TÜRKİYƏ SƏFİRLİYİNDƏ XOCALI TƏDBİRİ KEÇİRİLİB

“Xocalı faciəsinin əsas səbəbkarı xaricdə, xüsusilə ABŞ-da yaşayan erməni diasporu və lobbisidir. Hər kəsə məlumdur ki, bu diaspor hətta ABŞ-da Senat və Konqresin mövqeyinə də təsir edə bilir”. APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Türkiyə səfirliyində Xocalı faciəsinin 21 illiyi ilə bağlı təşkil edilən tədbirdə deyib. O bildirib ki, XX əsrin sonlarında Azərbaycan xalqının başına gəlmiş hadisələr bu günün deyil, 200 il əvvəlin planıdır: “Heç bir beynəlxalq təşkilat bu faciə ilə bağlı öz səsini qaldırmır. Artıq Azərbaycan bu problemi dünya ictimaiyyətinə çatdırmaq üçün lazımi işlər görür”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun bu tədbirin keçirilməsinin Türkiyənin mənəvi borcu olduğunu söyləyib. O, Xocalı hadisəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayaraq qeyd edib ki, bu məsələ beynəlxalq ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılmalıdır.

Tədbirdə daha sonra millət vəkili, Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Nizami Cəfərov və millət vəkili Musa Qasımlı çıxış edərək faciənin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərin ilbəil artdığını deyiblər.

Sonda TRT-nin hazırladığı Xocalı faciəsi ilə bağlı sənədli film izlənilib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER