Güney Azərbaycanlı fəal azadlığa buraxıldı

Azərbaycanlı fəal azadlığa buraxıldı

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Mehrdad Kərəmi iyulun 2-də Təbriz şəhərinin mərkəzi həbsxanasından şərti azadlığa buraxılıb. Qeyd edək ki, M.Kərəmi bu ilin iyununda 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Belə ki, Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəal 2011-ci il dekabrın 24-də universitetə gedərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. M.Kərəmi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə hakimiyyət əleyhinə təbliğatda günahlandırılaraq 1 il azadlıqdan məhrum edilib. Ancaq həbs cəzasının 6 ayı 4 il müddətinə təxirə salınıb. Azərbaycanlı fəal 2012-ci il mayın 28-də yəni 5 ay 6 günlük həbsdən sonra 20 milyon tümən zəmanətlə azadlığa buraxılıb. M.Kərəmi milli-mədəni fəaliyyətinə görə bundan öncə də dəfələrlə həbsə alınıb və müxtəlif təzyiqlərə məruz qalıb. 

Bu arada iyulun 1-də İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən daha bir azərbaycanlı fəalın məhkəmə prosesi keçirilib. Höccətülislam Əbdüləziz Əzimi Qədim din xadimi olduğundan onun məhkəmə prosesi Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ümumiyyətlə, Ə.Qədim vəkillə təmin edilməyib, məhkəmə isə on gün ərzində öz qərarını verəcək. 

Bundan əvvəl də, yəni iyunun 19-da Marağa İnqilab Məhkəməsində İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən iki azərbaycanlı fəal – Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Onlar qanunsuz qruplara üzv olmaq və ölkənin milli təklükəsizliyinə xələl vurmaqda ittiham edilirlər.

Qeyd edək ki, Ə.Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Ə.Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Yorum bırakın

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR


  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜN AZ TV (CANLI YAYIN)
    >
    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER