davami və daha təkmil variant olan ikinci müqaviləyə də imza atıldı. Həmin dövrd Azərbaycan-Rusiya savaşı tam şiddəri ilə davam edirdi. Fəqət 1809-1812 illər arasında heç bir önəmli hərbi dəyişiklik baş vermdi. Avropadakı hərbi əməliyyatlara başı qarışmış Rusiya Qafqazda sadəcə Abbas Mirzənin ordusunun irəliləməsini durduracaq miqdarda güc saxlamışdı.

1812-ci il yayının əvvəlində İngiltərə və Rusiya arasında barış antlaşması imzalandı. Belə olan halda İngiltərənin Tehrandaki səfiri Qor Ozli Təbrizə getdi. Münki şah bir xarici siyasətlə bağlı bir çox msələni Abbas Mirzəyə həvalə etmişdi. Xüsusən də Rusiya ilə bağlı danişıqların çoxunu Abbas Mirzə aparmaqda idi. Bu səbəbdən də Təbriz xarici qonaqları Tehrandan daha çox qəbul etməkdə idi.

Şah ağır xərclrə mal olan müharibədən bezmişdi. Səbirsizliklə sülh müqaviləsinin imzalanmasını gözləyiridi. Ancaq müharibə qaçılmaz idi. Bununla belə, nə isə etmək lazım idi. Abbas Mirzə bilirdi ki, sülh imzalanarsa, Vətən torpaqlarının bir bölümü əldən gedəcəkdir. Odur ki, müharibə tərəfdarı olaraq qalırdı. Rəsmi Tehran isə torpaqlarn itirilməsi ilə razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə Vətən torpaqlarını qorumaq üçün yollar axtarırdı. Ordusu Rusiyaya qarşı duruş gətirə biləcək potensiala sahib deyildi. Şahzadə bunun fərqində idi. Bu üzdən də dərin bir kədər içində idi. İngiltərənin yardımınından imtina etmədidi. Amma çox ehtiyatla davranırdı. Çünki İngiltərənin Hindistanı necə işğal  məlumatlıydı, Bilirdi ki, ingilislər Hindistana guya yardım məqsədi ilə ayaq açmış, sonra tacirlərini oraya sövq etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən sonra da açıq işğala keçmişdi. Bütün bunlara baxmayaraq, onun xidmətində çalışan ingilis zabitlərlə xoş davranır, onlara hörmət edir, onların vasitəsil ordusunun güclənməsinə çalışırdı. Lakin, James Morierin də xatirələrində ifadə etdiyi kimi, şahzadə daim fransızların təəssübünü saxlamaqda idi.

İyul ayının sonlarında şahzadə məlumat aldı ki, Qarabağın bəzi bölgələrini işğal etmiş general Kotlerovski Lənkəranı da işğal etmək istəyir. Lənkəran bir neçə ay öncə Abbas Mirzənin birlikəri tərəfindən ruslardan geri alınmışdı. Bu üzdən də şahzadə, ordusunu Arazın sahillərinə doğru sövq etməyə başladı. Ağtəpə adlı bir yerdə düşərgə saldı. Bunu eşidən İngiltərə səfiri şahzadəni görmək üçün Ağtəpəyə gəldi. Abbas Mirzə səfirin mühafizəsini ordusundak ingilis zabitlərə tapşırdı. İngilis səfirliyinə ayrılmış çadırlar ordunun yerləşdiyi yerdən iki ağac uzaqda idi.

Cahangir Mirzənin yazdığına görə, səfir Ağtəpədə bulunduğu müddətdə şahzadənin diqqətini inzibati məsələlərə yönəltməyə çalışırdı:

“O, orduda modern İerarxiyanın olmasının vacibliyini diqqətə çatdrdı. Abbas Mirzə diqqətlə qulaq asır və etirazı olduğu yerlərdə də susaraq dinləməyi tərcih edirdi. Sir Qor Ozli şahzadəni bir rus elçisini Ağtəpədə qəbul etməyə razı sala bildi. Bu elçi General Verdov idi. O, Şahzadə ilə sülh müzakirəsinin detallarını müzakirə etməliydi. Abbas Mirzə daxilən bunu istəməsə də Verdovun gəlməsini qəbul etdi. Görüş baş tutdu. Ancaq bu görüşdə Verdov Qacar hökuməti tərəfindən uyqulanan rəsmi protokola tabe olmayacağını dilə gtiedi. Abbas Mirzə ilə görüşdə çəkmələrini çıxarmayacağını bildirdi. Bel olan halda Abbas Mirzə də onu qarşılamaq üçün heç bir şey etmədi”.

Ruslar tərəfindən hazırlanan barış planı onu çox əsəbiləşdirmişdi. Amma həm Rusiya, həm İngiltərə və həm də rəsmi Tehran Şahzadəni bu barış antlaşmasını imzalamağa zorlayırdı. İngiltərə danışıqların davam etməsini istəyirdi. Lakin nə Abbas Mirzə, nə də rus generalı Arazı keçib digərinin yanına getmək istəmirdilər. Bu üzdən də danışıqları heyyətlərin aparması qərara alnd. Şahzadənin göndərdiyi heyyətə vəzir Qaimməqam başçılıq edirdi. Sir Qor Ozlini də James Morier təmsil etməkdə idi. Yaşlı vəzir xeyli söhbətdən sonra gördü ki, anlaşmaq çox çətin məsələdir. Çünkü rusların torpaq tələbini Abbas Mirzə bütünlüklə rədd etməkdə idi. Morier yazır ki, durumun belə olduğunu görən vəzir Qaimməqam təklif etdi ki, şirin şərbət yerinə acı qəhvə versinlər:

“Abbas Mirzənin heyyəti geri döndükdən sonra hər kəsə əsəb hakim oldu”.

 

Gülüstan sülh müqaviləsi

 

O günlərdə ingilis səfirinə məlum oldu ki,  ölkəsi Rusiya ilə sülh müqaviləsi imzalayb. Bu isə o demək idi ki, İngiltərə artq Qacar hökumtini Rusiyaya qaşı müdafi etməyəcək. Səfir açıq şəkildə Abbas Mirzəyə bildirdi ki, bundan sonra Rusiyaya qarşı keçirəcəyiniz əməliyatlarda ingilis zabitləri daha iştirak etməyəcəklər. Azərbaycana və azərbaycanlılara cani-könüldən aşiq olan iki ingilis albayı (albay Lindsi və albay Kristi) elçiyə könüllü olaraq Abbas Mirzənin yanında qalmaq üçün müraciət etdilər. Onların xahişləri qəbul edildi. Bu iki zabitdən başqa bütün ingilis heyyəti səfirlə bərabər Ağtəpəni tərk etdi.  İngilislərin xəyanəti Abbas Mirzəyə çox pis təsir etdi. Sir Qor Ozlinin davranışı onu çox məyus etmişdi. .

General Kotlerovski casusları vasitəsi ilə Azərbaycan ordusu haqda əldə etdiyi bütün məlumatları təhlil etdikdən sonra, daha dəqiq desək, oktyabrın 31-də çayı keçərək, Abbas Mirzənin ordusuna hücuma keçdi və çox qısa zaman içində  onu iki tərəfdən mühasirəyə aldı. Döyüş şahzadənin tam məğlubiyəti ilə başa çatdı. Druvil bu yazır:

“Nəzərə almaq lazımdır ki, Abbas Mirzənin yanında olan nizami qoşun kiçik bir alaydan ibarət idi. Əsasən fərari ruslardan, əsirlərdən ibarət olan bu alay böyük bir cəsarətlə ruslarla savaşsa da, sayları çox az idi və qarşı tərəfin böyük ordusu qarşısında yox kimi görünürdü. Alayın əsgərlərinin çoxunun modern savaş sistemindən xəbəri idi idi.

Abbas Mirzənin ordusu top atəşinə məruz qaldığında nizamsızlıq daha da artdı. Süvarilərlə piyadalar bir-birinə girdilər. Rus ordusunun topçuları yüksəklikləri ələ keçirib, orada yerləşib və dəqiq atəşə başladıqdan sonra vəziyyət daha da pisləşdi. Şahzadə atı ilə ordunun ortasında bağıraraq əsgərlərinə cəsarət verirdi. Lakin onun səsi top mrmilərinin gurultusundan eşidilməz olmuşdu”.

Druvilin sözlərinə görə, Abbas Mirzə mühasirəni yarb, özünü yaxlıqda olan topxabasına çatdırd, atəş əmri verdi. Lakin artıq gec idi və bu gecikmiş atəş əmri döyüşün nəticəsinə təsir etmək iqtidarnda deyildi. Belə anlaşılır ki, ordunun gözlnilmədən hücuma məruz qalması üzündən hər kəs özünü itirmiş və toplardan vaxtında və səmərəli istifadə imkanı da əldən çıxmışdı:

“Birinci həmlə iki saat sürdü. Düşmən topları susduqdan sonra Abbas Mirzə sərkərdələri və iki ingilis albayı ilə təcili bir toplantı keçirdi. İngilis albaylar geri çəkilməyi təklif etdilər. bu yolla az itki ilə düşmənin növbəti hücumundan qurtula bilərdilər. Amma Abbas Mirzə bu təklifi qəbul etmədi. O, komandanlara ordunu növbəti döyüşə hazırlamaq əmri verdi. Səhərə yaxın təpənin başına bir top çıxarmağı bacardılar. Albay polkovnik Kristi opu elə yerləşdirdi ki, mərmiləri təsirli olsun və hədəfə düz dəyə bilsin. Gecənin qaranlığı bitmədən savaş yenidən qızışdı. Şahzadənin atı aldığı güllə yarasından öldü. Onun yanında olan yardımçılarından biri atını şahzadəyə verdi.

Ətrafdaki bir neçə çadır və ev atəş içində idi. Albay Linsinin bu savaşda aktiv olmadığı söylənilməkdədir. Ancaq Kristi çox fəal idi və rusları hücumuna sərrast top atəşləri ilə cavab verirdi. Döyüşün qızğın çağında Kristi ağır yaralandı. Əsgərləri onu bir ağaca söykəyib yarasını bağladılar. Çox çəkmədən hər tərəf rus ordusu tərəfindən mühasirəyə alındı və Kristini kazaklara əsir düşdü. onun Azərbaycan ordusunda savaşan bir ingilis zabiti olduğunu bilən ruslar albay dərhal güllələdilər. Rus ordusundan qaçmış çox sayda polyak və gürcü də azərbaycanlılarla çiyin-çiyinə döyüşməkdəydilər. Onların çoxu qəhrəmancasına şəhid oldu, amma təslim olmadılar. Sağ qalanlar isə sülh imzalandıqdan sonar da Abbas Mirzənin xidmətində qaldılar. Artıq Abbas Mirzənin ordusu bir-biri ilə irtibatsız dağınıq dəstələr halına gəlmişdi”.

1812 – ci ilin yayında Napoleonun Rusiyaya hücumu Abbas Mirzənin Qafqazda fəal hərbi əməliyyatları bərpa etməsinə səbəb oldu. Iyun ayında onun qoşunları Qarabağ ərazisinə daxil olaraq Şahbulağı tutdular. Bundan sonra Gəncə, Şəki xanlığı istiqamətində də hücumlarını genişləndirdilər. Lakin bir qədər sonra geri çəkilməyə məcbur oldular. 1813 – cü il yanvarın 1 – də Lənkəran ruslar tərəfindən işğal olundu.

Rusların bu qədər irəliləməsinə rəğmən, Abbas Mirzə hələ də alçaldıcı sülh təklifini  qəbul etmk istəmirdi. Təbrizdə xalq böyük bir canfəşanlıqla çalışır, silah silah istehsal edirdi. Şahzadə bu yolla topxanasının əksikliklərini ortadan qaldırmağa çalışırdı. O, yeni bir ordu təşkil etmişdi.

Baharın vvəlində əks-hücuma başlayan şahzadə Arazın sahillərində ruslara böyük zərbə endirib Rus ordusunu bölgədən uzaqlaşdırmağı başardı. Yayın əvvəllərində Şah Azərbaycan ordusuna mənəvi dəstək vermək üçün Ucana gəldi. Yeni və geniş bir hücum üçün hazırlıq gedirdi, ancaq Xorasandan pis xəbərlər gəlirdi. Türkmən xanları mərkəzi hökumətə qarşı baş qaldırmışdılar.Fəthəli şah Azərbaycanı tərk etdi və ingilislərin təkidi ilə sülhün əldə edilməsi üçün lazımi göstərişlrini verdi. Bir il öncə olduğu kimi, bu dfə də ingilis səfiri vasitəçilik rolunu öz üzərin götürdü. Ancaq Abbas Mirzə ilə məsləhətləşməyi lazım bilmədi. Onun nəzərində Abbas Mirzə Aslanduz savaşının məğlub komandanı idi. 

James Morierin yazdığına görə, səfirin bu cür davranışları Abbas Mirzəyə çox pis təsir edirdi. Sir Qor Ozli albay Arsini Arazın o tayına ezam etmişdi. O, Qafqaza gedib və oranın rus hakimi ilə danışmalı, Qacar hökuməti ilə Rusiya arasında barış məsələsini müzakirə etməli idi:

“Bütün bunlar Abbas Mirzəni narahat etməyə bilməzdi. Odur ki, omründə ilk dəfə bir elçi ilə yüksək tonda, bağıraraq danışırdı. O, səfirdən soruşdu ki, bəlkə İngiltər-Rusiya barış anlaşmasında Rusiyanın Azərbaycanı işğal etməsinə yardımçı olmanızı da boynunuza götürmüşsünüz?! Özünü kontrol edə bilməyən Şahzadə elçinin üstünə bağıraraq dedi:

-Albay Arsini Qafqaz hökmdarına göndərməkdə israr etsəniz, gözətçilərə əmr edəcəyəm sınırdan keçdiyində ona atəş açsınlar.”

James Morierin sözlərinə görə, səfir onu başa salmağa çalışdı ki, bu cür hərəkətləri ilə ölkəsinə altından çıxması çtin olan ziyanlar vura bilər. Bu o demək idi ki, belə bir hadisə baş verərsə, İngiltərənin Hindistandaki ordusu Bəsrə körfəzindən hücuma keçə bilər. Səfir çox diplomatik dillə və üstüörtülü bir şəkildə şahzadəni təhdid edirdi:

“Şahzadə ölkəsinin geriqalmışlığından və zəifliyindən xəcalət çəkərək, təslim olmaq məcburiyyətində qalmışdı. Səfir soyuq bir əda ilə Abbas Mirzəni tərk etdi. Onun vasitəçiliyi artıq vasitəçilik missiyasından o yana keçmirdi”.

1812 – ci il də ruslar Napoleonu məğlub etmələrinə baxmayaraq iki cəbhədə müharibə aparmağa imkanları yox idi. Onlar bəzi uğurlar qazanmalarına baxmayaraq tezliklə sülh müqaviləsi bağlanmasında maraqlı idilər. Iran da öz qüvvələrini bərpa etmək üçün Ingiltərənin vasitəçiliyi ilə sülh danışıqlarına başlamağa razı oldu. 1813 – cü il oktyabrın 12 – də Qarabağın Gülüstan kəndində Zeyvə çayı yaxınlığında 11 maddədən ibarət müqavilə bağlandı. Bu müqaviləni Qacarlar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar.

Normal
0
21

Gülüstan müqaviləsinin şərtlərinə görə Dağıstan, Tiflis, Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiyanın tərkibinə qatılırdı. Azərbaycan dövləti Gürcüstan, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi. Rus tacirləri daxili kömrük vergisindən azad edildilər. Lakin Iravan və Naxçıvan xanlıqları şahın hakimiyyəti altında qaldı.

Fransız tarixçisi Jan Junior yazır:

“Çarla Fəthəli şahın müharibəsinin birinci on ili dövründə hərdən perslər, hərdən də çar qoşunları qalib gəlirdi və o zaman 1812 – ci ilin baharında, müharibənin sonuncu dövründə Fətəli şah münasib şərtlərlə çarla sülh bağlaya bilərdi, amma bunu etmədi. Əgər o bunu etsəydi Gürcüstandan başqa heç yeri əldən verməzdi və Araz çayının şimalındakı Pers vilayətləri onun əlində həmişəlik qalardı.”

Fransa tədqiqatçısı Henri Brou yazmışdır ki, Ingiltərə Fransanın Rusiyaya həmlə etdiyini bilməsinə baxmayaraq, bu hadisəni Fəthəli şaha çatdırmadı ki, bir hazırlıq görə bilsin:

“Sülh bağlamaq tələbi Fəthəli şahdan deyil, çar komandanı tərəfindən edildi və o, Ingilislərin vasitəçiliyi ilə Fəthəli şahdan sülh bağlamağı tələb etdi. Əgər bu doğrudursa, çar komandanı Fətəli şahdan sülh istəyirdisə, sülhün şərtləri Fətəli şah üçün münasib olmalı idi; amma bilirik ki, Gülüstan müqaviləsində öz əksini tapmış bu şərtlər Irəvan və Naxçıvandan başqa Araz çayının şimalında yerləşən bütün pers ərazisi Fətəli şahın əlindən alınıb çara verildi”.

Henri Brouna görə, ingilislər bu əraziləri ruslara rüşvət verdilər ki, onlar Hindistanı işğal etmək fikrindən daşınsınlar. Bununla belə, Rusiyanın 1804-1813-cü illər müharibəsində qələbəsi, Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilisləri tam məmnun edə bilməzdi.

 

İslahat illəri və Yermolovun Abbas Mirzəni məhv etmək planı

 

Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Qafqazı yenidən ələ keçirmək üçün yeni planlar hazırlayan Azərbaycan hakimi Abbas Mirzə Rusiyanın Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. Şahzadənin bu planları İngiltərənin Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna görə ingilis diplomatiyası hər vasitə ilə yeni münaqişələr törədir,  Qacarları Rusiya ilə yeni müharibəyə təhrik edirdi. Bu məqsədlə Tehrana yeni Britaniya səfiri göndərildi. O, şahı inandırmağa çalışırdı ki, Qacarlar Qafqazı qaytara bilər, ancaq bunun üçün güclü ordu yaratmaq lazımdır. Səfir öz hökumətinin yaxşı təlim görmüş və silahlanmış 50 minlik korpus yaratmaqda Azərbaycana kömək göstərməyə hazır olduğunu bildirdi.

I Azərbaycan-Rusiya müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə Qacarlar arasında müqavilə bağlandı. Bu müqavilə Rusiyaya qarşı yönəldilmişdi. Azərbaycan şahı qızılbaş sərkərdələri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi.

Doğrudur, 1815-ci ildən etibarən, yəni Napoleonun tarix səhnəsindən sıxışdırılmasından sonra, artıq İngiltərə Hindistandakı müstəmləkəsi barədə ciddi narahay olmaya bilərdi. Bu üzdən də Qacarlar İngiltərə üçün əski önəmini itirmişdi. Napoleonun Qacarların ərazilərindən platsdarm kimi istifadə edərək Hindistana həmlə edəcəyi İngiltərəni daim rahatsız etməkdə idi. Bu səbəbdən də İngiltərə Qacariyə ilə ittifaqa önəm verir və onu Fransanın müttəfiqi olmaqdan kənar tutmağa çalışırdı. Napoleonun Fransadaki siyasi həyatına son verilməsi Azərbaycanın da taleyinə çox pis təsir etmişdi.

Hindistandan arxayın olan İngiltərə başqa yerlərə göz tikməyə başlamışdı. İngiltərə Hindistan kimi zəngin müstəmləkəsini yad təsirlrdən qorumaq üçün ətraf əraziləri də işğal etmək və tompon bölgə yaratmaq istəyirdi. Bu şəkildə gələcəkdə də Hindistanı hər hansı bir kəbar gücün müdaxiləsindən etibarlı şəkildə qorumuş olardı. Bu üzdən də Xorasanın böyük bir bölümünü işğal etməyi düşünürdü.

İngiltərənin Qacarlara olan nisbi laqeydliyi Rusiyanın iştahın daha da artırmışdı. Bu səbəbdən də Abbas Mirzə, istəməsə belə, İngiltərə ilə olan anlaşmaların davam etmsində maraqlı idi. Xüsusən də hind ordusunda xidmət etmiş ingilis zabitlərini öz yanında görmək istəyiridi. Ancaq İngiltərə Abbas Mirzənin bu istəklərinə soyuq yanaşırdı, çünkü anlaşmada üzərinə götürdüyü maddələri heyata keçirməmək istəmirdi. İngiltərə Qacarlarla bağladığı müqavilələrdən yaynmağa çalışırdı. Bununla belə, hazır ki, şəraitdə Azərbaycan-Rusiya savaşınnın yenidn alovlanmasına ehtiyac var idi.

İngiltərə Qacarlara Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş Rusiya-Azərbaycan sərhədlərinə yenidən baxmağa nail olmaq barədə söz verdi və ardınca da yeni təlimatçı zabitlər, sursat, Təbrizdə fəalliyyət göstərən silah zavodu üçün avadanlıqlar göndərməyə başladı. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolov 1817-ci ildə nümayəndə heyyətinin başçısı kimi Azərbaycanda olarkən çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu.

Vəliəhd, Azərbaycanın hakimi Abbas Mirzə Rusiyaya qarşı yeni müharibənin hazırlanmasında yenə də mühüm rol oynayırdı. İngilis diplomatiyası hər vasitə ilə onu İngiltərənin daimi nəzarəti altında saxlamağa çalışırdı. Abbas Mirzə isə, öz növbəsində, özünü ingilis zabitləri və siyasi məsləhətçiləri ilə əhatə etmişdi və onların köməyi ilə öz ordusunu yenidən qururdu. Azərbaycanın anbar və cəbbəxanaları ingilis tüfəngləri və döyüş sursatı ilə dolu idi. General Yermolov Cankt-Peterburqa göndərdiyi raporunda belə yazırdı:

“Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar həyata keçirməkdədir.Yüksək səviyyədə təşkil edilmiş hərbi birliklər yaratmaqdadır. Topxanası qüsursuzdur və böyük bir sürətlə də rəkmillşdirilir. Təbrizdə bir dəmirəritmə mərkəzi yapdırmışdır. Ayrıca bir silah istehsalı mərkəzi də çalışmaqdadır. Savaş qalaları Avropa modelinə uyğun yapılmaqdadır. Azərbaycanın mədənləri istifadəyə tam hazır vəziyyətdədir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi çətinliklərlə üz-üzə olsa da, ancaq özü sadə həyat tərzini tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya və başqa sosial xidmətlərə sərf etməkdədir…”

Yermolovun raporunda daha sonra deyilirdi:

“Reformlar davam edir. Belə getsə, yaxın gələcəkdə Qacar hökuməti Avropa piyada qoşunları səviyyəsində hərbi təşkilat yaradacaq.”

E. Batovun yazdığna görə, Qacarların özünü müdafiə edə bilməsini mümkün edəcək bu reformlar Yermolovu narahat edirdi. Yermolov bu islahatlar prosesinə mane olmaq üçün Abbas Mirzənin əsas rəqibi olan qardaşı Məhəmmədəli Mirzə (Dövlətşahi) ilə əlaqə qurmağı düşündü. Məhəmmədəli Mirzə yaxşı ilə pis arasında fərq qoymadan Abbas Mirzəyə qarşı düşmənçilik edirdi. Nə olursa-olsun, hər bir msələdə Abbas Mirzə qarşı çıxırdı:

“Dövlətşahi Abbas Mirzənin yeniliklərindən narazı olan, onu sevməyən bütün din adamlarını, narazı xanları öz ətrafına toplamış və Qacar soyuna mənsubiyyət duyğusundan da daha üstün bir hədəf təqib edirdi. Çünkü bu duyğudan çxış etsəydi, Qacar soyundan olmayan xanları və mollaları öz müttəfiqinə çevirə bilməzdi.

Abbas Mirzənin şahzadəlik məsələsi Ağaməhəmməd Xan Qacardan miras qalan “Qacar Yasası”na görə dəyişilməsi qeyri-mümkün qanun olduğu üçün Yermolovun Abbas Mirzəni devirmə planları baş tutmurdu. Əyyaşlıqla və digər bu kimi keflərlə başını qatmış yaşlı Fəthəli şah isə ölümündən sonra nə olacağı haqda heç düşünmürdü də. Dövlətinin özündən sonraki taleyi ilə bağlı heç bir planı yox idi. Bəziləri belə deyirdilər ki, şah, “taxt-tac onu əldə edə bilənin olacaqdır”,- deyə söyləmişdir. Şah artıq çox yaşlanmışdı və hər an ölə bilərdi. Bu da Rusiyanı çox narahat etməkdə idi. Çünkü Şahın ölümündən sonra Abbas Mirzə taxt-taca sahib olarsa, durum dəyişə bilərdi. Abbas Mirzə ölkənin digər yerlərində olan, xüsusən də Məhəmmədəli Mirzənin əmrindəki ordunu da Rusiya ilə savaşa sövq edib, əldən getmiş torpaqları geri qaytara bilərdi”.

E. Batovun sözlrinə görə, Yermolov bütün bu ehtimalları əngəlləmək üçün bir plan işləyib hazırlamşdı. Plana görə, Rusiyanın Gürcüstandakı hərbi birlikləri İrəvanı işğal edəcək, bu işğalı durdurmaq üçün Abbas Mirzə öz birliklərini savaşa sövq etmək məcburiyətində qalacaqdı. Bu fürsətdən istifadə edərək onun payraxta dönüş yolunu qapatacaqdı və digər tərəfdən, də Məhəmmədəli Mirzənin şahlığa gedən yolunu din xadimlərinin və digər Abbas Mirzə düşmənlərinin yardımı ilə açacaqdı:

“Yermolov Abbas Mirzədən birdəfəlik qurtulmaq üçün belə bir plan tasarlamışdı.”

Əminə Pakrəvan yazır:

“Qacar sarayı İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla yanaşı, eyni zamanda belə hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün əlverişli şərait yaranmışdır. 1815-ci ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq və Qafqazın, əsasən Azərbaycan ərazisinin heç olmazsa bir hissəsinin qaytarılmasına nail olmaq üçün İngilrətə ilə sıx bağlı olan və çoxdan onun təlimatından istifadə edən Mirzə Əbdül Həsən xanın başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərildi. İngiltərə və Qacarlarla münasibətləri kəskinləşdirməyi istəməyən çar hökuməti sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə Azərbaycana (Güney Azərbaycana) nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə Rusiya ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri üçün əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi”.

A.P.Yermolovun səfirliyi Azərbaycanda soyuq qarşılandı. İngilislər tərəfindən qızışdırılan vəliəhd Abbas Mirzə, hətta Yermolovun səfirliyindən ölkədə hərbi əhval-rihiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı. Bu zaman o belə bir şayiə yaydı ki, rus səfiri Azərbaycanın qalan hissəsini də işğal etmək üçün 12 minlik korpus gətirmişdir.

Abbas Mirzə rus səfirliyini qorxutmaq məqsədilə Təbrizə, onların qarşısına on minlərlə əsgərdən ibarət hərbi birləşmə göndərdi. Yermolovun keçdiyi bütün yol boyu onu ingilis zabitləri müşayiət edirdi. Tərəflərin elə ilk görüşündə Qacar hökuməti Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların Qacarlara qaytarılmasını tələb etdi. Şah sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov Azərbaycanı tərk etdi və öz hökumətinə belə bir məktub göndərdi:

“İngilislər ehtiyat edirdilər ki, Persiya bizim hakimiyyət və nüfuzumuz altına düşə bilər”.

O daha sonra qeyd edirdi ki, vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür.

Ordusunu modernləşdirən və sərt nizam-intizama tabe edən, Azərbaycanda böyük reformlar gerçəkləşdirən Abbas Mirzə, savaş nə qədər gec başlarsa, o qədər ölkəsinin xeyirinədir deyə düşünürdü. Çünkü gün keçdikcə müxtəlif sahələrdə reformlar gerçəkləşdirir və güclənirdi. Güclənməsini böyük savaşın başlanacağı gün üçün hazırlıq kimi dərk edirdi. Yermolov da bunları görür və onun məqsədini çox gözəl anlayırdı.

 

Rusiyanın Quzey Azərbaycan xanlıqlarını ləğv etməsi və xanların Abbas Mirzəyə sığınması

 

Rusiya isə Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov Azərbaycan ordusu ilə yaxınlaşan savaşda vassal xanların kimin tərəfində duracağını yaxşı bilirdi. Onun yeritdiyi siyasət bu xanlıqları tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Mədətovun əli ilə Şəki hakimi İsmayıl xanı zəhərləyərək aradan götürdü və xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə edildi.

Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi. General Mədətovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Xanın qardaşı oğlu Cəfərqulu ağaya Rus komandanlığına yalan donos yazdırtdılar. Guya Mehdiqulu xan gizlicə Mədətovu öldürtmək istəyirmiş. Hətta Mədətovun üstünə yalançı bir sui-qəsd də yapıldı. Xana qarşı iş açmaq üçün Baş komandanın göstərişi ilə “güzəştsiz” istintaq başlandı. İşin nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci ildə Qacarlara sığınd.

Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı və sürüləri bu xəzinənin ixtiyarına keçdi. O zamanın rus tarixçisi N.F.Dubrovinin yazdığına görə, icraçılar, yəni “Sərdar Yermulu” və Mədətov kimiləri özlərinə zəngin “pay” götürüb ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu gizlətmirdi. O, Yermolovun “sağ əli” olan Mədətovun Qarabağda “ən birinci mülkədara” çevrildiyini yazırdı. Bunun üstündə Mədətov hətta çar məhkəməsi qarşısında durmalı oldu. II Rusiya-Azərbaycan savaşı başlanmazdan öncə (1826) Talış xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların “ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti”ni çar hökuməti özü pozub atdı.

Asılı xanlıqların yox edilməsi  Rusiya-Azərbaycan savaşının verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Transqafqazda yerləşdirilən “Xüsusi Qafqaz korpusu”nu yalnız yerli təchizat, başlıca olaraq Quzey Azərbaycanın varı və gəliri ilə saxlamaq olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni baxımdan vassal xanların səlahiyyətində qalırdı. Bir sözlə, asılı xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının əl-qolunu bağlayırdı.

Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan İ.Paskeviç özü bunu etiraf edib yazırdı:

“İstər Persiya, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi”.

Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri hesabına yaşayırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü.  Şirvanda Göyüzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) ulan diviziyasının 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 eskadronu, İsmayıllı kəndi 1 eskadronu, Qarasu Bazar mahalının Zərdab və Ləki kəndləri 1 eskadronu ərzaqla təmin edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının kəndləri (Bərguşat, Bığır, Qaracalı və b.) hesabına yaşayırdı. Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu buradan təmin olunurdular.

Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları, Şəki şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi Xəzər dəniz və 8-ci sapyor batalyonları, Şuşada iki yeger (atıcı) batalyonu qulluq yapırdılar.

Ruslar tərəfindən işğal edilmiş ərazilərin xanları ruslarla hər hansı bir şəkildə anlaşacaqlarını və xanlqlarının muxtarlığını qoruya biləcəklərini sanırdılar. Lakin rusların onların heç bir müxtariyyət və sərbəstlik vermək fikrində olmadığını anlayan xanlar Təbrizə gəlib Abbas Mirzəyə sığınmağa üstünlük verməyə başlamşdlar. Abbas Mirzə onlara Azərbaycanın müxtəlif yerlərində torpaq verərək dəstəyini əsirgəmirdi. Lakin sonralar bu xanların arzuları yavaş-yavaş böyüməyə başladı. Tehrandaki saray intriqalarına qatılaraq, şahzadəyə qarşı çıxmağa başladılar. Bu xanlar 1825-ci ilə qədər şahzadənin düşmənlərinə, xüsusən də onun əsas rəqibləri olan qardaşlarına yardım etdilər.

Abbas Mirzənin reformlarını öz mənafelərinə zidd  görən hər kəs bu düşmənlərin cərgəsində idi. Mollalardan tutmuş vəzirlərə, xanlara və şahzadənin qardaşlarına qədər geniş bir kütlə Abbas Mirzənin qərbləşmə hərəkatına qarşı idilər. Həftədə bir dəfə rəiyyətin şikayətlərini dinləyən Abbas Mirzə düşmənlərinin ona qarşı nə kimi planlar hazırladıqlarını anlamışdı.

1815-1825-ci illər Şahzadənin ən uğurlu və xoşbəxt illəri idi. O illərdə Təbrizin küçələrində, bazarlarında görünən insanların üzlərindən sevinc və sabaha ümidvarlıq oxunmaqda idi. Həmin dövrdə Təbriz Tehrandan daha əhəmiyətli görünməkdə idi. Çünkü Təbriz tacirlər üçün daha təhlükəsiz və qazanc gətirən şəhərə çevrilmişdi. Bütün bunların səbəbkarınn şahzadə olduğunu bilən Azərbaycan əhalisi ona öz doğma padşahları kimi baxırdılar. Təbrizin bir neçə məhəlləsində yeni hamamlar təsis edilmiş, şəhərə içməli su çəkilmiş, İstanbula mal aparan tacirlərin gecələmələri üçün yeni karvansaraylar tikilmiş və onların təhlükəsizliyi ilə bağlı hər cür tədbir alınmış, imkanlar yaradılmışdı. Abbas Mirzə özəl həkimi, ingilis Karmək vasitəsi ilə Təbrizdə ilk dəfə su çiçəyi xəstəliyinin tədavisi üçün mərkəz təsis etmişdi. Bu da azərbaycanlı uşaqlarının sağlamlığı üçün atılan ilk böyük addım idi. Abbas Mirzənin sağlıq sahəsindəki reformları Tehrandaki baş mollaları daha çox narahat edir və bu yeniliklərdən küfr qoxusu gəlir deyərək şahı xəbərdar edirdilər. Lakin Abbas Mirzə xəyalındakı inkişaf etmiş Azərbaycanı daha da inkişaf etdirmək üçün bu reformların miqyasını genişləndirməyə məcbur idi. Bu səbəbdən də Azərbaycann istedadlı oğullarını təhsil almaq üçün Avropaya göndərdi. İstəniln yeniliyə qarşı çxanan qaranlıq ruhlu ruhanilərə və Tehranın əngəlləmələrinə rəğmən, Abbas Mirzə islahatları durmadan və böyük bir səylə davam etdirirdi. Bəzi təsisatların yaradıılmasına şəxsən özü nəzarət edirdi. Abbas Mirzə Azərbaycanda ilk dəfə kitab yayın mərkəzi (çapxana) təsis etdirdi. Daş üsullu çapxana təsis edildikdən sonra həm yeni iş mərkəzinin açılması, həm də müxtəlif kitabların çap edilməsi baxımından Azəbaycanın mrkəzi şəhəri olan Təbriz öz tarixi statusunu dəyişdirməkdə və modernləşməkdə idi. Abbas Mirzənin bu reformları Təbrizi mədəni dünyanın bir parçası halına gətirməkdə idi.

 

İslahatçı şahzadə

 

1820-ci ildə Xoy yeni tarixi bir hadisəyə şahid oldu. Şəhərin meydanında fəaliyətə başlayan bir yun maşını hər kəsi heyrətləndirmişdi. Təkbaşına 20 kişinin işini görən bu maşının Xoyda fəaliyətə başlaması Qərb həyat tərzinin, iş və işçi məfhumunun şəhərdə yeni mənada dərk edilməsinə yardımçı olmaqda idi. Bu maşının istehsal etdiyi şey ilk dövrdə yalnız keçədən ibarət olsa da, bu həmtərəkəmələrin ehtiyaclarını ödəmək, həm də şəhəri ticarət mərkəzinə çevirmə baxımından çoxönəmli idi.O günün ehtiyacları nəzərə alndqda bu cür işlərin nə qədər önəmli olduğu daha yaxşı anlaşılır.

Abbas Mirzə böyük bir sevinclə ətrafındakılara deyirdi ki, bir gün gələcək, artıq bu cür şeyləriidxal etməyəcəyik. Azərbaycan öz istehsal imkanları ilə bütün Şərqin ehtiyaclarını təmin edəcək. Busözlər onun təkcə bir hərbçı deyil, həm də bir iqtisadçı kimi dərin düşüncə sahibi olduğunu göstərir. Tehranınona qarşı xəsisliyinə, əngəlləmələrinə, intriqalarına baxmayaraq, Şahzadə yeganə qurtuluş yolu kimiAzərbaycanın iqtisadi, texniki baxımdan qalxınmasını görürdü. Abbas Mirzə beynində tutduğu böyük savaşa başlamadan öncə güclü iqtisadiyyatı, savadlı əhalisi və Avropada təlim almışmütəxəssisləri olan qüfrətli bir Azərbaycan, düşünən, düşündürən, xurafatdan arınmış fərqlibir Azərbaycan yaratmaq istəyirdi.

Şahzadə hər bir yeni açılışda özü şəxsən iştirak edirdi. Lakin buaçılışlar zamanı izdihamdan istfadə edən və təbii ki, Tehrandan dəstək alan bəzi cahil və nadan insanlar reformlara qarşı şüarlarlaçıxış etməkdən çəkinmirdilər. Bunlar kafir işləridir, din əldən gedir deyə bağıranları Abbas Mirzə sərtşəkildə cəzalandıra bilmirdi. Çünkü onlar Tehran molları və şahzadəninqardaşları tərəfindən dəstəklənirdilər. Şahzadə onları susdurmaqla yetinirdi. O, Azərbaycanın açıq fikirli din xadimlərinin dəstəyindən yararlanırdı.

“Ən önəmli islahatlardan biri də Azərbaycanın şəhər və kəndlərində müntəzəm poçt şəbəkələrinin qurulması idi. Bu yeni şəbəkədə çaparların  bütün ehtiyacları nəzərə alınmışdı. Mehmanxana tipli istirahət evləri, münasib yeməklər, uyğun atlar və digər bu kimi ehtiyaclar reformlara nəzarət edən heyyət tərəfindən yoxlanılmış və Şahzadəyə bilgi verilmişdi. Rəiyyətin toyuğunu, yumurtasını vergi adı ilə zorla əlindən alan kəndxudalar Abbas Mirzənin sərt cəzası ilə üzlşdiklərindən bu kimi əməllərdən vaz keçmişdilər. Vaz keçmişdilər, ancaq reform düşmənləri cərgəsinə qatılmışdılar” (Tarix-e Əzodi).

ŞahzadəAzərbaycanın sınırlarından çox-çox uzaqlarda da hörmət qazanmışdı. Bir çox tannmş insan ona dəstək verirdi. Bunlardan biri də “Maaser-e Sultani”(Padşahanə xatirələr) kitabının müəllifi olan Dənbəli idi.

Cahangir Mirzənin yazdığına görə, “1805-1826-cı illər arasında Tehrana və Təbrizə o qədər çox səfir gəl-get etdi ki, onların hamısının adını saymaq yorğunluğa səbəb olar”. Elə həmin səfirlərin yazdığı xatirələr olmasaydı, yəqin ki, Fəthəli şah və vəliəhd Abbas Mirzə ilə bağlıbiliklərimiz bu qədər geniş olmazdı. Həmin xatirələr Qacarların, o cümlədən şahzadənin xarakterini, arzularını və gördüyü işləritədqiq etmək baxımından əvəzsiz qaynaqlardır. Bu sırada İngiltərə, Rusiya və Fransanın o dövrdəki xüsusi xidmət orqanlarının, başqa sözlə, kəşfiyyatının hesabatlarını da xüsusi qeyd etmək lazımdr. Həmin sənədlərə görə, Abbas Mirzə padşah olduqdan sonra Qacarların paytaxt Tehrandan Təbrizə köçürüləcəkmiş. Bunu o dövrün hesabatlarındakı bir çox gerçək məlumatlara əsaslanan məntiqi dəyərləndirmələr göstərməkdədir:

1. Abbas Mirzə Təbrizlə ayrılmaz tək bir vücud halına gəlmişdir. İnandığı adamlardan ibarət komandasn Təbrizdə qurmuşdur. O, artıq bütün yardımçılarını və iqtidar komandasını Təbrizdə təşkil etmişdir və bu komandası ilə iqtidarını bütün ölkəyə tətbiq etmək istəyəcək.

2. Abbas Mirzə Təbrizin tərəqqisi istiqamətində çox işlər görmüşdür. Bu işləri özünün gələcək paytaxtı kimi düşündüyü şəhər üçün görməkdədir.

3. Fəthəli şahdan sonra şah olacaq Abbas Mirzə üçün ən uyğun iqtidar mərkəzi Təbriz olaraq görünməkdədir. Çünkü Təbriz mərkəzli bir iqtidar sahibi olan Abbas Mirzə həm rəqiblərini asanlıqla ortadan qaldıra bilər, həm də Azərbaycanda başlatdığı islahatları ölkə miqyasına daşıya bilər.

4. Abbas Mirzə özünü Azərbaycana çox borclu bilməkdədir. Bu borcluluğun qarşılığı olaraq paytaxt Azərbaycana daşımaq kimi gizlin fikrini söhbətləri sırasında sezmək mümkündür.

5. Abbas Mirzənin Azərbaycanda gerçəkləşdirdiyi reformlar səbəbi ilə artıq xarici ölkələr də Təbrizə gələcəyin baş şəhəri kimi baxmaqdadırlar. Dünyanın aparıcı gücləri Təbrizi paytaxt olaraq görəcəklərinə indidən alışmışlar. Çünkü onlara görə paytaxt Təbriz olacağı təqdirdə bu ölkə ilə diplomatik münasibətlərin saxlanılması daha rahat olacaq. Təbrizdəki reformlar səbəbi ilə bu şəhər həm Tehrandan, həm də digər şəhərlərdən daha çox Qərb mədəniyətinə yaxınlaşmışdır. Şəhərin modetnləşmsi üçün zəruri olan bazis  Abbas Mirzə tərəfindən artq hazırlanmışdır. Bu da onun paytaxt olması ilə bağlı beynəlxalq rəyin formalaşması anlamındadır.

Təbrizi ziyarət etmiş bir çox xarici ölkə səfirləri Şahzadənin yanında həddi-büluğa çatmış iki oğlunu və bir də gənc bir qardaşını görərdilər. Şahzadə bu gənc qardaşını öz oğulları qədər çox istəyirmiş. Məlik Qasim Mirzə adlı bu yeniyetmə bir zamanUrmunun hakimi olacaqdı. Onun haqqında Kont de Sers çox xoş sözlər söyləmişdir. Abbas Mirzə boş zamanlarını onlara həsr edir və təhsilləri ilə maraqlanır, müəllimlərindən bilgi alırdı. Abbas Mirzənin kiçik oğlu Cahangir Mirzə atasına bir çox səfərlərdə iştirak edir, hadisələri onların birbaşa iştirakçısı kimi qələmə alırdı. Ondan “Tarixe nov” (Yeni tarix) adlı bir kitab miras qalmışdır ki, burada biz ondan da çox sayda sitat gətirmişik.

Dağlıq kəndlərdə yaşayan kəndlilər belə, Şahzadənin pişvazına çıxmaqdan çəkinmirdilər. İngilis diplomat Ker Porter bir kürddən eşitdiyi sözləri bu şəkildə qələmə almışdır:

“Şahzadənin əmniyət və təhlükəsizliklərini təmin etdiyi kəndlərin sakinləri şahzadə keçərkən bütün ailələri ilə birlikdə onun pişvazına çıxır və ona dua edirdilər. Şahzadə bu yoxsul kəndlilərdən sovqat almağı yasaqladığı üçün onlar şahzadəyə yaşıl yarpaq verir, yollarına gül səpirdilər. Lakin elə bu kəndlilər eşitsəydilər ki, Kirmanşahın hakimi bu tərəflərdən keçəcəkdir, qorxularından qaçıb ən keçilməz dərələrdə gizlənərdilər.”

Kürdlər xırman vaxtı gizləndikləri yerlərdən çıxıb Azərbaycan kəndlərinə hücum edib, talan edərdilər. Abbas Mirzə bunlarla həm silahlı savaşa girir, həm də bir çox kürdləri başqa yerlərə köçürüb, onlara əkinçiliklə məşğul olmalar üçün torpaq verirdi. Ancaq hərbi birliklərinəə də onlara daim diqqət etmələrini əmr etmişdi. Urmu kəndlərini kürd qaçaqçılarının yağmalamasından qurtaran Abbas Mirzəyə Azərbaycanın bu bölgəsində ayrıca bir sevgi vardı. Bu bölgələr həm də Avşar soyunun bol olduğu yer idi. Çox məğrur insanlar olan avşarlara Abbas Mirzənin ehtiyacı vardı. Süvariliyi bir mədəniyyət səviyyəsində ta qədimlərdən özləri ilə bərabər günümüzə daşıyan avşarlar Abbas Mirzənin istəyinə müsbət cavab verib ordunun süvarilərdən ibarət qisminə qatılırdılar. Abbas Mirzənin çətin günlərində belə avşarlar onun əleyhinə çıxmadılar və daim islahatlarına dəstək verdilər.

 

Rusiyann məkrli planlarnı və Osmanlı-Qacar qarşıdurması

 

1817-ci ildə Qafqazın hakimi general-qubernator Yermolov Tehrana elçi göndərmək üçün mərkəzi razı sala bildi. O, Qacar hökuməti haqqında hər kəsdən daha çox məlumatlı olduğunu iddia edirdi. Bu üzdən də Rusiyanın Qacarlarla olan münasibətlərini Rusiyanın mənafeyinə tam cavab verə biləcək şəkildə qura biləcəyini düşünürdü. Onun hədəfi Qacarların əlində olan ərazilərlə Rusiyanın əlində olan torpaqların sərhəddində yerləşən şəhərlərində konsulluq açmaq idi. Digər tərəfdən, rus ordusunun Mavəra-ün Nəhrə hücum etməsi üçün Xorasandan keçməsi haqda şahın razılığını almaq istəyirdi. Lakin Yermolovun əsl amacı Osmanlıya qarşı Qacarlarla ittifaqa girmək idi. Lakin onun bu istəklərindn heç biri gerçəkləşmədi. Şah Osmanlıya qarşı Rusiya ilə ittifaq qurmaqdan imtina etdi.  Abbas Mirzə də onun bu istəyinə yox dedi. Rus ordusunun Xorasandan keçməsinə də nə şah nə də Abbas Mirzə razı olmadılar, çünkü ordunun buradan keçərkən bu torpaqları işğal etmək istəməyəcəyinə heç bir zəmanət yox idi. Konsulluqların açılması isə bir müddət sonraya saxlanıldı.

Bütün bunları günbəgün qəlmə alan Yermolovun Moris Dukutezbov adlı katibinin yazdıqlarından belə aydın olur ki, o, Yermolovla şahzadə arasındaki düşmənlikdən xəbərsiz imiş. Onun yazdığına görə,  rus heyyətinin yolu İrəvandan keçməli idi. Bu heyyət 1807-ci ildən etibarən İrəvan əyalətinin hakimi Hüseyn xan Sərdar vasitəsi ilə Qacar dövləti ilə təmas saxlayırdı. Onun sözlərinə görə, I Aleksandrin səfirini həm Təbrizdə, həm də Tehranda böyük bir təntənə qarşıladılar:

“Təntənənin möhtəşəmliyinin əsas səbəbi Qacar hökumətinin Rusiyanın təkliflərinin heç biri ilə razılaşmayacağının öncdən məlum olması idi. Digər tərəfdən, Abbas Mirzə fürsətdən istifadə edib öz ordusundaki yeni nizam və intizamı düşmənin elçisinə göstərmək istəyirdi. Səfir Təbrizin bir neçə ağaclığında sadə bir protokolla deyil, qırx top, səksən süvari və səkkiz min piyadə ilə qarşılandı.”

Katib yazır:

“Şahzadə, elçini Təbrizdəki sarayında qəbul etdi. Bu saray Şahzadəyə Təbriz

əyanlarından biri tərəfindən hədiyyə edilmişdi. Şahzadənin bir neçə addım arxasında artıq çox yaşlanmış Qaimməqam görünməkdə idi. Elçi, şahzadəyə imperatorun öz dəsti-xətti ilə yazılmış məktubu verdi. Heyyət, şahzadəni tərk etdiyində, Abbas Mirzə olduğu yerdən tərpənməyərək, sadəcə əllərini vida əlaməti olaraq yelləyərək, onları yola saldı”.

Yermolov heç bir şeyi nəzərdən qaçırmrdı. O, çara  yazdığı raportlarında Abbas Mirzənin reformlarının uğurundan söz açır və güclənəcəyi təqdirdə Rusiyaya qarşı savaş açacağn israrla bildirirdi. Abbas Mirzə Yermolovun gəlişi üçün topların atəş edib və gözlə görünə biləcək bəlli hədəflərin vurulmasını istəmişdi. Özü də topçu olan Yermolov Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görüb təəccübünü gizlədə bilməmişdi. Dukutezbovun verdiyi məlumatlara görə, həmin vaxt şahzadənin yanında hind ordusu mənsubu ingilislər də varmış. O, bu adamların adını bu şəkildə yazmaqdadır: Albay Lindsi, albay Mekintaş, minbaşı Hart, yüzbaşı Vilak və doktor Karmək. Rusiya heyyəti bunlarla daha yaxın münasibət qurmağa çalışdı.

İngiltərə ilə Qacarlar arasında imzalanmş 1814-cü il anlaşmasına görə Hindistan ordusuna mənsub albaylar Şahzadənin yanında bulunmalı və təcrübələrini ordunun təlimi naminə tam səfərbər etməli idilər. Şahzadə bu albayları daim yanında bulundururdu. Bunlardan yalnız Vilak şahzadəyə xoş münasibət bəslmir, başqa sahəlrdə öz dövltinə daha lazımlı olduğunu, daha böyük tapşırqların da öhdəsindən gələ biləcəyini göstərmək istəyirdi. Bu üzdən də Hind ordusundan gəlmiş heyyətin geri dönməsi üçün əlindən gələn hər şeyi edirdi və donda buna nail oldu. Bu illər ərzində şahzadə Vilakın heyyətinə daxil olan, şərq dilləri üzrə mütəxəssis kimi tanınan Dromond Kəmpil adında bir doktorla dostluq münasibətləri qurmuşdu. Eləcə də Ker Porterlə yaxın münasibəti var idi. Ker Porter boş vaxtlarında rəssamlıqla məşğul olurdu. O, 1820-ci ildə Şahzadə ilə birlikdə Təbrizdən Tehrana səfər etmişdi. Bu səfər zamanı da dostlaşmışdılar. O bu səfər barədə xatirələrində bunları yazmaqdadır:

“Bütün yol boyu hey Napoleon barədə suallar verən şahzadə onun devrilməsindən duyduğu rahatsızlığı da tez-tez dilə gətirirdi ”.

Ker Porterin yazdığına görə, Abbas Mirzə əski ənənələrə, xüsusən də hörmətli qonaqların ayaqları altnda qurban ksilməsi adətinə nifrət edirmiş. O,  vardığı yerlərdə qurban kəsməni yasaqlamasına rəğmən, yol boyunca ona hədiyə edilən təmiz bal və bəzi incə qabları böyük minnətdarlqla qəbul edirdi.

Vəliəhd yay aylarını Xoyda keçirir və ordusunun böyük bir bölümü şəhərin kənarında yerləşirdi. Onun hər ilin yayında Xoyda olması bu şəhərin böyüməsinə, ticarət mərkəzi çevrilməsinə səbəb olmuşdu. Şəhərdə çox sayda ağac əkilmiş və şəhərin görünüşü qısa bir müddətdə dəyişmişdi. Abbas Mirzə üçün bu şəhər həm də hərbi önəm daşımaqda idi. Çünkü daima savaşa hazır vəziyyətdə saxladığı ordusunun təlim və məşqləri bu şəhərin ətrafında olurdu.

1806-ci ildə Osmanlı paşaları ilə lokal sərhəd döyüşləri ilə başlayan və davamlı xarakter alan ixtilaf hələ də həll olmamış qalmaqda idi. Zamanla bu ixtilaf böyüməyə başlamış və 1821-ci ildə geniş çaplı savaşa dönüşdü. Savaş bütün qərb sınırı boyunca davam etməkdəydi. Kirmanşah valisi Məhəmməməli Mirzə Dövlətşahi böyük bir hücuma başlamışdı. O öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asanlqla müvəffəqiyyət əldə edə bilmişdi. Qəflətən hücuma uğrayan Bağdad valisi Davud Paşa böyük savaşa girmədən geri dönmək zorunda qaldı.

Əslində savaşa səbəb olan problemləri diplomatik yolla da çözmək mümkün idi. Lakin Osmanlı tərəfi savaşmaqda qərarlı görünürdü. Xüsusən də kürd qaçaqçılar Azərbaycan kəndlərini talayarrkən Osmanlı tərəfindən dəstək görürdülər. Azərbaycan tacirləri soyulur və kəndlilərin, tərəkəmələrin sürüləri qarət edilirdi. Bütün bunları törədənlər isə Osmanlı təəbəsi olan kürdlər idi. Qacarların bu kimi halları önləmə Tələblərinə Osmanlı tərəfi heç bir əhəmiyyət vermirdi. Abbas Mirzə bu soydaş və qonşu dövlət ilə savaşmaq istəmirdi. Bu üzdən də məsələnin barış yolu ilə həllinə çalışırdı. Lakin 1807-ci ilin payızından etibarən İrəvanın hakimi Sərdar Hüseyn Xan belə düşünmürdü. Çünkü İrəvan hakimi üçün Osmanlı ilə savaş daha faydalı idi. Çünki onu buna Rusiya təhrik edir və bunun əvəzinə ruslardan çoxlu hədiyyə alırdı. Üstəlikdə ruslar bəzi ona vədlərdə bulunmuşdur. Bu illər ərzində İrəvan hakiminin həm hərbi, həm də iqtisadi imkanları nəzərəçarpacaq dərəcədə artmışdı. Böyük sreateji əhəmiyyət daşıyan İrəvana həm Fəthəli şah, həm də Abbas Mirzə xüsusi diqqət yetirməkdə idi. İrəvanın güclü olması ona görə çox əhəmiyətli idi ki, bu şəhər rusların qarşısında alınmaz qalaya çevrilmişdi.  Ruslar İrəvanda mövcud olan hərbi potensialın Osmanlıya qarşı istifadə edilərək, ortadan qaldırılmasını istəyirdi. Çünkü bu potensial Rusiyanın sonraki planlarına bir təhdid ünsürü idi.

Hüseyn Xan Qəzvin Qacarları soyunun bir boyuna mənsub idi. Lakin zəngin çox da zəngin bir soydandeyildi. Ancaq savaş qabiliyəti yüksək olduğu üçün Ağaməhəmməd Xan zamanından müxtəlifpostlarda olmuş, tərəqqi etmiş və nəhayət İrəvan xanı vəzifəsinədək yüksəlmişdi. İşini qulluqçuluqdanbaşlayaraq genişlətmişdi. Morier onu 1814-ci ildə görmüşdü. Bu zaman çox yaşlı olan İrəvan xanı hələ də gənclik duyğusundan məhrum deylmiş. Morierin yazdığına görə, Hüseyn xan Abbas Mirzədən qətiyyən xoşlanmırdı. Şahzadənin reformları onu çox əsəbləşdirirdi. Bu üzdən də Abbas Mirzəyə qarşı için gizli bir düşmənlik duyğusu bəsləməkdə idi və intiqam almaq üçün münasib fürsət axtarırdı. Və belə fürsət tapıldı.

Anadolunun Heydəranlu tərəkəməlri bir neçə bahar idi ki, sürülərini gətirib Səlmasın örüşlərində otarırdı. Hüseyn Xan bundan savaşı qızışdrmaq üçün ən münasib vasitə kimi istifadə edib, onlara əziyyət etməyə başladı, buna qarşılıq Ərzurum valisi Məhəmməd paşadan gəldi. Məhəmməd paşa bu torpaqları Osmanlıya qatmaq istədi. O deyirdi ki, Heydəranlu tayfasının çoxu orada yaşayır. Bu üzdən də bizim sürülərin oralarda otlamasına icazə verilməlidir.

Abbas Mirzə öncə barış yolunu sınaqdan keçirməyi lazım bildi. Bu səbəbdən də Təbrizin böyüklərindən birisini müzakirə aparmaq üçün göndərdi. Lakin Məhəmməd Paşa elçi ilə çox pis rəftar etdi. Onun və yanındakıların əllərini bağlatdırıb zindana atılmalarını əmr erdi. Abbas Mirzəyə da bir məktub yazaraq yenə də o torpaqların Osmanlıya aid olduğunu iddia edi. Belə olan  halda Abbas Mirzə savaşa girmək üçün atasından izn istədi. İcazə alan kimi də Azərbaycan ordusuna hücum əmri verdi. Osmanlı paşası bu miqyasda həmləni gözləmirdi. Odur ki, Abbas Mirzənin ordusu qısa müddətdə Səlmasın civarını Osmanlılardan təmizlədi. Hücumunu davam edən Şahzadə Van və Çaldıranı da ələ keçirdi. Özəlliklə çaldıranda Osmanlı ordusu böyük məğlubiyətə uğradı, bir çox əsir alındı və iki qəbzə top da ələ keçirildi. Savaş əsnasında din xadimlərinin anlaşaraq verdikləri fətvalar ortaya çıxdı. Din xadimlərinin fətvasına görə müsəlmanlar arasında savaş olmamalı idi. Bu savaş davam edərdisə, İslamın düşmənləri bu durumdan yararlana bilərdi. Din xadimləri tərəfindən gələn bu yoğun barış istəkləri

üzərinə Abbas Mirzə bütün Osmanlı əsirlərini qarşılıq istəmədən sərbəst buraxdı. Lakin şahzadənin bu davranışı paşaya təsir etmədi. Paşa bir tərəfdən Torpaq qalanı ələ keçirmək istərkən, digər tərəfdən, də Ərzurumda qoşun topladı. Bütün yaxın şəhərlərdən Paşa üçün yardım gəlirdi. Çox keçmədən bəlli oldu ki, Məhəmməd paşa əlli min nəfərlik bir ordu təşkil etmiş və böyük hücuma hazırlaşır.

Abbas Mirzənin Xoyda barındırdığı ordusunun sayı çox deyildi. Əldə olan məlumatlara görə, şahzadənin Xoydaki ordusunun miqdarı on mindən artıq deyilmiş. Abbas Mirzə Təbrizdən və başqa yerlərdən yardıma gələn ordunu gözləmədən bu ordu ilə hücuma başladı. Çox böyük bir sürətlə Osmanlı sınırlarını basıb keçdi. Şahzadə, savaşı Osmanlı torpaqlarında davam etmək istəyirdi. Ərzuruma gəlməkdə olan Osmanlı birlikləri bu şəhərə çatmadan Ərzurumu ələ keçirməyi düşünürdü. Şahzadə, Osmanlı ordusunun həm texnika, həm nizam və həm də kəmiyyət baxımından qızılbaş ordusundan daha üstün olduğunu bilirdi. Bu üstünlüyü sürətli bir əməliyatla ortadan qaldırmaq istəyirdi.

Azərbaycan ordusu gündə otuz ağac sürətlə irəliləyirdi. Bu da Fransa heyyətindən miras qalantəlimatın məhsulu idi. Bu savaş Abbas Mirzənin planladığı kimi yürüdü. Şahzadə savaşda qalibgəldi. İngilis tarixçilərin yazdığına görə durum belə olunca, Osmanlı tərəfi barış təklifində bulundu. Osmanlı tərəfindən təklif edilən barış planının ilkin maddəsində Abbas Mirzənin Osmanlı torpaqlarını tərk etməsi qeyd olunurdu. Abbas Mirzə hər an rusların hücumunu göz önündə bulundurduğu üçün bu təklifi qəbul edib və geri çəkildi. O, savaşın davam etməsinə tərəfdar deyildi. Çünkü savaş davam etdikcə rusların qarşısında müdafiə gücü də azalırdı. Abbas Mirzə özünü və ordusunu məğlub olduğu savaşın intiqamını ruslardan almaq üçün hazırlayırdı. Danışqlar1823-cü ildə “Ərzurum anlaşması”nın imzalanması ilə sonuclandı. Bu antlaşmaya görə hər iki tərəf bir-birlərinin sınırlarını rəsmən tanıyırdılar.

1821-1823-cü illər Osmanlı-Qacar qarşdurmasının detalları barədə Abbas Mirzədən qalan bir neçə məktub bilgi verməkdədir. Bu məktublar olmasaydı, Azərbaycan ordusunun necə və nə şəkildə qalib gəldiyi sir olaraq qalacaqdı. Abbas Mirzədən miras qalan otuz məktubdan ancaq üçü bu savaş haqqında ipucları verməkdədir. Bu məktubların bəziləri tam savaş meydanında yazılmış bir drammatik ssenarini xatırlatmaqdadır. O, Çobanoğlu adlı bir savaş meydanından söz açmışdr ki, bu ad sadəcə Abbas Mirzənin məktublarında və bir də general Paskeviçin xatirələrində qeyd olunmauşdur. Başqa heç bir qaynaqda bu ada rastlaşmırıq. Abbas Mirzə, oğlu Məhəmməd Mirzəyə yazdığı məktubunda Çobanoğlu savaş meydanındaki zəfərinə görə Laçın Xan ləqəbli bir komandana borclu olduğunu qeyd edir.

Osmanlı ilə savaşda qazanılan zəfər Azərbaycan ordusunda böyük ruh yüksəkliyi yaratmışdı. Bu savaşdan sonra şahzadənin də Azərbaycan ordusuna olan güvəni bütünləşdirmişdi. Lakin bu savaşda şahzadə on iki il sonra onun vaxtsız ölümünə səbəb olacaq xəstəliyə tutulmuşdu. Şahzadənin oğlu Cahangir Mirzə yazır ki, Abbas Mirzə, onu öldürəcək xəstəliyin ilk bəlirtisini Ərzurum anlaşması ərəfəsində hiss etmişdi. Heç şübhəsiz ki, bu xəstəlik şahzadənin uşaqlıq dövründə yaxalandığı, lakin Abbas Mirzənin güclü iradəsi hesabına ram edilmiş və sonradan təkrar baş qaldıran xəstəlik idi. 1810-1812-ci illər arasında Şahzadənin özəl həkimi olmuş doktor Karmək də öz qeydlərində onu ölüm ayağına qədər gətirən bir xəstəlik haqqında bilgi vermişdir. Bu xəstəlik zamanı Şahzadə altı ay ayağa qalxa bilməmişdi. Doktor Karməkin o zamanki diaqnozunda Şahzadənin sümük vərəminə tutulduğu qeyd olunmaqdadır. Eyni zamanda Şahzadənin qara ciyər xəstəliyi də var imiş.

 

II Azərbaycan-Rusiya savaşı

 

XIX yüzilliyin 20-ci illərində Qacarların Rusiyaya qarşı hərbi hazırlığı yeni mərhələyə qədəm qoydu və çox fəallaşdı. İngilis diplomatiyası ehtiyat edirdi ki, Rusiya Şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə qızılbaşları müharibəyə təhrik edirdi. İngilislər şaha pulla, silahla və sursatla göstərdikləri yardımı daha da gücləndirirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirirdilər. Bu işdə ingilis texniki qoşunlarının polkovniki Montis mühüm rol oynayırdı. Tehranda və Təbrizdə tökmə zavodların əsası qoyulmuş, Təbrizdə barıt istehsalı nizama salınmışdı. İngilis, fransız zabitləri növbə ilə qızılbaş ordusunu təşkil etməyə cəhd edirdilər. Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə Azərbaycana kömək etdi. 1823-cü ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı İngilislərin köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat şəbəkəsi təşkil edildi. Bundan məqsəd müharibənin başlanması ilə yerlərdə şah tərəfdarlarını gücləndirmək, yerli əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi.

1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman göstəriləcəkdir ki, Qacarlar Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi.

Rusiya hökuməti Azərbaycanla yeni toqquşmalardan qaçmağa çalışırdı. I Nikolay Yermolova yazırdı:

“İndi demək olar ki, bütün dağlı xalqlarının bizim əleyhimizə qalxdığı bir vaxtda, Avropadakı işlər, xüsusilə Türkiyə ilə münasibətlər öz əhəmiyyətinə görə böyük diqqət tələb etdiyi bir vaxtda perslərlə əlaqələri pozmaq haqqında düşünmək ağılsızlıq olardı”.

Ona görə də Rusiya hökuməti danışıqlar aparmaq və ərazi məsələlərini dinc yolla həll etmək üçün yenidən Tehrana öz nümayəndəsini göndərməyi qərara aldı. 1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti Tehrana gəldi. Aldığı təlimata əsasən, Menşikov şah sarayının nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi İranla sülhü, mehriban razılıq və dostluq münasibətlərini qorumaqdan, beləliklə, İranın Rusiyanın işğal məqsədi daşıması və öz ərazisini genişləndirmək istəməsi gümanını aradan qaldırmaqdan ibarət olmalı idi. Menşikov şahı sərhəd haqqında məsələni tənzimləməyə razı salmaq üçün bütün gücünü sərf etməli idi. O, çarın sərəncamı ilə Qarabağın və Lənkəran xanlığının bir hissəsini güzəşt etməyə hazır idi. Fəqət Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu cəhd müvəffəqiyyətsizliyə uğradı. Menşikovu çox soyuq və davakarcasına qarşıladılar və o çox pis qəbul olundu, hətta Şimali Azərbaycan sərhədlərinə daxil olan çoxlu qızılbaş qoşunu ilə rastlaşdı. Şahın yay iqamətgahı Sultaniyyəyə gələn Menşikov başa düşdü ki, müharibə qaçılmazdır. O özü və onu müşayiət edənlər çoxlu həqarət və təhqirdən sonra ancaq avqustun sonunda Qacarların ərazisini tərk edə bildilər.

Şah sarayı özünün Rusiyaya qarşı hazırladığı müharibə planlarında Qafqazın müsəlman vilayətlərinin silahlanmasına böyük önəm verilirdi. Qaçqın  Azərbaycan xanları Abbas Mirzənin zəfər çalacağna çox böyük ümidlər bəsləyərək, əhalini üsyana çağırırdılar.

Əslində, 1825-ci ildə vəziyyət elə idi ki, atəşkəsi bir neçə il də ayaqda tutmaq mümkün idi. Savaşın 10-15 il ertələnməsi şahzadənin öz reformlarıni Azərbaycanda tam gerçəkləşdirə bilməsi üçün bir şans idi. Bu üzdən də Abbas Mirzə də əslində sülhə trəfdar idi. Gülüstan antlaşması onun qürurunu zədələsə də, yenə də reformlar vasitəsi ilə güclənməyə üsünlük verməkdə idi. 1826-cı ildə imperator I Aleksandrın ölümü də barışın davam etməsi üçün optimal şərait yaranmışdı. İmperatorun gənc qardaşı I Nikolay qanlı dekabr günləri kimi bilinən böyük üsyandan sonra iqtidara gəlmişdi. O, ilk çağlarda müharibəyə tərəfdar deyildi. Onun iqtidara gəlişi ilə Yermolovun Qafqazdan geri çağrılacağı sanılırdı. Çünkü yeni imperator Yermolovu heç sevmirdi. Yermolov Qafqaza hakim olmasını Arakçeyevə borclu idi. Arakçeyev, I Aleksandra ən yaxın dövlət adamlarından idi. Lakin zaman keçdikcə savaş qaçınılmaz bir duruma gəlməkdə idi. Bu o dövr idi ki, Qacarların dünyada heç bir müttəfiqi yox idi.

1824-1825-ci illərdə Abbas Mirzənin Tehrandakı müxalifləri çox güclənmişdilər. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar tam dəqiqləşdirilməmişdi. Göyçayla Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. O, Gürcüstana bir heyyət göndərib ruslardan sınır məsələsini həll etmək üçün sərhədə gəlmələrini istədi.

Şahzadənin göndərdiyi heyyət Tiflisdə öncə tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən gözləmək məcburiyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını öncədən təxmin etmişdi. Lakin heyyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı olsun. Nəhayət, Qafqazın hakimi görüşə izn verdi. Abbas Mirzə rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də Bağir xanın başçılığı altında görüş üçün göndərdi. Bağır xan o zaman Azərbaycanda nizam-intizama cavabdehlik daşıyırdı. Şahzadə ona çox güvənirdi. O da ömrünün sonuna qədər şahzadənin bu güvənini doğrultdu.

Abbas Mirzə rus rəsmilərinin can güvənliyinə çox önəm verirdi. Çünkü Abbas Mirzəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındaki savaşı tezləşdirə bilərdi. Bu səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib, müzakirələrin getdiyi Xudafərinə yaxınlaşdı. Müzakirələrdən sonra Rus heyyətinə öz hörmətini bildirmək amacı ilə şahzadə onları şikara dəvət etdi. Abbas Mirzə Qarabağın hakimi general Mədətovu da şikara dəvət etmişdi. Şəxsi həyatında çox qənaətcil olan şahzadə xarici müsafirlərinə çox əliaçıq davranırdı. O, bütün Rus heyyəti üzvlərinə hədiyələr bağışladı. Rus heyyəti Abbas Mirzəni daha güclü sanırdı və onun bu şəkildə barışa tərəfdar olacağına inanmırdılar.

Abbas Mirzənin bu tutumu Tehran tərəfindən yaxşı qarşılanmırdı. Bu müzakirələrdə bilavasitə Tehrandan gəlmiş və müşahidəçilik vəzifəsini yerinə yetirən heyyət də iştirak edirdi və heyyətdə əsasən şahzadənin rəqiblrinin adamları yer almşdılar. Onlar Fəthəli şaha şayiə dolu yanlış bilgilər göndərdilər. Bu isə öz nəticəsini verdi.

Hər il yay gəldiyində Fəthəli şah böyük ailəsi və bir çox saray adamları ilə bərabər Sultaniyəyə gələrdi. Artıq iyirmi il idi ki, bu, bir ənənə halını almışdı. Abbas Mirzə də hər il Sultaniyəyə gəlir və atasının dərbarında bir neçə həftə qalırdı. Şahzadə, başqa hərbi birliklrdən nizam-intizamına və üstünlüyünə görə əsaslı şəkildə fərqlənən Azərbaycan ordusunu şahın hüzurunda nümayiş etdirmək üçün hazır vəziyyətə gətirmişdi. Şahın ordusu ilə Abbas Mirzənin ordusu yan-yana idi, ancaq bir-birinə qarışmırdı.

1825-ci ilin yayında Abbas Mirzə bir çox şeylərin dəyişdiyini hiss etdi. O, atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək məğlubiyətdən başqa bir şey gətirməyəcək. Lakin şah ona ikibaşlı cavablar verirdi. Məsələn bir dəfə istehza ilə belə demişdi:

“Sənin islahatların budurmu? Cavanların əyninə fərqli paltar geyindirib, gecə-gündüz onlara idman etdirirsən. Adını da qoymusan islahat! Qərbdəki islahatlar da bu şəkildəmi həyata keçirilib? İnanmıram. Bu islahat ki bizə bu günə qədər heç bir şey verməmiş, heç bir müşkülümüzü həll etməmişdir.”

Şah oğlunun gətirdiyi dəlilləri anlamaqdan çox uzaq idi. Şahzadə düşmənlərinin onunla atası arasına saldıqları soyuqluğu aradan qaldıra bilmirdi. Atasına anlada bilsin, yanlış düşünməsini önləyə bilsin deyə, rəqib qardaşlarının tabeliyində olan ordu hissələrinə də silah göndərirdi, onlara da yardım edirdi.

Abbas Mirzə Təbrizə döndüyündə qaçınılmaz bir savaşın eşiyində olduğunu hiss etdi. Bu üzdən də onun Təbrizdə və Xoydaki yerləşən qoşunları aktivləşməyə başlamışdı. O, topların vəziyətindən tutmuş əsgərlərin özəl durumlarına qədər hər şeyin yoxlanılmasına əmr verdi. Payız gəldiyində isə sınır boyu kəşfiyyat məqsədli səfərə, sərhəd qalalarını yoxlamağa çıxdı. Bu dəfə də bunu ov və əyləncə adı altında gerçəkləşdirdi və əsl hədəfini düşməndən gizli saxlaya bildi. Bu yoxlanışa böyük oğullarını və çox güvəndiyi bir neçə yaxınını da özü ilə bərabər aparmışdı. Onlar, ən nəhayət, Osmanlı sərhəddinə yaxın olan Arıklı adında yerdə durdular. Abbas Mirzənin oğlu Cahangir Mirzə yarım əsrdən sonra xatirələrini qələmə alacaq və günbatan çağı Ağrı dağının zirvəsini birlikdə seyr etməkdən zövq aldıqlarını xatırlayacaqdır. Onlar Ordubadı, Naxcıvanı, Abbasabadı ziyarət etdilər.

General Paskeviçin yazdığına görə, Abbas Mirzə, Abbasabad qalasını avropalı mühəndislərin təlimati ilə yaptırmışdı. Şahzadə İrəvanın güneyində yerləşən bu qalaya böyük önəm verməkdərydi. Qalanın həm qoruma, həm də su ilə təchizatı uzunmüddərli müdafiəyə hesablanmışdı. Şahzadə buradaki kazarmanın vəziyyətini  yoxlayıb, qalanın komandanı Abdulla xandan lazımi bilgi aldı. Durumdan razı olduğunu bildirdi. Sonra da Sərdarabada keçdi. Sərdarabad İrəvan xanı Hüseyn xan tərəfindən tikilmişdi və özünün geniş hasarları, möhkəm divarları ilə səciyyələnirdi. Bu hasarlar içindəki tarlalarda Bayəziddən və Qarsdan gələn ermənilr əkin-biçin ilə məşğul olurdular. Hasarların içində həm də buğda anbarları var idi. Bu anbarlar İrəvan xanına məxsus idi. Sərdarabad İrəvana yaxın məsafədə olduğundan şahzadə üçün önəmli strateji öbəm daşımırdı. Abbas Mirzə yanındakılarla birgə İrəvana vardı. Bu ziyarət şahzadə üçün çox çətin idi, çünkü İrəvan hakiminin ondan xoşlanmadığını bilirdi. Ancaq bu mərkəzi də yoxlamaq lazım idi. Digər tərəfdən, fikirləşirdi ki, bəlkə bir şəkildə bu savaş ərəfəsində İrəvan xanı ilə zahirən də olsa, münasibətləri normallaşdıra bilər.

Hüseyn Xan Avropadan gələn hər şeyə nifrət edirdi. Abbas Mirzə də Avropaya meyilli olduğu üçün onun bütün reformlarına qarşı idi. Hüseyn Xan savaşdan yana idi. Savaşın başlaması üçün əlindən gələni edirdi.

Cahangir Mirzə xatirələrində yazır:

“Atamdan eşitdim, deyirdi ki, savaşın başlamasının və torpaqlarımızın itirilməsinin səbəbkarı Hüseyn xan oldu”.

Hüseyn Xan bütün qaydaların ziddinə olaraq, İrəvana gələn şahzadəni qarşılamaq yerinə xəstəliyini bəhanə edərək Arana istirahətə getmiş və vəliəhdi qarşılamağa əqrəbalarını göndərmişdi. Şahzadə bu davranışın açıq-aşkar bir xəyanət olduğunun fərqində idi. Lakin bu dəfə də həyatın ona öyrətdiyi səbir və dözümlə məsələni böyütməmək istədi. Çünkü böyük bir savaş ərəfəsində qarşıdurmaya yol verməmək istəyirdi. Savaşın başlanacağını Hüseyn xan da bilirdi. Heseyn xan onu da bilirdi ki, Abbas Mirzə hazırda hərbi əməliyyatların başlamasını münasib hesab etmir. Xan çox şeyi bilirdi və bu üzdən də bu dərəcədə ədəbsiz davranmağa cəsarət edə bilmişdi.

Şahzadə istənilən halda vəziyyətdən çıxış yolu tapmağa məcbur idi. Bu üzdən də Hüseyn xanla rastlandığında öncə onun əhvalını soruşdu. Sonra da Hüseyn xanın gözləmədiyi bir mövzudan söz açdı. Abbas Mirzə bu ziyarətin səbəbini bir xeyir iş olaraq açıqladı. Vəliəhd, Hüseyn xanın qızını qardaşı oğullarından birinə, Mustafaqulu Mirzəyə istədi. Şah soyu ilə qohum olmaq Hüseyn xan üçün bir imtiyaz idi. Odur ki, o buna çox sevindi. Bu məsələdən sonra Azərbaycanın təhlükəsizliyi barədə danışmağa başladılar.

Şahzadə, Arazdan keçib yanındakılarla bərabər Təbrizə yola düşdü. Təbrizdə onu Rusiyanın nümayəndəsi Ambruje gözləməkdə idi. Ambruje rus konsulundan şahzadəyə bir məktub gətirmişdi. Konsul məktub vasitəsi ilə I Aleksandrın ölümünü rəsmən şahzadəyə bildirirdi.

Abbas Mirzə bir neçə ay Xoyda qalmaq qərarına gəlmişdi. Çünkü Azərbaycan ordusunun ən önəmli hissələri Xoyda yerləşirdi. Şahzadənin oğulları daim yanında idilər. Abbas Mirzə Xoyda hiss etdi ki, oğullarının təhsilində müəyyən fasilə yaranb. Odur ki,  dayısı Əmir xan Sərdardan, onun uşaqlarına dərs verəcək təcrübəli bir müəllim tapmasını tapşırdı.

Yenə də yay fəsli gəldi. Abbas Mirzə hər zamankından daha tez şahın xidmətinə çağrıldı. Artiq əski ənənələrə xas olan bir protokol yox idi. Gözə çarpan, ancaq hərbi hazırlıqlar idi. Şah, imperatorluğun müxtəlif yerlərindəki qəbilələrin başçılarını da çağırmışdı. Bunlar da öz süvariləri ilə gəlmişdilər. Oraya bir xaos hakim idi. Bu hal Abbas Mirzəni xəyalqırıqlığına uğratdı. Şahın yaxın qohumu Allahyar xan yenicə Asəf-əd Dövlə ləqəbini alaraq baş vəzir təyin olmuşdu. O da hər ks kimi  savaşdan yana idi.

Abbas Mirzə atası ilə baş-başa qalıb söhbət etmək fürsəti əldə edə bilmədi. O,  savaşdan məğlub çıxacaqlarını bilirdi. Şahzadənin dostu Laçın xan da bu sıralarda onun yanında idi. O da şahın qəzəbini öz üzərinə çəkdi. Çünkü bu savaşın yersiz olduğunu açıqca söyləməkdən çəkinməmişdi. Şahzadənin ona olan hörmətini bilən saray yetkililəri və reform düşmənləri bilirdilər ki, Laçın Xan əslində Abbas Mirzənin baxışını ifadə etməkdədir. Bu arada və bu gərgin durumda Şahzadə Menşikovun Tehrana gəldiyini öyrəndi. Tam səlahiyyət sahibi olmayan Menşikov Rusiyada iqtidar dəyişikliyi xəbərini rəsmən şaha çatdırmalı idi. Yeni iqtidar isə sınırlar mövzusunda müzakirəyə hazır olduğunu bildirirdi. Eyni zamanda şah üçün böyük hədiyələr göndərilmişdi.

Fətəli Şah öncə tərəddüd etdi ki, Bilmirdi Rusiya elçisinin Sultaniyəyə gəlməsinə izn versin ya yox. Savaş duyğusu zehinlərə tam tam hakim idi. Şah din xadimləri tərəfindən gələn fətvaların təsirinə düşməsəydi, bəlkə də sülhü tərcih edərdi. Savaş küləklərinin əsdiyi bir ortamda Menşikovu necə qəbul etmələri mövzusunda tərəddüd içində qalmışdılar.

Menşikovu qəbuletmə məsələsi həm maraqlı, həm də gülünc bir şəkil almışdı. Qərara gəlindi ki, onu orta bir səviyyədə qəbul etsinlər: Menşikov şah tərəfindən adətən bütün xarici səfirlər üçün nəzərdə tutulmuş qarşılama törəni olmadan qəbul edildi. Bu üzdən də Rusiya imperatorunun öz dəst-xətti ilə yazılmış məktubu birbaşa şahın öz əlinə verə bilmədi. Bu səbəbdən də şahın onu qəbul etməsi anlamını itirirdi. Rusiya elçisi vəzirlərlə müzakirə etmək zorunda buraxıldı. Abbas Mirzə bu arada bu məsxərə qarşısında gülməmək üçün özünü zorla tuturdu. Abbas Mirzə ilə Menşikovun müzakirələrinə şahid olan Cahangir Mirzə yazır:

Rus şahzadəsi ən sülhsevər jestlər sərgilməkdə idi. Hətta rus şahzadəsi Abbas Mirzəyə Talış və Muğanın tamamən geri qaytarılması vədində də bulunmuşdu. Vəziyyət get-gedə gərginləşirdi. Bu durumu görən şahzadə Menşikov dərhal geri dönub vəziyyəti çara çatdırmağa tələsdi.

İngilis tarixçi Vatson yazır ki, Mençikovun gətirdiyi bahalı və dəyərli hədiyələr Sultaniyədə qalmışdı:

“Şah, elçidən dirək olaraq qəbul etmədiyi bu hədiyələri Mençikov getdikdən sonra öz sarayına daşıtdırır ki, sonradan Abbas Mirzə onların dəyərini Rusiyaya öz hesabından ödəyir.”

Abbas Mirzə bu hadisədən sonra dərhal Təbrizə döndü. Artıq savaşın başlanacağına şem bir şübhə yox idi, odur ki, Azərbaycan ordusunun vəziyətini gözdən keçirməklə məşğul oldu.

Gülüstan anlaşmasından sonra mal-mülklərinə Rusiyanın əlində qalan, özlərisə  Təbrizə qaçan xanlar bu savaşın dərhal başlamasını istəyirdilər. Onlar hesab edirdilər ki, Qacarlar qalib gələcək və bunlar da öz mülklərini geri alacaqlar. Fətəli Şah tərəfindən təsdiqlənən savaş planında hər bir xan öz dəstəsi ilə ruslara qalmış mülkləri istiqamətində hücuma başlayacaqdı. Bu üzdən də Mirmustafa xanın oğlu Mirhəsən xan Ərdəbildən Lənkərana doğru hərəkətə başladı. Söhrab xan Gürcinin də iki alayına ona yardım etməsi tapşırıldı. Şahzadə Şeyx-ül Məluk iki top alayı ilə Ərakdan Muğana tərəf hərəkət etdi. O, Mustafa Şirvani, Hüseyn xan və Hacı Xanla birləşməli idi. Mustafa Şirvani, Hüseyn xan və Hacı xan Şəki xanının oğullarıydı. Onların da atalarının mülklü ruslar tərəfindən zəbt edilmişdi. Quba, Bakı, Şuşa xanlıqları üçün də bu şəkildə planlar hazırlandı. Sərdar Hüseyn Xan, Aleksandr Mirzə ilə əməkdaşlıq etmək mükəlləfiyətində idi. O, Şorgöl nahiyəsindən Tiflisə doğru getməli və Ları qalasında onlarla birləşməli idi.

1826-cı il mayın 26-da qızılbaş qoşunları sərhəd dəstələrinə hücum etdi, iki aydan sonra, yəni iyulun 19-da isə Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana daxiı oldu. Abbas Mirzənin planı Qarabağa həmlə edərək, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum təşkil etmək idi. Tiflis üzərinə hücum üç tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan yürüş edərək, burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan Tiflis xanzadəsi Aleksadr isə qızılbaş ordusu ilə Kaxetiyaya girməli və burada Car-Bakakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bütün bu dəstələr Tiflis yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Ordunun bir hissəsi yol üstündəki rus qarnizonlarını oddan və qılıncdan keçirərək, Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr isə Şuşa üzərinə yeridildi. Şuşaya çəkilən ruslar düşmənin əlinə keçməsin deyə, hər şeyi məhv edirdi.

Sayı 30 min nəfər olan Azərbaycan ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif bir kazak alayı dayanırdı. Bu hissələrdən 3 rota və iki top mal-qaranın sürülüb aparılmasının qarşısını almaq üçün Qarabağın dağlıq hissəsində yerləşirdi.

Güney Qafqazdakı rus qoşunlarının sayının azlığı və pərakəndəliyi Azərbaycan qoşununun Quba, Bakı və s. yerlərə hərəkəti üçün əlverişli şərait yaratmışdı. Qızılbaş ordusuna qaçqın xanlara – gəncəli Cavad xanın oğlu Uğurlu xan, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xan və başqalarına tabe olan hərbi dəstələr də yardım edirdilər. Qarabağdakı bəylər də öz fəallığını artırmışdılar. İraəvan xanı böyük bir atlı dəstə ilə rus mövqelərinə hücum etdi. Əhali Azərbaycan ordusuna kömək məqsədilə işğalçı ruslara üsyanlar qaldırdı. Belə bir üsyan Gəncədə də baş verdi. Üsyançılar iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər isə Abbas Mirzənin qoşunu tərəfindən tutldu. Beləliklə, hərbi əməliyyatlar Quzey Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə etmkdəydi.

Azərbaycan qoşunlarının bütün Qarabağı, Gəncəni, Qazax və Şəmşəddili əhatə edən hərbi əməliyyatlarının qarşısını almağı öz üzərinə götürmüş kazaklar, eləcə də bəzi satqın bəylərdən təşkil olunmuş dəstələr qızılbaş ordusunu təzyiqinə tab gətirməyib qaçmağa üz tutdular və Dilican dərəsində möhkəmləndilər. Burada onların köməyinə süvari dəstələr gəldi. Birləşmiş işğalçı qüvvələr geriyə, Balıqçaya hərəkət edərək, onu yenidən ələ keçirdilər. Elə bu vaxt Azərbaycan ordusu bütün Qarabağ mahallarını düşməndən azad edib, Şuşa qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O , 6 rotadan, daha doğrusu 4 topu olan 1500 adamdan ibarət idi.

Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Şuşanın mühasirəsində ingilis, fransız və italyan mühəndisləri də fəal iştirak edirdilər. Onlar qala divarlarını dağıtmağa çalışır, qala bürclərinin altını minalayırdılar. Lakin onların cəhdi baş tutmadı. Partlayışlardan sonra gecə vaxtı hücuma keçən qızılbaş ordusu heç nəyə nail ola bilmədi və geri çəkilməyə mcbur oldu. Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi.

 

Türkmənçay müqaviləsi

 

Hərbi mütəxəssislərin fikrincə, Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq Azərbaycan hərbi komandanlığının səhvi idi. Qızılbaşların hərbi qüvvəsinin böyük hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və ruslara yaxından dəstək verən yerli xristian-alban əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və qızılbaşların üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə qızılbaş qoşunlarına bütün hücum xətti boyunca əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Tiflisin müdafiəsinə cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi.

Hüseynqulu xan qızılbaş əsgərlərindən ibarət böyük bir dəstə ilə azsaylı rus qarnizonunun müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən Azərbaycan donanması tərəfindən mühasirədəydi. Amma ruslar möhkəm dayanmışdılar və Hüseynqulu xanın bütün hücumlarını dəf edə bildilər. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla (Hacı Tərxanla) daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic etmək və onu mərkəzdən təcrid etmək üçün tələsik Hüseynqulu xanın köməyinə yeni qüvvələr göndərdi.

Gəncədə də qızğın döyüşlr gedirdi. Qüvvələrin nisbəti Azərbaycan ordusunun xeyrinə idi. Odur ki, rus ordusunun komandanı qarşı tərəflə üz-üzə gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağı daha məqsədəuyğun hesab edirdi. Lakin Mədətov və digər generallar başqa fikirdə idilər. General Paskeviç Yermolovun generallarına şübhəli münasibət bəsləyir və belə güman edirdi ki, onlar onu qəsdən müvəffəqiyyətsizliyə düçar edəcəklər. Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu.

1826-cı il sentyabrın 13-də Azərbaycan qoşunları həmləyə başladılar. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazır:

“Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük soltani bir müharibə oldu”.

Döyüş düşmənin qələbəsi ilə bitdi. Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə Azərbaycan qoşunundan min nəfər öldürüldü, min yüz nəfərdən çox əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ keçirildi. XIX yüzilliyin birinci qərinəsində Quzey Azərbaycanda baş verən hərbi əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşü, faktiki olaraq, Rusiya-Azərbaycan müharibəsinin müqaəddəratını həll etdi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudafərin körpüsünə tərəf geri çəkildilər. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə götürərək, Arazın sol sahilinə keçdi. Şah qoşunu ilə birlikdə, onun köməyi ilə Vətəni azad etməyə ümid bəsləyən yerli xanlar da Quzey Azərbaycanı tərk etdilər.

1826-cı ilin dekabrında Abbas Mirzə və xanzadə Aleksadr Azərbaycan və Dağıstan hərbi hissələrinin köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan hakimiyyətini bərpa etmək şərtilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək Güneyə getdi. Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus dəstəsi geri çəkilən qızılbaş qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində Azərbaycan qoşunları Quzey Azərbaycan ərazisini tamamilə tərk etdilər. Yalnız Lənkəranda Mirhəsən xan hələ də müqavimət göstərməkdəydi.

1826-cı il dekabrın sonunda min nəfərlik Azərbaycan süvari dəstəsi Araz çayını keçərək bir kəndə hücum etdi. Hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da general Mədətovun başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz qarşısına Güney Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı və Mədətov öz qoşunu ilə geri qayıtdı.

Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu iki istiqamətdə irəliləməyə başladı. Dəstələrdən biri Mədətovun komandanlığı altında 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi, Güney Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə İrəvan xanlığını ələ keçirməyi qərara almışdı. Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri ilk öncə xristian albanların nəzarətində olan Eçmiədzinə daxil oldular və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində qalanı müdafiə edən qızılbaşlar bir neçə dəfə həmlə edib ruslara güclü zərbələr endirdilər. Ən böyük həmlə ayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Qızılbaşlar düşməni geri çəkilməyə məcbur etdilər. Rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldığını bəhanə edərək, qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da 20 kilometlik yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi.

Azərbaycan komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Döyüşdə ruslar üstün gəldilər və Azərbaycan qoşununun bu məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu.

Rus qoşunu İrəvana yaxınlaşana qədər avqustun 17-də Uşağanda və b. yerlərdə güclü müqavimətlə üzləşdi. Lakin qüvvələr nisbətinin düşmənin xeyrinə olması Rus qoşununun irəliləməsinə mane ola bilmədi və ruslar avqustun sonlarında İrəvana yaxınlaşdılar. Onlar ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldılar. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min xristian (alban) ailəsi var idi. Bu əhalinin müəyyən hissəsi, başlıca olaraq albanlar türk olmalarına rəğmən, həmdinləri olan rus qoşununa hər cür yardım göstəriridilər. Oktyabrın 1-də rus qoşununu qalaya soxuldu və elə həmin gün də qanlı döyüşdən sonra İrəvan qalasını ələ keçirdi.

İrəvan qalasının alınmasından sonra bu vaxta qədər general Kristovun komandanlığı altında Güney Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də Mərənd döyüşsüz ələ keçirildi. Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlməyən işğalçı ordu 1827-ci il oktyabrın 11-də Təbrizə hərəkət etdi və oktyabrın 13-də Təbrizə daxil oldu. Çoxlu qənimət – 40 top, mindən çox tüfəng,çox sayda mərmi ələ keçirildi.

Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Müvəqqəti idarəyə yüksək rütbəli rus zabitlərindən başqa, Təbriz ruhanilərinin başçısı Ağa Mirfəttah, Təbrizin keçmiş qubernatoru Fəthəli xan və başqaları daxil oldular. Dekabristlərə yaxınlığı ilə tannan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və bütün Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ keçirməyə ümid edən Cənubi Azərbaycanın bəzi satqın hakimləri Paskeviçə cənuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər.

Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı Azərbaycanla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, Azərbaycan qoşununun Lənkran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini tələb edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus qoşunun yeni hücumunu Qacar hökumətinin nümayəndələri arasında vahimə doğurdu. Azərbaycanın və ondan asılı digər ərazilərin tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı.

Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O, Azərbaycan imperatorluğunun tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.

Tarixə “Türkmənçay sülh müqaviləsi” adı ilə düşmüş bu müqaviləyə görə, Azərbaycan özünün quzey ərazilərinə olan iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Beləcə, Azərbaycan iki yerə bölündü. Bununla belə bu gün “İran”adı ilə tanıdığımız bütün ərazilərdə azərbaycanlı-türk Qacarlar sülaləsinin hakimiyyəti davam edirdi. Fəqət bu dövlət artıq Azərbaycan imperatorluğu sayıla bilməzdi. Elə bu üzdən də dövlət “İran və Azərbaycan Məmləkətlərinin Konfederasiyası” adlanmağa başlamışdı. Bu, imperatorluğun İranlaşması istiqamətində ilk mərhələ idi.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Azərbaycanla Rusiya arasında sərhəd xəttini dördüncü, Azərbaycanın Qafqaz dağlarına qədər bütün  ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini və Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını… Rusiyaya güzəştə getdiyini beşinci maddələr müəyyən edirdi.

Səkkizinci maddəyə görə, Azərbaycan Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verildi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya Azərbaycan-Qacar dövltinin istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, Azərbaycan Rusiyaya 20 minyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Quzey Azərbaycan ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Quzey Azərbaycana və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.

Həqiqət budur ki, Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə mane oldu. Avropa tarixçilərindən biri o dövrdə belə yazırdı:

“Perslərin özlərindən çox ingilislər Abbas Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın Persiyadan alınması ingilislərin qüdrət və nüfuzunu tam sarsılması demək idi”.

İngilis hökuməti Cənubi Azərbaycanın mühüm hərbi strateji mövqeyinə böyük əhəmiyyət verirdi. Buna görə də Azərbaycanın Rusiyanın tərkibində qalması ilə onların Qacar imperatorluğundakı mövqelərinin itiriləcəyindən ehtiyat etdiklərini gizlətmirdilər. İngilis diplomatiyasının bu siyasəti digər səbəblərlə birlikdə Azərbaycanın, onun xalqının bir qisminin rus zülmü altına keçməməsinə rəğmən dugər hissəsinin bugünkü İran əraziləri üzərində hakimiyyətlərini 1925-ci ilə qədər sürdürə bilməsində mühüm rol oynadı. Beləliklə, Şimali Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Həmin vaxtdan Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi.

Rusiya İmperiyasının XIX əsrin əvvəllərində əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə  10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.

1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun pers dilini mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.

“Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.

          1827-1828-ci illərdə Azərbaycan – Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarında A.Bakıxanov  tərcüməçi  sifəti ilə işləyirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.

1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.

Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik  Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi… Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.

A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:

            1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.

         2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq narazılıq bildirən müsəlmanları sıxışdırırlar…

         3. … Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.

         Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.

Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.

Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.

1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağa qoyulmuşdu, Bu toponim bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.

1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan  Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan – Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.

Aşağıda təqdim edilən sənəd rus mətbuatında dərc edilmiş və redaktə edilrək bir qədər təhrif edildiyi şübhə oyatmayan mətnlərin hələ sovet dövründə Azərbaycan türkcəsinə edilmiş tərcüməsidir. Qəti şəkildə bildiririk, rus mətnlərində “İran“ termini yoxdur və bu terminin əvəzinə hər yerdə “Persiya” yazılmışdır. Mətn Azərbaycan türkcəsinə tərcümə edilərkən, “Persiya” termini hər yerdə “İran” kəlməsi ilə əvəz edilmişdir ki, bu həm yanlışdır, həm də böyük siyasi xətadır. Çünki “İran” adı Qacarlar dövründə Azərbaycan – Qacarlar səltənətinin əyalətlərindən birinə şamil edilsə də və bu üzdən də  Qacarlar Azərbaycan şahı titulu ilə yanaşı, İran şahı titulunu da daşısa da, artıq qeyd etdiyimiz kimi, bugünkü İran ərazisi fars – Pəhləvilərin hakimiyyəti dövründən, daha dəqiq desək, 1936-cı ildən bu adı daşıyır. Eyni halı “Osmanlı dövləti” əvəzinə “Türkiyə dövləti” yazılmasında da görürük.

Aşağıdakı mətnin heç birində Azərbaycanın adına rast gəlinmir, halbu ki, İran mtbuatında “Gülüstan” Müqaviləsinin fars dilində dərc edilən və bir çox məqamları ilə yuxarıdakı mətdən fərqlənən mtndə Azərbaycan adı bir neçə dəfə keçir. Qacarlar da, bir variantda “Azərbaycan və İranın birləşmiş məmləkətlərinin şahı”, digər variantda isə “İran və Azərbaycanın birləşmiş məmləkətlərinin şahı” adlandırılırlar.

Nə qdər ki, tədqiqatçılar müqavilələrin hər iki dildəki (rus və türk) orijinallarına ulaşmayıblar bu ətrafda söylnilən elmi mülahizə və fikirlər tam etibarlı hesab edilə bilmz. Bununla belə əldəki mətnlərin hər yeri təhrif (redaktə) edilmədiyindən bəzi fikirlər söyləmək olar. Bu baxımdan “Gülüsatan” müqaviləsinin 3-cü maddəsi maraq doğurur. Orada deyilir:        

“Şah Əlahəzrətləri  Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “

Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstann tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının (mətndə bu xanlığın adı da dəyişdirilərək, Dağıstan kimi redaktə edilmişdir) da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur.. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.

Bütün bu deyilnlərdən belə aydın olur ki, Ermənistan kimi bugünkü İran, Gürcüstan və Dağıstan dövlət və muxtar əraziləri də Azərbaycan səltənətinin torpaqları hesabına yaradılan və haqlarında yalançı tarixlər uydurulan, dərin siyasi kökü olmayan süni  qurumlardır:

 

Türkmənçay traktatı

 

Birinci maddə

Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri  və qarşılıqlı surətdə təbəələri  arasında bundan sonra əbədi sülh, Dostluq və tam razılıq olacaqdır.

İkinci maddə

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş, indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır. Onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.

 

Üçüncü maddə

İran şahı həzrətləri öz adından və öz vərəsləri və varisləri adından Arazın o və bu tayı üzrə İrəvan və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla 6 aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.

Dördüncü maddə

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 321 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyay məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatağı üzrə 3 ağaca, yəni 21 Rusiya versti uzanacaqdır; sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində 3 ağac, yəni 21 verst aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı, adları çəkilən  kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, daha sonra Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələri ilə müəyyən edilir; qərarlaşdırılmışdı ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya, o biri yandakı enişi isə İrana  məxsus olmalıdır. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, elə burada da sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsinədən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velkic dairəsinin sərhədlərinədək uzanacaqdır.  Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır. 

Beşinci maddə

İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm özü, həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya İmperiyasına məxsus olduğunu təntənə ilə tanıyır. 

Altıncı maddə

İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya İmperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur  tümən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırılmışdır. Onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

Yeddinci maddə

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni  öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə öz dostluq münasibətlərini və varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə  həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə, onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.

Səkkizinci maddə

Rusiya tacir gəmiləri əvvəlki qayda üzrə Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir. Gəmi qəzası hallarında İranda onlara qarşı hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər. Bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.

Doqquzuncu maddə

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətlərə göndərilən yüksək saraylarının səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və ayrılıqda qəbul edilməsini  qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

Onuncu maddə

Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hamilik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq, bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olununan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verilir və öhdəsinə götürür ki, hər birinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya İmperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl etməyə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna  əsaslı şikayəti olarsa, Rusiya naziri və ya şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

On birinci maddə

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq  və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

On ikinci maddə

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır. Onlardan Arazın hər iki tərəfində tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya İmperatoru həzrətləri  ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.

On üçüncü maddə

Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər, hər iki hökumətin nə vaxtsa   qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır. Onlar həyati azuqə və digər təlabatlarla təmin edilməli  və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri- məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları qaytarsınlar.

On dördüncü maddə

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına bir qərarda icazə verməyəcəyini  vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində  və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan hansı gömrük və vergi qoyulmadan tərpənmən mülkiyyətini sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi  hər yerdə yurd sala və yaşaya bilər.

On beşinci maddə

Şah həzrətləri dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına  büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə mənsub olmasından asılı olmayaraq onlardan heç kəs öz hərəkətinə  və ya müharibə ərzində və ya Rus  ordusunun  adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına, əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

On altıncı maddə

Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülhün müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.

Əslinə qol çəkmişlər: İvan Paskeviç, A. Obrezkov

Quzey Azərbaycanın rus işğalı altında keçən illrinə ötəri bir nəzər

Sözügedən müqaviləyə təbəə mübadiləsi  ilə əlaqədar 12, 14 və 15-ci maddələrin daxil edilməsi bilavasitə bölgədəki demoqrafik tarazlığın imperiyanın lehinə dəyişdirilməsinə yönəldilmiş strateji bir addım olmaqla yanaşı, bölgə üçün ən faciəvi məqamlardan biri sayılmalıdır. Həmin maddələrə əsasən imperiyanın cənub hüdudlarında etibarlı xristianlardan ibarət bir qurşağın təşəkkülü məsələsi aktuallıq qazandı. Xüsusilə sonuncu maddədə Qacar şahının nəinki “Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlama əta etməsinə”, hətta ”hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan heç kəsin öz hərəkətinə, müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmayacağına” dair öhdəliyini də üzərinə götürməsi maraq döğurur.

Daha sonra Qacar hökumətinin də iştirakı ilə çar hökumətinə Şimali Azərbaycandakı əhalinin mövcud etnik tərkibini öz mənafeyinə uyğun dəyişdirmək imkanı verildi. Bu da bölgədəki yerli xalqların, xüsusilə Azərbaycan türklərinin ata-baba yurdu hesabına özlərinə vətən əldə etmək xülyası ilə yaşayan erməni millətçiləri üçün tarixi fürsət oldu. Gələcəkdə bölgənin başına sonsuz bəla və müsibətlər gətirəcək bu xəbis niyyətin həyata keçirilməsində Eçmiədzindəki erməni ruhaniləri ilə yanaşı, çar ordusunda xidmət edən erməni mənşəli zabitlər də böyük rol oynadılar. Bu güm “İran” adlandırılan ərazilərdəki ermənilərin Şimali Azərbaycana köçürülmə işinə rəhbərlik isə bilavasitə erməni mənşəli polkovnik Lazarevə həvalə olundu.

Türkmənçay müqaviləsi üzrə 26 fevral-11 iyun 1828-ci il tarixləri arasında gerçəkləşdirilən ilk köçürmə kampaniyası 1830-cu ilə qədər davam etdi və 40 mindən çox ermənini əhatə etdi. Köçürülən ermənilər əsasən İrəvan, Qarabağ və Naxçıvan ərazilərinə yerləşdirildi. Bu məqsədlə 200 min desyatindən çox münbit xəzinə torpağı ayrıldı və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alındı. Türkiyə ərazisindən köçən 84 min erməni və qeyri-rəsmi köçənlərlə birlikdə məskunlaşan ermənilərin sayı 200 mini ötüb keçdi. Bu köçürmələr nəticəsində əhalisinin 73,4 faizi türklər olan İrəvan xanlığının yerində “Erməni vilayəti” yaradıldı, Naxçıvanda və İrəvanda yaşayan yerli müsəlman bəylərinin irsi torpaqlarını əllərindən alınaraq orada İrandan köçürülmüş ermənilər yerləşdirildi. Çoxlu sayda ermənini Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağa, yerləşdirən imperiya yerli xalqın mənafeyini tapdalayaraq özünün mənfur niyyətlərini gerçəkləşdirməyə nail oldu.

Məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsində 1823-27-ci illərdə Qarabağ əyalətində məskunlaşmış əhalinin cəmi 8 faizini təşkil edən ermənilərin sayı 1828-30-cu illərdə 35 faizə, Naxçıvan əyalətində müvafiq olaraq 13 faizdən 49 faizə, nəhayət qondarma “Erməni vilayəti”ndə isə 24 faizdən 54 faizə çatdırıldı. Təbii ki, bunun müqabilində də eyni illərdə Azərbaycan türklərinin sayı Qarabağda 91 faizdən 65 faizə, Naxçıvan əyalətində 86 faizdən 51 faizə və “Erməni vilayəti”ndə 73,8 faizdən 46,2 faizə düşmüş oldu. Rus müəllifi Şavrovun da etiraf etdiyi kimi, XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu diyarın köklü sakinləri olmayıb çar Rusiyası tərəfindən məskunlaşdırıldı.

Rusların bu istiqamətdə gördüyü ən xəbis işlərdən biri də alban katalikosluğunu ləğv edərək, erməni katalikosluğuna tabe etməsi və Eçimədzini ermənilərə hədiyyə etməsidir. Bu barədə çarın xüsusi fərmanı olmuşdur ki, həmin sənədin foto-surəti kitabın sonunda təqdim edilir.

İşğalın ilk dövründə hərbi əməliyyatlar nəticəsində işğal olunmuş xanlıqlarla

müqayisədə digərlərinə qarşı nisbətən yumşaq davranan çar Rusiyasının bu addımının bir müddət sonra sadəcə taktiki gediş olduğu anlaşıldı. Azərbaycana imperiyanın potensial xammal mənbəyi kimi baxıldığı və imperatorluğun digər bölgələrində yaşayan xalqlar üçün yeni məskunlaşma ərazisi kimi görüldüyü ortaya çıxdı. Tezliklə qeneral Yermolovun ideyası əsasında evli əsgərlərin, sonrakı dövrlərdə isə qismən alman kolonistlərinin, əsasən də xristianlığın bidətçi təriqət mənsublarının, eyni zamanda yunanların bölgəyə yerləşdirilməsi prosesinə başlandı.

Şübhəsiz ki, bu prosesdə Osmanlı dövləti və Qacar Azərbaycanı ilə müharibələrdən sonra, xüsusilə Paskeviçin zamanında köçürülən, həmçinin mütəmadi olaraq məqsədyönlü şəkildə bölgəyə yerləşdirilən ermənilərə müstəsna yer verilirdi. Sonuncuların bölgəyə yerləşdirilməsi və hökmranlıq iddiaları sonralar elə bir həddə çatdı ki, imperiyanın yüksək dairələrində müəyyən narahatlığa səbəb oldu. Təbii ki, yerləşdirilən kolonistlərə hərbi-strateji, coğrafi və münbitlik baxımdan ən əlverişli ərazilər verilirdi. Bu məsələdə müqaviməti aradan qaldırmaq məqsədilə Rusiyanın Qafqazdakı hərbi müstəmlələkəçi təsisatlarının həyata keçirdiyi digər bir tədbir də əsrlər boyu formalaşmış torpaq münasibətlərini aradan qaldırmaq və ali təbəqəni sındırmaq oldu.

Ali təbəqəni özündən asılı vəziyyətə salmaq məqsədini güdən siyasət nəticəsində tiyul sahibi mülkədarlar dədə-baba torpaqları üzərindəki bütün mülkiyyət və vərəsəlik haqlarını itirdilər. Əvəzində əldə etdikləri xəzinə kəndlərini müvəqqəti idarəetmə hüququna sahib dövlət məmuru statusu oldu. Bu statusun davam etməsi isə onların Rusiya imperiyasına sədaqətli xidməti ilə şərtləndirilirdi. Bəy və ağaların torpaq hüququndan məhrum edilməsi üçün “hökumətə xəyanət”, “düşmənlə Rusiyanın mənafeyinə ziyan vuran əlaqələrin saxlanması” və “dövlət məmurlarına itaətsizlik” kimi ittihamlar kifayət edirdi. Çar Rusiyasının Azərbaycana qarşı məqsədyönlü qərəzkar siyasətini və normal məntiqlə uzlaşmayan ədalətsizliyini Gürcüstan zadəganlarına qarşı fərqli münasibətində, daha doğrusu onların bütün torpaq və silki hüquqlarına sərbəstlik verməsində, görmək mümkündür. Bununla irsi torpaq hüquqlarından məhrum olan müsəlman ağalar tamamilə imperiyadan asılı vəziyyətə salındı və onların üzərinə hərbi-polis nəzarəti qoyuldu.

Müstəmləkə zülmündən qaçaraq Osmanlıya və ya Qacarlara sığınan Azərbaycan türklərinin torpaqları da mənimsənilərək dövlət xəzinəsinin hesabına keçirilirdi. Rus müstəmləkəçilik sisteminin gətirdiyi ağır vergi və mükəlləfiyyətlərin altında əzilən kəndlilər xanlıq dövründə olmayan yeni bir vergi borcu anlayışı ilə qarşılaşdılar. Müxtəlif bəhanələrlə alınan pul və yaxud taxıl, yarma, arpa kimi məhsullardan ibarət vergilərin miqdarı misli görünməmiş rəqəmlərlə ölçülürdü. Dövlət və sahibkar kəndlərindən yığılan gəlirlərin böyük hissəsi işğalçı ordunun və müstəmləkəçi idarələrin saxlanılmasına sərf edilir, bir qismi də hərbi və mülki dövlət məmurları tərəfindən mənimsənilirdi. Mahalların idarəsinə cavabdeh olan naiblər və iltizamçıların zülmləri də həddini aşırdı.

1829-1830-cu illərdə Transqafqazda yoxlama aparan senatorlar Kutaysov və

Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində dövlət məmurları tərəfindən vergilərin çox zaman ikiqat, üçqat yığılması, bu yığımın, onların sözləri ilə deyilsə, ”acgöz erməni tacirlərinə” iltizama verilməsi kimi saysız özbaşınalıq və qanunsuzluqlarla üzləşdilər. Bütün Transqafqazda çox ağır bir durumla qarşılaşan senatorlar Rusiyanın ədliyyə nazirinə ünvanladıqları müraciətdə”… müsəlman əyalətlərinin idarə olunmasını nəzərdən keçirdikdə rəislərin azğınlığı və əhalinin çəkdiyi iztirablardan insan sarsıntı keçirir. Burada insane ləyaqəti artıq bütünlüklə ayaq altına atılmış, hər cür qanunçuluq unudulmuş, qanun yalnız əsarət alətinə çevrilmiş, acgözlük və çılğın özbaşnalıq isə dairə rəisləri, komendantlar, pristavlar və başqa ağalıq edən şəxslərin davranışı üçün yönəldici amil olmuşdur”, deyərək vəziyyətin nə dərəcədə dözülməz olduğunu etiraf edirdilər.

Bölgədə ”hərbi-zoraki” xəttin tərəfdarı olan senatorlar “Bölgənin mülki və siyasi baxımdan Rusiya ilə vəhdət təşkil etməsi, yerli əhalinin özlərini ruslar kimi hiss etməsini, düşünməsini və davranmasını təmin etmək üçün” əhalinin tamamilə ruslaşdırılması məqsədini daşıyan yeni inzibati islahatlar planını təqdim etməyi də unutmadılar. Ən başlıcası, bu planı yerinə yetirəcək yeni imperiyaya sadiq bir ali silkin və ruhani təbəqəsinin formalaşdırılması zərurətini də vurğuladılar. Qarət və talandan başqa ad verilməsi qeyri-mümkün olan bu siyasət çox zaman kəndlilərin kütləvi şəkildə öz doğma yurdlarından qaçmasına gətirib çıxarırdı.

Nəhayət, maliyyə-vergi siyasətinin hərbi üsullarla həyata keçirilməsi nəticəsində ortaya çıxmış ağır müstəmləkə zülmündən cana gələn kəndli çıxışları baş verdi. 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə, 1837-ci ildə isə miqyasına görə ən böyüyü sayılan Quba üsyanı baş verdi. İmtiyazlarını itirmiş yerli feodalların, ruhanilərin təşviqi və iştirakı ilə müxtəlif bölgələrdə baş verən üsyanlar xüsusi qəddarlıqla yatırıldı, çoxlu sayda iştirakçı tutularaq edam edildi və yaxud uzunmüddətli həbs cəzasına məruz qaldı. Bir sözlə, komendant üsuli-idarəsi vasitəsilə yerlərdə müstəmləkə hakimiyyətinin möhkəmləndirilməsi fikri özünü doğrultmadı. 1840-cı ildə çar hökuməti inzibati islahat barədə qanun qəbul edərək komendant üsuli-idarəsini ləğv etməyə və onun yerində qəza adlanan ərazi vahidlərindən ibarət quberniyalar yaratmağa məcbur oldu.

Baş vermış üsyanlarda yerli bəylərin rolu təsbit edildikən sonra etibarsız bəylərin cəzalandırılması, hökumətə sədaqətli şəxslərin isə mükafatlandırılması siyasətinə və sədaqətli zümrənin təşəkkülünə başlandı. Bir sira yerlərdə yerli feodalları kəndlilərin istismarına ortaq edərək iltizamçılar təbəqəsi formalaşdırıldı. Təbii ki, bu prosesdə çarizmin etibarlı müttəfiqi rolunda çıxış edən erməni tacirləri də fürsətdən yararlandılar. Nəticədə, Rusiyaya düşməncəsinə münasibət bəsləyən yerli feodalların siyasi və iqtisadi gücü böyük ölçüdə sarsıldı, lakin imperiya özünə etibarlı sosial dayaq məsələsini tezliklə həll edə bilmədi.

Çarizmin yerli feodallarla ittifaqı 1846-cı ilin 6 dekabr qanunundan sonra intensivesəciyyə qazandı. Bu qanuna əsasən işğalın ilk illərində müsadirə edilmiş torpaqları hökumətin “xüsusi iltifatı kimi” geriyə qaytarılan, həmin torpaqlar üzərində mülkiyyət və irsi hüquqları bərpa olunan yerli ağalar və bəylər artıq çarizmin müttəfiqi rolunda çıxış etməyə başladılar. Ali təbəqəni özünə yaxınlaşdırmağa müvəffəq olmuş çar hökumətinin bu addımı xalqın bir təbəqəsinin

əlilə digərini əzməsinə və yerlərdəki kəndlilərin ikiqat zülm altına düşməsinə gətirib çıxardı. Yerli feodalların müqavimətinin qırılması nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlər üçün isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatının payına müstəmləkə iqtisadiyyatının tərkib hissəsinə və çarizm üçün böyük rəqəmlərlə ölçülən gəlir mənbəyinə çevrildi.

Siyasi və iqtisadi cəhətdən Rusiya imperiyasına tabe etdirilmiş Azərbaycana qarşı ədalətsizliklər bununla bitmədi. Müstəqilliyi və varı-yoxu əlindən alınmış azərbaycanlılar bir qayda olaraq etimadsızlıq şəraitində yaşamaq, hər addımda özlərinin imperiyaya sədaqətini sübuta yetirmək məcburiyyəti qarşısında qalırdılar. Əvəzində isə, yenə əsir müamiləsi görür, hər cür təqibə məruz galır və milli varlığına təcavüz davam edirdi. Başqa bir etnosa və inanca sahib olması milli mədəniyyətinin planlı şəkildə təqib edilməsi üçün kifayət edirdi. Hökumət qəsdən milli ədavət törədir, qeyri-rus xalqları rəsmi olaraq “özgə xalq” adlandırır və rusların bu xalqları aşağı irq hesab edib onlara nifrət bəsləməsinə imkan verirdi.

Milli kimliyi ardıcıl surətdə inkar olunan və ölkə əhalisinin böyük əksəriyyətini təşkil etməsinə baxmayaraq, türk etnosu məfhumu aradan qaldırılmağa çalışılır, ”məhəmmədilər”, ”müsəlman-tatar”adı ilə çağrılırdı. Eyni zamanda xalqın milli adət-ənənələrinə xor baxılmasına və onun mədəniyyət baxımından geriliyinə inandırmağa səy göstərilirdi. İmperiyanın strateji maraqlarına uyğun gəldiyinə görə, erməni kartından məharətlə istifadə olunur, nəinki onların dövlət idarəçiliyində, hətta iqtisadi və ticari həyatda hakim ünsür olmaları üçün bütün vasitələrə əl atılırdı. Haqsız rəqabətin hökm sürdüyü bir şəraitdə ermənilərdən formalaşan istismarçı erməni təbəqəsi xüsusilə 60-cı illərdən etibarən yerli əhalinin qanını içirdi.

Pravoslav imperiyasında “xristian təəssübkeşliyi” kartından bəhrələnən ermənilər “panislamizm”iddiasını ortaya atmaqla böyük siyasi və iqtisadi divident əldə etdilər. Digər tərəfdən, imperiyanın da mənafeyinə xidmət edən türk düşmənçiliyindən istifadə edən ermənilər Azərbaycanın maddi sərvətlərinə sahib oldular və əsrin ikinci yarısında Bakı neft gəlirlərinin böyük qismini, ümumən bölgədəki dövlət idarələrinə, mətbuata, banklara və əsas ərzaq məhsullarına nəzarəti ələ keçirdilər. İqtisadi cəhətdən ermənilərin hökmranlığını təmin edən çar Rusiyası yad ünsür kimi gördüyü Azərbaycana, onun dilinə, dininə və mədəniyyətinə etinasız münasibətini nümayiş etdirməkdən də çəkinmirdi.

1828-ci ildə Tiflis hərbi qubernatoru Sinyakinin təklifi və Gürcüstan mülki qubernatoru Xovenin yaxından dəstəyilə təşkil olunmuş “əmanətlər məktəbi”nin timsalında da imperiyanin yeritdiyi qeyri-insani siyasətin mahiyyətini görmək mümkündür. Əslində ”girov götürülmüş əmanətlərin faydalı vətəndaşlar kimi yetişməsi üçün onlara lazımi tərbiyə verən məktəbin açılması” təklifinin altında Rusiyanın yerli əhaliyə qarşı tətbiq etdiyi cəza və şantaj üsulu dayanırdı. Belə ki, Qacar və Osmanlı dövləti ilə müharibə aparan Rusiya yerli əhalinin həmin dövlətlərə yardım etməsinin və onların tərəfinə keçməsinin qarşısını almaq məqsədilə maddi imkanlı, məşhur adamların uşaqlarını girov götürür və onları “əmanətlər” adlandırırdı. Təbii ki, valideynlər girov alınmış uşaqlarının həyatı naminə bütün regionda ruslara qarşı hərəkatın qarşısını almağa məcbur olurdular.

Rus hökuməti girov götürülmüş uşaqları xüsusi açılmış məktəblərə cəlb edərək “ lazımi tərbiyə və təhsil” verməklə onlardan yerli xalqla işləyəcək ruspərəst məmurlar hazırlamaq, Rusiya üçün faydalı vətəndaşlar yetişdirmək məqsədini güdürdü. Maraqlıdır ki, Rusiya müsəlmanlara qarşı lazım gəldikdə ehtiyatlılıq göstərir, zərurət aradan qalxdıqdan sonra isə etinasız davranırdı. Belə ki, 1830-cu ilin iyununda girov götürülmüş uşaqların məsələsinin Peterburqda senatda müzakirə edilməsi Osmanlı ilə müharibədə hərbi üstünlüyün qazanılması ilə eyni vaxta təsadüf edirdi.

Müzakirələr əsnasında senatorların təklifi ilə razılaşmayan, “ Məhəmməd dininə malik şagirdlərə himayədarlıq faydasızdır və hətta ziyandır”, deyən Rusiya xalq maarifi naziri imperiya siyasətinin məğzini açmış olurdu (1,49). Amanat uşaqlar üçün Tiflisdə institut açılması məqsədilə başlamış həmin müzakirələrin nəticəsiz qalması ilə yanaşı zərurət qalmadığına görə məktəbin də ömrü uzun olmadı. Yeri gəlmişkən, Qəbələ hakiminin 8 yaşlı oğlu, sonralar hərbçi və yazıçı kimi yetişmiş İsmayıl bəy Qutqaşınlı da 1813-cü ildə girov götürülmüş uşaqlardan olmuşdur. Araz boyunda, Culfada, Təbrizdə, Urmiyə gölü sahilində, Xoyda rus ordusu tərkibində hərbi yürüşlərdə iştirak etmiş İsmayıl bəyin ömrünün müdrik çağında sədaqətlə xidmət göstərdiyi hökumətin müstəmləkə siyasətinin mahiyyətini dərk etməsi və xalqının maariflənməsi istiqamətində müəyyən addımlar atması son dərəcə ibrətamizdir. Onun 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə etməsi, müəllim və xidmətçilərin maaşlarını ödəməsi, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi çalışması, müxtəlif xeyriyyə fəaliyyətləri ilə məşğul olması, nəhayət, iki dəfə həcc ziyarətinə getməsi çar hökumətinin ondan şübhələnməsi və üzərində gizli hökumət nəzarəti qoyması ilə nəticələndi.

Son misaldan da göründüyü kimi, polkovnik rütbəsinə qədər yüksəlməsinə və imperiya qarşısındakı çoxsaylı xidmətlərinə baxmayaraq, İ. Qutqaşınlı öz xalqının maariflənməsi üçün müəyyən iş görmək istəyincə hər şey unuduldu, imperiyanın etimadsızlığı ortaya çıxdı. Ümumən imperiya orduda hərbi xidmət keçdiyi halda, ali silkin övladlarına qarşı ikili standartını sürdürür və onları hərbi mükəlləfiyyətlə bağlı xüsusi vergidən azad etmirdi. Yuxarıda sayılanlarla yanaşı, qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi üçün xalqın orta əsrlərin zülməti içində qaldığını, öz imkanları ilə geriliyin girdabından çıxa bilməyəcəyini, təbiətən intellektual fəaliyyətə, ümumiyyətlə sivilizasiyaya yad olduğunu sübut etmək lazım idi. Çarizmin ideoloqlarının işləyib-hazırladıqları bu xəbis plan nəticəsində hökumət nəinki Azərbaycanın tərəqqisi üçün heç bir addım atmır, hətta yerlərdən gələn bu qəbil təşəbbüsləri də öz siyasətinə potensial təhlükə mənbəyi olaraq görür və müxtəlif bəhanələrlə qarşısını alırdı.

Daha öncə də qeyd edilmiş amilləri həmin dövrdə mübtəla olduğumuz elmi-mədəni geriliyin obyektiv səbəbi kimi qəbul etmək mümkündür. Lakin həqiqət naminə həmin dövrlə əlaqədar bir sıra subyektiv amillərin də varlığını qəbul etmək lazımdır. Bu amillərin başında yerli hakim təbəqənin və mərkəzi hökumətin mənafeyinin əksər hallarda birləşdiyini nəzərə alsaq, onların da milli tərəqqidə maraqlı olmadıqları ortaya çıxar. Ən önəmlisi isə, milli elitanın olmaması xalqın istismarına imkan verən başlıca səbəblərdən idi. Azərbaycanda ardıcıl həyata keçirilən ruslaşdırma siyasəti, milli mədəniyyəti rus mədəniyyəti ilə əvəz etmək cəhdləri tərbiyə sistemini də güclü deformasiyaya uğratdı. Əsrlər boyu formalaşmış nizam dəyərlərin bir çoxuna yararsız əlavələr edildi.

Çarizm hər vəchlə əhalinin məzhəb fərqliləriklərindən yararlanır, daima yerli əhalidən savaş halında olduğu Osmanlı dövlətinə qarşı istifadə etməyə cəhd göstərirdi. Bölgədə imperiya üçün ciddi təhlükə olan müridizm hərəkatına qarşı Azərbaycanda şiəliyin ön plana çıxarılaraq Qafqaz müsəlmanlarının vahid cəbhədə birləşməsinə mane olunmağa çalışılırdı. İrandan fərqli olaraq ruhani zümrəsinin Osmanlı dövlətilə əlaqələrinə xüsusi tabu qoyulmuşdu. Fürsət düşdükcə müsəlmanların dini hissləri təhqir edilir, əhalinin böyük əksəriyyətinin mənsub olduğu İslam dini qərəzli hücumların obyektinə çevrilirdi. Məsələn, Quba əyalətinin Şeşpər mahalı kəndlərində toplanan zəkatın imkansız müsəlmanlara və yaxud məscid və mədrəsələrin ehtiyacına sərf olunmasının qarşısı alınır, İslamın beş əsaslarından sayılan zəkat, çar məmurları tərəfindən həyasızcasına mənimsənilirdi. Müsəlmanların məscidləri əllərindən alınaraq süni şəkildə sayı getdikcə çoxaldılan xristianlar üçün kilsəyə çevrilirdi. Gəncənin işğalından dərhal sonra şəhərin ən böyük məscidinin kilisəyə çevrilməsi siyasətinin davamı kimi, mövcud iki kilsəyə əlavə olaraq yeni və daha geniş bir kilsə tikilməsi üçün 1821-ci ilin 29 iyununda təşkil olunmuş xüsusi komissiyada İçərişəhərdəki Şah məscidi və Şirvanşahlar türbəsinin xristianların ibadətxanasına çevrilməsi planı ciddi şəkildə müzakirə olunmuşdur.

Bir tərəfdən əsrlər boyu formalaşmış mənəvi dəyərlərin ortadan qaldırmasına, digər tərəfdən isə imkan daxilində yerli əhalinin xristian təəssübkeşliyi ruhunda olmasına xüsusi yer verilirdi. Müstəmləkəçiliyin sədaqətli müttəfiqi rolunda çıxış edən xristianlıq, xüsusilə də onun pravoslav qolu geniş təbliğ edilirdi. Bunun ən bariz örnəyini “Bütpərəstlik kimi, İslamın da yalançı din olduğunu” iddia edən rus pravoslav kilisəsinin rus çarları və onların ailə üzvləri tərəfindən himayə edilməsində görmək mümkündür. Hətta  imperiyanın mənafeyinə uyğun gəldiyi üçün alman dilini öyrətmək adı altında Bazel missionerlərinin Şuşadakı fəaliyyətləri belə təqdir olunurdu. Bir çox halda müstəmləkə ideoloqlarına bu da az görünür və onlar onsuz da qeyri-bərabər şəraitdə fəaliyyət göstərən İslam dininə qarşı zorakı üsullara əl atırdılar.

Mədrəsələrdə rus dilinin tədrisi məcburiyyətinin, məscidlərin və mövcüd ruhanilərin sayına məhdudiyyətlərin qoyulması, nəhayət “Qafqaz müsəlmanlarını pravoslavlıq şöləsi ilə işıqlandırmaq və islamizmin qalıqları üzərində həyatverici xaçı yüksəltmək şüarı altında 1850-1858-ci illər arasında Zaqatalanın 11 kəndinin əhalisinin zorla xristianlaşdırılması bunun ən bariz örnəyidir. O zamankı Azərbaycan mühitində din xadimlərinin mövqeyini və oynadıqları rolu yaxından tədqiq edən çar məmurları ilk növbədə onlarla xüsusi məşğul oldular. Bunun da başlıca səbəblərindən biri dini qurumları və üləmaları vasitəsilə Azərbaycanın dini həyatında böyük nüfuz sahibi olan Qacar və Osmanlı dövlətlərinin bilavasitə yaxınlıqda yerləşməsi idi. Digər tərəfdən, İslamın müqəddəs yerləri sayılan Məkkə və Mədinənin, həmçinin təxminən Güney Qafqaz  müsəlmanlarının yarısının mənsub olduqları şiə təriqəti davamçıları tərəfindən müqəddəs qəbul edilən və ziyarət olunan Nəcəf, Kərbəla və Məşhədin bilavasitə Osmanlı və Qacar dövlətlərinin ərazisində yerləşməsi bu bölgəyə diqqəti daha da artırırdı.

Müsəlman din xadimlərini öz tərəfınə çəkmək və onları zərərsizləşdirmək məqsədilə çar hökuməti ilk addım olaraq onların malik olduqları mülkiyyətin və istifadə etdikləri imtiyazların toxunulmazlığını elan etdi. Bu imtiyazlar arasında din xadimlərinin vergidən, hər növ xəracdan və hərbi mükəlləfiyyətdən azad olunması da var idi. Eyni zamanda 40-cı illərdən etibarən yerli feodallar kimi onlara da malik olduqları mülkiyyətdən əldə etdikləri gəlirlərə sahib olmaq imkanı verildi. Digər tərəfdən, Tatarıstan, Başqırdıstan və Krımda, həmçinin Orenburq vilayətində daha öncə sınaqdan keçirilmiş din xadimlərinə məmur və yaxud polis səlahiyyətləri vermək taktikası işə salındı.

Bütün bu imtiyazların verilməsinin yeganə məqsədi isə imperiyanın Qafqaz siyasətinə qarşı din xadimləri tərəfindən göstərilə biləcək müqavimətin qarşısını almaq, hətta onları mərkəzi hökumətin imperiya siyasətinə alət etmək idi. Xüsusilə Azərbaycandakı ənənəvi tədrisin də əsasən dini məktəb və mədrəsələr vasitəsilə həyata keçirildiyini nəzərə alsaq imperiyanın təxirəsalınmaz tədbir kimi din xadimlərini mümkün olduğu qədər özünə yaxınlaşdırmaq və yaxud zərərsizləşdirmək siyasətinin mahiyyəti daha yaxşı anlaşılar. Təbii ki, bu məkrli siyasətin arxasında gizlənən başlıca niyyətlərdən biri də ruhani təbəqəsinin hakimiyyətini və nüfuzunu minumuma endirmək cəhdi dururdu. Ümumiyyətlə isə, imperiyanın Qafqazdakı məmurları qarşısında din xadimlərinin mülki və ictimai işlərdə iştirakının tamamilə aradan qaldırılması məsələsi qoyulmuşdur. Bu istiqamətdə atılacaq addımların başında isə vətəndaşlar arasında hüquqi münasibətlərin əsas və yeganə tənzimləyicisi kimi şəriətin aradan qaldırılması gəlirdi. Bu məqsədinə çatmaq üçün çar hökuməti verdiyi müvafiq direktivdə öz məmurlarına “şəriət məhkəmələrinin qəbul etdiyi qərarlar nə qədər əsassız olarsa, onun təsir dairəsi də o dərəcədə tez və gözə çarpmadan daralar, nəticədə xalqın arasında ruhanilərin hakimiyyəti sarsılar” tövsiyəsini verirdi.

Din xadimlərinin nüfuzdan salınmasının başqa bir yolu da dini rütbələrin verilməsındə obyektivliyin aradan qaldırılması, elmi və insani ləyaqəti olmadan təsadüfi adamlara dini rütbələrin verilməsi, bunun da məntiqi nəticəsi kimi şəriət məhkəmələrinin ədalətsiz qərarlar çıxarması, hətta hakimlərin rüşvət almaları üçün şərait yaratmaqdan ibarət idi. Bundan başqa, imperiyanın bu istiqamətdə atdığı addımlar arasında imperiya siyasətinə alət olmaq istəməyən din xadimlərinin sıxışdırılaraq ölkədən getmələrini təmin etmək də var idi.

Acı da olsa etiraf etmək lazımdır ki, çox keçmədən imperiyanın gördüyü tədbirlər nəticəsini verdi. Rusiyanın başqa quberniyalarındakına bənzər üsuliidarənin tətbiqi nəticəsində ruhani təbəqəsi əsasən özünün əvvəlki nüfuzunu və gücünü itirdi. Ruhanilərin məhkəmə icraatı, təhsil sahəsindəki rolu və mütənasib olaraq onların sayı da zaman içində azaldı. Qafqazın işğalının başa çatması və çarın 5 aprel 1872-ci il tarixli fərmanı ilə “Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri Haqqında” Əsasnamələrin təsdiq olunmasından sonra müvafiq idarələrin təsisi nəticəsində müsəlman ruhani təbəqəsi ilə əlaqədar Rusiyanın planları da yerinə yetirilmiş oldu. Çarizmin gördüyü tədbirlər nəticəsində fars mədəniyyətinin təsiri altında qalan aşağı təbəqə istisna olmaqla cəmiyyətin yüksək təbəqəsi rus mədəniyyətinin hegemoniyasının girdabına yuvarlandı. 1870-ci ildəki kəndli islahatı ilə təxminən eyni vaxtda məhkəmə islahatını həyata keçirən müstəmləkə rejimi istisnasız olaraq hakimləri yalnız ruslardan təyin etməyə başladı. Bu da öz növbəsində 1840-cı ildə başlanan məhkəmə işlərinin ancaq rus dilində aparılması siyasətinin tamamlanmasına, xalqın dili, adət-ənənəsi ilə tanış olmayan hakimlərin ədalətsiz hökm çıxarmalarına gətirib çıxardı.

Həmin dövrdə çarizmə qarşı mübarizənin önündə gedən üləmalarla yanaşı, heç də hər zaman bəsirətli davrana və xalqa doğru yolu göstərə bilməyən din xadimlərinə də təsadüf olunurdu. Təəssüflər olsun ki, onların bir qismi çar hökumətinin toruna düşərək və şəxsi rifahlarını üstün tutaraq müstəmləkəçi siyasətə alət olur, bilərəkdən və yaxud fərqinə varmadan imperiyaya xidmət göstərirdi. Həmçinin mənsub olduğu dini yüksək səviyyədə təmsil edə bilməyən, bu mövzuda kifayət qədər elmi dünyagörüşə sahib olmayan, insanları Allah xofu, cəhənnəm əzabı ilə qorxutmaqla öz varlıqlarını sürdürən, xürafatı və cəhaləti yayan üzdəniraq din xadimləri də yox deyildi. Hətta təmsil etdiyi uca cahanşümul dini və axirət gününü unudaraq rus işğalçılarına xidmət göstərən üzdəniraq “ din xadimləri” nə də təsadüf olunurdu. Onlardan biri Cənubi Azərbaycanda milli xəyanət yolu tutaraq ruslara yardım göstərmiş, xalqı işğalçılara müqavimət göstərmək fikrindən daşındıraraq Təbrizin qapılarını Paskeviçin üzünə açmış, sonra isə könüllü surətdə cənubdan şimala köçərək xəyanətlər dolu həyatını burada davam etdirmiş Təbriz müctəhidi Təbatəbai Ağa Mir Fəttahın faciəvi aqibəti son dərəcə ibrətamiz idi.

 

Abbas Mirzənin məğlubiyyətdən sonrakı illəri

 

Şahzadə ömrünün son iki ilində yazdığı məktublarında Azərbaycanın parçalanmasının onun belini bökdüyünü yazır. Eləcə də bu məktublar vasitəsilə onun 1827-1828-ci illərdə üzləşdiyi çətinliklər haqqında bilgi əldə etmək mümkündür. O, Təbrizə qəm-qüssə içində qayıdırdı Amma mənən sınmş görünmək istəmirdi. Odur ki,  Türkmənçay – Həştrud yolu ilə Təbrizə gələrkən, nə edəcəyi barədə düşünürdü. Təbriz rus ordusunun işğalında olduğu zaman bütün bəzirganlar, din xadimləri, tayfa və qəbilə başçıları ruslarla onlarala sıx iş birliyinə girişdilər. Bu üzdən də rus ordusu Təbrizi tərk etməyə başladığında onları ümidsizlik sarmağa başlamışdı. Onlar bu qədər möhtəşəm bir ordunun Təbrizdən çıxmayacağı qənaətindəydilər. Bu üzdən də ruslarla iş birliyi edən bir çox Təbriz sakini Rusiyaya qaçmaq qərarına gəlmişdilər. Abbas Mirzə onların fərar etməmələri üçün bir neçə məktub yazıb çaparlarla göndərdi. Carçılar bu məktubu Təbrizin meydanlarında yüksək səslə əhaliyə çatdırdı. Abbas Mirzə ruslarla iş birliyi edənləri əfv edildiyini də yazırdı, onların Təbrizdə qalıb Azərbaycanın ərəqqisi üçün bir yerdə, bərabərcə çalışmalarını istəyirdi. Abbas Mirzə  verdiyi sözü tutdu. O, Təbrizə girdiyində şəhərdə önəmli bir dəyişikliyin olmadığını sezdi. Çünkü şəhəri könüllü və dirənişsiz təslim olması üzündən ruslar heç bir təxribat törətməmişdilər. Yalnız Şahzadənin sarayında qiymətli əşya nə varsa, hamısı aparılmışdı. Digər tərəfdən, Abbas Mirzə Xoyu və Urmunu da para ilə geri almaq zorunda idi. Bu üzdən Azərbaycanın müxtəlif yerlərində olan dövlətinin qənaətlə xərclənməsini əmr etdi.

Abbas Mirzə bu borcları ödəyə bilmək üçün hər kəsi çalışmağa çağırdı. O, döyüş əsnasında bəzi xanların verdikləri kəşfiyyat məlumatlarınn yanlış olduğu görüşündə idi. Odur ki, hər kəsdən şübhələnir, yalnz Laçın xana güvənirdi.

Abbas Mirzə 1828-ci ilin payızında Tehrana getdi. Bu səfərdən məqsəd Mək Donaldla bağladığı müqaviləyə Şahın da razılığını və təsdiqini almaq idi. Mək Donaldla Şahzadə arasındakı anlaşmaya görə, 1814-cü il anlaşmasından iki maddə silinməli və buna qarşılıq isə İngiltərə 250.000 tümən ödəməli idi. Bu məbləği isə Qacar hökuməti savaş suçlusu kimi Rusiyaya ödəməli idi. Şah öz xəzinəsinə az zərər gəlsin deyə, bu anlaşmaya müsbət yanaşdı. Abbas Mirzə atası ilə görüşdə Sankt-Peterburqa səfər etmək istədiyi haqda da danışmışdı. Şahzadə rus İmperatoru ilə görüşərək, Türkmənçay anlaşmasında bəzi güzəştlərin olması mövzusunda imperatordan bəzi xahişlər etmək fikrində idi. Fəqət buna mane olundu. Bu maneənin əsas səbəbkarı Qriboyedov idi. O, general Paskeviçin diplomat qrupuna daxil idi. Türkmənçay müqaviləsindən sonra isə Tehrana səfir təyin edilmişdi. Qriboyedov filosof və şair idi. Bu üzdən də imperator I Nikolay tərəfindən çox sevilirdi.

Abbas Mirzəni vəliəhd kimi tanıması şahzadənin düşmənlərinəi daim narahat edirdi. Üstəlik də onun canişinliyi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmaqda idi. İngiltərə də müzakirələrdə tərəf-müqabil kimi məhz Abbas Mirzəni görmək istəyirdi. Fəthəli şahdan sonra onun yerinə Abbas Mirzə keçərsə, nələrin olacağı əvvəlcədən məlum idi. Onun səltənəti Avropalaşdırma barədəki arzuları daha asanlqla həyata keçəcəkdi. Toplumun dini cəhalət içində qalmasını öz mənafelərinə uyğun görən ruhanilər, o cümlədən Asəf-əd Dövlə kimi adamlar şahzadənin  reformlarına qarşı çox sərtliklə çıxmaqdaydılar. Onun Şah olmasını əngəlləmək üçün hər cür fitnə-fəsada əl atırdılar. Din xadimləri açıq söyləməsələr də, gizlində onun dindən çıxıb xristian olduğu haqda əsassız şaiyəlr yayrdılar.

1829-cu ilin fevral gecələrinin birində bir çapar şahzadəni yuxudan oyadıb ona gözlənilməz, diksindirici bir xəbər çatdırdı. Məlum oldu ki, Rusiyanın elçisi bütün heyyəti ilə bir yerdə Tehranda qətl edilmişdir. Abbas Mirzə heyrətindən nə edəcəyini bilmirdi. Çünkü Rusiya ilə savaşa girməmək üçün hər cür yola baş vurduğu bir dönəmdə, imperatorla görüşmək üçün səfərə hazırlaşdığı bir zamanda bu gözlənilməz hadisə onun bütün planlarını alt-üst etməkdə idi. Şahzadə öncə xəbəri ciddi qəbul etmədi, şayiə olduğunu sandı. Lakin çox keçmədən söylənilnlər təsdiqini tapdı. Abbas Mirzənin Tehran valisi olan qardaşı Zill-ül Soltandan gələn bir məktub olayın  doğruluğunu təsdiqləyirdi. Sonra da Şahdan bir məktub gəldi ki, nəyin bahasına olursa-olsun, yeni savaşın çıxması əngəllənməlidir. Şah hər Rusiyanın savaş elan etməsi durumunda yalnız qalmasın deyə, təcili müttəfiq arayışına çıxdı.

Qriboyedovun öldürülməsi şahdan və Tehran valisi Zill-ül Sultandan xəbərsiz baş vermişdi. Bu hadisə Abbas Mirzənin düşmənləri olan din xadimləri tərəfindən təşkil edilmişdi. Məqsəd isə Abbas Mirzənin Sankt-Peterburqa səfərini önləmək idi. Əslində, isə günah elə Qriboyedovun özündə idi. O, dini məsələlərə müdaxilə etməsə idi, mollaların ona qarşı fətva verməsinə bəhanə yaratmazdı.

Asəf-əd Dövlənin ona qarşı nifrəti 1827-ci ilin yayında ilk görüşləri zamanı başlamışdı. İndi isə Asəf-əd Dövlə həm ondan həm də şahzadədən intiqam almaq üçün çox uyğun bəhanə əldə etmişdi. Məlum olduğu kimi, Türkmənçay müqaviləsinin bir maddəsi xristianlara aid idi. Istər savaş əsiri və ya başqa səbəblərdən olsun, Qafqazdan Qacar səltənətinin müxtəlif yerlərinə aparılmış xristianlar azad buraxılmalıydılar ki, öz yürdlarına dönüb-dönməmə haqqında özləri qərar versinlər. Bu insanların geriyə dönüşündən yana olan Qriboyedova geri dönmk üçün müraciət edənlərdən biri də Yaqub xan idi. Yaqub Xan gürcü əsilzadələrindən idi. Otuz ilə yaxın idi ki, Fəthəli şaha ürəkdən xidmət etmiş, sarayının önəmli xidmətçilərindən biri kimi tanınmmşdı. Bu müddət ərzində həm özünə uyğun iş bulmuş, həm də çox zənginləşmişdi.

Yaqub xan Qriboyedovun yanına gedib Gürcüstana dönmə istəyini bildirdirərkən Qriboyedova Qafqazdan gətirilən və Asəf-əd Dövlənin sarayında sanki həbsdə imiş kimi yaşayan iki erməni (əslində alban) qadınının durumunu anlatmış və bildirmişdi ki, onları zorla müsəlman olmağa, müsəlman kimi davranmağa və çadraya qapanmağa məcbur etmişlər. Qriboyedov da Allahyar Asəf-əd Dövlənin siğə qadını olan bu iki xristian qadını səfirliyə gətirtmiş və onlardan geriyə dönüb-dönməyəcəklərini soruşmuşdu. Qadınlar da dönmək istədiklərini söylədiklərindən onları səfirlikdə saxlanılmışdılar.

Bu hadisədən yararlanan Asəf-əd Dövlə Qriboyedovdan intiqam almaq fikrinə düşdü. Lakin o, bu işini Fəthəli şahdan gizlin və ruhanilər vasitəsi ilə etmək istəyirdi. Çünkü şahın artıq ona qarşı heç bir hörməti qalmamışdı. Asəf-əd Dövlə ilə din xadimlərinin arasında gizlincə sıx irtibat yaranmağa başladı. Tehranda bir neçə kişi bir yerə toplaşıb söhbət etdiyində, mütləq Asəf-əd Dövlənin namusunun ayaqlar altına atılmasından danışır, qadınlarının Qriboyedov tərəfindən zorla evindən çıxarılıb, aparılmasını müzakirə edirdilər. Bu söz-söhbət ağızdan-ağıza dolaşıb bütün şəhəri sardı. Dindar kəsimin “müsəlman” qadınların namusunu qurtarmaq duyğusu hər kəsə hakim kəsilmişdi. Tehran valisi bu həyəcanın intiqamla nəticələnəcəyini zənn etmədiyi üçün rus səfirliyinin təhlüksizliyini təmin etmək üçün heç bir tədbir görməmişdi. Lakin əhalinin dini duyğuları çox sərt şəkildə coşmaqda davam edirdi. Torpağının ruslar tərəfindən işğal olunmasına təpki göstərməyib susan bu əhali və onun dini rəhbərləri sanki İslamı qəbul etmiş iki erməni qadınının intiqamını almaq üçün macəra axtarırdılar. Halbuki, rus ordusu Təbrizə girdiyi zaman din xadimlərinin təşkilatçılığı ilə onların qarşısında qurbanlar kəsilmişdi.

Nəhayət, bir gün baş verməli olanlar baş Verdi. Tehranın Adinə məscidindən hərəkətə başlayan böyük bir kütlə əllərində qarabayraqlar daşıyırdı. Tehran valise tərəddüd içində qalmışdı. Bilmirdi ki, bu yürüşə müdaxilə etsin ya yox. Çox qısa bir müddətdən sonra əhalinin yürüşü iğtişaşa çevrildi. Əhalinin şiddətə əl atacağını gözləməyən vəzirlər və Tehran valisi Zill-ül Sultanı nə edəcəyini bilmirdilər. Artıq gec idi, indi istəsəydilər də heç nəyi dəyişə bilməzdilər. Əsəbi kütlə bağıra-bağıra rus səfirliyinə doğru hərəkət etməkdəydi.

Qriboyedov vəziyyətin həddən artıq gərgin olduğunu görub, onların para ilə satın alına biləcəyini zənn etdi. Səfirliyin qapılarını möhkəmcə qapayıb pəncərələrdən əhalinin qarışqa kimi qaynaşdığı yerə pul səpməyə başladılar. Lakin əhalinin sanki gözü kor olmuş və bu kağızların pul olduğunu görmürdülər.

Səfirliyin qapısını qırmağa başladılar. Əhali sadəcə qarşılarına çıxan rusları deyil, səfirliyin gözətçisi olan Qacar məmurlarını da öldürürdü. Bu olayda yalnız səfirin katibi Maltsev qaçıb canını qurtara bildi. Başda Qriboyedov olmaqla hamını qılıncdan keçirdilər. Baş verənlərdən sonra Rusiyanın intiqam məqsədi ilə hücum edəcəyi sanılırdı. Lakin aylar keçdi və ruslar hücum etmədi.

Abbas Mirzə Təbrizdə sıxıntı içində idi. Onun xəzinəsi büsbütün boş idi. Şahdan da heç bir yardım gəlmirdi. Arzularının şəhəri olan Təbrizin abadlaşdırılması üçün heç bir iş görə bilmirdi. Bütün bunlara rəğmən Abbas Mirzə 1829-cu ilin yayında yenidən təşkil etdiyi ordusunun böyük nümayişini hazırladı. Azərbaycan ordusunun paradını izlədi.

Rusiya hər zamankı kimi yenədə Abbas Mirzədən ehtiyat edirdi. Daim onun Osmanlılar və ya Avropa ölklrindən biri ilə ittifaqda intiqam alacağından ehtiyat edirdi. Ancaq onlar bilmirdilər ki, maliyyə əksikliyi Abbas Mirzəni elə çökdürmüşdür ki, hələlik bu barədə heç düşünmür də. Şahzadə yalnız böyük səylər və sarsılmaz iradəsi sayəsində Azərbaycan ordusunun sadəcə ayaqda durmasını təmin edə bilirdi. O, Ucanda iki ay qaldıqdan sonra 14 alayı 14 topla bir yerdə təkrar aktiv hala gətirməyi bacardı. Paradda iştirak ermək üçün ingilis heyətini də dəvət etdi.

Abbas Mirzə düşünür, amma rus imperatorunun Qriboyedovun intiqamını nədən almaq üçün heç bir şey etmədiyini heç cür anlaya bilmirdi. Axı, çarın belə bir intiqam üçün əlində hər cür imkan mövcud idi. Qriboyedov hadisəsindən sonra General Paskeviçin Abbas Mirzəyə yazdığı təhdid doıo məktublar yerini yumuşaq məktublara buraxmağa başlamışdı. Bunun yalnız bir səbəbi var idi, o da rus imperatorunun Qriboyedov məsələsinə ciddi önəm verməməsi idi. Rus imperatoru hesab edirdi ki, keçmişdə dekabristlərlə bir yerdə çara qarşı çıxan bir şəxs uğrunda savaşa girməyə dəyməz.

Sankt-Peterburqda Abbas Mirzə sarıdan daima bir rahatsızlıq hakim idi. Ehtiyat edirdilər ki, şahzadə özünü toparlayar-toparlamaz, dərhal savaşa başlayacaqdır. Abbas Mirzənin Osmanlı ilə gizlin anlaşması haqda Rusiyada dəqiq məlumat vardı. Ruslar bu gizlin anlaşmanı xəyanət kimi dəyərləndirirdilər. Bu səbəbdən də salahiyyətli bir qızılbaş heyətinin Sankt-Peterburqu ziyarət etməsini gözləyirdilər. Amma bu heyətin başında önəmli bir şəxsiyət durmalı idi ki, istənildiyində Qriboyedovun intiqamını onu girov saxlamaqla ala bilsinlər.

Qriboyedov hadisəsi Abbas Mirzənin Rusiyann paytaxtna səfərinin baş tutmasını əngəlləmişdi. Bu üzdən Abbas Mirzə bu səfər üçün oğlu Xosrov Mirzəni nəzərdə tutmuşdu. Xosrov Mirzə atasının ən yaxın müşaviri olmuş, Tufarqandaki müzakirələrdə də iştirak etmişdı. Hətta General Paskeviç ona “Yarım Abbas”, yəni “Abbasın yarısı” olaraq xitab etməkdə idi. Təbii ki, Paskeviç bu halda Abbas Mirzəni nəzərdə tuturdu. Rus generalın ona bu şəkildə xitab etməsinin səbəbləri var idi. Xosrov Mirzə zəka və siyasi davranış baxımından atasına çox bənzəməkdə idi.

Gənc Xosrov Mirzə böyük bir heyətlə birlikdə Sankt-Peterburqa yola düşdü. Onu Tiflasdə çox yüksək səviyədə qarşıladılar. Bununla belə, Xosrov Mirzə özünü Rusiya-Azərbaycan münasibətlərin qurbanlığı kimi hiss edirdi. Düşünürdü ki, Qriboyedovun intiqamını ondan alacaqlar və o buna tam hazır idi.

Sankt-Peterburqda Xosrov Mirzən Yay sarayında böyük təntənə ilə qarşılandı. Ruslar Abbas Mirzənin Ucandaki hərbi paradından və ordusunu təkrar döyüş halına gətirməsindən, İstanbulla gizlin anlaşmasından xəbərdar idilər. Xosrov Mirzə imperatorla görüşə hazırlaşırdı. O, rus imperatorunun önündə diz çökərək, qılıncının ucunu öz sinəsinə tərəf tutaraq ona təqdim etdi.

Xosrov Mirzə atasının problemlərini həll etmək üçün fəda olmağa hazır idi. İmperator, Xosrov Mirzənin girov olaraq saxlanılmasını düşünürdü. Odur ki, iki ay müddətində rəhinə kimi saxlanılan Xosrov Mirzə ilə bir diplomat kimi deyil, bir uşaq kimi davrandılar. Xosrov Mirzə bu iki ay müddətində qaldığı sarayda oranın memarlıq gözəlliyi ilə bağlı heyrətini gizlədə bilmirdi.

Hadisələrin gedişi Rusiyanın Avropa və Osmanlı ilə münasibətlrini fərqli səviyyəyə gətirmişdi. Hadisələr Rusiyanı Qacarlarla sülh şəraitində keçinməyə məcbur edirdi. Bu üzdən də Xosrov Mirzənin bu ziyarəti Rusiya tərəfindən Qacar hökumətinin Qriboyedov hadisəsi ilə bağlı üzr istəməsi kimi qəbul edildi. Qərara alınd ki, vəziyyət gərginləşdirilməsin. Bu qərarın alınmasında Xosrov Mirzənin diplomatik istedadının da rolu az olmadı. Ona artıq sayqı ilə yanaşmağa başladılar.

Abbas Mirzə oğlunun bu uğurundan çox qürur duymaqda idi. Amma artıq onun oğulları arasında da rəqabət və həsəd baş qaldırmışdı. Bu da Abbas Mirzəyə öz qardaşlarını xatırladır və narahatlığına səbəb olurdu. Savaş sıralarında Abbas Mirzə tərəfindən naib-ül səltənə (canişin) kimi nəzərdə tutulan Məhəmməd Mirzə ilə öz üstün zəkası ilə fərqlənən Cahangir Mirzə arasında yaxın qardaşlıq münasibətləri yaranmışdı. Bu iki qardaş Ərdəbil qalasının təslim edilməməsi üçün birlikdə çalışmış, böyük bir fədakarlıq göstərmişdilər.

Abbas Mirzənin fikrincə, sadəcə yaşca böyük olmaq canişin olmaq üçün yetərli deyil. Atasıın bu cür düşünməsi Məhəmməd Mirzəni  çox narahat etməkdə idi. O, narazılığını açıq şəkildə dilə gətirməsə də, Abbas Mirzə onun davranışlarından və arxadakı giley-güzarından xəbərdar idi. Hər bir şahzadənin ətrafında öz tərəfdarları toplanmışdı. Onlar da tərəfdarı olduqları şahzadələrin üstün məziyətlərindən danışır, onun xeyrinə təbliğat aparırdılar.

Digər  şahzadələr də özbaşınalığa meyl göstərirdilər. Məsələn, Məhəmmədəli Mirzə Dövlətşahinin yenicə Kirmanşah valisi olan oğlu Məhəmmədhüseyn Mirzə ətrafının  təsirinə qapılaraq, Xuzistan və Loristanı da öz idarəçiliyinə tabe etmiş, bu iki əyalətdə vali olan şahzadələri yanına almışdı. Son savaşda bacarısızlıq göstərdiyindən təhqir olan Şeyx-ül Məluk da şahzadələr cərgəsində idi. Şahzadələr arasında savaşlar olur və şəhərlər mühasirə edilirdi. Məsələn, Məhərrəm ayının yas mərasimi sıralarında Bürucerd hücuma məruz qaldı. Fəthəli şah istəsəydi, şahzadə Məhəmməd Hüseyn Mirzəni Xuzistanda və Loristanda durdura bilərdi. Fəqər nədənsə bunu etmədi. Belə bi təəssürat yaranırdı ki, övladları və nəvələri arasında bu cür qarşıdurmalardan ona ləzzət edir. Bir sözlə, şah, şahzədələrin bir-birlərini öldürməyəcək səviyyədə olan savaşlarını xoş qarşılayırdı. Bunu da ona görə edirdi ki, başları bir-birinə qarışdığından heç biri şahıq iddiasına düşməsin. Nəticədə Rusiyanın işğalına məruz qalmayan əyalətlər də artıq şahzadələrin savaşları üzündən çox zor duruma düşmüşdülər.

Şaha ard-arda şikayətlər gəlirdi. Digər tərəfdən, səltənəti bürümüş ara çəkişmələri şahın xarici ölkələrdəki imicini də zədələməkdə idi. Səltənət parçalanmaq və süqut ermək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə olan halda Fəthəli şah tədbir görməyə məcbur oldu. Ən yaxşı sərdarlarından biri olan Qulamhüseyn Xan Sipəhdarı öz ordusu ilə bərabər sabitliyi bərpa rtmək və şahzadələri cəzalandırmaq məqsədi ilə savaş bölgəsinə göndərdi.

Qardaşları arasında hakimlik etmək, böyüklük göstərib, onların ixtilaflarını həll etmək Abbas Mirzəyə tapşırıldı. Xəstə olan və Azərbaycandan ayrılmaq istəməyən Abbas Mirzə də qardaşı oğlu Şeyx-ül Məluku öz vəkili kimi şahzadələr arasında vasitəçilik etmək məqsədi ilə hadisə yerinə göndərdi.

Şiraz əyalətinin nəzarətini əllərində saxlayan Hüseynəli Mirzə ilə Həsənəli Mirzə çox var-dövlət toplamış və mərkəzə qarşı çıxmağa başlamışdılar. Bu iki qardaş Tehrana vergi ödəməkdən imtina edirdilər. Şah bunları yerində oturtmaq üçün 1829-cu ilin yayında ailə üzvləri və ordusu ilə Şiraza yollandı. Heç bir şavaş olmadı. Şahzadəlr şahın hüzuruna gəlib, vəfadarlıqlarını ortaya qoydular. Onların şaha qarşı savaş edəcək gücləri və cəsarətləri yox idi.

Fəthəli şah bu problemi həll etdikdən sonra Həmədanda dincəlmək istəyirdi. O,  Həmədanda yerişdikdən sonra Abbas Mirzəyə məktub yazıb onun da Həmədana gəlməsini istədi. Abbas Mirzə də oğlu Xosrov Mirzə ilə bir yerdə Həmədana gəldi. Xosrov Mirzə Rusiya imperatoru ilə görüşü barədə şaha məlumat verməliydi. Cahangir Mirzənin yazdığına görə, Fəthəli şah oğlu və nəvəsini çox xoş və sıcaq qarşıladı. Abbas Mirzənin gəlişi münasibəti ilə şənlik təşkil etdi və böyük bir qarşılama törəni gerçəkləşdirdi.

Abbas Mirzə bir müddət Həmədanda qaldıqdan sonra yenidən Təbrizə döndü. Fəqət burada dinc otura bilmirdi. Səhhəti ürəkaçan deyildi. Üstəlik də Xorasandan xoşagəlməz xəbərlər gəlməkdəydi.O bölgənin xanları da dövlətə qarşı baş qaldrmışdılar və onları kimsə durdura bilməmişdi. Digər tətrəfdən Mərkəzi Asiya, o cümlədən Xorasan İngiltərə ilə Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilməkdəydi.

 

Azərbaycan ordusu yenidən döyüş meydanlarında

 

Abbas Mirzə ilə onun özəl həkimi olan, ingiltərəli doktor Karmək arasındakı dostluq davam etməkdəydi. Bu dostluq 1833-cü ilə qədər, yəni hər ikisinin vəfat edəcəyi ilə qədər davam etdi. Abbas Mirzə ona çox güvənir, özünə inandğı kimi inanırdı. Həkimi ona demişdi ki, səhhəti ilə bağlı hələlik elə bir ciddi təhlükə yoxdur, ancaq ayaqlarınız şişməyə başladığında təhlükə ciddiləşəcəkdir.

Şahzadənin təhsil üçün Avropaya göndərdiyi bir çox gənclər fərqli sahələrdə ixtisas alıb geri dönmüşdülər. Mirzə Baba bunlardan birisi idi. O, Avropada tibb oxumuşdu. İndi isə doktor Karməkin yardımcısı idi. Abbas Mirzənin özəl bərbəri Hacı Baba da onlara yardımçı olurdu. Abbas Mirzənin yazdığı məktublarından bəlli olur ki, o, ölümünü hiss etdikcə, Laçın Xan və onun ailəsi barədə daha çox əndişə keçirirmiş. Çünki bilirdi ki, şahın Laçın Xanı sevmir. Üstəlik də düşmənləri çoxdur.  Ən böyük düşməni isə Abbas Mirzənin vəziri Qaimməqam idi. Abbas Mirzə məktublarının birində yazırdı:

“Laçın Xanın şəxsiyəti və fədakarlığı haqqında yazmaq istərkən qələm əlimdən düşür.”

1830-cu ilin payızında Təbrizi vəba xəstəliyi bürüdü. Bu bəlanı durdurmaq üçün o zaman heç bir imkan yox idi. Əllərində imkan olan bütün insanlar şəhəri tərk edib, Savalan və Səhənd dağlarının ətəklərində məskunlaşırdılar. Abbas Mirzə də ailə üzvlərini ən etibarlı köşklərdən birinə yerləşdirmişdi. Özü isə Təbrizin bir neçə ağaclığında yerləşən Bağ-i Səfa mülkünə daşındı. Xəstəliyin aradan qalxmasından sonra  Ucanda yerləşən ordusunu hazır vəziyyətə gətirməyə çalışdı. Bu arada Abbas Mirzənin Yəzd şəhərinin hakimi olan qardaşı Zill-ül Sültandan ona məktub gəldi. Qardaşı yazrdı ki, bu Yəzd və Kirman artıq imperatorluğun bir parçası olmaqdan çıxıb.

1828-ci il hadisəsindən sonra iqtidarını artırmış olan Həsənəli Mirzə yerli xanlarla, özəlliklə də Rzaquluxan adlı bir şəxslə birləşərək Yəzdi mühasirəyə almış və işğal etmişdi. Zill-ül Sultan məktubunda yazırdı:

“…Onların bu özbaşınalığını yalnız qüdrətli Azərbaycan ordusu durdura bilər.”

Ancaq Azərbaycan ordusunun bu iğtişaşı yatırda bilməsi və onlarla savaşa girməsi üçün Fəthəli şahın icazəsi gərəkirdi. Şah, Azərbaycan ordusuna başqa əyalətlərdə əməliyat izni verməkdən çəkinirdi. Çünkü bu əməliyatda Azərbaycan ordusunun qalib gəlməsi Abbas Mirzəni sadəcə Azərbaycanda deyil, bütün imperatorluqda sevilən bir sərkərdəyə dönüşdürəcəkdi. Şah da belə olmasını istəmirdi. Lakin başqa çarəsi də yox idi. Ya bu bölgələrin imperatorluqdan ayrılışına izn verməli, ya da Azərbaycan ordusuna Azərbaycanın sınırları dışında əməliyat keçirməyə müsaidə etməli idi. Əslində Abbas Mirzə özü də bu əməliyata qatılmaq istəmirdi. Çünkü başqa bir əyalətin savaş xərcini Azərbaycana yükləmək istəmirdi. O bilirdi ki, Azərbaycan ordusu bu əməliyyata qatılsa, mərkəzdən ona heç bir maddı yardım gəlməyəcək. O biri yandan da ruslara ödənilən borclar Azərbaycana yükləndiyindən artıq Azərbaycanın nəfəsi kəsilmək üzrə idi.

Əminə Pakrəvanın yazdığına görə, Azərbaycan ordusunun toparlanıb geniş hərbı manevrlər etməsi üçün uyğun mərkəzlər yox idi. Bunun üçün yararlı olan yerlər ruslar tərəfindən təxrib edilmişdi:

“Odur ki, bu iş üçün Ərdəbil seçildi. Çünkü Ərdəbil ruslara təslim edilən ən son qala olduğundan orada böyük təxribat yapılmamışdı. Ərdəbil ruslara anlaşma ilə təhvil verilmişdi. Bu səbəbdən də şəhərin modern imkanlarla təchiz edilmiş qalası və müdafiə sistemi olduğu kimi qalmaqda idi”.

Nəhayət, ilk hərbi dəstələr Məhəmməd Mirzənin komandanlığı altında hərəkətə başladı. Onun əmrində toplar, 2.000 süvari və 4.000 piyada var idi. Qısa bir müddətdən sonra Abbas Mirzənin özü də təqribən bir o qədər hərbi qüvvə ilə hərəkət etdi. Bu səfərdə onu Təhmasib Mirzə, Xosrov Mirzə və Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk müşayiət edirdilər. Bu sıralarda Abbas Mirzənin oğullarından biri də əmrindəki ordu ilə Kürdistanda əməliyata başlamışdı və üsyana etmiş kürdləri ram etməyə çalışırdı. Azərbaycan təqribən 30 il müddətində öz canı, varı və dövləti ilə oluşdurduğu ordusunu geri dönməmək üzrə yola salırdı. Abbas Mirzə Yəzdə çatanda bu şəhəri quraqlıq cənginə almışd. Həsənəli Mirzə Azərbaycan ordusunun yaxınlaşdığını eşidər-eşitməz dərhal Yəzdi tərk edib Kirmana qaçdı. Çünkü Kirmanın müdafiə qalaları Yəzdlə müqayisədə daha möhkəm və güvənli idi. O, hesab edirdi ki, Abbas Mirzə ilə məhz Kirmanda qarşı-qarşıya gəlmək məqsədəuyğundur.

Cahangir Mirzənin yazdığna görə, Abbas Mirzə Yəzdə qurtarıcı sifəti ilə gəlməsinə rəğmən ciddi bir sevinclə qarşılanmadı. Çünkü şəhər aclıq və səfalət içində idi və  ordunun ehtiyaclarını qarşılamaq iqtidarında deyildi. Bu üzdən də Abbas Mirzə orada cəmi iki gün qaldı. Yəzddən Kirmana doğru hərəkətə keçdi. Amma tələsmirdi, çünkü yağıya çevrilmiş qardaşına fikirləşmək üçün fürsət vermək, şəhəri sülh yolu ilə almaq istəyirdi. O, qardaşına  məktublar göndərib təslim olmasını, dövlətə qarşı çıxmamasını tələb etdi.

Kirman 1790-ci ildə Zəndilərin son qalası durumundaydı. Həmin il Ağaməhəmməd şah Qacar Kirmanı fəth etmək üçün ordusunu səfərbər etmiş, şəhər əhalisi Lütf Əli Xan Zəndini təslim etmək istəmədikləri üçün Kirmanı aldıqdan sonra şəhər sakinlərinin çoxunu öldürmüşdü. Kirmanlılar bu hadisəni dəhşətli bir xatirə kimi yaşatmaqda idilər və bu xatirə onları Həsənəli Mirzəni müdafiə etməmyə sövq edirdi. Üstəlik də Abbas Mirzənin Kirman əhalisinə göndərdiyi mesajlar da öz işini görmüşdü. Şahzadənin yazdığı məktubda deyilirdi:

“Yalnız dövlətə baş qaldıranları təqib edəcəyik və əhali ilə işimiz yoxdur. Yəzddəki vəziyyəti gördük və çox rahatsız olduq. Kirmanın da Yəzd kimi aclıq səviyəsinə düşməsini istəmirik. Azərbaycan ordusu burada qalmağa gəlmir. Kirmanda əmin-amanlığı bərqərar etdikdən dərhal sonra Azərbaycana dönəcəyik. Ordunun xərcini Kirman əhalisinə yükləmək kimi niyyətimiz yoxdur.”

Bununla belə, Həsənəli Mirzə dirənmək fikrində idi. Abbas Mirzəyə nifrət edən adamları da ona savaşmağı təlqin edirdilər. Bu arada xəbər gəldi ki, Azərbaycan ordusu Kirmanın bir ağaclığındadır. Abbas Mirzənin barış elçiləri qala divarlarının arxasından “təslim olun!” deyə bağırmağa başlamışdılar. Vəziyyəti belə görən Həsənəli Mirzə Abbas Mirzəni qarşılamaq və pişvazına çıxmaq barədə əmr verməyə məcbur oldu.  Abbas Mirzə də əmr verdi ki, onunla bir şahzadə kimi davranılsın. Sonra da onu öz çadırına dəvət etdi. Onlar çadırda düşmən kimi deyil, qardaşlar kimi söhbət etdilər. Abbas Mirzə iki il öncə onun vəliəhdliyini əlindən almaq istəyən qardaşına qarşı çox ədəblə davrandı. Onu bir dəstə süvari ilə Tehrana göndərdi, yerinə isə öz böyük oğlu Xosrov Mirzəni vali təyin etdi. Tehranda Həsənəli Mirzə Fəthəli şahın əmri ilə ev dustağı edildi.

Azərbaycan ordusu geri dönməyə hazırlaşırdı. Lakin Abbas Mirzənin bu qədər güclənməsindən ehtiyat etməyə başlayan şah onun yenidən Azərbaycana dönüşünə mane olmaq qərarna gəlmişdi. Çünkü Abbas Mirzə Azərbaycanda olanda daha güclü olurdu. Odur ki, şah bu dəfə də onu Xorasandakı iğtişaşı yatrmağa göndrdi. Fəthəli şah bir güllə ilə iki dovşanı birdən vurmaq fikrində idi. Həm Abbas Mirzənin ordusunun zəifləməsini təmin etməyi, həm də Xorasandaki iğtişaşlardan qurtulmağı düşünürdü.

Əminə Pakrəvan yazır:

“Şahzadə bilmirdi ki, bunun arxasında onun əbədi olaraq Azərbaycandan ayrılması planı yatmaqdadır. Abbas Mirzə atasının Xorasan əməliyatına “yox” deyə bilməzdi. Xorasan formal olaraq, Qacarlara aid olsa da, əslində mərkəzə bir o qədər də tabe deyildi. Məşhəddə hakim olan Şahın kiçik oğullarından Əhmədəli Mirzə müstəqilliyə can atırdı”.

Həmin dövrdə İsfahanda olan Fəthəli şah Abbas Mirzəni həmin şəhərə çağırdı. Burada yüksək səslə Abbas Mirzənin üstün cəhətlərini öyərək bildirdi ki, şahzadə təkcə Azərbaycanın hakimi deyil, bu gündən sonra Xorasanın da hakimliyi ona verilir. Abbas Mirzə həm Azərbaycanın, həm də Xorasanın valisidir. Şah, Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzəni da öydü. Ona bir şey verməsə də, gələcəkdə arzularına çatmasını diləyib, zamanı yetişdikdə vəliəhd olacağını bəyan etdi.

Abbas Mirzənin bir daha Azərbaycana qayıtmasını istəməyən şah böyük bir qürur və inancla Abbas Mirzə vasitəsi ilə səltənətin sınırlarının Ceyhun və Seyhuna qədər genişlənəcəyindən söhbət edirdi.

Abbas Mirzə, İsfahanı tərk etmədən öncə Azərbaycan ordusunu tam hazır vəziyyətə gətirdi. Əməliyyat planına görə, Xosrov Mirzə, Yusif Xan Topçu ilə birlikdə Azərbaycan ordusunun böyük bir hissəsini topları ilə bir yerdə Kirman və Xorasan arasında yerləşən qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər.

Həmin dövrdə Herat və Qəndhar da Qacarlara vergi ödəyən yarımüstəqil əmirliklər şəklində fəaliyyət göstərirdilər. Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas Mirzənin başqa planları da var idi. O, səltənətin sınırlarını Ceyhuna qədər genişlətmək fikrindəydi. Xorasan üsyanlarını yatırmaq üçün öncə Heratı ələ keçirməyi düşünürdü. Lakin Abbas Mirzəni İngiltərə məsələsi çox narahat edirdi. Şahzadə əmin idi ki, Hindistanda möhkəmlənmiş İngiltərə gec-tez Türküstana doğru genişlənmək istəyəcək. Qarşısında belə bir güclü dövləti görməsi onun xəyallarını al-üst edirdi.

Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı. Mərkəzi Asiyada Rusiya ilə İngiltərənin çıxarlarının qarşı-qarşıya gəldiyi bir dönəmdə Azərbaycan ordusunun Xorasana gəlməsi İngiltərəni əndişələndirməyə başlamışdı. Ingilislər düşünürdülər ki, Abbas Mirzə ilə ruslar arasında gizlin anlaşma var. Onlar Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər.

Şahzadə Damğana çatanda orada onun yolunu Azərbaycandan gələn çaparlar gözləməkdə idilər. Onlar Abbas Mirzəyə Feridun Mirzənin məktubunu çatdırdılar. Feridun Mirzə Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu Təbrizin hakimi təyin etmişdi. Beləcə, Abbas Mirzə Azərbaycandak vəziyyətdən xəbərdar oldu. Orada hər şey qaydasında idi.

 

Azərbaycan ordusunun Xorasanı ələ keçirməsi

 

Abbas Mirzənin Azərbaycan ordusu ilə Xorasana gəldiyi xəbəri sürətlə hər tərəfə yayıldı. Artıq hamı bu haqda söhbət edirdi. Azərbaycan ordusunu Xorasana yaxınlaşması həyəcan yaratmışdı. Azərbaycanda olduğu kimi, burada da şahzadənin adı dillər əzbəri idi. Azərbaycandan uzaq olan bu coğrafiyada insanların Abbas Mirzənin məğlubiyətlərı haqqında hələ bilgiləri yox idi. Ancaq onun ordusunun topları və ağır silahları ilə ilgili çox söz-söhbət gəzirdi. Vur-qaç savaşının ustası olan türkmənlərin qorxusu ağır silahlardan, xüsusən toplardan idi. Çünkü vurduqlarından sonra artıq qaçışa imkan qalmırdı.

Türkmən kəndləri aclıq və səfalət içində qıvrılıb durmaqda idi. Bəzi türkmən xanları Bocnurd, Dərgəz, Qoçan və Sərəxs kimi türkmən şəhərlərinə casuslar göndərib bu şəhərlərin hakimlərinin və əhalisinin Abbas Mirzəyə olan münasibətini öyrənməyə çalışırdılar. Əhmədəli Mirzənin Məşhəd şəhərinin icra işlərindən sorumlu olan vəziri Mirzə Musa türkmənlərlə gizli əlaqələr qurmağa başlamışdı. O, türkmən xanlarını öz tərəflərinə çəkə bilmək üçün məzhəb fərqliliyini gündəmə gətirməkdəydi. Şiə Azərbaycan ordusunun sünni Türkmənistana hökm etməsinin mümkün olmadığını təbliğ edirdi. Digər tərəfdən də Əhmədəli Mirzənin Abbas Mirzəyə qarşı duyduğu həsəd, nifrət və kinini də körükləməyə başlamışdı.

Əhmədəli Mirzə başından bəri Abbas Mirzəni sevməmişdi. Xorasan xanları onun bu duyğusundan yararlanmağa çalışırdılar. Əhmədəli Mirzə də özünü həmin xanların dəstəyi ilə gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bu arada xəbər gəldi ki, Azərbaycan ordusu  artıq Şahrudu tərk etmiş və Bəstama yaxınlaşmaqdadır. Xəbəri eşidən şahzadə Əhmədəli Mirzə dərhal Abbas Mirzəyə qarşı şahzadə Əhmədəli Mirzə, Mirzə Musa, Rzaquluxan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin iştirakı ilə bir şura təşkil etdi. Digər xanlar da bu şuradan çıxacaq istənilən ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusunun üzünə qapansın və heç bir şərtə rəğmən açılmasın. Məşhəd əhalisinə də təbliğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər ki, Abbas Mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, şahzadə bu soyuq havalarda ordusunun ehtiyaclarını təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni dağılacaqdır. Baharda isə Abbas Mirzə ordusunu toparlayana qədər ona hücum etmək mümkün olar.

Şurada o da qərara alındı ki, Abbas Mirzənin Məşhədə yaxınlaşmasına izn verilsin. Odur ki, xanlardan Abbas Mirzəyə itaətə guya hazır olduqları haqda məktublar gəlməyə başlad. Lakin Abbas Mirzə ehtiyatı əldən vermədən, hər şeyi dərindən düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı təhlil edirdi. Bir sözl, şurada toplanan insanlar şahzadənin illər boyu sürən savaşlardan əldə etdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapmışdılar. Bu kimi planlar Abbas Mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas Mirzə ona ard-arda gələn bu məktubların arxasındaki təhdid planlarını sezə bilmişdi.

Abbas Mirzənin Məşhədin yaxınlığında bir kürd qalasını utması və dirəniş göstərənlərlə amansızca davranması xəbəri Məşhədə çatar-çatmaz şuradakı birlik öz-özünə çat verməyə başladı. Artıq hərənin ağzından bir avaz gəlməkdəydi. Bir müddət sonra isə xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Vəziyyəti belə görən Əhmədəli Mirzə və vəziri Abbas Mirzəyə olan sonsuz nifrətlərinə rəğmən, ona qarşı çıxmamaq qərarna gəldilər. Abbas Mirzənin yüksək səviyyədə qarşılanması əmri verildi.

Vəliəhd Məşhədə girər-girməz, Kirman valisi Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni da Tehrana göndərdi. Özü isə Səbzvara hərəkət etdi. Bu zamanı oğlu Məhəmməd Mirzə də yardımçı alayı ilə atasına qatılmışdı. Qış çox ağır keçirdi. Şahzadəyə məlun oldu ki, Sultan meydan şəhərinin yaxınlığında möhkəm qalaları  olan bir kənddə Rzaqulu xan və bəzi kürd xanları barınmaqdadırlar. Abbas Mirzə onların pusquda olmasından ehtiyat erdiyi üçün əmr verdi ki, qalanın möhkəm mıxlanmış darvazasını döyüb şah adına təslim olma tələb edilsin. Təslim çağrısına cavab gəlmədiyini görən Abbas Mirzə Azərbaycan ordusuna atəş əmri verdi. Palçıq qalanın divarlarının top mərmiləri ilə sökülüb yerlə bir edildiyini görən Rzaqulu xan şahzadəyə məktub göndərib üzrxahlq etdi və bağışlanmasını dilədi.

Abbas Mirzə ordusunun ehtiyaclarını Məşhəd, Nişabur və Səbzvar arasında paylaşdırdı. Bahardaki yeni əməliyatlara daha güclü ordu lazım idi. Odur ki, oğlu Təhmasibi Azərbaycandan yeni hərbi birliklər gətirmək üçün Təbrizə göndərdi. Xosrov Mirzənin başçılıq etdiyi ordudan və Yusif Xanın əmrində olan ağır topxanadan isə hələ də bir xəbər yox idi. Bunlar Kirmanı tərk etdikdən sonra qumsal çöllüyə varmişdılar və bu üzdən də ağır səfər çətinlikləri ilə üzləşmişdilər. Ən böyük çətinlik isə su qıtlığı idi. Onların qumlu küləklər və ya hər hqansı başqa səbəblər üzündən yollarını azması böyük fəlakətə səbəb ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək anlamına gəlməkdəydi. Bir sözlə ordu susuzluqdan məhv ola bilərdi. Ancaq bir müddət sonra Məşhədə xəbər gəldi ki, Xosrov Mirzə öz ordusu ilə qumsal çöllərdən uzaqlaşmış və insan yaşayan yerlərə yaxınlaşmışdır. Təbəs xanları da Xosrov Mirzəyə qatılıb, öz hörmətlərini Abbas Mirzəyə bildirmək üçün Xorasana gəlirlər.

Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə seçilən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və alınması iki ay sürdü. Ən sonda bu nahiyənin Məhəmməd Xan Qərai adında bir xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan Qərai özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. Həmin şəhərdə xanın anbarlarda saxladığ 10.000 xəlvər buğda ehtiyatı vardı. Xosrov Mirzə bu buğdanı öz əsgərləri arasında paylamaq yerinə bazarda satışa buraxıb gələrini orduya xərclədi. Bu qədər buğdanın satışa buraxılması Tərşiz əhalisini çox sevindirdi. Çünkü o soyuq qış günlərində şəhərdə aclıq hiss edilməyə başlamışdı.

Abbas Mirzəyə qarşı çıxan xanların heç birinin qalası Əmirabad qalası qədər möhkəm və mükəmməl deyildi. Əmirabad Məşhəd və Qoçan arasında yerləşirdi. Rzaqulu xan Azərbaycan qalalarından təsirlənərək bu qalanın müdafiə sistemini qurmaq üçün düz səkkiz il zaman sərf etmişdi. Abbas Mirzənin ilk hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif Xan adında bir tatar hakim idi. Onun yaxşı döyüşçü dəstələri vardı. Dəstələr müxtəlif qəbilələrdən təşkil edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi.

Şahzadənin gözlədiyi yardimçı alayların bir qismi artıq gəlib çatmışdı. Ancaq Rzaqulu xan Abbas Mirzənin intizamlı ordusunun üstünlüyündən xəbərsiz olmadığından riskə girib Azərbaycan ordusu ilə üz-üzə savaşa girmədi. Qoçana sığınıb, orada savaş hazırlıqları yapmağa başladı. O, eyni zamanda Əmirabadın dirənəcəyinə ümid bağlayıedı.

Qalanın mühasirəsi onun çevrəsində xəndək qazmaqla başladı. Xəndək qazmaq, yəni mühasirənin ciddi şəkildə başlanması anlamında idi. Abbas Mirzə, Xosrov Mirzənin və topçu Yusif Xanın yetərincə irəli getdiklərini görüb əmr verdi ki, mühasirə edilənlərlə danişmağın mümkün olduğu bir yerdə qərarlaşıb onlara təslim olmaq təklif edilsin. Amma əklif rədd edildi. Belə olan halda, Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən də top atəşi ilə cavab verildi. Hər iki tərəf ağır itki verməyə başladı. Azərbaycan ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir çox azərbaycanlı öldürülmüşdü. Bu üzdən də Azərbaycan ordusu qisas almaq arzusu ilə savaşırdı. Cahangir Mirzə yazır ki, Əmirabad divarlarının xəndəklərində bir neçə xarici mütəxəssis də öldü. Abbas Mirzənin Laçın Xana yazdığı bir məktubda da bu haqda məlumat verilməkdədir.

Cahangir Mirzə yazır:

“Top mərmiləri qalanın divarlarını yıxıb aşırırdı. Divarlar elə dağılmışdı ki, artıq mühasirə olunanlar gözlə görünürdü. Onlar daşı daşın üstünə qoyub səngər düzəltməyə çalışırdılar. Təkrar top atışları qalanı toz-torpağa bürüdü. Mərmilərdən biri qalanın içində saxlanılan barıt anbarına dəydi və yaranan partlayışın səsi içəridə panika yaratdı. Artıq Azərbaycan ordusunun qalanın divarlarından dirmaşaraq içəri girməsinə ehtiyac qalmamışdı. Böyük-böyük dəliklər açılmışdı. Bu dəliklərdən içəri keçmək çox rahat idi. Dirənişin qırılmasına az zaman qalmış topxananın rəisi Yusif Xan bir düşmən gülləsi ilə öldü. Dostu Laçın Xanın oğlu Yusif Xanın ölümü şahzadəni çox mütəəssir etdi”.

Abbas Mirzə qalann alınmasından sonra dostuna göndərdiyi məktubda belə yazmışdır:

“…Laçın Xan, sizin yeriniz boş idi. Oğlunuz Yusif Xan böyük qəhrəmanlıqlar göstərdi. Bütün Azərbaycan ordusunun üzünü ağ etdi. Bu qəhrəmanlıq sizin soyunuza xas olan bir şeydir. Tanrı izn verərsə, Heratın fəthində siz özünüz də iştirak edərsiniz.”

Məktub bu cümlə ilə bitir:

“Sizin boynumda olan haqqınızı ödəyə bilmək üçün Tanrı mənə ömür versin və yardımçım olsun.”

Cahangir Mirzənin yazdıqlarından belə məlum olur ki, Abbas Mirzə Azərbaycan ordusunu xarabaya çevrilən və tüstülənən qalanın yaxınlığında yerləşdirdi. Bu arada Məhəmməd Mirzə öz alayı ilə atasına qovuşdu. Məhəmməd Mirzəyə xüsusi bir tapşırıq verildiyindən qalanın mühasirəsinə qatılamamışdı.

Abbas Mirzə bu savaşa qərar verdiyi zaman xəbər gəlmişdi ki, Xeyvənin əmiri Allahqulu Törə türkmənlərin yaşadığı Sərəxs şəhərinin yaxınlıqlarına varmış və Sərəxsin türkmən hakimi Salur Xanla gizlin irtibata keçmişdir.  Abbas Mirzəbilirdi ki, Əmirabadın mühasirəsi uzanarsa Allahqulu Törə Azərbaycan ordusuna arxadan hücum edəcək. Bu üzdən də oğlu Məhəmməd Mirzəni Sərəxsdə özündən ayırmışdı. Məhəmməd Mirzə Sərəxsin ətrafında yerləşib, heç bir təhrikedici hərəkətdə bulunmadan özbəklərin bütün hərəkətlərinə nəzarət edirdi.

Azərbaycan ordusu Xorasan bölgəsində bütün digər ordulardan qat-qat üstün durumda idi. Abbas Mirzə də bütün üsyankar şəhərləri təslim etmkdə qərarlı idi. Azərbaycan ordusunun Qoçana tərəf hərəkəti öncəsində Rzaqulu xan tərəfindən gələn və hədiyyələr gətirən elçilərin sayı çoxalmağa başladı. Abbas Mirzə bütün hallarda yalnız qeydsiz-şərtsiz təslim olmağı tələb edirdi. Ancaq Qoçana tərəf yürüş etməyə də tələsmirdi. Çünkü Əmirabad savaşı Azərbaycan ordusunda bəzi boşluqlar yaratmışdı. Bu üzdən də şahzadə fərrari ruslardan oluşan alayın və Azərbaycanda Təhmasib Mirzənin əmrində olan Mazandəran alayının yardıma gəlməsini gözləyirdi.

Qoçanda 12.000 nəfər əsgər bulunmaqda idi. Ordu bəluçlardan, bocnurdlulardan, zəfəranlılardan və çinaranlulardan təşkil edilmişdi. Ancaq türkmənlərin sayı hamısından çox idi. Lakin Qocan da ağır top atəşlərinə tab gətirmədi və Rzaqulu xanın təslim olmaqdan başqa çarəsi qalmadı. Abbas Mirzə onu da Tehrana göndərdi, Rzaquluxanın oğlu Sam Xanı onun yerinə hakim təyin etdi.

Bölgədə sabitliyə nail olmaq üçün Salur Xanın əmrində olan Sərəxs də ələ keçirilməli idi. O zaman bütün şəhərlərin mühasirəsi bir-birinə bənzəməkdə idi. Eyni taktika ilə mühasirə edilən Sərəxs də təslim olmağa məcbur oldu. Şahzadə Qoçanda olduğu kimi bu dəfə də türkmənlərə təslim olmamaları təqdirdə savaşın qaçınılmaz olacağını söyləmişdi. Fəqət türkmənlər müqavimət göstrməyə qərar verdulər, bu üzdən də Abbas Mirzə əsgərlərinə şəhəri yağmalamağa icazə verdi. Şəhərdə illər boyu kölə alış-verişindən toplanmış qızıl və gümüş Azərbaycan əsgərləri tərəfindən talan edildi. Başqa yerlərdə olduğu kimi Sərəxsin də müdafiə sistemi məhv edildi.

Salurların məğlubiyəti Türküstanda böyük əks-səda oyatmışdı. Abbas Mirzə sınırın qorunması üçün ciddi tədbirlər almağı düşünürdü. Ən yaxşısı bu idi ki, Qacar ərazisinə gələn karvanların salur türkmənləri tərəfindən qorunacağını Xeyvə əmirinə qəbul etdirsin. Həm də Xeyvə əmiri ona tabe olan köçəri qəbilələrin Xorasana hücumlarını əngəlləməyi üzərinə götürməli idi.

Bu qələbənin sayəsində Qacar səltənətinin Ceyhuna qədər uzanması planı gerçəkləşdi. Sərəxs sfərindən sonra Şahzadə Məşhədə geri döndü. Payızın əvvəllərində Azərbaycan ordusunun əsgərlərinin böyük bir qismini azad edib evlərinə göndərdi. Şahzadənin fikrincə, onlar yetərincə yorulmuşlar, evlərinə, Azərbaycana dönüb ailələrinin yanında yaşamaları gərəkir. Özü isə bir daha geti dönə bilmədi. Xəstəliyi ona bu imkan vermədi. 1833-cü ilin yayında yatağa məhkum oldu. 

Cahangir Mirzə yazır ki, şahzadə bir gün Məşhədin küçələrində dolaşdıqdan sonra geri dönmüşdü. Çox yorğun idi və canı bərk ağrıyırdı. Bu zaman evdə ona xidmət edəcək kimsə yox imiş. Yanında yalnız 12 yaşlı kiçik qızı varmış. Atasına xidmət etməkdən zövq alan bu qızcığaz onun yanından ayrılmırmış. Abbas Mirzə yuxuya getdi və qısa  müddət sonra ürək bulantısı üzündən yuxudan oyandı. Yardım istədi və qan qusmağa başladı. Bütün vücudunu ölümqabağı titrətmə sarmşdı. Kiçik qız atasının “Azərbaycan, Azərbaycan” deyə sayaqladığını eşitdi. Abbas Mirzə elə bu sözlərlə də dünyadan köçdü. O zaman onun 46 yaşı vardı. Onun ölümü ilə birlikdə, faktiki olaraq, təməli XII əsrdə Qızıl Arslan tərəfindən qoyulmuş Azərbaycan imperatorluğu da öldü.

Doğrudur, Abbas Mirzənin övladları 1925-ci ilə qədər, yəni daha 92 il Qacar səltənətini ayaqda tutmağı bacardılar. Fəqət ruslar tərəfindən işğal edilmiş Quzey Azərbaycansız bu səltənət artıq Azərbaycan səltənəti hesab edilə bilməzdi. Lakin o hələ İran səltənəti də deyildi. İkisinin ortasnda olan bir şey idi. Elə bu üzdən də İran və Azərbaycan Konfederasiyası və ya da sadəcə Konfederasiya adlandırılırdı.

 

Son söz

 

Vaxtsız ölüm Abbas Mirzəyə şah olmağa imkan verməsə də, onun oğlu Məhəmməd Mirzə babasının, yəni Fəthəli şahın yerinə taxt-taca sahib oldu. Fəthəli şahdan sonra Azərbaycanın və İranın hökmdarı olan Məhəmməd şah Qacar 1810-cu ildə Təbriz şəhərində dоğulmuşdu. Yüksək sаrаy təhsili аlmış, hələ аtаsının sаğlığındа vəliəhd оlmuşdu. O, 1834-cü ildə tахtа çıхmış, 1837-ci ildə Herat müharibəsini başlatmış, 1848-ci ildə isə vəfat etmişdir. Tarixi mənbələrdən onun oğlanlarının da adı məlumdur. Bunlar aşağıgakılardır:

Şahzadə Nasirəddin Mirzə (16 iyul,1831 – 1 may1896), şahzadə Abbas Mirzə II ( 27 noyabr,1839 – 14 aprel,1897), şahzadə Məhəmmədtağı Mirzə  (1840 – 1901), şahzadə Əbdüssəməd Mirzə  (1843 – 1929).

Məhəmməd şahdan sonra şahlıq taxt-tacına sahib olan Nasirəddin şah 16 iyul 1831-ci ildə Təbrizdə аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təlim-tərbiyəsi, təhsili аlmış və 1848-ci ildə tахta əyləşmişdi. O, səyаhəti sеvirdi. Bir çох ölкələri gəzmişdi. Yаzıçılığı və şаirliyi də olan Nаsirəddin şаh 1896-cı ilin mаy аyının 1-i  Tеhrаndа «Şаh Əbdüləzim» məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülüb. Şəhid şаh кimi аnılır. Oğlan oladları bunlardır: Şahzadə Sultan Məhmüd Mirzə (1847-1849), şahzadə Sultan Moinəddin Mirzə (1849-1856), şahzadə Sultan Məsud Mirzə (1847-1918), şahzadə Məhəmmədqasım Mirzə (1850-1858), şahzadə Sultan Hüseyn Mirzə (1852-1868), şahzadə Müzəffərəddin şah (1853-1907), şahzadə Kamran Mirzə (1856-1927), şahzadə Nüsrətəddin Mirzə  (1882-1954), şahzadə Məhəmmədrza Mirzə  (1883-1951), şahzadə Hüseynəli Mirzə  (1890-1952), şahzadə Əhməd Mirzə  (1891-1939).

Qızları isə bunlardır: şahzadə Fəxrülmülk xanım (1848- ?), şahzadə İftixarəddövlə (1849-?),  şahzadə İsmətəddövlə xanım (1855-1906), şahzadə Ziaüssəltənə xanım (1856-1898), şahzadə Fəxrəddövlə xanım (1859-1891), şahzadə Furüğəddövlə xanım (1862- 1916), şahzadə İftixarəssəltənə xanım (1880-1941), şahzadə Fərəhəssəltənə xanım  (1882-1899), şahzadə Tacəssəltənə xanım (1883-1935), ahzadə İzzəssəltənə xanım (1888-1982).

Atasının yerinə taxta oturan Müzəffərəddin şah 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almış, 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu. Atasının qətlindən sonra, 1896-cı ildə  taxta əyləşmişdi. O, 1900-cü ildə Osmanlıya rəsmi səfər edib və1907-ci ildə vəfat edib. Onun vəfatından sonra hakimiyyətə yiyələnən oğlu Məhəmmədəli Mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində аnаdаn оlmuş, Еtizаdülmüzəffər ləqəbi ilə tanınmışdır.          O da sələfləri kimi Təbrizin vаlisi idi. 

1906-cı ilin sоnlаrındа atası Müzəffərəddin şahın хəstəliyi gücləndi. Оnun ölümü gözlənirdi.Tеhranın irticаçı hакim dirələri qаtı irticаçı və кöhnə qаydаlаrı bərpа еtməк tərəfdаrı оlаn vəliəhd Məhəmmədəli Mirzəni  çаğırmаqlа hələ Müzəffərəddin şаhın sаğlığındа Коnstitusiyаnın təsdiq еdilməsinin qаrşısını аlmаğа və dеspоtizm quruluşunu bərpа еtməyə çаlışırdılаr. Vəliəhd Məhəmmədəli mirzənin Tеhrаnа çаğırılmаsı hаqqındа tеlеqrаmm nоyаbrın 17-də Təbrizdə аlındı. О, dекаbrın 16-dа Tеhrаnа çаtdı. Hакimiyyətin Məhəmmədəli Mirzəyə vеrilməsi hаqqındа fərmаnı Müzəffəddin şаh dекаbrın 20-də imzаlаdı. Məhəmmədəli şаh аtаsının vəfаtındаn sоnrа, 1907-ci ildə tахtа əyləşdi. O, qarşısına inqilabı yatırmaq, əncuman və fədai dəstələrini ləğv etmək məqsədini qoymuşdu. Buna cavab olaraq 1907-ci ilin fevralın 8-də Təbrizdə üsyan baş verdi. Üsyançılar şahın canişinini və onun məmurlarını həbs edərək hakimiyyəti ələ keçirdilər. Tezliklə üsyan səltənətin digər əyalətlərinə də yayıl.

Belə bir şəraitdə şah konstitusiyanı bərpa etməyə və məclisin çağırılmasını vəd etməli olur. Bu vaxtdan başlayaraq Təbriz 1905-1911-ci illər məşrutə inqilabının mərkəzinə çevrilir. Təbrizdə demokratik dəyişikliklər həyata keçirilir. Şah məmurları vəzifələrindən azad olunur, yeni tipli dünyəvi məktəblər açılır, “Əncuman”, “Musavat” və “Təbriz” kimi demokratik yönlü qəzetlər nəşr olunmağa başlanır. Laikn artıq 1907-ci ilin dekabrında şah rejimi yenidən inqilabı boğmağa cəhd edir. Buna cavab olaraq, Azərbaycan əncumanı Məhəmmədəli şahın taxtdan devrilməsini elan edir. 

1908- ci ilin may-iyun aylarında şah inqilabı yatırmaq məqsədi ilə xarici ölkələrin hərbi qüvvələrindən istifadə etməli olur. Həmin ilin iyunun 23-də Təbrizdə yerləşdirilmiş rus kazak briqadası yerli əhaliyə qarşı cəza tədbirləri görməyə başlayır. Eyni zamanda şah ordusu da Təbrizə yürüş edir.

Yerli inqilabi qüvvələrə Səttar xan  Bağır xan rəhbərlik edirdi. Onlar nəinki Təbriz  Azərbaycanda, həm də bütün səltənətdə böyük hörmət və nüfuza malik olan şəxslər idi. Onların başçılıq etdiyi hərbi dəstələr 1908-ci ilin iyun ayında şah ordusu üzərində qələbə çaldı. Həmin ildə şah ordusu Təbrizi ələ keçirmək üçün iki dəfə də cəhd etdi. Lakin hər iki cəhd uğursuzluqla nəticələndi.

Məşrutə inqilabı dünyanın bütün tərəqqipərvər qüvvələri tərəfindən dəstəklənirdi. ŞimaliAzərbaycanın demokratik dairələri İran inqilabçılarına maddi və mənəvi yardım göstərirdilər. 1909-cu ilin yanvarında şah ordusu dördüncü dəfə Təbrizi mühasirəyə aldı. Şah rejiminə Rusiya və Britaniya imperiyaları hərbi və maliyyə yardımı göstərirdilər. Nəticədə 1909-cu ilin aprelin 29-da rus ordusu Təbrizi ələ keçirə bildi. 1909-cu ilin iyununda Məhəmmədəli şah taxtdan devrildi. Yerinə oğlu Sultаn Əhməd Mirzə şah oldu.

Sultаn Əhməd Mirzə 1897-ci ildə Təbriz şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. O, 1909-cu ildə аtаsının кönüllü surətdə şаhlıqdаn əl çəкməsindən sоnrа tахtа əyləşdi.

Əhməd şаh 1925-ci ildə şаhlıqdаn dеvrilib, 1930-cu ildə vəfаt еdib.

TƏRTİBÇİ:  BƏXTİYAR TUNCAY

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER