Oxtay Alp Türk: Təbrizdə bir milyon adam küçəyə çıxmışdı

Oxtay Alp TürkOxtay Alp Türk

“Təkcə Təbrizdə bir milyona yaxın adam küçələrə çıxmışdı,” deyə 2006-cı ilin may hadisələrinin şahidi olmuş Oxtay Alp Türk iran Azərbaycanında baş qaldıran etiraz dalğasını təsvir edir.  Milli fəal və sabiq siyasi məhbus həmin vaxt Azərbaycan şəhərlərində vüsət alan kütləvi etirazların ildönümü münasibətilə Amerikanın Səsinə verdiyi müsahibədə üsyanın səbəbləri, baş verən olaylar, habelə etirazçıların tələbləri və şüarları haqda danışır.

Oxtay Alp Türk 2006-cı il May qiyamı haqda danışır

“2006-cı ilin may ayında İran dövlətinin rəsmi mətbuat orqanı olan İran qəzeti Türkləri aşağılayan karikaturalar yaydıqdan sonra may qiyamının qığılcımı başladı. Karikaturada bir uşağın bir hamam böcəyinə verdiyi farsca suallara hamam böcəyi türkcə cavab verir. Karikatura ilə birlikdə yayılan yazıda bu “dilbilməz” böcəkləri, yəni Türkləri, aradan qaldırmaq yolları müzakirə edilir,” deyə Oktay AlpTürk etirazların başlanğıc nöqtəsini qeyd etdi.

Toronto şəhərində mühacirətdə yaşayan fəalın sözlərinə görə, irqçi karikataruların yayılmasından sonra Təbriz və Urmiyə universitetlərində başladılan tələbə aksiyaları İran Azərbaycanının muxtəlif şəhərlərində kütləvi etirazlara çevrildi.

Urmiyə Universitetində aksiya“Azərbaycan miləti – çəkəmməz bu zilləti!”, “Haray haray mən Türkəm!”, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil!”, “Türk dili rəsmi olsun!”, “Azərbaycan oyaqdı, öz dilində dayaqdı!” və “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” etiraz dalğasının əsas şüarları kimi dillərə düşdü.  Bu üsyan qurbansız ötmədi.  İran polisi tərəfindən açılan atəş nəticəsində 20-dən çox nümayişçi həlak oldu, çox sayda adam yaralandı, onlarla adam həbs edildi.

Urmiyə Universitetində aksiya

May üsyanını 1979-cu il İslam İnqilabından sonra İranda baş verən ən böyük kütləvi etiraz dalğası kimi qiymətləndirən fəal milli mədəni hüquqları büsbütün tapdanan toplumun səbr kasasının daşdığını önə çəkdi: “Azərbaycan Türkləri uzun illər boyunca məruz qaldığı təzyiqlər və zülmlərə geniş etiraz fursəti tapmamışdılar. Uzun illər boyu bir-bir üstünə qalanan etirazlar və tələblər may qiyamını ilə nəticələndi.”

Etirazlardan sonra Təbriz zindanında həbsdə saxlandığı zaman Amnesty International tərəfindən vicdan məhbusu adlandırılan Oxtay Alp Türk etirazlar nəticəsində baş verən kütləvi həbslər haqda da danışdı: “O dönəmdə Təbrizin mərkəzi zindanında həmin etirazlarla bağlı tutulanlardan təqribən 900 nəfərlik bir siyahı bizim əlimizə keçmişdi. Onların çoxu aylarla həbs cəzasına məhkum edilmişdi. Əlbəttə, İranda muxtəlif hərbi və təhlükəsizlik qurumlarının nəzarətində başqa zindanlar və işgəncə imkanları vardır və bunların hamısı ilə bağlı məlumat əldə etmək imkansızdır.”

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER