«Məhkəmə qərarının icrası üçün 2000 manat istədilər»(VIDEO)

İsa Qəmbərin evində əşyalar siyahıya alındı

– Biz siyahıya alıb ona həbs qoyuruq, biz qanunu pozmuruq.

– Siz qanunu kobud surətdə pozursuz, sonra da deyirsiz ki, məhkəmə olacaq. Mən niyə məhkəməyə müraciət etməliyəm ki?

Bu dialoq fevralın 19-da Müsavat başqanı İsa Qəmbərin evinə gəlmiş icra məmurları ilə onun arasında gedir. Oğlu Turqut Qəmbərin 3000 manatlıq cəriməsinə görə Müsavat başqanının evində bir neçə əşya siyahıya alınıb.

«ADIMA ƏMLAK YOXDUR»

Turqut Qəmbərə cərimə 12 və 26 yanvar aksiyalarına görə kəsilib. Bir gün əvvəl isə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının valideynlərinin İmişlidəki evindən icra məmurları iki xalça aparıblar. O, məhkəmənin qərarı ilə 500 manat cərimələnmişdi. Əbülfəz Qurbanlı:

«Biz buna etiraz etdik, qarşıdurma yarandı. İcraçılar bildirdi ki, başqa variantları yoxdur. Mənim adıma hər hansı əmlak olmamasına baxmayaraq, əmlakı zəbt etdilər. Bütövlükdə bu, Azərbaycan hökumətinin bizim aksiyalarda iştirakımızı məhdudlaşdırmaq üçün atılmış çox iyrənc bir addımdır».

«2000 MANAT İSTƏDİLƏR»

Hər iki halda siyahıya alınan əmlak borclunun adına deyil. Ancaq bəzən borclunun əmlakı borcu qarşılaya bilməyəndə, məhkəmə qərarı illərlə yubana bilir. Məsələn, Bakı sakini Yunis Mirzəyev iki ildir 26000 ABŞ dolları borcunu ala bilmir. 2011-ci il aprelin 8-də Sumqayıt şəhər Məhkəməsi qərarı icraata yönəldib, amma:

«İcraçı məhkəməyə şikayət yazdı ki, o adamın evi satılsın və mənə borcu ödənsin. Məhkəmə də məndən 2000 manat istədi ki, həmin şəxsin evi satılsın və mənim pulum qaytarılsın. Mən də cəmi 500 manat düzəltdim. Məhkəmədə hələ məni təhqir də etdilər ki, «bura bazar deyil». Qəbul etmədilər, dedilər azı 1000 manat lazımdır. 500 manatı da borc götürmüşdüm. Birinci qrup əliləm. Qızıl da aparmışdım girov qoyam, götürmədilər».

Sumqayıt şəhər icra məmuru Abusət Qasımov isə məhkəmə qərarının icra olunmaması fikrilə razılaşmır,

Foto: ArxivFoto: Arxiv

​​qanunvericiliyə uyğun bütün tədbirlərin görüldüyünü deyir:

«Borclunun əmlak vəziyyəti yoxlanıb. Borclunun özü barəsində inzibati protokol tərtib olunub və o, məhkəməyə verilib. 5 sutka həbs olunub. Borclunun pensiyasından borcun tutulması aparılır. Düzdür, pensiyanın miqdarı o borcu qarşılamaq üçün çox azdır. Borclunun adından aşkar olunmuş əmlaka yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət olunub. Sadəcə, məhkəmə onu məqbul saymayıb və əmlaka yönəltməyib».
Sumqayıt şəhər Məhkəməsindən isə rüşvətlə bağlı onlara yönəlik iddiaları yalanlayırlar.

İCRASI DÜŞÜNÜLMƏYƏN QƏRARLAR

Namizəd SəfərovHüquqşünas Namizəd Səfərov deyir ki, hazırda hər bir rayon məhkəmə icraçılarında pul tələbləri ilə bağlı icra olunmamış yüzlərlə iş var:

«Fərq ondadır ki, bu gün heç kim bu qərarların icrası barədə düşünmür. İcraya yönəldirlər, gəlib bir protokol yazır ki, «getdim, borclunun heç bir əmlakı yoxdur», bununla da işini bitmiş sayır. Ancaq indiki halda hiss olunur ki, bu qərarların icrası üçün göstəriş verilib ki, «gedin onları narahat edin, ailəsinin əmlakının siyahıya alın». Yalnız borclunun əmlakını siyahıya ala bilərlər».

«MƏHKƏMƏ QƏRAR VERİBSƏ, İCRA OLUNMALIDIR»

Faiq QurbanovAncaq Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov AzadlıqRadiosuna müsahibəsində məhkəmə qərarlarının siyasi sifarişlə icra olunması fikrilə razılaşmadığını bildirib:

​​– İstər cərimə olsun, istər başqa məhkəmə qərarı, heç bir kateqoriyaya bölünmədən icra olunmalıdır. Təbii, bu prosesdə hər kəs narazılığını bildirə bilər. Məhkəmə qərar veribsə, icra olunmalıdır. Bundan şikayət hüququ da var. Qərar qüvvəyə minirsə, icra olunmalıdır.

– Ancaq bu addımların insanları aksiyalardan çəkindirmək üçün atıldığını düşünənlər var. – Mən bu məsələdə bir az ehtiyatlı olardım. Onsuz da bilirik ki, aksiya keçirməyə meylli olan, qanunsuz aksiya keçirmək istəyəcəksə, yenə keçirəcək. Son təcrübə də göstərdi ki, qanuna hörmətlə yanaşmayan bəzi insanlar yenə bu hərəkətlərdən çəkinmir. Ancaq ümumi kontekstə buna qanunvericiliyə edilən dəyişiklik kimi baxmaq lazımdır.

Bu il yanvarın 1-dən razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələr artırılıb. Yanvarda Bakının mərkəzindəki aksiyalarda onlarla saxlanan olub, bəzi fəallar cərimələri ödəyib, bəziləri isə vətəndaş itaətsizliyə kampaniyasına başlayıblar.

Əlaqədar yazılar

İsa Qəmbərin evində əşyalar siyahıya alındı [FOTO-VİDEO]

Əbülfəz Qurbanlının ata evindən isə iki xalça müsadirə edilib

Əbülfəz Qurbanlının mitinq cəriməsini əmlaka yönəltmək mümkün olmadı

Onun atası bildir ki, Əbülfəz Qurbanlının əmlakı yoxdur

Gözəl Bayramlı: «Cəriməni ödəmək fikrim yoxdur»

Gözəl Bayramlı ona yüksək cərimə tətbiq edilməsini də hakimiyyətin sifarişi kimi dəyərləndirir

Renat Nəcəfov: «Hakimiyyətin bu gənclərə 500 manat dəyər vermədiyini bilirik» [Video]

6 günə 10500 manat toplandı, «5 qəpik» kampaniyasına qoşulanlar arasında Rüstəm İbrahimbəyov, Mirvari Qəhrəmanlı və başqaları var

Fəzail Ağamalı: Cəriməni ödəyə bilməyənlər bulvarda şokolad kağızı yığışdırmalı olacaqlar

«Səhər bir əsgər ölümü olub, bu gün də bir general ölümü ola bilər. Buna görə hər kəs Azərbaycan qanunlarını pozmalıdır?…».

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER