“Azərbaycandan Obamaya müraciət.”

Son günlər Güney Azərbaycanla bağlı dünyada yaranmış vəziyyət onu göstərir ki, bölgədə yeni proseslərin başlayacağı qaçılmazdır. Və bu prosesdə Güney Azərbaycan türklərinin haqq səsinin dünyaya çatdırılması zəruridir. Bununla bağlı Ümid Partiyası Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya müraciət hazırlayıb və o müraciətin ictimai-siyasi aktivlər tərəfindən imzalanma prosesinə başlayıb.“Həmin müraciətin mətnini təqdim edirik:

“Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama cənablarına

Cənab Prezident! Öncə Sizə 2 əsrə yaxın bölünmüş şəkildə yaşayan bir millətin nümayəndələri olaraq son vaxtlar ABŞ-nın Güney Azərbaycan məsələsinə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk. Biz əminik ki, Sizin dövlətinizin dünya problemlərinin öyrənilməsində və bu problemlərin həll olunmasında göstərdiyi bu kimi təşəbbüslər yer kürəsinin müxtəlif nöqtələrində demokratiyaya inamın daha da artmasına səbəb olacaqdır. Əslində Güney Azərbaycan türklərinin siyasi, iqtisadi mədəni hüquqlarının bərpası yönündə atılan addımlar tarixi ədalətin zəfər çalması kimi də dəyərləndirilə bilər.

1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra faktiki olaraq iki hissəyə bölünən Azərbaycanın güneyində 20-ci əsr dəyişikliklər və taleyini dəyişmək üçün bir fürsət dönəminə çevrildi. Səttərxanın rəhbərliyilə Məşrutə hərəkatı,ondan az sonra baş qaldıran Xiyabani hərəkatı da xalqın dəyişiklik üçün göstərdiyi iradənin təzahürü idi. 1-ci Dünya müharibəsinin sona çatmasiı ilə 1945-ci ilin dekabrın 12-də Təbrizdə mövcudluğunu elan edən Azərbaycan Demokrat hökuməti də bu istəyin növbəti dalğası kimi dəyərləndirilə bilər. Təkcə bir illik mövcudluğu dönəmində böyük uğurlara imza atan Demokrat hökuməti öz parlamentini elan edərək haqqlarını dünyaya çatdırmaq yolunda da möhkəm iradə nümayiş etdirdi. Lakin dönəmin geo-siyasi oyunlarının qurbanına çevrilən Milli hökumətin taleyi minlərlə soydaşımızın qətl edilməsi, repressiyalara məruz qalması və kütləvi mühacirətlərlə sonuclandı. İranda İslam inqilabının baş verməsilə də azərbaycanlıların milli-mədəni hüquqları təmin olunmadı. Nəhayət soyuq müharibə dönəminin sona çatmasından sonra İran ərazisində yaşayan və uzun illər iqtisadi və mədəni hüquqlarından məhrum olan azərbaycanlılar üçün də bir millət kimi tanınmaq və problemlərini dünyaya çatdırmaq üçün bir fürsət yarandı. Sayları İran əhalisinin yarısı qədər təxmin edilən və iqtisadi çətinliklərə görə ölkənin müxtəlif nöqtələrinə pənah aparmış Güney azərbaycanlılarının istəyi , bəlkə də dünyanın inkişaf etmiş nöqtələrindəki insanlar üçün adi görünə bilən hüquqların onlar üçün də tanınmasıdır. Şübhəsiz ki,çağdaş dünyada ümumbəşəri dəyərlərə doğru inteqrasiyanın genişləndiyi bir dövrdə totalitar quruluşlarda haqqı tapdanmış digər xalqlar kimi Güneyli azərbaycanlıların da problemlərinə diqqət ayırmanız tarixi ədalətin bərpası ilə yanaşı, ABŞ üçün prioritet sayılan dünya təhlükəsizliyi ideyasına da öz töhfəsini verəcəkdir”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER