“ABŞ-da İrana qarşı iki plan hazırlanıb”

Haşimi Rəfsəncani: “Onlar indiyə qədər gözləyirdilər ki, bizdəki seçkiyə kimlərin qatılıb-qatılmamağı bəlli olsun. Bundan sonra fəaliyyətə keçəcəklər”

 

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, prezidentliyə namizədliyi rədd olunmuş ayətullah Haşimi Rəfsəncani mayın 22-də seçki qərargahının iclasında çıxış edərək prezident seçkisinə qatılmağının səbəblərindən, ölkənin iqtisadi durumundan və ölkəni təhdid edən xarici təhlükələrdən danışıb.

 

“Media forum” saytının məlumatına görə, Rəfsəncani deyib ki, bəzi səriştəsiz rəsmilərin son illərdə yürütdüyü səhv siyasəti nəticəsində ölkə iqtisadiyyatı tamamilə çöküb, kənd təsərrüfatı məhv edilib, ölkənin valyuta fondu boşalıb: “Hazırda ölkədəki problemləri nəzərə alsaq, görəsən, növbəti hökumət banklara və podratçılara olan 500 milyard dollar borcla ölkəni necə idarə edə biləcək? Ölkənin valyuta fondunda artıq pul qalmayıb. Az-çox qalan pulu da harasa köçürmək mümkün deyil.

 

Biz xaricdəki pullarımızı Çinə verdik ki, banklarda saxlasın. O da müəyyən faiz çıxandan sonra onları yuana çevirdi. Sonra isə pullarımızı istəyəndə dedilər ki, pul əvəzinə sizə özümüzün məsləhət bildiyimiz əmtəəni verəcəyik. Hindistan da gəlib bizim neftimizi ucuz qiymətə aldığı halda yerinə rupi vermək istəmir. O da pul əvəzinə bizə mal vermək istəyir.

 

Bizim kiçik bir kənd təsərrüfatımız var. Kənd təsərrüfatı sektoru üçün Çindən aldığımız dərmanlara görə bildirki və builki məhsullarımız zay oldu. Əhali üçün də Çindən idxal edilən dava-dərmanlar keyfiyyətsiz olduğundan xalq narazıdır və gedin görün nələr çəkir”.

 

Rəfsəncani prezident seçkisinə də toxunub: “Mən əvvəlcə ölkə rəhbərinin (Xamneyi) yanına gedib dedim ki, namizədliyimi irəli sürmək istəmirəm. Ondan istədim ki,  kimi nəzərdə tutubsa, özü məsləhət bildiyi kimi etsin. Əlbəttə, mən qətiyyətlə demədim ki, siyasi səhnəyə qayıtmaq istəmirəm. Bilirdim ki, bəziləri ağzımdan bir söz çıxan kimi dərhal üstümə şığıyacaqlar. Sonra Nəcəf, Qum, Məşhəd və digər yerlərdən din alimləri mənə məktub yazaraq və ya telefon edərək namizədliyimi irəli sürməyimi istədilər. Mən onların, özəlliklə də gənclərin ümid dolu bu istəyinə necə yox deyə bilərdim? Mən qeydiyyata alındığım gün gecə yarısına qədər oyaq qalıb ölkənin daxili və xarici durumu, həm də mənə qarşı təbliğat aparanlar haqda fikirləşirdim. Mən bu kimi şəxsləri yaxşı tanıyır, onların düşüncə tərzi və şəxsi maraqlarına yaxşı bələdəm”.

 

Rəfsəncani ölkəyə qarşı xaricdə hazırlanmış ssenarilərdən danışıb: “İran istər inqilabdan əvvəl, istərsə də inqilabdan sonrakı illərdə dünyada hörmətə sahib əziz bir ölkə idi. Mən özüm şəxsi avtomobilimlə bütün Avropa ölkələrini gəzmişəm. Bir ölkədən digərinə keçərkən yalnız pasportumu göstərib keçirdim. Lakin indi elə bir yerə gəlib çatmışıq ki, camaat öz arvadını yanına salıb xarici səfərə aparmaqdan qorxur. Hazırda ABŞ Senatında bizə qarşı iki təhlükəli plan hazırlanıb. Onlar indiyə qədər gözləyirdilər ki, bizdəki seçkiyə kimlərin qatılıb-qatılmamağı və seçkinin nəticələri bəlli olsun. Lakin güman edirəm ki, bundan sonra fəaliyyətə keçəcəklər. Onlar Azərbaycan, Sistan və Bəlucistan əyalətlərini İrandan ayırmaq istəyirlər. Sonra da İsrail İrana qarşı hərbi hücuma keçsə, ona dəstək verməyi planlaşdırırlar. Bunların hamısı bizə psixi müharibə də ola bilər. Lakin güman edirəm ki, qarşıda duran hər hansı mümkün təhlükənin qarşısını almaq üçün əvvəlcədən tədbir görmək lazımdır”.

 

Rəsfəncani daha sonra xalqı ölkədəki mövcud şəraitlə bağlı dözümə çağırıb: “Hər halda ümid edirəm ki, rəsmilər ölkənin mövcud vəziyyəti haqda ciddi qərarlar qəbul etsinlər. Xalqdan da istəyərəm ki, bu şəraitdə məyus olmasınlar və bir az dözümlü olsunlar. Bizim hələlik başqa çarəmiz yoxdur. Bizimlə belə rəftar edənlərin xarici düşmənə ehtiyacı yoxdur. Çünki bütün problemlər daxildən baş verməkdədir”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER