İran Prezidentliyinə namizəd : “Nənəniz evdə sizinlə türkcə danışır və bu sizə kifayətdir.”

 

Nurəddin İsmayıl

İran parlamentinin keçmiş spikeri, hazırda adı çkilən ölkənin prezidentliyə namizədlərindən biri və İranın dini rəhbəri ayətullah Ə. Xameneyinin qudası Qulaməli Həddad Adil adlı zat Təbriz seçiciləri ilə görüşü zamanı öz çıxışında hər bir Azərbaycan türkünü aşağılayan fikirlər səsləndirib.O, güneyli soydaşlarımızın İran adlı ölkədə 40 milyondan çox Azərbaycan türkünün öz torpaqlarında ana dilindən məhrum olmaları ilə bağlı ona ünvanladığı sorğulara fars qafasına uyğun olaraq “Nənəniz evdə sizinlə türkcə danışır və bu sizə kifayətdir. Sizlər evdə türkcə danışırsınız, ancaq gərək məktəblərdə təhsil fars dilində verilsin”- deyə, cavab verib.

Sırf şovinist, pan-İranist fars zehniyyəti və insani haqlara tam sayqısızlıq örnəyi. İrqi xəstəliyə tutulmuş beləsinə nə deyəsən? Adam 40 milyon sayı olan və İranın dövlət kimi formalaşmasında xüsusi çəkisi olan bir topluma, öz dilində danışmaq, təhsilı almaq, mədəniyyətini yaşatmaq, adət ənənəsinə, milli kimliyinə sahib olmaq haqqı tanımaq istəmir. Adam Azərbaycanı İranın qüdrətlənməsi üçün zəngin xammal məbəyi, azərbaycanlılara isə onları milli haqlarına görə edama çəkdirən molla rejiminə qurbanlıqdan qəbul edir.

Əlbəttə, yazdığı “Fars dili” adlı şerində “Ey fars dili, ey Dəri dənizin dürdanəsi, ey ata-babalardan bizə qalan irs, ey ana dilimiz” deyib farsın dilini öyən və bu şerdə əzəli türk yurdu Təbrizi fars şəhəri kimi təqdim edən pan-İranist bir zehniyyətdən dilimizə münasibətdə bundan artıq bir şey gözləmək sadəlöhvlük olardı. Unutmaq olmaz ki, o, türk soylu, fars düşüncəli ayətullah Xameyninin qudası olmaqla yanaşı, bir İran rəsmisidir və bu ölkədə Azərbaycan türkünə qarşı yeridilən anti milli və şovinist siyasət hər kəsə bəlli. Hər kəs yaxşı bilir ki, kökü çöx qədimə gedən məkrli fars siyasətinin qəsdi İranda yaşayan xalqları, xüsusilə da Azərbaycan türklərini assimliyasiyaya uğratmaq və onların milli kimliyini fars kimliyi içində əritməkdir.

İranın şimalında özünə sığınacaq tapıb sonradan bu coğrafiyada əhəməni-sasani-pəhləvi adlı irqçi bir rejimi yaradan farslar utanmadan, çəkinmədən bu torpaqların əzəli sakinləri olan türklərə qarşı ayrıseçkilik siyasətini dünən olduğu kimi, bu gün də davam etdirirlər. Bu irqçi yönətimin baiskarı bəlkə də onlar deyil, İranda minillər boyu şahlıq edən türk babalarımızın günahıdır ki, öz dilini deyil, farsın dilini yazılı və dövlət dili edib. Əlbəttə, dövləti dilə çevrilməyən, yalnız məişət zəminində işlənən dil öz orqanik fəaliyyətini itirər və yad dillərin təsirinə məruz qalar. Necə ki, bu gün İranda türk dilinin “zəbani farsi”də əridildiyi kimi.

Gərək soydaşlarımız dilimizə, soyumuza, milli mədəniyyətimizə fars zehniyyəti tərfindən sərgilənən aşağılayıcı, təhqiramiz münasibətə biganə qalmasınlar. Gərək soydaşlarımız Azərbaycan məsələsinin beynəlxalq masaya oturdulmasının fərqində olsunlar və ələ düşən bu fürsətdən yararlanmağı unutmasınlar. Həddad kimilərin dərsi yerindəcə verilməli və o səs almağa iddialı olduğu Azərbaycandan bir səs belə almamalıdır. Artıq ayılma, özünə, soyuna qayıtma zmanıdır və o taylı bu taylı hər bir azərbaycanlı İranın millətimizə qarşı yürütdüyü ayrı seçkilik siyasətinə Azərbaycanın birləşib bir can olması uğrunda başlatdığı fədakar və mütəşəkkil mübarizə ilə cavab verməlidir.

Tehran anlamalıdır ki, onun ayaq üstə durmasının, tarixin qanlı olaylarından keçib bu günkü inkişaf mərkəzinə çevrilməsinin, Yaxın və Orta Şərqdə bölgəsəl güc əldə etməsinin əsas aparıcı qüvvəsi, bu gün dilinə, soyuna, milli kimliyinə həqarətlə baxdığı, onu bir millət kimi tarixdən silmək istədiyi, lakin bu məfur cəhdlərin hər dəhə puça çıxdığı Azərbaycan adlı türk diyarı və onun mərd oğullarıdır.

Təəsssüflər olsun ki, İran adlı torpağın əsl sahibi olan Azərbaycan türkləri bu gün sahiblik hüququndan məhrum olmuşlar. Bu məhrumiyyətin baş müəllifi farslardırsa, həmüəlifləri öz soyumuzdan olub, fars düşüncəsini içində yaşadan türklərdir. Onlar pul-para, karyera üçün, parlamanda, nazirliklərdə yer almaq üçün farsların anti türk siyasətinə boyun əyir, milyonlarla insanının milli mənliyinin tapdalanmasına aşkar göz yumurlar.

Farslaşmış soydaşlarımız gördük ki, onlar nəinki, güneydəki haqsızlıqlara göz yumur, hətta, farsdan da bir az qabağa gedərək Qüzey Azərbaycanın da İrana birləşdirilməsi kimi qorxunc ideyalar səsləndirirlər. Və etdiklərinin qarşılığında heç bir təpki görməyən fars zehniyyətinin iddiaları artır, onlar Azərbaycan türkünün bu torpaqlara “sonradan gəlməsi”, dilimizin “fars dilindən dönməsi” və ən nəhayət Azərbaycan adlı qos-qoca bir məmləkətin “İranın ucqar əyaləti” olması haqda cəfəng nəzəriyyələr irəli sürürlər.

Ey, soyu soyumdan, öz boyumdan, ey, dili Qorqud öyənli, böyük türk güvənli, ey, suya ab, duz-çörəyə nanü-nəmək deyən, ey susqunluğundan haqqını fars yeyən millətim, səni səndən alan, Təbriz adlı türk şəhərimi ayaqlar altına salan, məzhəbçi, bölücü, zeniyyətçi bir rejimə qul olduğunu anla, qalx da qurtul qaranlıqdan və özünü aydınlat!..

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER