Yüzlərlə azərbaycanlı tələbə İran mediasına açıq məktub yazıb

İranda 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 600 nəfərə yaxın azərbaycanlı fəal ölkənin bir sıra qəzet-jurnallarına açıq məktub yazıb.

“Media forum” saytının məlumatına görə, “Şərq”, “Etimad”, “Bahar” və “Arman” qəzetlərinin, “Nəsimi bidari”, “Asiman”, “Mehrnamə” və “Əndişeyi puya” jurnallarının baş redaktorlarına ünvanlanan açıq məktubda deyilir: “14 il əvvəl YUNESKO təşkilatı Allahın insanlara bəxş etdiyi ana dilin əhəmiyyətini nəzərə alaraq fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan etdi. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bizim ölkədə zəngin mədəni və tarixi olan müxtəlif dillər mövcuddur. Milyonlarla insan bu dillərdə danışır, fikirləşir, öz hissiyyatlarını ifadə edirlər.

Bəşəriyyətin mədəni xəzinəsinin bir hissəsini təşkil edən həmin dillərdə danışan insanlara qarşı ölkədə qoyulan məhdudiyyətlər və qadağalar sonsuzdur və siz bütün bunlardan xəbərdarsınız. Siz media mənsubları xalqın və oxucularınızın səsisiniz. Demokratiyanın əsas şərtlərindən biri də sizin xalq dilində danışmanızdır. Ölkədə məhrumiyyətlə üzləşən dillərdən biri Azərbaycan türkcəsidir. Milyonlarla insan bu dildə danışır, düşünür, bütün məhdudiyyət və məhrumiyyətlərə baxmayaraq bu dildə yazıb yaradır, şeir söyləyirlər.

Bu mədəni və siyasi qadağanı aradan götürmək üçün ölkənin rəsmi dairələri güclü iradə göstərmədiyinə görə üzümüzü sivil cəmiyyətin ən fəal təmsilçiləri olan sizə tutub tələbimizi irəli sürürük. Öz səhifələrinizdə islam dünyasının ikinci dili olan türkdilli azərbaycanlıların ana dilinə yer ayırın. Səhifələrinizin bir hissəsini, ən azı bir səhifəsini milyonlarla həmvətəninizin dilindəki materiallara həsr edib bu dildə yazılar dərc edin. Siz yalnız bu yolla on illərdir İranda azərbaycanlıların dilinə və mədəniyyətinə göstərilən təzyiqə, ayrı-seçkiliyə və ədalətsizliyə son qoya, ədalətə və insani dəyərlərə qayıtmağa yardım göstərə bilərsiniz”.

“Media forum”

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER