Xalidə Xalid və sürücüsü Təbrizdəki konsulluqdadırlar

Xalidə Xalid

İranda həbsdən buraxılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə, Azərbaycan konsulluğundadırlar. Məlumatı MediaForum-a İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Cavanşir Paşazadə verib:«Xalidə Xalidin viza müddəti bitdiyi üçün müəyyən sənədləşmə işləri aparılır. Bu məsələlər həll olunan kimi Azərbaycana dönəcək».

Deputat bildirib ki, Xalidə Xalidin nümayəndə heyəti ilə birlikdə vətənə dönəcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil:

«Nümayəndə heyəti mayın 21-də axşam Azərbaycana qayıdacaq. Xalidə Xalid isə ola bilər bu gün, ola bilər sabah geri dönəcək».
AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Bir gün sonra Xalidə Xalid və sürücüsü həbsdən azad olunublar.

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER