“Güneydə Azərbaycan dövlətinin yaradılmasına hazırlıqlı olmalıyıq”

Bakıda nəhəng Güney Azərbaycan tədbiri

“Güneydə Azərbaycan dövlətinin yaradılmasına hazırlıqlı olmalıyıq”

Bu gün Park İNN hotelində Güney Azərbaycan Milli Azadlıq Hərəkatının təşəbbüsüylə “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirildi. Tədbirin aparıcısı Qulamrza Səbri Təbrizi əsas müzakirənin Güney Azərbaycanda insanların sosial-iqtisadi və ictimai vəziyyəti ətrafında olacağını bildirdi.“İranı xarakterizə etmək üçün “ziddiyyətlər ölkəsi” ifadəsindən istifadə etmək mümkündür”

 İlk məruzəçi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı İran dövlətinin böhran səbəblərinə diqqət çəkərək dedi ki, qonşu dövlətin ziddiyyətləri həm üzərində qurulduğu coğrafiya, həm iddia etdiyi dəyərlər, həm mövcud siyasətinin müxtəlif istioqamətlərindən qaynaqlanır: “Nüvə dövləti, neft, təbii qaz, silahlanma, etnik problemlər, din, din-siyasət əlaqələr, şiəlik, İraq problemi, dünyaya meydan oxuma, insan haqları problemi və sairə mçəsələlər İranı diqqətə gətirir. Bu mənada İran dedikdə sadaladığım məsələlər gündəmə gəlir. Xüsusilə son dövrlərdə İran daha çox nüvə proqramı, ABŞ ilə kəskin rəqabəti, qalmaqallı preziudent seçkiləriylə gündəmə gəldi. Görünən odur ki, bu məsələlərin hər biri, eyni zamanda çox sayda başqa məqamlar İranın gündəmdəki yerini qoruimağa davam edəcək. Ümumilikdə, İranı xarakterizə etmək üçün rahatlıqla “ziddiyyətlər ölkəsi” ifadəsindən istifadə etmək mümkündür. İran daxili və xarici baxımdan iqtisadi, mədəni, hərbi və baqaş cəhətlərdən ciddi problemlər yaşayır. Daxili siyasətdə rejimlə müxaliflər və rejimdaxili mürəkkəbliyi qeyd  etmək olar. Xarici siyasətdə Türkiyə, Azərbaycan və Körfəz ölkələri ilə olan problemləri diqqətə gətirməliyik. Düzdür, Rusiya və Ermənistanla münasibətlər normal sayıla bilər. Bu gün “Tehran xarici siyasətiylə nə etmək istəyir” sualına tam cavab müəyyən deyil. Bəzi fikirlərə görə mövcud siyasətilə Tehran ABŞ-a və başqa hegemon güclərə meydan oxuyur, bəzuləri isə əksinə, “daim qonşuları narahat edir” deyə düşünür. Hələ ilk tezis özünü müəyyən dərəcədə bəyanatlarda, ikincisi isə praktikada doğruldulur. Amma unudulmamalıdır ki, İran nümunəsində olduğu kimi sonu düzgün hesablıanmamış siyasətlər sadəcə hakimiyyətlərə yox, bütöv bir cəmiyyətə və hətta bütöv bir regiona fəlakət gətirə bilər”. Araz Aslanlı nəticə olaraq dedi ki, Tehran mərkəzi dövləti ötən əsrin əvvəlindəki İranlaşma prosesindən sonra ən ciddi böhranını yaşayır: “İkinci dünya savaşı zamanı və müharibədən sonra yaşanan böhran, eləcədə də 1979-cu il inqilabı zamanı yaşadığı böhrandan daxili və xarici şərtlər əelverişli olduğu üçün Tehran çıxa bildi. Ümumilikdə, şərti olaraq “ərəb baharı” adlandırılan proses və xüsusi halda Suriyada baş verənlər, daxildəki oyanış İranın gələcəyi ilə bağlı ciddi suallar yaradır”.

 

“Milli iş adamlarını inandırmaq və hərəkata cəlb etmək həssas məsələdir”

 

“Güney Azərbaycanda Milli Hərəkatın problemləri və perspektivləri” mövzusunda məruzə edən professor, keçmiş millət vəkili Nəsib Nəsibli ötən əsrdə güneydəki dörd inqilabı xatırladaraq bildirdi ki, bu inqilablarla da müstəqillik problemi həll edilməyib: “Səbəb inqilabların xarakterində axtarılmalıdır, yəni onlar milli-azadlıq hərəkatlarıydı, yoxsa başqa məqsəd daşıyırdı? Bu gün ortalığa atılan “ABŞ İranı vuracaq və soydaşlarımızın məsələsi həll olunacaq” təsəvvürü yanlış və ziyanlıdır. Ona görə çıxışımın birinci hissəsində dörd inqilabın məğlubiyyətinin səbəbinə varmaq istərdim, birinci, məşrutə inqilabında azəri türkləri İranın modernmləşməsinə çalışdılar, fədakarlıq etdilər, amma inqilabın nəticəsindən farslar faydalandı. İkinci, 1917-20 illər Təbriz üsyanı zamanı İranın ərazi bütövlüyü və müstəqilliyi əsas məqsəd idi. Məhz bu fədakarlıq nəticəsində irqçi Pəhləvi rejimi ortalığa çıxdı. Üçüncü, 21 Azər hərəkatı milli zülmə etiraz idi, “İran milləti”ndən fərqli millət olmaq əzminin ifadəsiydi. Amma hərəkatın və millətin taleyini Stalinin iradəsinə bağlamaq yanlışlığını yaşadı. Dördüncü, uzun illər güney ideyanın arxasınca deyil, harizmatik liderin arxasınca getdi, yəni ayətullah Şəriətmədari, daha doğrusu, onun qətiyyətsizliyi və irançılığı hərəkatın əsas uğursuzluğu oldu. Şükürlər olsun kİ, milli hərəkatın əvvəlki dövrləri ilə müqayisədə bu gün durum köklü surətdə fərqlidir. Birinci fərq, ideologiya baxımdan tamamilə yeni keyfiyyət mərhələsindəyik. Hərəkat pan-İrançı çərçivədən çıxıb. Ikinci fərq, pan-İranizm böhran  dövrünə qədəm qoyub, ya da böhran dövrünü yaşayır. İranın bütövlüyünü təmin etməyən və fərqli xalqları bir yerdə tuta biləcək alternativin ola olmaması önəmli amildir. Eyni zamanda, ölkə müxalifəti sözdə alternativ demokratiya prinsipini müdafiə etmək məcburiyyətindədir. Üçüncü fərq, əhalinin neçə faizinin bu və ya başqa formada milli hərıkatı dəstəklədikləri haqqında dəqiq rəqəm vermək mümkün deyil. Yalnız “əksəriyyət” sözündən istifadə edə bilərik.  Əslində hərəkatı da passionar azlıq başlayır, “əksəriyyət” isə sonra qoşulur. Beləliklə, imkanlar çox olsa da, milli hərəkatın problemlərinə də toxunmalıyıq. Millət yaradıcılığının iki mühüm şərtindən birinin keçmiş haqqında doğru konsepsiyanın olmamasıdır, millətləşmənin ikinci şərti gələcək barədə populyar konseptin olması zərurətidir. Bu sahədə böyük problem qalmaqdadır. Yəni güneydə istiqlalı, mədəni və inzibati muxtariyyatı istəyən bir neçə partiya var. Ki, onlar da “niyə məhz muxtariyyat?”, “niyə məhz dil” suallarına cavab verməlidirlər. Başqa bir problem maddi qaynaqla bağlıdır. Ən etibarlı qaynaq milli iş adamlarıdır. Bu baxımdan, onları inandırmaq və hərəkata cəlb etmək həssas məsələdir”. N.Nəsibli dedi ki, bu gün molla rejimi təşkilatlanma imkanlarını məhdudlaşdırıb: “Ancaq milli hərəkatın uğur qazanması üçün ölkədə müəyyən qurumların az zaman içində siyasiləşməsi üçün işlər genişlənməlidir. Hesab edirəm ki, hərəkat aşağılıq kompleksindən çıxmaq üçün xarici müttəfiqlər məsələsinə ciddi yanaşmalıdır. Təəssüf ki, hərəkatın Azərbaycanda, Türkiyədə, Kıbrısda və başqa ölkələrdə lobbi problemi həll edilməyib. Yaranmış yeni imkanlar öz-özünə gerçəkləşməyəcək. Tarixi missiya avanqardın boynuna düşür. Ona görə acı və dramatik keçmişimizdən dərs almaq avanqardın üzərinə düşür”.

 

“Azərbaycan televiziyaları milli ruhu öldürüb, yerində şou ruhu yaratmaqla məşğuldur”

 

AMEA-nin elmi işçisi Yasəmən Qaraqoyunlu güneydə və quzeydə vahid millət siyasəti aparılmasının vacibliyini xatırlatdı: “Biz keyfiyyətcə yeni millətin formalaşmasına nail olmalıyıq. Bunun üçün siyasi tariximizə əl gəzdirilməli, dini, milli və dövlətçilik baxışlarımız yenilənməlidir. Burada Azərbaycan mediasının üzərinə mühüm vəzifələr düşür. Azərbaycan televiziyaları milli ideologiyanı məhv edir. Bu televiziyalar milli ruhu öldürüb, yerində şou ruhu yaratmaqla məşğuldur”.

Konfransa dünyanın müxtəlif ölkələrində yaşayan Cənubi Azərbaycandan olan alimlər hüquq müdafiəçiləri, vəkillər və milli fəallar da Skype vasitəsi ilə qoşulmişdu. Parisdə yaşayan doktor Maşallah Rəxmi dedi ki, İranda Xamneyi və Əhmədinejat tərəfdarları bir-birinə qarşı açıq mübarizə aparır: “Hər iki tərəf ölkədəki iqtisadi böhranı digərinin apardığı siyasətdə görür. Bu mənada qarşıdakı prezident seçkilərində ixtilaflar daha da qabaracaq. Molla rejimi ixtilafların yatırılması üçün ordu və polis və təhlükəsizlik qüvvələrinin gücündən istifadə edir. Amma Şərqi Azərbaycandakı son zəlzələ sübut etdi ki, əhali hökumətə deyil, milli azadlıq hərəkatına inanır. İran hökumətinin nəzarəti itərsə, milli hərəkat Cənubi Azərbaycanda nəzarəti ələ almağa tam hazırdır”.

 

 “Bu gün ruhən zəif, cismən güclüyük”

 

 Professor Şirməmməd Hüseynov ötən əsrin əvvəlikdəki ziyalılarla indiki müqayisə edərək dedi ki, XİX sonu və XX əsrin əvvəllərinin ziyalıları Şərqi də, Qərbi də yaxşı bilirdi: “Onlar ilahiyyatla yanaşı Avropanı və Rusiyanı yaxşı öyrənmişdilər. Bizlər gərək Rəsulzadənin İran haqqında  məqalələrini yaxşı öyrənək. Üzeyir Hacıbəyli 1919-cu ildə yazırdı: biz cismən zəif, rühən böyükük. O zaman Azərbaycanda 100 nəfər təhsilli adam var idi, onların isə 62-i müstəqilliyin tərəfdarıydı. Bax, 62 nəfər ziyalı cümhuriyyət yaratdı. Bu gün isə ruhən zəif, cismən güclüyük. Azərbaycanın iqtisadi gücü hamınıza bəllidir”. Professor İranın ADR-nin İran tərəfindən tanınmadığını xatırladaraq dedi ki, Cənubi Azərbaycan milli hərəkatının da Azərbaycan Respublikasında olduğu kimi Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavatçılıq ideologiyası strateji ideologiyası kimi elan olunmalıdır: “Müsavatçılığın söykəndiyi “türkçülük, müasirlik və islam” bütün azərbaycanlıların ideoloji xəttidir. Bu ideologiya həm də Şərqi Qərb demokratiyası ilə birləşdirir”.

 

 “İran yalnız nüvə silahına sahib olsa, rejimi bir müddət qoruya bilər”

 

 Politoloq Vəfa Quluzadə hazırda dünya gündəmində İranın nüvə proqramıyla əlaqədar diqqətdə olduğunu dedi: “İranın gələcəyi yoxdur, bu dövlətin iddiası regionun aparıcısı olmaqdır. Bununla bərabər anti-Qərb kampaniyasını aparır. İran yalnız nüvə silahına sahib olsa, rejimi bir müddət qoruya bilər. Hazırda oyun gedir, yəni onlar nüvə silahını istehsal etməyəcəklərini deyirlər. Amma uranı zənginləşdirsələr, nüvə silahları olacaq. Ona görə Qərb İranı daxildən çökdürmək istəyir, əgər bu alınmasa, hərbi yola üstünlük verəcəklər. Bəli, bu rejim çökəcək, artıq ən güclü müttəfiqi dağılır və ardınca Hizbullaha son qoyulacaq. Bundan sonra Güney Azərbaycan  məsələsi gündəmə gəlir, sözsüz ki, ötən əsrin əvvəlində olduğu kimi inqilablar edə bilməyəcəklər. Çünki şərait fərqlidir və güneyliləri ötən illərdə əziblər. Hazırda güneylilər bizim vəziyyətimizi yaşayırlar. Təəssüf ki, biz bu gün sovet mentallığından qurtula bilməmişik. Ziyalılarımız da sovet ziyalılarıdır, baxın, hökumət ad, orden verir, yubiley keçirir, bu, sovet ənənəsidir, ancaq müstəqil dövlətdə belə şeylər olmur. Sivil dövlətdə ziyalı talantlı olmursa, musiqi yaza bilmirsə, əsər yazmırsa, film  çəkmirsə, gedib daş daşıyır, bizdə isə orden verirlər. Bax, yubiley xəstılikləri sovet mentalitetinin qaldığını göstərir. Ona görə Türkiyə daxil olmaqla Qərblə əlaqələrimizin gücləndirməliyik. Biz sovetlərin çökməsiylə müstəqilliyimizi qazandıq. Güneylilər də İran rejiminin çökməsi nəticəsində müstəqil olacaqlar. Bu mənada Qərb indidən Güneydə Azərbaycan dövlətinin yaradılması haqqında düşünməlidir, biz də respublika olaraq bu yöndə hazırlıqlı olmalıyıq”.

 

“Rəsmi statistikaya görə Azərbaycanda 0,4 faiz türk, 4 faiz isə ləzgi yaşayır”

 

 Keçmiş millət vəkili Gültəkin Hacıbəyli Güney və Quzeyin birliyi üçün tarixi şansın yarandığını dedi: “Suriya məsələsinin bitməsi İranın bədəninin bir hissəsinin iflic olmasıdır. Hazırda İran rejimi işləyən əhalinin maaşlarını verə bilmir, milli valyutaları dəyərini itirir, blokada ölkəni çökdürür, adi bir fakt: ötən il İrandakı zəlzələylə bağlı Azərbaycandan göndərilən yardımın Suriyaya ötürülməsi Tehranın iqtisadi mənada ağır durumda olduğunu göstərir. İkinci, Türkiyənin regionda nüfuzu və rolu artır. ABŞ-nin demokratikləşmə məsələsində avtoritar rejimlərə dəstək verməyəcəyi bəyanatı da nəzərə alınmalıdır. Belə bir halda, Şərqdə ABŞ-nın Türkiyədən başqa müttəfiqi ola bilməz. Mən konqresmen Rorahaberin güneyli soydaşlarımızın problemini gündəmə gətirməsi təsadüfü hal hesab etmirəm. Nəhayət, biz yaranmış real mənzərəni qarşılamağa hazırıqmı? Təəssüf ki, hazır deyilik! Necə hazır ola bilərik ki, milli kimliyimizi hələ müəyyənləşdirməmişik. Baxın, rəsmi statistikaya görə Azərbaycanda 0,4 faiz türk, 4 faiz isə ləzgi yaşayır, yəni ayrıca qrafikdə türklərin verilməsi əsas 91 faiz azərbaycanlının türk olmadığına işarədir. Bütün hallarda üzərimizə böyük məsuliyyət düşür. Əgər bu məsuliyyətə hazır olsaydıq, rəsmi statistika o vəziyyətdə olmazdıq. Yaxud başqa bir amil, böyük azərbaycançılıq ideologiyası türkçülüyə alternativ olaraq qoyulmazdı. Bu baxımdan üfüqdə böyük persperktivlər açılır, ona görə hazırlaşmalıyıq”. 

Natiq Cavadlı

http://bizimyolinfo.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER